Mənim dünyaya öyrədəcək yeni bir sözüm yoxdur



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə17/74
tarix28.06.2018
ölçüsü1,87 Mb.
#52335
1   ...   13   14   15   16   17   18   19   20   ...   74

54 
 
söyləmlər  o  zaman  məni  razı  sala  bilmirdi.  Bir 
ingilis və hindli arasındakı fərqi mən də görürdüm. 
Ancaq  onların  bizi  kölə  kimi  qullandıqlarına 
inanmırdım.  O  zaman  düşünürdüm  ki,  Hindistanın 
kötü durumda olmasının suçluları İngiltərə yönətim 
sistemi deyil, məmurlardır. Məmurlar dürüst olsalar 
Hindistan  bu  durumda  olmaz  düşüncəsində  idim. 
Düşünürdüm ki, Hindistanı İngiltərənin yardımı ilə 
qurtaracağıqsa, o zaman İngiltərənin möhtac olduğu 
bu  durumda  ona  yardım  etməliyik.  İngiltərə 
sisteminə qarşı tənqidlərim olsaydı da, indiki qədər 
bu sistemi suçlu görmürdüm. 
Bu  gün  bu  sistemə 
olan  güvənimi  və  inancımı  itirdiyim  üçün  artıq 
onunla he
ç bir şəkildə əməkdaşlıq etmək istəmirəm. 
İndi  düşünürəm  ki,  o  zaman  həm  ingilis 
məmurlarına,  həm  İngiltərə  yönətim  yöntəminə 
güvənlərini  itirən  hindistanlı  arxadaşlarım  bu 
dövlətlə əməkdaşlıq etməməkdə haqlıymışlar.  

 
O  zaman  düşünürdüm  ki,  İngiltərənin  bu  möhtac 
durumundan sui-
istifadə etməməliyik. Savaş davam 
etdiyi  sürəcə  susmalıyıq.  Savaş  bitdikdən  sonra  öz 
haqqımızı istəməliyik. Bu üzdən də mən o zamankı 
inancım  kimi  davrandım.  Mənim  dəvətimi  qəbul 
edənlərdən  istədim  ki,  savaşa  qatılmaq  üçün  ad 
yazdırıb İngiltərənin çıxarları yolunda savaşsınlar.  

 
Hamımız savaşın əxlaq dışı olduğunu qəbul edirdik. 
Mənim  haqqıma  saldıranlara  qarşı  şikayətçi 
olmadığım  müddətcə bu savaşı içdən dəstəkləməm 
də  doğru  olmazdı.  Özəlliklə  savaşan  tərəflərin 
iddialarının  doğru  olmadığına  da  inanırdım. 
Dostlarım  bilirdilər  ki,  mən  daha  öncə  Boer 
savaşına  da  qatılmışam.  Ancaq  o  zamana  görə 
görüşlərimin dəyişdiyini təsəvvür edirdilər. Əslində 


55 
 
məni  Boer  savaşına  qatılmağa  vadar  edən  dəlillər 
indi də öz keçərliliyini qorumaqda idi. Bilirdim ki, 
savaşa  qatılmaq  ahimsa  ilkələrinə  uyqun  gəlmir. 
Ancaq nə yazıq ki, şəxs hər zaman öz istədiyi kimi 
davrana bilmir. 
Doğruluğa  (həqiqətə)  and  içmiş 
adam  bir  çox  hallarda  öz  yolunu  qaranlıqlarda 
çətinliklə getmək zorunda qalır.  

