60
yanlışlıqlarıma etiraf etməklə özümü güclü hiss
edirəm. Hədəfə çatmaq üçün doğruluğu və
dürüstlüyü bir ilkə olaraq qəbul etmək gərəkir.
Yanlış tutumda və davranışda israr edən bir şəxs öz
hədəfinə çata bilməz.
•
Mən özümü “mahatma” ləqəbinə layiq görmürəm.
Dövlətlə əməkdaşlığım olmasa da, məni “mahatma”
adlandıran, məni “müqədds” görən insanların suçlu
sayılması yolunda bir qanunun çıxarılmasına böyük
məmnuniyətlə dəstək verərəm. Öz kontrolumda
olan “əşram”da böylə qanunların olması yasaqdır.
•
Sanıram bu bölümü bitirmənin zamanı gəlmişdir...
Bundan sonrakı mənim həyatım ümumi həyatla elə
qaynayıb qarışmışdır ki, orda olanların hamısını hər
kəs bilməkdədir. Hər kəs istərsə, bundan sonrakı
həyatımı ayrıntıları ilə anlaya bilər. Mənim həyatım
açıq bir kitab kimidir. Heç bir gizlin tərəfim yoxdur.
Heç bir gizlin olayı da təşviq etmir, dəstəkləmirəm.
•
Sürəkli təcrübələrim məni inandırmışdır ki,
doğruluqdan (həqiqətdən) başqa bir Tanrı yoxdur.
Burada yazdıqlarım ahimsa gerçəyini açıqlamırsa,
yazdıqlarımın heç bir anlamı yoxdur. Bu doğrultuda
mənim çalışmalarım verimsiz isə, oxucular
anlamalıdırlar
ki,
bunlar
mənim
bəyan
əksikliyimdən asılı olmuşdur, mütləq həqiqətin
əsasının yanlış olduğundan asılı deyildir.
•
Hindistana döndüyümdən sonra içimdə yatmış olan
gizlin şəhvət duyquları oyanmağa başlamışdı.
İçimdə baş qaldıran bu duyqular məni məğlub
etməyi başarmasalar da, ancaq ciddi şəkildə
utanırdım. Bu duyqularım üzərinə qalib gəlmə
çalışmalarım məni daha da canlı tutur, güclü qılırdı.
Ancaq bilirəm ki, önümdə keçməm gərəkən daha
61
çətin yollar var. Özümü tam olaraq heçliyə çatdırıb
sıfırlaşdırmalıyam. İnsan öz iradəsi ilə özünü öz
həmcinsləri yanında sıfır görmədikcə, onun
qurtuluşu mümkün deyildir. Ahimsa ən yüksək
alçaqkönüllülük gərəkdirməkdədir.
•
İnsanların məni öymələri məni gerçəkdən də
xəstələndirir. Əgər üzümə tüpürsəydilər bu
öymələrdən daha yaxşı olar və mən daha məmnun
qalardım. Böylə olsaydı, bu qədər etiraflara, öz
durumumu revizə etməyə gərək qalmazdı.
•
Öz şəxsi həyatımda rənglilik oluşduracaq, mənə
həyəcanlar və zövqlər yaşadacaq olaylara ehtiyacım
yoxdur.
Bunlar şahların sarayında bər-bəzək olan
araclardır. Mən hindulara xidmət etdiyim qədər
müsəlmanlara, xristianlara və yəhudilərə də özümü
mənsub bilirəm. Gerçək bir xidmətçinin heysiyyətə
(etibara) deyil, məhəbbətə ehtiyacı var. Vəfalı bir
xidmətçi olduğum sürəcə ümumi məhəbbət mənim
üçün təmin olacaqdır.
•
Səbəblərindən asılı olmayaraq Avropanı və
Amerikanı görmək istəmirəm. Oralara səfər
etməkdən qorxuram. Bu, öz millətimi onlardan daha
artıq sevdiyimdən dolayı deyildir. Özümə
güvənmədiyimdən dolayı böylə düşünürəm.
Müalicə üçün, hətta səyahət üçün Qərbə getmək
istəmirəm. Ümumi toplantılarda qonuşmağa da
həvəsim yoxdur. Adamları öz çevrəmə toplayıb
şəhrət qazanmaqdan xoşlanmıram. Tanrı məni
Qərbə göndərsə, bu, orada yaşayan insanların
könlündə məhəbbəti gücləndirmək üçün olacaqdır.
Ancaq düşünürəm ki, Qərbə söyləyəcək özəl bir
məsajım yoxdur. Mənim məsajımın cahanşümul
tərəfinin olmamasına baxmayaraq, düşünürəm ki,
62
öz vətənimdə çalışaraq dünyaya xidmət edə
bilərəm. Dünyaya olumlu məsaj verə bilərəm.
Hindistanda parlaq bir uğur qazana bilərsəm, onun
işığı dünyanı da etkiləyəcəkdir. Hindistana faydalı
ola bilməyəcəyimi görsəm, başqa bir yerə də
getməyəcəyəm. Hindistanın mənim məsajlarımı
anlamış olması təqdirdə başqa bir yerə səfər edə
bilərəm. Bu üzdən Qərbdə yaşayan dostlarımın
dəvətlərini ehtiyatla qarşılarkən, ancaq düşünürdüm
ki,
Romən Rollan
1
ı görmək üçün olsa da Avropaya
getməyə dəyər. Özümə güvənim olmadığından o
böyük insanla görüşü bu səfərim üçün bəhanə
gətirirdim. Bu üzdən də Romən Rollanla açıqca
danışdım. Ona dedim ki, mənim bu səfərimi sırf
səni görmək ölçüsündə tərtib edə bilərikmi? Romən
Rollan
da dedi ki, həqiqət adına bu səfər
gerçəkləşərsə, onu sırf məni görməklə sınırlamaq
olmaz və mən buna razı deyiləm. O da böylə
düşündü ki, sırf onunla görşmək üçün Hindistandakı
işlərimi yarımçıq buraxıb getməm doğru olmaz.
Gerçək budur ki, bu görüşün dışında məni
Avropaya aparacaq
başqa bir cazibə ortada
olmamışdır. Bu qərarımdan dolayı üzgün olsam da
doğru olduğuna inanıram. Çünkü bir tərəfdən
Avropaya getmək üçün heç bir ruhi və daxili zərurət
hiss etmirəm, digər tərəfdən vicdanımdan bir səs
hayqırır ki, Hindistanda etmən gərəkən çox işlər
var.
•
Özümü elə tərbiyə etmişəm ki, bütün yer üzündə
heç bir şeyə nifrət etmirəm. Qırx illik davamlı
inzibat və sürəkli dualarla kimsəyə nifrət etməməyi
alışqanlıq halına gətirmişəm. Bilirəm ki, bu, çox
1
Böyük humanist fransız yazarı.
Dostları ilə paylaş: |