Mәnim sizә tövsiyәm ondan ibarәtdir ki, orta mәktәbdә necә oxumusunuz, elә dә davam edin


ÒßÙÑÈËß ÃÀÉÜÛ ÝßËßÚßÉÈÌÈÇß ÃÀÉÜÛÄÛÐ



Yüklə 6,16 Mb.
Pdf görüntüsü
səhifə51/54
tarix01.07.2018
ölçüsü6,16 Mb.
#52644
1   ...   46   47   48   49   50   51   52   53   54

121
ÒßÙÑÈËß ÃÀÉÜÛ ÝßËßÚßÉÈÌÈÇß ÃÀÉÜÛÄÛÐ
Mikayılov Elşən (I qrup, 682 bal) ‑ Dərsliklər ən etibarlı mənbədir. Onlarla çox işləmək
lazımdır. Hazırlıq prosesində öz rejimini düzgün qurmaq gərəkdir. Buraya oxuma, çalışma
rejimi, yuxu və istirahət üçün vaxt bölgüsü və s. daxildir. 
Abbaslı  Nərmin (I qrup, 675 bal) ‑ Mən öz təcrübəmdən cıxış edib əminlikə deyirəm ki,
həvəsi, məqsədi və potensialı olan abituriyent istədiyi nəticəni əldə edə bilər.
Həsənov Murad (I qrup, 670 bal) ‑ Hər bir şagird dərslərinə aşağı siniflərdən ciddi
yanaşmalıdır. Qəbula hazırlıq zamanı bacardıqca çoxlu sayda testlərlə işləmək,  diqqəti
yayındıran məşğuliyyətlərdən uzaq olmaq lazımdır. Dərslərə yüksək əhval‑ruhiyyə, istək və
həvəslə yanaşmaq gərəkdir. Tələbə adını daşımağın necə şərəfli, qürurlu və gözəl bir hiss
olduğunu sözlə ifadə etmək çətindir. Bu hisləri yaşamaq üçün hər bir əziyyəti çəkməyə dəyər!    
Vəliyev Məhəmməd (I qrup, 662 bal) ‑ TQDK‑nın təşkil etdiyi bütün sınaq imtahanlarında
iştirak etməyi və bu imtahanlarda yol verdikləri səhvləri aradan qaldırmaq üçün ciddi
çalışmağı məsləhət görürəm.
Rəsulzadə Azər (I qrup, 660 bal) ‑ Əsas fikrinizi dərslərə, oxumağa yönəldin. Sosial
şəbəkələrdən mümkün qədər uzaq olun, çünki bunlar insanın qızıl kimi vaxtını alır.
Ömərov Şamil (I qrup, 657 bal) ‑ Qəbula hazırlıq dövründə yuxu və qidalanma rejiminə də
diqqət yetirmək  vacibdir. Sosial şəbəkələrdən uzaq olmaq, imtahanlara məqsədyönlü,
sistemli şəkildə hazırlaşmaq lazımdır. 
Hüseynli Şəbnəm (I qrup, 655 bal) ‑ Hər bir abituriyent öz bilik səviyyəsinə, bacarıq və
qabiliyyətinə uyğun ixtisas seçməlidir. Eyni zamanda ixtisas seçimində gələcəyi nəzərə almaq
lazımdır. Arzu, istəklə yanaşı, seçdiyin ixtisasın perspektivini, gələcəkdə nə dərəcədə lazımlı
olmasını da düşünmək lazımdır.  
Əliyev Yusif (I qrup, 652 bal) ‑ Sınaq imtahanlarında mütəmadi iştirak edin, “Cavab
kartı”nın doldurulması texnologiyası ilə bağlı təcrübə əldə edin. Testlərlə çoxlu işləyin,
imtahanda sualların şərtinə diqqət yetirin, mümkün qədər ötən illərin sınaq və qəbul
imtahanlarında istifadə olunmuş test nümunələri ilə tanış olun. 
Əhmədzadə Niyaz (I qrup, 649 bal) ‑ Məsləhət görürəm ki, hər hansı  fənnin hansısa bir
bölməsini oxuyarkən bir neçə vəsaitdən istifadə edin. Çünki bir vəsaitdə olan mövzu
digərində olmaya və ya daha dolğun, geniş əks oluna bilər. 
Tağıyev Şamxan (I qrup, 642 bal) ‑ Qəbul imtahanının nəticəsində mənim gəldiyim qənaət
budur ki, yaxşı nəticə əldə etmək üçün planlı və sistemli şəkildə oxumaq lazımdır. Gələcək
abituriyentlərə də mənim əsas məsləhətim budur. 
İmanova Bağçagül (I qrup, 634 bal) ‑ Birincisi, yüksək bal toplamaq üçün intensiv çalışmaq
lazımdır. Digər tərəfdən, fənlər üzrə hazırlıq üçün vaxtı düzgün bölmək gərəkdir. Bununla
bərabər, əyləncə, istirahət, ictimai işlərə də vaxt ayırmağı məsləhət görürəm. 
Dostuyev Təbriz (I qrup, 622 bal) ‑ Məktəb proqramı üzrə materiallara mükəmməl
yiyələnməyi, TQDK‑nın keçirdiyi sınaq imtahanlarında iştirak etməyi və “Abituriyent”
jurnalının bütün saylarını oxumağı məsləhət görürəm. 


