MəNTĠq elmġ, Georq Vilhelm Fredrix Hegel, logikwissenschaft, Georg Wilhelm Friedrich Hegel



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə31/79
tarix17.11.2018
ölçüsü1,85 Mb.
#80932
1   ...   27   28   29   30   31   32   33   34   ...   79

bir-birinə əkslikdə həqiqi kimi qəbul etdikləri təriflərin konkret vəhdətidir. Əlavə edək ki, mistik olanı həqiqi bilik 
sayanlar hər halda yenə də o rəydə qalırlar ki, mistik bütövlükdə sirli bir Ģeydir və bununla onlar özlərinin fikrincə aĢkar 
etmiĢ olurlar ki, təfəkkür də yalnız eyniyyətin abstrakt ehtimalıdır, deməli, həqiqəti əldə etmək üçün təfəkkürdən imtina 
olunmalıdır, yaxud tez-tez deyildiyi kimi, düĢüncəni məhdudlaĢdırmaq lazımdır. Amma gördüyümüz kimi, abstrakt 
düĢünən təfəkkür möhkəm və qəti bir Ģey olmaqdan çox özünü daim aradan qaldıran və öz əksliyinə keçən bir Ģey kimi 
aĢkar edilir, düĢünən təfəkkür isə ondan ibarətdir ki, əksliklər orada ideal momentlər kimi öz yerini tapır. Deməli, bütün 
düĢünüləni, ağlabatanı biz, həm də mistik adlandırmalıyıq və bu zaman düĢünməliyik ki, ağlabatan düĢüncədən kənara 
çıxan bir Ģeydir, ancaq heç də ona təfəkkür üçün əlçatmaz, dərkolunmaz bir Ģey kimi baxmamalıyıq. 
   
§ 83 
  Məntiq üç yerə bölünür: 
  I. Varlıq haqqında təlim. 
  II. Mahiyyət haqqında təlim. 
  III. AnlayıĢ və ideya haqqında təlim. 
  Beləliklə, məntiq fikir haqqında: 
  I. Fikrin bilavasitəliyi – özündə anlayıĢ haqqında təlimdir. 
  II. Onun refleksiyası və vasitəliliyi – anlayıĢın özü üçün varlığı və görüntüsü haqqında təlimdir. 
  III. Onun özünün özünə qayıdıĢı və inkiĢaf etmiĢ özündə varlığı – özündə və özü üçün55 anlayıĢ haqqında təlimdir. 
  Əlavə. Məntiqin burada göstərilən bölgüsü də təfəkkür haqqında yuxarıda aydınlaĢdırılmıĢ bütün məlumatlar kimi 
yalnız öncəsezmə kimi gözdən keçirilməlidir və onun bəraətləndirilməsi və ya sübutu yalnız fikrin özünün ətraflı 
araĢdırılmasından alına bilər, çünki fəlsəfədə sübut predmetin özünün vasitəsilə özündən özünü necə hasil etdiyini 
göstərməkdir. Fikrin və ya məntiqi ideyanın burada adları çəkilən üç baĢlıca pillələrinin bir-birinə münasibətini, 
ümumiyyətlə belə baĢa düĢmək lazımdır ki, yalnız anlayıĢ həqiqətdir və daha dəqiq desək, yalnız anlayıĢ varlığın və 
mahiyyətin həqiqiliyidir və deməli, onların ayrı-ayrılaqda götürülən müstəqilliyinə qeyri-həqiqi kimi baxılmalıdır; 
varlığa ona görə qeyri-həqiqi kimi baxılmalıdır ki, o bu halında hələ yalnız bilavasitədir, mahiyyətə isə ona görə qeyri-
həqiqi kimi baxılmalıdır ki, o, ayrılıqda götürülmüĢ halında vasitəlidir. Birdən sual verilə bilər: əgər bu belədirsə, onda 
biz niyə qeyri-həqiqidən baĢlayırıq, həqiqidən baĢlamırıq? Cavab budur ki, həqiqət özünü sübut etməlidir, bu sübut isə 
burada, məntiq çərçivəsində ondan ibarətdir ki, anlayıĢ özünü özündən özü ilə vasitələnən, deməli, bilavasitə həqiqi 
kimi göstərir. Məntiqi ideyanın üç pilləsi arasında burada göstərilən münasibət konkret və real formada belə təzahür edir 
ki, həqiqət olan allahı özünün bu həqiqətində, yəni mütləq ruh kimi biz yalnız ona görə dərk edirik ki, biz eyni zamanda 
onun yaratdığı dünyanı qeyri-həqiqi sayırıq, təbiəti və allahdan fərqli olan sonlu ruhu qeyri-həqiqi sayırıq. 
  
  BĠRĠNCĠ BÖLÜM 
  VARLIQ HAQQINDA TƏLĠM 
   
§ 84 
  Varlıq – yalnız özündə anlayıĢdır; bu anlayıĢın tərifləri həqiqi təriflərdir; bir-birindən fərqlənən bu təriflər bir-birinə 
münasibətdə baĢqa-baĢqa təriflərdir və onların sonrakı tərifi (dialektik forması) birinin baĢqasına keçidindən ibarətdir. 


