Mənim dünyaya öyrədəcək yeni bir sözüm yoxdur



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə28/74
tarix28.06.2018
ölçüsü1,87 Mb.
#52335
1   ...   24   25   26   27   28   29   30   31   ...   74

89 
 
təcrübi sınaqlar kimi saymışam. İnancı təcrübə kimi 
sınamaq  həqiqətin  təhrifi  kimi  anlaşıla  bilər.  Ən 
doğrusu  budur  ki,  mən  Tanrıya  inanışı  anlatmaq 
üçün  uyqun  sözləri  tapa  bilmirəm.  Bunu anlatmaq 
üçün sözlər yetərli deyildir.  

 
Tanrı  hər  şeydə,  hər  yerdə  olan  sonsuz  və  sirli 
tükənməz  gücdür.  Mən  Onu  hiss  etsəm  də 

rmürəm.  Bu  görünməz  olan  güc  özünü  hiss 
etdirdiyi halda isbat
la alqılanası deyildir. Çünkü öz 
hisslərimlə  anladıqlarımın  çox  ötəsindədir.  Hətta 
hisslərimlə  anladıqlarıma  bənzəri  də  yoxdur.  Tanrı 
olaraq  bilinən  bu  sonsuz  güc  insan  hissiyatının  və 
idrakının ötəsindədir. Ancaq qəlbin dəlilləri ilə bəlli 
ölçüdə Onun varlığını qəbul etmək mümkündür.  

 
Bəlirsiz  biçimdə  ətrafımda  olanların  sürəkli 
dəyişimə uğradıqlarını hiss edərkən, onların fənaya 
doğru  hərəkətlərini  də  hiss  edirəm.  Bütün bu 
dəyişimlərin ötəsində dəyişməyən canlı bir güc var. 
O, bütün varlıq arasında ilişki qurur, yaradır və yox 
edir. 
Bu güc və ya özünü bu şəkildə göstərən ruhun 
adı Tanrıdır. Hisslərimlə anladıqlarım nə varsa, fani 
oldu
qlarından, yalnız O, əbədidir.  

 
Bu güc xeyirsevərdir, yoxsa kötülüksevər? Mən onu 
mütləq  yaxşılıq  və  gözəllik  olaraq  bilirəm.  Çünkü 
ölüm və həyat arasında yalnız Onun canlı olduğunu 
və  canlı  qaldığını  görürəm.  Yalan-doğru,  qaranlıq-
aydınlıq arasında yalnız O, var olandır. Bu üzdən də 
Tanrının  həyat,  doğruluq  və  aydınlıq  qaynağı 
olduğunu düşünürəm. O, mütləq məhəbbətdir.  

 
Bütün  gücümlə  və  hətta  həyatımın  bahasına 
kötülüklərlə 
savaşmasam, 
Tanrını 
tanıya 
bilməyəcəyəm.  Sınırli  və  kiçik  təcrübələrim  məni 
bu  yolda  daha  da  sarsılmaz  etməkdədir.  Nə  qədər 


90 
 
təmiz  və  arınmış  olsam,  bir  o  qədər  Tanrıya 
yaxınlaşmış  oluram.  Tanrıya  olan  inancım  ondan 
bağış  diləmək  üçün  deyildir.  Tanrıya  olan  inancım 
Himalay  dağları  kimi  vüqarlı  və  onun  zirvəsindəki 
qar kimi parlaqdır.  

 
Tanrıya  inanmaq  əqli  dəlillərlə  ölçülə  bilməz. 
Alqılama  yoluyla  var  olan  Tanrı  bir  inancın 
üsürüdür.  Tanrı  isə,  bunların  çox  ötəsindədir.  Kim 
öz  əksikliklərinin,  zəifliklərinin  ötəsinə  çıxa  bilər? 
Düşünürəm  ki,  Tanrını  cismi  həyatımızla  anlaya 
bilməmiz qeyri-mümkündür, lazım da deyil. Yalnız 
sarsılmaz  bir  inanc  ruhi  kamala  ərmək  üçün 
yardımçı ola bilər. Tanrı bizim torpaqdan yapılmış 
vücudumuzun  çox  ötəsindədir.  Bu  nədənlə  bu 
yöndə sınaqlar və isbatlar mümkün olsa da, faydasız 
və gərəksizdir. Biz Onu hisslərimizlə anlamaqda hər 
zaman  başarısız  olacağıq.  Çünkü o,  hissiyatın 
ötəsindədir.  İstərsək,  onu  hiss  edə  bilərik,  ancaq 
hisslərimizlə deyil. Tanrının musiqisi sürəkli olaraq 
içimizdə səslənməkdədir. Hisslərimizin hay-küyləri 
bu  incə  və  sevimli  musiqinin  səsini  boğur.  Çünkü 
bu könülaçan musiqi hissiyatla alqılanan musiqinin 
çox ötəsindədir. Bu musiqi ruhun qidasıdır.  

