111
•
Mütləq həqiqət açısından bədən də bir tür mülk
sayılır. Bu, doğrudur ki, deyirlər ruhun ləzzətə
meyllənməsi cismi yaratmış olur. Ruhun bu
təmayülü
ortadan qalxarsa, cismə də ehtiyac
qalmaz,
insan doğum—ölüm dönüşümündən
qurtulmuş olur. Ruh çox qapsayıcı varlıqdır. O
zaman nədən ruh bədəndə məhbus qalmalı, ya da bu
qəfəsi qorumaq üçün başqa canlıları da
öldür
məlidir? Yemək—içməklərimiz, yalnızca
xidmət üçün olmalıdır. Bu tür düşüncə sevincə
səbəb olar və böylə bir mutlu duyqu oluşdurar ki,
həyat boşuna bir şey
deyildir, onun anlamı vardır.
•
Həqiqət nədir? Bu, çox çətin bir sorudur. Bu sorunu
mən bu biçim çözmüşəm ki, həqiqət insanın iç
səsinin çağrılarıdır. O zaman böylə bir soru
ortaya
çıxa bilər ki, nədən müxtəlif insanlar həqiqətləri
dəyişik və çəlişkili (təzadlı) olaraq düşünürlər?
İnsan bilinci sonsuz biçimlərdə davrandığından
dolayı biri üçün həqiqət olaraq görünən bir
başqasına həqiqət dışı görünə bilər. Bu nədənlə də
bu qonuda denəmələr yapmaq istəyənlər denəmələr
üçün özəl qoşulların gəlişdirilməsi sonucuna
varırlar. Hər kəs haqq azadlığı, vicdan və inanc
azadlığından danışmaqdadır. Böylə bir durumda bir
tür
disiplin söz qonusu olmazsa, həqiqətsizlik bu
qarmaşıq dünyanı başına alar. Mənim görüşlərimə
gör
ə insanlıqdan bütöv bir hiss daşımayan adamlar
üçün həqiqətin anlamı yoxdur. Həqiqətin sonsuz
dənizində üzmək istəyən hər kəs ilk öncə özünü
sıfıra çatdırmalı, heç olaraq görməlidir.
•
Həqiqətin hər insanın qəlbində yuvası var. Hər kəs
həqiqəti bu yuvada gördüyü kimi aramalıdır. Ancaq
113
əsəri yaratmaq istəmirdilər. Ancaq hər ikisi həqiqət
arxasınca olduqlarından sözün də lətafəti öz-özünə
ortaya çıxırdı. Mənim də arxasınca olduğum və
uğrunda canımı verə biləcəyim həqiqət də budur.
•
Tanrı qonusunda böylə bir sorun var ki, Onu bəyan
etmək olmur. Ancaq həqiqəti vəsf etmə hər bəşərin
qəlbində var. Həqiqət bu an haqq sandığınızdır və
bu Tanrıdır. Kimsə bu nisbi həqiqətə uyarsa, əmin
olmalıdır ki, zaman axışı içində mütləq həqiqətə də
çata bilər.
•
Mən həqiqətin yolunu tanıyıram. Düz və incədir.
Sanki kəsici bir qılıc kimi. Bu yolda yürüməkdən
zövq alıram və sapdığımda açıqca ağlayıram. Tanrı
“Çalışan kimsə heç bir zaman həlak olmaz” deyir.
Mən Tanrının bu çağrısına içdən inanmışam.
Əksikliklərimdən dolayı min kərə yenilsəm də
inancımı itirmərəm. Cismimi
tam olaraq kontrol
etdiyim zaman Tanrı işığını içimdə görəcəyimə
inanıram.
•
Mən həqiqət arayan biriyəm. Ona doğru bir yol
bulmuşam və durmadan sürəkli olaraq ona tərəf
yür
üməkdəyəm. Ancaq hələ ona varmadığımın
bilincindəyəm. Həqiqətə qovuşmaq üçün insan
özünü və yazqısını yaxşı bilməlidir, yəni kamil
olmalıdır. Nə yazıq ki, mənim əksikliklərim var.
Bütün çabalarım bu əksiklikləri ortadan qaldırmağa
yönəlmiş. İnsan öz əksikliklərini istisna durumlarda
görə bilir.
•
“Ç
evrəmi sarmış olan qaranlıqda” həqiqətə doğru
uzanan yolu görürəm. Genəldə çox yanılıram,
hesablarım yanlış sonuc verir. Tək inancım
Tanrıyadır. İnsanlara olan inancım da Tanrıya olan