Mənim dünyaya öyrədəcək yeni bir sözüm yoxdur



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə34/74
tarix28.06.2018
ölçüsü1,87 Mb.
#52335
1   ...   30   31   32   33   34   35   36   37   ...   74

110 
 
daha  irəliyə  gedərək  “həqiqət  Tanrıdır”  dedim. 
“Tanrı  həqiqətdir”  və  “həqiqət  tanrıdır”  anlayışları 
arasında çox incə bir ayrım (fərq) var. Mən əlli illik 
həqiqəti arama çabalarımda böylə bir qərara gəldim 
ki,  həqiqətə  qovuşmanın  ən  yaxın  yolu  eşq  və 
məhəbbətdir. Ancaq eşq və məhəbbətin də dillərdə 
dəyişik  anlam  daşıdığına  tanıq  oldum.  Şəhvani 
anlamında  eşq  və  məhəbbət  çox  təxrib  edici  ola 
bilər. Anladım ki, “ahimsa” anlamında məhəbbətin 
dünyada  çox  az  tərəfdarı  var.  Ancaq  həqiqət 
qonusunda  ikili  anlama  rast  gəlmədim.  Tanrıya 
inanmayan məzhəbsizlər də həqiqətin gücünü inkar 
etmirlər.  Bu  üzdən  də  böylə  qərara  gəldim  ki, 
“Tanrı  həqiqətdir”  söyləmi  yerinə  “həqiqət 
Tanrıdır”  söylənilsin.  Başqa  bir  sorun  da  var. 
Milyonlarca  insan  Tanrının  adını  qullanaraq 
aqressiv  davranırlar.  Alimlərin  həqiqətin  kəşfi 
yolunda aqressiv davrandıqları kimi. 
Hind inancında deyilir ki, yalnız Tanrı var və ondan 
başqa  heç  bir  şey  yoxdur.  Bu  mətləb  İslamda  da 
israrla  “la  ilahə  illəllah”  şəklində  ortaya  çıxmışdır. 
Anlaşıldığı kimi, İslamda da deyilir ki, yalnız Tanrı 
var və tanrının dışında heç bir şey yoxdur. Sanskrit 
dilində həqiqət anlamı daşıyan “sat”sözünün dəqiq 
mənası “var olan” deməkdir. Bu və digər dəlillərdən 
dolayı anladım ki, “həqiqət Tanrıdır.” 

 
 Bu t
əbir məni daha çox razı salmaqdadır. Həqiqəti 
Tanrı  olaraq  bulmaq  istədiyinizdə  onun  tək  yolu 
məhəbbət,  yəni  qeyri-aqressivlik  olacaqdır.  Amac 
və  arac  qavramlarının  incələnməsində  bunları 
eşanlamlı  sözlər  olaraq  alqıladığımdan  dolayı 
açıqca  və  içgüvənlə  “Tanrı  məhəbbətdir”  söyləyə 
bilərəm. 


111 
 

 
Mütləq  həqiqət  açısından  bədən  də  bir  tür  mülk 
sayılır.  Bu,  doğrudur  ki,  deyirlər  ruhun  ləzzətə 
meyllənməsi  cismi  yaratmış  olur.  Ruhun bu 
təmayülü ortadan qalxarsa,  cismə  də  ehtiyac 
qalmaz, 
insan  doğum—ölüm  dönüşümündən 
qurtulmuş  olur.  Ruh  çox  qapsayıcı  varlıqdır.  O 
zaman nədən ruh bədəndə məhbus qalmalı, ya da bu 
qəfəsi  qorumaq  üçün  başqa  canlıları  da 
öldür
məlidir?  Yemək—içməklərimiz,  yalnızca 
xidmət  üçün  olmalıdır.  Bu  tür  düşüncə  sevincə 
səbəb  olar  və  böylə  bir  mutlu  duyqu  oluşdurar  ki, 
həyat boşuna bir şey deyildir, onun anlamı vardır.  

 
Həqiqət nədir? Bu, çox çətin bir sorudur. Bu sorunu 
mən  bu  biçim  çözmüşəm  ki,  həqiqət  insanın  iç 
səsinin çağrılarıdır. O zaman böylə bir soru ortaya 
çıxa  bilər  ki,  nədən  müxtəlif  insanlar  həqiqətləri 
dəyişik  və  çəlişkili  (təzadlı)  olaraq  düşünürlər? 
İnsan  bilinci  sonsuz  biçimlərdə  davrandığından 
dolayı  biri  üçün  həqiqət  olaraq  görünən  bir 
başqasına həqiqət dışı görünə bilər. Bu nədənlə də 
bu qonuda denəmələr yapmaq istəyənlər denəmələr 
üçün  özəl  qoşulların  gəlişdirilməsi sonucuna 
varırlar.  Hər  kəs  haqq  azadlığı,  vicdan  və  inanc 
azadlığından danışmaqdadır. Böylə bir durumda bir 
tür 
disiplin  söz  qonusu  olmazsa,  həqiqətsizlik  bu 
qarmaşıq  dünyanı  başına  alar.  Mənim  görüşlərimə 
gör
ə insanlıqdan bütöv bir hiss daşımayan adamlar 
üçün  həqiqətin  anlamı  yoxdur.  Həqiqətin  sonsuz 
dənizində  üzmək  istəyən  hər  kəs  ilk  öncə  özünü 
sıfıra çatdırmalı, heç olaraq görməlidir.  