 
Tanrı bizim ağlımızı razı salacaq bir varlıq deyildir. 
Tanrı  könüllərin  hakimidir.  O, özünü ona 
inananların  həyatında  göstərmiş  olur.  Bu, tam bir 
qavrayış və sezgi ilə mümkündür. Bu da bizim beş 
duyularımızın 
ötəsindədir. 
Duyularımızın 
anladıqları  bizim  üçün  gerçəkçi  görünsə  də  yanlış 
ola  bilər.  Çünkü  duyular  aldanmağa  yatqındırlar. 
Ancaq  duyuların  ötəsində  alqılananlar  yenilməz 
gerçəklər  olurlar.  Bu  kimi  sezgilər  dış  gözləmlərlə 
isbat edilməzlər. Bu sezgilər Tanrını öz içində hiss 


91 
 
edərək  əxlaqi  gəlişmələrlə  gerçəkləşər.  Bütün 
uluslarda və tarixdə olan peyqəmbərlərin və böyük 
insanların  təcrübələri  bu  türdəndir.  Bu  gerçəyi 
danmaq,  əslində  öz  varlığımızın  gerçəyini 
danmaqdır.  

 
Mənim  görüşümdə  Tanrı  həqiqət  və  məhəbbətdir. 
Tanrı  əxlaq  və  yaxşılıqdır.  Tanrı  qorxmazlıqdır. 
Tanrı  aydınlığın  və  yaşamın  qaynağıdır.  Ayrıca, 
bunların ötəsindədir həm də. Tanrı vicdandır. Hətta 
inancsızlıq  və  məzhəbsizlik  də  tanrıdır...  Tanrı söz 
və ağıl sınırlarının dışındadır. Onun şəxsi vucuduna 
ehtiyacı olanlar üçün özəl bir Tanrıdır. O, əsərlərin 
ən təmizi, ən arınmışıdır. O, yalnız Onun varlığına 
inananlar  üçün  vardır.  Bütün  insanlar  üçün  O,  hər 
şeydir.  O,  bizim  içimizdə,  eyni  zamanda  bizdən 
üstündür.  Bizim  ötəmizdədir.  Tanrı  əzab  çəkmək 
deməkdir. O, dözümlü həm də vəhmlidir... Onunla 
ilgili aymazlığın (cəhalətin) bir anlamı yoxdur. Son 
dərəcə  bağışlayandır.  Çünkü  sürəkli  bizə  tövbə 
qapısını  açıq  qoymuşdur.  O,  dünyanın  tanıdığı  ən 
böyük  demokratdır.  Çünkü O, bizi  özgür 
yaratmışdır. Yaxşılıq və kötülük seçimində O, bizi 
sərbəst buraxmışdır. O, ən böyük zalımdır. Bizi öz 
iradəmizdə  özgür  buraxsa  da  çox  dar  bir  meydan 
önümüzə açmışdır. Yalnız Onun sevinci üçün işlər 
görməmizə  olanaq  sağlamışdır.  Bu  üzdən  də  Hind 
məzhəbində bütün bunlar Tanrının atmacaları kimi 
tanımlanmaqdadır.  

 
Bütün  varlığı  doldurmuş  olan  o  həqiqətin  ruhunu 
görmək  üçün  ən  dəyərsiz  yaradılışı  da  özümüz 
qədər  sevməliyik.  Bu biçim arzusu olan bir adam 
özünü  həyatın  heç  bir  cilvəsindən  uzaqda  tuta 
bilməz.  İştə  həqiqətə  olan  sevgim  üzündən  siyasət 


Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə