140
edərəm. Önlərində daha doğru bir yolun da
olduğunu söylərəm və seçim haqqını kəndilərinə
buraxaram.
•
Savaşa qarşı olmağımı ələşdirənlərin mənim qədər
xalqın acıları və müsibətləri ilə tanış olmalarını
istərdim. Sadəcə Hind xalqının acılarını nəzərdə
tutmuram,
bütün d
ünyanın, hətta savaşa qatılmayan
ölkə xalqlarının durumlarına baxmalarını istərdim.
Dünyada davam edən bu qırğınlara, kütləvi qətllərə
qarşı umursamaz (laqeyd) olamam. Məncə
insanların bir-birinə qarşı ölümcül davranmaları
insanlığa yaraşmayan davranışdır. Bu afətdən
qurtulmanın bir yolu olmalıdır.
•
Gövdəsəl (cismi) varlığımız durduqca, tam qeyri—
aqressivlik olanaqsızdır. Çünkü biz ən azından
özümüz üçün bir yer işğal etməliyik. Öz gövdənizdə
var olduğunuz sürəcə, qeyri—aqressivlik olqusu da
Oqlidosun gerçək nöqtəsi və ya həndəsədəki düz
xətt quramına (teorisinə) bənzər. Bunlara qarşın,
həyatımız boyunca bu doğrultuda çalışmalıyıq.
•
Canlı varlıqların canını almaq bəlkə bir görəv kimi
ola bilər. Gövdəmizin yaşamı üçün bir çox
canlıların canına qıyırıq. Kimsə düşünməz ki, bu
əməli ilə məzhəb dışı davranışlarda bulunmaqdadır.
Faydalı heyvanları qorumaq üçün, bəzən yırtıcı
heyvanları öldürmək zorunda qalırıq. Hətta bəzən
insanı da öldürmək bu açıdan doğru ola bilər.
Təsəvvür edəlim ki, birisi qızmış və əlinə bir qılıc
alaraq qarşısına çıxanı öldürür. Bu durumda bu
qızqın adamı öldürmək başqalarının asayişini
qorumağa xidmət edər. Bu adamı öldürmək
xeyirxah bir işdir.