63
böyük
bir
iddiadır.
Ancaq
böyük
bir
alçaqkö
nüllülüklə bu iddiada bulunmaqdayam.
Dünyanın harasında olursa olsun, pisliyə və
kötülüyə nifrət edirəm. İngiltərəlilərin Hindistanda
oluşdurduqları hökumət sisteminə nifrət edirəm.
Hindlilərin istismar edilməsinə nifrət edirəm. O
şəkildə milyonlarca Hindistan əhalisini nəcis
adlandıran hindlilərin də bu tür inanclarına nifrət
edirəm. Ancaq digər bir hindlini nəcis adlandıran
hindliyə nifrət etmədiyim kimi, bizə hakim olan
ingilislərə də nifrət etmirəm. Mən onların yanlış
düşüncələrini, yanlış düşünmələrini dostluq
ilişkiləri ilə islah etmək istəyirəm.
•
Bir neçə gün öncə yaralanmış bir bızov “əşram”da
ölmək üzrə idi. Ölməməsi üçün bütün önləmlər
alındı. Bızovun müalicəsi üçün çağrılan cərrah dedi
ki, bızovun yaralarının sağalması üçün bir iş edə
bilməyəcək, ölməsi qaçınılmazdır. Heyvancığın
ağrıları həddindən artıq çox idi. Uzandığı yerdəcə
çırpınmaqda idi. Heyvanı bu ağrılardan qurtarmaq
üçün
“əşram” üzvləri onu öldürməyi önərdilər. Bu
dartışmalar
davam
edərkən
çox
dürüst
qonşularımdan biri bızovun öldürülməsinə şiddətlə
qarşı çıxdı. Onun məntiqi bu idi ki, bir insan heç bir
canlıya həyat verməyi başarmadığı üçün həyat da
ala bilməz. Məncə onun bu məntiqi o ortamda çox
yersiz idi.
Çünkü bızovun canını almaq bizim şəxsi
mənafeyimiz üçün olsaydı onun dediyi doğru ola
bilərdi. Bu üzdən də böyük bir ehtiyatla doktordan
istədim ki, bızova zəhər ampulu vuraraq onun
canını rahat bir şəkildə alıb ağrılardan bızovun
canını qurtarsın. Iki dəqiqə içində hər şey bitdi,
bızov rahatladı. Bilirəm ki, qamuoyu, özəlliklə
64
Əhmədabad
*
da mənim bu davranışımı qəbul etmir,
bunu himsa
**
dan başqa bir şey görmürlər. Ancaq
düşünürəm ki, hər bir fərd qamuoyunun fikri ilə
hesablaşmadan öz vicdan görəvini yapmağı
başarmalıdır. Mən hər zaman bu fikirdə olmuşam
ki, fərd öz vicdanının istəklərinə görə
davranmalıdır. Başqalarının fikirləri ilə uyqun gəlib
gəlməməsi önəmli deyil. Şair deyir: “Məhəbbətin
keçid yolu alovlar
arasındandır. İnsanlar güvənsizcə
ordan keçərlər.” Ahimsa keçidi də məhəbbət
keçidinə bənzər. Bir çox hallarda insan yalnız
ba
şına bu keçiddən keçmək zorundadır. İndi böylə
bir sual ortaya çıxır: Bızov haqqında etdiyimi insan
üzərində də edə bilərəmmi? Mənim cavabım
böylədir: “əvət.” Bu qanun hər iki sahədə keçərlidir.
Qanun nədir? “Bir fərd üçün keçərli olan hər kəs
üçün kəçərli olmalıdır.” Istisna olmamalıdır. Əgər
böylə olmasaydı, bızovu da öldürmək doğru
olmazdı. Biz öz xəstə əzizlərimizin ağrılarını ölüm
yoluyla ortadan qaldırmaqda bəzi sorunlarla
qarşılaşırıq. Bizim xəstə əzizlərimiz bızovun tərsinə
olaraq özləri də bu haqda qərar verə bilərlər. Ancaq
böylə bir durum nəzərdə tutalım. Ən yaxın bir
dostumuzun
, bir əzizimizin ağır xəstələndiyini
təsəvvür edəlim. Elə xəstələnmiş ki, ağlını da
itirmiş, ancaq acı çəkməkdədir. Böylə bir durumda
onu
daha ağrısız öldürmək himsa sayılmaz, ahimsa
yasalarını danmaq sayılmaz. Necə ki, bir cərrahın
öz bıçağı ilə bir xəstənin bəlli yerini kəsib cərrahlıq
etməsi də himsa sayılmaz. Bir cərrahın cərrahlıq
*
Əhmədabad Hindistanda Qocerat əyalətinin mərkəzidir və Qandinin
“əşram”ı bu şəhərin kənarında idi.
**
Himsa, yəni aqressiv və ahimsa, yəni qeyri-aqressiv
65
yapması tam olaraq ahimsa davranışıdır. Bir şəxs
üçün də buna bənzər durumlar ortaya çıxa bilər.
Böylə bir durumda daha uyqun bir yolla onun canını
alaraq ağrılardan qurtulmasına yardımçı ola bilərik.
Böylə bir iddia ortaya çıxa bilər ki, cərrah can
vermək üçün cərrahlıq edir, ancaq bizim əməlimiz
canlıdan can almış olur. Qonu üzərinə diqqətlə
yönələcək olursaq, görəcəyik ki, hər iki əməldə bir
tək amac var. Amac içəridən ruhu gəmirən acıları
yox etməkdir. Ruhu acıların, ağrıların basqısından
qurtaqmaq söz qonusudur.
Çünkü həyat olmayan bir
bədəndə sevinc və əzab duyqusu da olmaz. Burada
öldürməmək himsa əməli kimi ortaya çıxar. Bir
halda ki, öldürmək böylə durumlarda ahimsa əməli
ilə örtüşməkdədir. Fərz edəlim ki, üzdən iraq qızım
zorakılığa, təcavüzə məruz qalır və mənim də onu
qoruyacaq heç bir imkanım yoxdur. Böylə bir
durumda ahimsa
nın ən yüksək biçimi onun
həyatına son verməyim olacaqdır. Bu, özümü və
qızımı saldırqanların təcavüzünə və təhqirinə məruz
qoymaqdan daha yaxşı bir seçənəkdir. Ahimsanı
savunan bizim dostlarımızın sorunu odur ki, onlar
ahimsa
dan özləri üçün korca bir büt düzəltmişlər.
Bu tutumları ilə də ahimsanın aramızda
yayqınlaşmasını
əngəlləməkdədirlər.
Məncə,
ahimsa
ilə ilgili yayqın olan yanlış görüşlər bizim
vicdanımızı
bulaşdırmışdır.
Bu
yanlışlığın
oluşdurduğu ortamda ahimsa adı altında
aqressivlik, kin, nifrət, birtərəfli yanaşmalar,
bədxahlıq, şəhvət və rəhmsizlik kimi kötü duyqular
görünməz olmuş. Bu da səbəb olmuşdur ki,
gündəlik həyatında aqressiv və kinli davranan
adamlar bir heyvanın ya da bir insanın ağrılarını
ortadan qaldıraraq öldürülməsini ahimsanın
Dostları ilə paylaş: |