122
ÁÈËÈÊ ÉÀÐÛØÛÍÛÍ ÞÍÚÖËËßÐÈ
Həmzəyeva Nuranə (I qrup, 606 bal) ‑ Qəbul imtahanı zamanı ayrılan vaxtı düzgün
bölsünlər, ondan səmərəli istifadə etsinlər, imtahanda dəqiq bilmədikləri sualları
cavablandırmasınlar. 
Abbasova Fidan (I qrup, 604 bal) ‑ Abituriyentlərə çox çalışmağı, oxuduqlarını dərindən
mənimsəməyi, testlərlə çox  işləməyi, mütəmadi olaraq sınaq imtahanlarında iştirak etməyi
tövsiyə edirəm. 
Qarayev Altay (I qrup, 602 bal) ‑ Təhsil almaq, oxumaqla bağlı heç zaman daha “gecdi”,‑
deyə düşünməyin. Əzmlə, məqsədyönlü şəkildə çalışsanız, hətta 1 il ərzində hazırlaşmaqla da
müvəfəqiyyət qazana bilərsiniz.  
Səfərli Kənan (II qrup, 690 bal) ‑ Hər bir şagird bilməlidir ki, oxumaqla, təhsil almaqla öz
gələcəyini qurur. Mən belə düşündüm, çalışdım və istədiyimə nail oldum. Abituriyent qəbul
imtahanına hazırlığa belə bir əzm və inamla başlamalıdır. 
Bədəlova Aytəkin (II qrup, 675 bal) ‑ Məsləhətim odur ki, oxuduqlarını dərk etsinlər,
dərindən mənimsəsinlər. Testlərlə çox işləsinlər, imtahanda maksimum dərəcədə diqqətli
olsunlar. 
Fərəczadə Simuzər (II qrup, 665 bal) ‑ İxtisas qrupu seçiminə ciddi yanaşsınlar. Sevdikləri
ixtisası seçsinlər. Elə olsun ki, gələcəkdə bu ixtisası seçdiklərinə peşman olmasınlar. 
Əliyeva Aygün (II qrup, 652 bal) ‑ Qəbula hazırlıq prosesində mənim əsas prinsiplərim
bunlar idi: məqsədyönlülük, diqqətlilik, səbir, vaxtın düzgün bölgüsü. 
Fərzəliyev Voraşil (II qrup, 649 bal) ‑ Yüksək bal toplamağı qarşısına məqsəd qoyan
abituriyent nəzərə almalıdır ki, dərsliklərdə, tədris vəsaitlərində xırda, əhəmiyyətsiz hec bir
şey yoxdur. Onlardakı hər bir detala diqqət yetirmək, əhəmiyyət vermək lazımdır. 
İsmayılov Əliş (II qrup, 642 bal) ‑ Qəbula hazırlıq dövründə ilk öncə vaxtınızı düzgün
bölməyə çalışın və bu zaman səviyyənizi nəzərə alın. Öz gücünüzə inanın. Özünü zəif hesab
edən abituriyent belə düzgün vaxt bölgüsü ilə çox böyük nəticələr əldə edə bilər. İstirahət
etmədən saatlarla oxuyub özünüzü yormayın, dincəlmə intervallarını müəyyən edin.
Yuxusuzluğa qətiyyən yol verməyin, ən azı 6 saat yatmağa çalışın. Dərsi oxuyarkən özünüzə
həm də müəllimin gözü ilə baxın. Ayrı‑ayrı mövzular üzrə test  sualları hazırlayıb bir dəftərə
köçürün. Mən bu qayda ilə 365 test hazırlamışdım. 
Xurşudzadə Fatimə (II qrup, 635 bal) ‑ Məktəb proqramını tam mənimsəyin. Bu, sizə nəinki
qəbul imtahanında, gələcəkdə də lazım olacaq. Sınaq imtahanlarında mütəmadi iştirak edin.
Məntiqi təfəkkürünüzü inkişaf etdirin. 
Feyziyev Arif (II qrup, 632 bal) ‑ Oxuduğunuz materialları müəyyən metodiki qaydalara
əsasən mənimsəyin, bilikləri əzbərçilik yolu ilə deyil, dərk etməklə öyrənin, onları
yoldaşlarınız və müəllimlərinizlə təhlil və müzakirə edin. 
Abdulrahmanov Nurlan (II qrup, 629 bal) ‑ Məktəb dərslikləri və TQDK‑nın metodiki
nəşrlərindən istifadə etməklə yanaşı, digər vəsaitlərdən də istifadə edin. Testlərlə maksimum
dərəcədə cox işləyin. 


Yüklə 6,16 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə