106
Başqalarının məzhəbləri qarşısında dözümlü olmaq
öz məzhəbini gözdən salmaq anlaməında deyildir.
Öz məzhəbinə çox sağlıqlı biçimdə bağlı olanlar
başqa məzhəblər qarşısında dözümlü olurlar.
Dözüm,
açıq sezgi olanaqlarını genişlədər. Quzey
qütbün Güney qütbdən uzaq olduğu qədər aydın
sezgi də önyarqıdan (təəssübdən) uzaqdır. Məzhəblə
gerçək anlamda tanışlıq dinlər arasındakı sınırların
və divarların uçurulmasına səbəb olur.
•
Adamlardan qorxma duyqusun
dan uzaqlaşıb, yalnız
doğrunu aramağa özümüzü həsr etdiyimizdə hər bir
bireyin Tanrının elçisi olma olanağı mümkün ola
bilər. Mən öz yaşamımda yalnız doğrunun
doğruluğunu aradığıma inanıram və adamlardan da
qorxmuram.
•
Tanrı iradəsi ilə ilgili heç bir özəl kəşfim söz
qonusu deyildir.
Tanrının hər gün insanlara
göründüyünə inanıram. Ancaq biz qulaqlarımızı
içimizdəki “sükunətli incə səs”ə qapadır və
gözlərimizi “alov dirəkləri”nə yumuruq.
•
Mənim gerçək ağam və yönləndiricim olan Tanrı ilə
həmsəfər olmağa qərar verdim. O çox qısqanc bir
ağadır və kimsəni öz mülkünə şərik etməz. Bu
üzdən də hər kəs boş əllərlə, təslim ruhla və arınmış
niyətlə Onun hüzuruna getməlidir. O zaman
dünyanın qarşısında güclü olmanız üçün O, sizə
yardımçı olacaq. Bu
durumda O,
sizi bütün
bəlalərdən qoruyacaqdır.
•
Tanrının varlığını içimdə hiss etməsəydim, hər gün
qarşılaşdığım minlərcə müsibətlərin qarşısında dəli
olardım. Sonunda özümü
Huqli çayına atıb intihar
edərdim.