 
Hindistanlıları  İngiltərə  ordusunda  xidmətə  razı 
salmağımla, sadəcə savaşa yardımçı olmur, həm də 
İngiltərə imperatorluğu adlanan bu böyük təşkilatın 
insancıl  və  xeyirli  niyyətlərinə  yardım  etdiyimi 
sanırdım. O zaman da bugünkü qədər savaşa nifrət 
edirdim. 
O  zaman  da  əlimə  tüfəng  almağı 
istəmirdim.  Ancaq  insanın  həyatı  düz  bir  xətdən 
oluşmamaqdadır.  Bəzən  də  bir-biri  ilə  qarşı-qarşı 
gələn  olaylar  bütünü  insan  həyatını  təşkil  edir. 
Sürəkli  insan  həyatda  iki  vəzifədən  birini  tərcih 
etməyə  çalışır.  Bir eyitimci kimi bir sürü insanları 
bu  savaşa  qatılmağa  çağırmalı  idim.  Onlara 
deyirdim  ki,  savaşa  inanırsınız  və  ingiltərəyə 
vəfalıysanız,  bu  savaşa  qatılmaq  zorundasınız.  Öc 
almaq  kimi  bir  duyquya  inancım  yoxdur.  Ancaq 
dörd  il  öncə  Hindistanda  bir  köy  olan  Betya 
sakinlərinə  dedim  ki,  ahimsadan  heç  bir  şey 
anlamayan  kimsələr  sizə  saldırır  və  malınızı  zorla 
aparmaq  istəyirlərsə,  haqqınızı  savunmaq  üçün 
silaha  sarılmalısınız.  Əgər  silahla  haqqınızı 
savunmazsanız qorxaqlarsınız.  
Keçənlərdə  hindlilərə  dedim  ki,  ahimsanın 
bütün qurallarına inanmır və ona əməl etmirsinizsə, 
qadınlarınızı,  malınızı  talayanlar  qarşısında  silahlı 
savunmaya  keçməzsəniz,  bəşəriyət  qarşısında 
suçlusunuz. 
Düşünürəm ki, mənim bu söylədiklərim 


56 
 
ahimsa 
məzhəbi ilə tam uyqunluq oluşdurmaqdadır. 
Bu  nəcib  nəziriyəni  duyurmaq  çox  asandır,  ancaq 
savaşlarla dolub-daşan dünyada onu bilib və həyata 
keçirmək  çox  çətin  işdir.  Bütün  bu  çətinliklərə 
baxmayaraq,  gün  keçdikçə  ahimsa  məzhəbi 
olmadan  həyatın  mənim  üçün  heç  bir  anlam 
daşımayacağına inanıram.  

 
Mənim  o  zamankı  davranışımı  ahimsa  ölçüləri  ilə 
ölçərsək,  onları  savunmaq  üçün  tutarlı  dəlil  tapa 
bilmərik.  Əslində  öldürücü  silahlarla  savaşa 
qatılanlarla savaşda yaralananlara qızılay tərəfindən 
xidmət edənlər arasında bir o qədər də fərq yoxdur. 
Çünkü  hər  iki  dəstə  bir  türlü  savaşa  qatılır  və 
savaşın  davamına  yardım  edirlər.  Hər  iki  dəstə 
savaş cinayətlərinə bulaşıb suçlu olurlar. Uzun illər 
boyu özümə daldıqdan, düşündükdən  və əməllərimi 
dəyərləndirdikdən sonra hiss etmişəm ki, o zamankı 
düşüncə  tərzimə  görə  Boer  savaşına,  1906-cı  ildə 
Natalda  “
Zulu  üsyanları”na  və  Birinci  Dünya 
Savaşına  qatılmam  normal  imiş.  Həyat  bir  çox 
güclərin  etkisi  altındadır.  Insan  öz  əməllərində 
dəyişməz bir üsul əsasında qərara gəlsəydi və hər an 
düşünmədən bu üsul əsasında davransaydı, o zaman 
həyat çox asan olurdu. Ancaq bir tək davranışımı da 
xatırlamıram ki, o haqda asanlıqla bir qərara gəlmiş 
olum. 
Mən  sürəkli  savaşa  qarşı  olduğumdan,    heç 
bir  şəkildə  onun  arxasınca  getməmişəm.  Bu  üzdən 
bir  çox  fürsətlərin  ortada  olmasına  baxmayaraq, 
öldürücü silahl
arın qullanımını öyrənmədim. Bəlkə 
bu üzdən dirək olaraq insanların həyatını söndürmə 
saldırqanlığından  uzaq  olmuşam.  Ancaq zor 
q
ullanmağı  öz  hədəfi  sayan  bir  hökumətin  təbəəsi 
olduğumdan özümdən asılı olmayaraq savaşlara öz 


Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə