144
öz ölçüsündə quldurluq etməkdədir. Öyləcə də
savaş zamanı yaralılara baxan biri də savaş
suçundan arınmış deyildir.
•
Haqqında müxtəlif görüşlər ortaya çıxan bu incə
qonunu b
ir az daha aydınlığa qovuşdurmaq
istəyirəm. Başardığım qədəriylə bilgilərimə və
təcrübələrimə dayanaraq, ahimsaya inanıb onun
ilkələri əsasında yaşamaq istəyənləri aydınlatmağa
çalışmışam. Həqiqət yanlısı olan bir adam öz əhdinə
tərs düşən heç bir işi etməməlidir. Sürəkli öz
yanlışlıqlarını
düzəltməyə
hazır
olmalıdır.
Yanlışlıqlarını sezdiyində həmən ona etiraf edib
cəzasını özü bəlli etməlidir.
•
Qeyri—
aqressivliyin etkili güc olması üçün öncə
zehndə başlamalı. Düşüncə ilə özdeşləşməyən
cismani qeyri—aqressivlik gücsüzl
ərin
və
qorxaqların yöntəmidir və bunun olumlu etkisi
olmaz.
İçimizdə nifrət daşıyaraq intiqam
duyqusundan uzaq olduğumuzu iddia edə bilmərik.
İntiqam almasaq da, bu nifrət duyqusu bizi
içimizdən məhv edər. Ahimsa yandaşı içini nifrət və
kin d
uyqularından boşaltmalıdır.
•
Öz çıxarları üçün insanları aldadan, ancaq aqressiv
davranmayan, silah gücünə inəklərin öldürülməsini
önləyən, ahimsa yanlısı ola bilməz. Bütün bunların
hamısı nifrət və qorxaqlığın göstəgəsidir.
•
Mən zora qarşıyam, çünkü zahirən yararlı görünsə
də, bu yararlılıq keçicidir. Ancaq zərəri isə,
davamlıdır. Bütün ingilislərin öldürülməsinin
Hindistana bir yarar gətirəcəyinə inanmıram.
İngilisləri öldürmək üçün milyonlarca hindli
lazımdır, yəni milyonlarca hindlinin ingilislərin
özləri kimi olması gərəkir. İngilislər kimi, adam
145
öldürən. İndiki durumun gerçək suçlusu
ingilislərdən daha öncə özümüzük. Biz yaxşılıqdan
başqa heç bir şey etməzsək, ingilislər kötü işlər
yapmaqda gücsüzləşəcəklər. Bu üzdən də mən
sürəkli olaraq öz içimizdən islah olmanı israrla
dəstəkləmişəm.
•
Tarix bizə anlatmaqdadır ki, yaxşı niyyətlər üçün
zor qullanaraq düşməni məğlub edənlər öz
növbələrində də məğlub olanların durumuna
düşmüşlər.
•
Xarici güclərə qarşı aqressiv davransaq, öz
toplumumuz da ölkəmizin gəlişməsini önləyən
aqressivlik xəstəliyinə yaxalana bilər. Dünyanın
digər
ölkələrində
aqressivliyin
olmasına
baxmayaraq,
ölkəmizdəki sorunları çözmək üçün
aqressivliyə əl atsaq, öz qurtuluş günümüzü daha da
gecikdirəcəyik. İslahatın zəruriliyinə inanmayan,
isla
hata qapalı olan topluma zorla və silah gücünə
islahatı dayatırsaq, toplum aqressivləşəcək və hətta
intiqam almaq üçün xarici güclərlə işbirliyinə də
girə bilər. Bu olay keçənlərdə gözlərimizin önündə
baş vermədimi? Onun acı xatirələrini unutmaq
mümkünmü?
•
Hökumətin örgütlənmiş aqressivliyi qarşısında bir iş
görə bilməz və toplumun örgütlənməmiş
aqressivliyi qarşısında çarəsiz qalarsam, bu
ortalıqda özümün məhv olmağımı tərcih edərəm.
•
Əlli ildən daha uzun sürən bir zaman sürəsində
durmadan qeyri—aqressivliyi
və onun imkanlarını
elmi diqqətlə uyqulamağa çalışmışam. Ahimsanı
oğuş (ailə), örgüt, iqtisadiyat və siyasət sahələrində
uyqulamışam. Bu qədər zaman içində bir tək örnək
olsa da, məğlubiyətə uğramamışam. Bəzən bir
146
uğursuzluq olmuşsa, onu öz yetərsizliyimdən
görmüşəm. Heç bir biçimdə özümü kamil olaraq
görmürəm. Ancaq bir adı da Tanrı olan həqiqəti
aramaqda iddialı olduğumu söyləyə bilərəm. Bu
arama sürəcində qeyri—aqressivliyi kəşf etmişəm.
İndi isə, onun yayqınlaşmasını həyatımın görəvi
olaraq düşünürəm. Bu görəvi gerçəkləşdirmək
həyatımın əsas amacıdır. Bu görəvin dışında həyatın
mənim üçün heç bir anlamı yoxdur.
•
Sevincimə səbəb olan olaylardan biri də mənə
müxalif olan qarşı tərəflərin ilgilərini özümə cəlb
edə bilmək olmuşdur. Güney Afrika insanları
s
ürəkli mənə güvənir, məni öz dostları kimi
görürdülər. İngiltərə hökumətinin siyasətinə qarşı
çıxmağıma baxmayaraq, minlərcə ingilis qadın və
kişi dostum vardır. Yeni maddi mədəniyəti məhkum
etsəm də, avropalı və amerikalı dostlarımın sayı
gündən günə artmaqdadır. Bütün bunların hamısı
qeyri—
aqressivlik fəlsəfəsinin qazanımlarıdır.
•
Gündən günə artıb varsıllaşan (zənginləşən)
təcrübələrim mənə deyir: həqiqəti və qeyri—
aqressivliyi qullanmadan millətlər arası barışın
bərqərar olacağı mümkün deyildir. Intiqamalma və
qarşılıqvermə siyasəti heç bir zaman uğurlu
olmamışdır.
•
Qeyri—
aqressivliyə olan bağlılığım bütün dünyəvi
və qeyri—dünyəvi ilgilərdən üstündür. Bu bağlılıq,
yalnız həqiqətə vurğunluğumla ölçülə bilər ki, bu da
qeyri—
aqressivliklə eşanlamlıdır. Çünkü qeyri—
aqressiv yolla və yalnız bu yolla həqiqətə qovuşa
bilərəm. Öz yaşamımda Hindistandakı dəyişik
məzhəblərə fərqli yanaşmadığım kimi, dəyişik
budunlar (xalqlar) arasında da fərq görmərəm.
Dostları ilə paylaş: |