 
Həqiqətin hər insanın qəlbində yuvası var. Hər kəs 
həqiqəti bu yuvada gördüyü kimi aramalıdır. Ancaq 


112 
 
kimsə  başqalarını  onun  həqiqətini  qəbul  etməyə 
zorlamamalıdır.  

 
Həyat  diləklər  yolunda çabalamalardan ibarətdir. 
Həyatın  görəvi  insanın  nəfsini  tanıyıb  ərmişliyə 
(kamala) 
doğru  hərəkətindən  ibarətdir.  Əksikliklər 
üzündən  bu  ülküdən  (idealdan)  vaz  keçib  başqa 
ərəklərə  (hədəflərə)  yönəlməmək  gərəkir.  Mən 
böyük  acı  duyqusu  ilə  öz  əksikliklərimin 
bilincindəyəm. Hər gün içimdən səssiz “yardım et!” 
hayqırtıları  həqiqətə  doğru  yüksəlmədədir.  Bu 
əksikliklərimin əlindən qurtulmaq üçün doğruluğun 
(həqiqətin) mənə yardım etməsini diləyirəm.  

 
Mənim  yazılarımda  doğrusuzluğa  (həqiqətsizliyə) 
və yalana yer yoxdur. Çünkü həqiqətin dışında heç 
bir  məzhəbin  olmadığına  inancım  sarsılmazdır.  Bu 
üzdən doğruluqdan vaz keçərək qaznacağım hər 
şeyi  rədd  edirəm.  Dünyanın  məhəbbət  üzərində 
qurulduğuna  olan  inancımdan  dolayı  yazılarımda 
kimsəyə  qarşı  nifrət  və  kin  yoxdur.  Yalnız 
məhəbbət olan yerdə həyat var. Məhəbbətsiz həyat 
ölümdür. 
Bir  tərəfi  məhəbbət  olan  sikkənin  digər 
tərəfi həqiqətdir. Düşünürəm ki, doğruluq və sevgi 
ilə bütün dünyanı fəth etmək mümkündür.  

 
Mən yalnız həqiqət yolçusuyam. Həqiqətin dışında 
heç bir disiplin 
tanımıram.  

 
Həqiqət  aranması  gərəkən  ilk  şeydir.  Həqiqəti 
aradığınızda gözəllik və yaxşılıq öz-özünə sizə tərəf 
gələcək.  Bu,  Hz.  İsanın  “Dağın  zirvəsində 
moizə”sinin  öyrətilərindən  başqa  bir  şey  deyildir. 
Məncə İsa və Məhəmməd böyük sənət adamı idilər. 
Çünkü  onlar  həqiqəti  görürdülər.  Araşdırmaçıların 
söylədiklərinə  görə  Quran  ərəb  ədəbiyatının  ən 
üstün kitabıdır. İsa və Məhəmməd böyük bir sənət 


113 
 
əsəri yaratmaq istəmirdilər. Ancaq hər ikisi həqiqət 
arxasınca  olduqlarından  sözün  də  lətafəti  öz-özünə 
ortaya  çıxırdı.  Mənim  də  arxasınca  olduğum  və 
uğrunda canımı verə biləcəyim həqiqət də budur.  

 
Tanrı qonusunda böylə bir sorun var ki, Onu bəyan 
etmək olmur. Ancaq həqiqəti vəsf etmə hər bəşərin 
qəlbində  var.  Həqiqət  bu  an  haqq  sandığınızdır  və 
bu  Tanrıdır.  Kimsə  bu  nisbi  həqiqətə  uyarsa, əmin 
olmalıdır ki, zaman axışı içində mütləq həqiqətə də 
çata bilər.  

 
Mən  həqiqətin  yolunu  tanıyıram.  Düz  və  incədir. 
Sanki  kəsici  bir  qılıc  kimi.  Bu  yolda  yürüməkdən 
zövq alıram və sapdığımda açıqca ağlayıram. Tanrı 
“Çalışan  kimsə  heç  bir  zaman  həlak  olmaz”  deyir. 
Mən  Tanrının  bu  çağrısına  içdən  inanmışam. 
Əksikliklərimdən  dolayı  min  kərə  yenilsəm  də 
inancımı  itirmərəm.  Cismimi tam olaraq kontrol 
etdiyim  zaman  Tanrı  işığını  içimdə  görəcəyimə 
inanıram.  

 
Mən  həqiqət  arayan  biriyəm.  Ona  doğru  bir  yol 
bulmuşam  və  durmadan  sürəkli  olaraq  ona  tərəf 
yür
üməkdəyəm.  Ancaq  hələ  ona  varmadığımın 
bilincindəyəm.  Həqiqətə  qovuşmaq  üçün  insan 
özünü  və  yazqısını  yaxşı  bilməlidir,  yəni  kamil 
olmalıdır.  Nə  yazıq  ki,  mənim  əksikliklərim  var. 
Bütün çabalarım bu əksiklikləri ortadan qaldırmağa 
yönəlmiş. İnsan öz əksikliklərini istisna durumlarda 
görə bilir.  

 
“Ç
evrəmi  sarmış  olan  qaranlıqda”  həqiqətə  doğru 
uzanan  yolu  görürəm.  Genəldə  çox  yanılıram, 
hesablarım  yanlış  sonuc  verir.  Tək  inancım 
Tanrıyadır. İnsanlara olan inancım da Tanrıya olan 


Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə