o, eyni zamanda fəaldır və özünü özündə fərqləndirir; yalnız sadə,
yəni abstrakt sadə isə əksinə, həm də ölüdür. Kantın
keçmiĢ metafizika ilə polemikasında ruh (təbii, təkcə – A. T.) və ruh ideyası həqqında anlayıĢdan bu predikatları
kənarlaĢdırması böyük uğur sayılmalıdır, ancaq bunun üçün onun gətirdiyi əsas tamamilə yanlıĢdır.
§ 48
2) Ağıl Ģərtsiz ikinci predmeti (
§ 35), dünyanı dərk etməyə can atdıqda antinomiyaya yuvarlanır, baĢqa sözlə, eyni bir predmet haqqında hər birinin
eyni dərəcədə zəruri olduğunu təsdiq etməli olduğu iki bir-birinə əks olan müddəanı təsdiq etməli olur. Buradan o çıxır
ki, tərifləri bu cür antinomik, ziddiyyətli olan dünyanın məzmunu özündə ola bilməz, yalnız hadisədən ibarətdir.
Ziddiyyətin həlli ondan ibarətdir ki, bu ziddiyyət özünə və özü üçün predmetin özündə deyil, yalnız dərk edən
düĢüncədədir.
Qeyd. Bununla burada deyilir ki, məzmunun özü, yəni özlüyündə götürülən kateqoriyalar ziddiyyətə aparır.
DüĢüncənin təriflərinin idrakdakı ziddiyyəti fikri önəmli və zəruridir və yeni dövr fəlsəfəsinin ən önəmli uğuru kimi
baxılmalıdır. Bu baxıĢ nə qədər dərindirsə, ziddiyyətin həlli də bir o qədər köhnəlmiĢdir; bu ziddiyyət yalnız dünya
Ģeyləri ilə incə rəftar edilməsindən ibarətdir. Dünyanın mahiyyətində ziddiyyət yarası yoxdur, bu yalnız düĢünən ağılda,
ruhun mahiyyətindədir. Bu fikirlə razılaĢmaq çətin deyil ki, hadisələr dünyası düĢünən ruh qarĢısında ziddiyyətli
görünür; hadisələr dünyası subyektiv ruh üçün, hissilik və idrak üçün dünyadır. Ancaq dünyanın mahiyyətini ruhun
mahiyyəti ilə müqayisə etsək, təəccüblənməmək olmaz ki, filosoflar çox baĢ sındırmaqla belə bir sadə mühakimə irəli
sürmüĢ və baĢqaları da təkrar etmiĢlər ki, ziddiyyətli olan dünyanın mahiyyəti deyil, təfəkkürün, mahiyyəti-ağıl, dərrakə
özlüyündə ziddiyyətlidir. Nitqin bu ifadəsi də yardım etmir ki, ağıl kateqoriyalardan istifadə etdiyi üçün ziddiyyətə
düĢür, çünki bu zaman təsdiq edirlər ki, kateqoriyalardan istifadə etmək zəruridir və idrakın istifadə etməsi üçün
kateqoriyalardan baĢqa heç bir tərifləri yoxdur. Ġdrak əslində müəyyən edən və müəyyən edilən təfəkkürdür; əgər
düĢüncə, ağıl yalnız boĢ, qeyri-müəyyən təfəkkürdən ibarətdirsə, onda o heç bir Ģey düĢünmür. Nəhayət, ağıl boĢ
eyniyyətə (sonrakı paraqrafa bax) müncər edilirsə, onda o, özünün bütün məzmunu və məzmunluğunu ağılsızcasına
qurban verməklə ziddiyyətdən azad olmuĢ olur.
Sonra, qeyd etmək olar ki, antinomiyaların daha dərindən araĢdırılması Knta antinomiyalardan yalnız dördünü
göstərməyə imkan vermiĢdi. O, bu antinomiyalarda ona görə iliĢib qalmıĢdı ki, paralogizmdə olduğu kimi, burada da
kateqoriyalar çərçivəsindən çıxıĢ etmiĢdi və həm də çox sevdiyi üsulu – predmetin təriflərini onun anlayıĢından hasil
etmək yerinə predmeti sadəcə hazır sxemə yerləĢdirmək üsulundan istifadə etmiĢdir. Antinomiyaların Kant tərəfindən
araĢıdırlmasındakı digər qüsurları mən özümün "Məntiq elmi" əsərimdə göstərmiĢəm. Burada biz baĢlıca olaraq
göstərməliyik ki, antinomiyalar kosmologiyadan götürülmüĢ təkcə bu dörd predmetdə deyil, bütün digər predmetlərdə,
bütün təsəvvürlərdə, anlayıĢlarda və ideyalarda vardır. Bunu bilmək və predmetləri onların bu xassələrində dərk etmək
fəlsəfi araĢdırmanın önəmli tərəfidir; bu xassə isə aĢağıda məntiqinin dialektik momenti kimi tərifləndirilir.
Əlavə. Əski metafizikanın nəzərində hesab edilirdi ki, əgər idrak ziddiyyətə baxırsa, bu yalnız əqli nəticədə və
mühakimədə subyektiv yanılmadan yaranan təsadüfi dolaĢıqlıqdır. Kanta görə isə, əksinə,
təfəkkürün ziddiyyətə
(antinomiyaya) uğraması onun öz təbiətindən irəli gəlir və bu hal sonsuzu dərk etmək istədikdə yaranır. Antinomiyanın
aĢkar edilməsinə biz əvvəlki paraqrafın qeydində fəlsəfi idrakın çox böyük uğuru kimi baxılmasını qeyd etsək də (çünki
bununla quru mühakiməli metafizikanın donuq ehkamı aradan qaldırılmıĢ və təfəkkürün dialekt hərəkətinə diqqət
yönəldilmiĢdir), hər halda biz qeyd etməliyik ki, Kant burada da yalnız mənfi nəticə özündə Ģeyin dərk olunmaz olduğu
nəticəsi üzərində dayanmıĢ və antinomiyaların həqiqi və müsbət anlamının dərkinə giriĢməmiĢdir. Antinomiyaların
həqiqi və müsbət anlamı, ümumiyyətlə, ondan ibarətdir ki, gerçək olan hər Ģeyin özündə əks təriflər vardır, deməli,
idrak, daha dəqiq, predmetin anlayıĢda dərki də onun əks təriflərin konkret vəhdətində dərki deməkdir. Əski metafizika
öncə göstərdiyimiz kimi, metafizikcəsinə dərk etmək istədiyi predmetləri gözdən keçirərkən idrakın abstrakt