149
etiraf etməliyəm. İlanlardan qorxma duyqusunun
tam olaraq içimdən silindiyinə əmin deyiləm.
İlanlarla içdən dostluq qurmama inancım tam
deyildir.
•
Bilim və bilginin gəlişməsi ilə müxalif deyiləm.
Batının bilimcilik tutumunu da alqışlamışam.
Bilimin
gəlişməsinə qarşı etirazlarım Batı bilim
adamlarının bizdən daha aşağı olan Tanrı
yaratıqlarının yaşamlarına qıymaları üzündən
olmuşdur. Canlıların yaşamlarını təhlükəyə soxan
denəmələrə qarşı bütün varlığımla nifrət edirəm.
Bəşəriyət adına canlıların yaşamına qıyılmasına
qarşıyam. Günahsız qanların hesabına gəlişən
bilimləri çox anlamsız sayıram. Qanın devriyə
nəzəriyəsi heyvanların öldürülməməsi üzündən kəşf
edilməsə idi, bunsuz da insanlıq öz yaşamını
sürdürə bilərdi. Ancaq Batının vicdanlı bilim
adamlarının gələcəkdə bu kimi çalışmalarını
durduracaqlarına inanmaq mümkündür.
•
Qeyri—
aqressivlik anlaşılması qolay olan bir şey
deyildir. Bizim kimi yaratıqların ona əməl etməsi də
çətindir. Hamımız Tanrıya dua etməliyik ki, könül
gözlərimizi açıb içimizə işıq dolduraraq bu yolda
yardımçımız olsun. Dostluğun və barışın
alqışlayıcısı olaraq bu günkü görəvim azadlığımızı
əldə etmək üçün bütün varlığımla qeyri—
aqre
ssivliyə əməl etməkdir. Hindistan
bu yolla
özgürlüyünü qazanmış olursa, dünya barışına böyük
yardımda bulunmuş olacaqdır.
•
Olumsuz dirəniş iki tərəfi də kəsən qılıc kimidir.
Hər türlü davrana bilər. Həm onu qullanana, həm də
ona qarşı çıxana yararlı ola bilər. Bir damla qan
150
axıtmadan olumlu sonuclar doğura bilər. Heç bir
zaman pas basmayan və oğurlanmayan bir silahdır.
•
Ümumi yasalara
uymamaq üçün
mübarizə içdən və
sayqılı biçimdə olmalıdır. Bütün böyük insanlıq
öyrətmənləri fanı bədənlərini ruhları qarşısında
önəmsiz saymışlar. Bu nəzəriyəni ən gözəl şəkildə
bəyan edən
Tolstoy olmuşdur. O, sadəcə bu
nəzəriyəni önə sürmür, həm də ona uyqun olaraq
yaşayırdı. Avropada bilinmədən daha öncələr bu
nəzəriyə
Hindistanda
bir
türlü
anlaşılıb
uyqulanmaqda idi. Ruhi gü
cün bədən gücündən
daha üstün olduğunu rahatca anlamaq mümkündür.
Yanlışlıqları ortadan qaldırmaq üçün insanlar ruhi
gücə tapınsaydılar bir çox sorunlar kəndiliyindən
çözülmüş olurdu.
•
Budda
böyük qorxmazlıq duyqusu ilə savaşı
düşmən cəbhəsinə çəkərək, təkəbbürlü bir rahibi diz
çökdürdü.
İsa sələməciləri Beyt-ül Müqəddəsdən
dışladı. Yalançıları və fırıldaqçıları Tanrı lənətinə
tuş etdi. Hər ikisi böyük olumlu iş gördülər.
Fitrətlərində saxlı olan yaxşılıqları sərgilədilər.
Budda
və
İsa kötülükləri cəzalandırdıqlarında,
vücudlarının ötəsində olan məhəbbət və sevgini
göstərmiş olurdular. Onlar düşmənlərinə qarşı, hətta
barmaqlarını da qaldırmadılar. Ancaq doğruluq
yolunda öz canlarından keçməyə hazır idilər.
Budda
öz
məhəbbətinin gücünü rahiblərin
vəzifələrinə eşit görməsə idi, hətta onların
görəvlərindən daha üstün
olduğunu sübüt edə
bilməsə idi, haqlılığını isbatlamaq üçün ölməyə də
hazır idi.
İsa xaçda dara çəkilərkən, başında
tikandan bir çələng var idi. Ancaq bu durumu ilə
Roma imperatorluğunun təməlini sarsıdırdı.