Bu sonrakı tərif eyni zamanda kənarda aĢkar edilməlidir və deməli, həqiqi anlayıĢın özündə inkiĢafı və habelə varlığın 
özünə yüklənməsi, onun özünə dərinləĢməsidir. AnlayıĢın varlıq sferasında aĢkar edilməsi ikili bir Ģeydir: anlayıĢ 
varlığın totallığı olmaqla birlikdə varlığın bilavasitəliliyini yaxud onun formasını aradan qaldırır. 
   
§ 85 
  Varlığın özünə, eləcə də onun sonrakı təriflərinə (təkcə varlığın təriflərinə deyil, həm də ümumiyyətlə məntiqi 
təriflərə) mütləqin tərifləri kimi, allahın metafizik tərifləri kimi baxmaq olar; ancaq daha ciddi anlamda bu təriflərə nə 
isə bir sferanın birinci, sadə tərifi sonra fərqləndirmə prosesində özü ilə sadə münasibətə qayıdıĢdan ibarət olan üçüncü 
tərif aid edilir. Çünki allaha metafizik tərif vermək – onun təbiətini fikirdə ifadə etməkdir; amma məntiq bütün fikirləri 
– onlar fikir formasında qaldıqca – əhatə edir. Fərqləndirilən bir sferadan ibarət olan ikinci təriflər isə, əksinə, sonlunun 
definisiyalarıdır. Amma əgər biz təriflərin formasından istifadə etsəydik, bu o demək olardı ki, təsəvvürə hansısa bir 
substrat verilir, çünki allahın ifadəsindən ibarət olan mütləq fikir anlamında və formasında öz predikatına (fikirdə 
müəyyən və həqiqi ifadəsinə) münasibətdə yalnız fikrin nəzərdə tutduğu nə isə bir özü üçün qeyri-müəyyən substrat 
olur. Belə ki, fikir (burada tək mühüm olan elə budur) yalnız predikatda olduğundan, cümlənin forması, eləcə də adı 
çəkilən subyekt tamamilə artıq bir Ģeydir ( 
§ 31 və aĢağıda mühakimə haqqındı  
§ 166 və s.). 
  Əlavə. Məntiqi ideyanın hər bir sferası təriflərin totallığından və mütləqin təsvirindən ibarətdir. Varlıq da onun kimidir 
və üç pillədən: keyfiyyət, kəmiyyət və ölçüdən ibarətdir. Keyfiyyət ilk öncə varlıqla eyniyyətdə olan müəyyənlikdir, 
belə ki, bir Ģey öz keyfiyyətini itirdikdə o daha özü olmur. Kəmiyyət əksinə, varlığa nəzərən dıĢarıdır və ona aid 
olmayan müəyyənlikdir. Məsələn, evin böyüklüyündən yaxud kiçikliyindən asılı olmayaraq ev ev olaraq qalır, qırmızı 
açıqlığından yaxud tündlüyündən asılı olmayaarq qırmızıdır. Varlığın üçüncü pilləsi – ölçü keyfiyyətlə kəmiyyətin 
vəhdətidir. Hər Ģeyin ölçüsü, yəni kəmiyyət müəyyənliyi var və onun böyüklüyünün heç bir fərqi yoxdur. Ancaq 
bununla yanaĢı bu fərqsizliyin də bir həddi vardır və o pozulanda (sonradan böyüyəndə və ya kiçiləndə) Ģeylər daha özü 
olmur, baĢqalaĢır. Ölçü ideyanın ikinci baĢlıca sferasına – mahiyyətə keçidin baĢlanğıc nöqtəsidir. 
  Varlığın burada adı çəkilən bu üç forması ona görə birinci formalardır ki, onlar həm də ən kasıb, yəni ən abstrakt 
formalardır. Bilavasitə hissi Ģüur da düĢündüyü üçün keyfiyyət və kəmiyyətin əsasən abstrakt tərifləri ilə məhdudlanır. 
Hissi Ģüursa adətən daha konkret və deməli, eyni zamanda daha zəngin sayılır: lakin o yalnız materiala görə zəngindir; 
ancaq fikri məzmununa görə isə, əksinə, ən kasıb və ən abstraktdır. 
  A 
  KEYFĠYYƏT 
  a. Varlıq 
   
§ 86 
  Xalis varlıq baĢlanğıcdır, ona görə ki, o, eyni zamanda xalis fikirdir və qeyri-müəyyən sadə bilavasitəlikdir, ilk 
baĢlanğıc isə nə iləsə vasitələnmiĢ və müəyyənləĢmiĢ ola bilməz. 
  Qeyd. Elmin abstrakt boĢ varlıqdan baĢlanmasına qarĢı irəli sürülən bütün Ģübhələr və etirazlar təbiətin özünün öz 
baĢlanğıcını daĢıdığı barədə sadə Ģüurla aradan qalxır. Varlığı "mən" = "mən" kimi, mütləq indifferentlik və ya eyniyyət 
və s. kimi müəyyən etmək olar. Ya Ģübhəsiz həqiqidən, yəni özlüyündə həqiqidən, ya da definisiyadan (tərifdən – A. T.) 
və ya mütləq həqiqinin seyrindən baĢlamaq tələbatından çıxıĢ edərək düĢünmək olar ki, bu və ya baĢqa formalar hökmən 


Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə