Mənim dünyaya öyrədəcək yeni bir sözüm yoxdur



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə31/74
tarix28.06.2018
ölçüsü1,87 Mb.
#52335
1   ...   27   28   29   30   31   32   33   34   ...   74

99 
 
yaratmamışdır.  Bəşər  növlərini  aşağılayan  heç  bir 
qutsal  kitab  qəbul  edilə  bilməz.  Çünkü  böylə  bir 
tutum Tanrı doğruluğunu danmaqdır.  

 
Dünyanın  bütün  məzhəblərinin  haqlı  olduğuna 
inancım  tam  və  sarsılmazdır.  Bütün  məzhəblər 
dəyişik  iqlimlərdə  insan  topluluqlarını  doğruluğa 
yönləndirmək üçün göndərilmişdir. Dünyada bir tək 
məzhəbin hakim olacağına inanmaq doğru deyildir. 
Bir  açıdan  indinin  özündə  də  dünyada  bir  tək 
məzhəbin  olduğunu  söyləmək  mümkündür.  Ancaq 
doğada  doğru  bir  xətt  mövcud deyildir. Məzhəb 
çoxlu 
budaqları  olan  ağaca  bənzər.  Məzhəb 
ağacının bir tək gövdəsi olsa da, bir çox budaqları 
vardır.  

 
Tutalım  ki,  bir  xristian  mənim  yanıma  gəlmiş  və 

Mən  “Bhaqvad  Qita”nı  oxuduqdan  sonra  Hind 
məhbinə  inanmaq  istəyirəm”  deyir.  Mən  ona 
söylərəm:  Gərək  deyil.  Bhaqvad  Qitanın  sənə 
verdiklərini  İncil  də  verə  bilər.  Ancaq Bhaqvad 
Qitanın  sənə  verdiyini  İncildən  çıxarmağa 
çalışmamısan.  Doğruca  bir  xristian olaraq  qalıb  və 

Bhaqvad  Qita”dan  aldıqlarını  İncildən  almağa 
çalışman daha yaxşıdır.  

 
Bəşərin müxtəlif fəaliyətlərindən birinin də məzhəb 
olduğuna  inanmıram.  Bir  inanan  və  bir  inanmayan 
hər ikisi bənzər fəaliyətlərdə buluna bilərlər. Mənə 
görə  məzhəbli  olmaq  üzündən  siyasətdən 
uzaqlaşmaq  doğru  deyildir.  Düşünürəm  ki,  mənim 
ən  dəyərsiz  fəaliyətlərim  də  məzhəb  adlandırdığım 
mənəviyatın etkisi altındadır.  

 
Görünən  varlıqlarda  bir  qanunun  hökm  sürdüyü 
bəllidir.  Kimsə  iddia  edə  bilər  ki,  qanun  yazan 
olmasa da 
qanun  ola  bilər.  O  zaman  mən 


100 
 
söyləyəcəyəm  ki,  qanunun  özü  həm  də  qanun 
yazanın  özüdür  və  o  da  tanrıdır.  Biz qanundan bir 
şey bəkləyiriksə, bunun ən bəsit anlamı odur ki, biz 
qanunu tan
ıyıb  ona  uymağa  çalışırıq.  Əslində  biz 
hər  zaman  istəklərimizə  bənzəyirik.  Duaların  bu 
üzdən  önəmi  çoxdur.  Çünkü  Tanrını  istəyib  ona 
bənzəmək ən doğru olandır.  
Bizim  indiki  yaşamımız  keçmiş  yaşamlarımızın 
etkisi  altındadır.  Nədən-sonuc  qanununa  görə 
gələcək  həyatlarımız  da  indiki  həyatımızın  etkisi 
altında olmalıdır.
*
  
Bu nədənlə də dəyişik qonularda 
iki  və  ya  bir  neçə  yol  ayrıcında  qaldığımızda  ən 
yaxşı yolu seçməliyik.  

 
“Kötülük  nədir?”,  “nədən  kötülük  vardır?”  kimi 
sorular  bizim  sınırlı  usumuzun  (ağlımızın)  dışında 
olan sorulardı. Yaxşılıq və kötülüyün hər ikisinin də 
olduğunu  bilməmiz  yetərlidir.  Genəldə  biz 
yaxşılıqla  kötülüyü  bir-birindən  ayırd  edə 
biləcəyimiz  yetənəyə  sahib  olduğumuzdan  dolayı, 
bunun birini seçib digərini buraxmalıyıq.  

 
Tanrının öndərliyinə inananlar özləri üçün ən doğru 
yolu  seçmişlər.  Heç  bir  zaman  peşman  olmazlar. 
Günəşin  düznli  hərəkətindən  yorulub  usandığını 
təsəvvür  etmək  olmaz.  Günəş  kimi yorulmadan öz 
inancında  kim  dayanaqlı  ola  bilər?  Nədən  günəşin 
canlı  olmadığına  inanmalıyıq?  Günəşlə  insan 
arasında  bəlkə  bu  ayrışım  var  ki,  günəşin  seçim 
haqqı  yoxdur.  Ancaq  insanın  seçim  və  fərqli 
davranış  haqqı  var.  Bu haqda da  çox  danışmağa 
gərək  yoxdur.  Bizim  üçün  önəmli  olan  budur  ki, 
günəşi öz inancı yolunda yorulmayan bir örnək kimi 
                                                 
*
 
Burada Qandi, Hind məzhəbinin tənasüx və ya təkrar-təkrar dünyaya 
gəlmə görüşünü savunmaqdadır.  


101 
 
görürük. 
Biz özümüzü tam olaraq Tanrının yüksək 
iradəsinə buraxib “sıfır” və heç olarsaq, bu durumda 
könüllü  olaraq  seçim  haqqımızdan  vaz  keçərik. 
Artıq  heç  bir  təəssüfə,  güvənsizlik  və  rahatsızlığa 
yer qalmaz.  

 
Əvət,  bəzi  mövzular  var  ki,  onu  ağıl  aracılığı  ilə 
anlamamız  mümkün  olmaz.  Yalnız  inanc  yolu  ilə 
onları qəbul edərik. Bu durumda inancla ağıl qarşı-
qarşıya  gəlməz.  İnanc  ağlın  ötəsində  durar.  İnanc 
bir tür a
ltıncı  hissdir  ki,  ağıl  və  məntiq  sahəsinin 
dışında  hərəkət  edər.  Bu  ölçülərə  uyarsaq,  məzhəb 
tərəfindən edilən iddiaların qəbulunda sorun ortaya 
çıxmayacaq.  
Böyləcə  Tanrının  tək  oğlunun  İsa  olduğuna 
inanmaq  mənə  görə  us  (ağıl)  dışıdır.  Çünkü 
Tanrının evlənib evlad sahibi olması olanaqsızdır.  
Burada  “oğul”  sözü  zehni  bir  qavram  və  təsəvvür 
olaraq  anlaşıla  bilər.  Bu  anlayışa  görə  də  hər  bir 
fərd  İsanın  yerində  Tanrının  evladı  ola  bilər.  Bir 
şəxs  mənəvi  açıdan  yüzlərcə  ağac  bizdən  öndə 
olursa, onun bir türl
ü  Tanrı  evladı  olduğuna 
inanmaq olar. Bir halda  ki
bütün  bəşər  genəldə 
Tanrının evladıdır. İsanın yaşam biçimi Onun Tanrı 
ilə  çox  yaxın  olduğunu  göstərsə  də,  ancaq    bu 
yaxınlığı  cismani  şəkildə  maddi  yaşamda  qəbul 
etmirik, rədd edirik. 

 
Tanr
ı şəxs deyil... Tanrı gücdür. O, yaşamın ruhu və 
mayasıdır. O, arınmış vicdandır. O, əbədidir, ancaq 
şaşırdıcı  olan  budur  ki,  insanlar  Onun  hər  yerdə 
olduğunu  görüb  Ondan  yararlana  bilmirlər.  Onun 
hər yanı qapsamış külgəsinə sığınmırlar.  
Elektrisitə  güclü  bir  axımdır.  Hər  kəs  hər  yerdə 
ondan  yararlana  bilməz.  Bu  enerjini,  yalnız  özəl 


102 
 
qurallarla qullanıma yatqınlaşdırmaq olar. O, cansız 
bir enerjidir. 
Ancaq  insan  zəhmət  çəkib  onun 
qullanım  yasalarını  öyrəndiyində,  ondan  yararlana 
bilir. 
Tanrı  adlandırdığımız  canlı  enerjini  də 
alqılamaq  mümkündür.  Bunun  üçün  içimizdə 
gizəmli  biçimdə  yerləşdirilmiş  Tanrını  anlama 
yasalarını  kəşf  etməliyik.  Bu  kəşfdən  sonra  o 
yasalara  uyqun  şəkildə  davranaraq  Tanrıya 
yaxınlaşa bilərik.  

 
T
anrını  aramaq  üçün  qutsal  məkanların  ziyarətinə 
getməyə,  şam  yandırmağa  gərək  yoxdur.  Heç bir 
təzahürlərə  gərək  yoxdur,  çünkü  Tanrı  bizim 
qəlbimizdədir.  Cismi  varlığımıza  diqqətimizi  tam 
olaraq  ortadan  qaldırarsaq,  Tanrı  ilə  qarşılaşa 
biləcəyik.  

 
Davranış  qonusunda  nəzəri  bilgilərimiz  və 
təsəvvürlərimiz olmazsa, heç tür arama da mümkün 
olmayacaq. 
Biz  inanmadığımız  bir  şeyi  tapa 
bilmərik.  Varlıq  ilk  oluşduğu  gündən  bu  ussallıq 
(əqlilik)  üzərində  qurulmuş  ki,  əgər  biz  varıqsa, 
Tanrı  da  var,  yoxuqsa,  Tanrı  da  yoxdur.  Tanrıya 
inanc bəşərin var oluşundan başladığından, Tanrının 
varlığı  günəş  gerçəkliyindən  də  daha  görünür 
olmuşdur. Bu canlı və güclü inanc yaşamın bir çox 
müəmmalarını çözmüşdür. İnsanın bədbəxtliklərinin 
yükünü azaltmışdır. Həyatı yaşanılır etmiş, ölərkən 
də  təskinlikdə  bulunmuşdur.  Həqiqəti  arama  da  bu 
ilginc inanc üzündən olmuşdur. Doğruluq Tanrıdır. 
Tanrı  var  çünkü  doğruluq  vardır.  Biz  araşdırırıq 
çünkü  həqiqətin  varlığına  inanırıq.  Ardıcıl 
araşdırma  sonucu  və  bəlli  ilkələrə  uyaraq  həqiqəti 
tapa  bilərik.  Tarix  bu  aramanın  sonucsuz 
qalmadığını  göstərməkdədir.  Tanrının  varlığına 


Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə