formadan daha çox yapıĢırsa da hər halda o, ağıllı anlayıĢa dərin iç tələbatını büruzə verir, çünki yalnız təfəkkürlə
anlama insana öz ləyaqətini, bu maraq üçün bilavasitə bilik və hisslər nöqteyi-nəzərinin yalnız fəlsəfi biliyin sonucu
kimi yaranmasında və deməli, onun görüntüdə rədd etdiyini (heç olmazsa Ģərt kimi) qəbul etməsində ifadə olunan
tələbatı göstərir.
Bu kitabı giriĢ və vəsait kimi həqiqətin dərkinə olan marağı ödəməyə həsr edirəm; qoy bu məqsəd bizim xülasəmizə
xeyirli yol olsun.
Heydelberq, may 1817-ci il.
GĠRĠġ
§ 1
Fəlsəfə baĢqa elmlərin malik olduğu üstünlükdən məhrumdur. O öz predmetlərinin təsəvvürlə bilavasitə təsdiqlənməsi
və öz idrak metodunun idrakın çıxıĢ nöqtəsinə və sonrakı inkiĢafına münasibətdə öncədən müəyyən olunduğu
müddəasından çıxıĢ edə bilməz. Doğrudur, o da dinin öyrəndiyi predmeti öyrənir. Fəlsəfənin və dinin predmeti
həqiqətdir və bu sözün uca anlamında – yalnız allahın tək, Ģəriksiz həqiqət olması anlamında – həqiqətdir. Onların hər
ikisi sonlu ilə, təbiət və insan ruhu, bunların bir-birinə və özlərinin həqiqəti kimi allaha münasibətləri ilə məĢğul olur.
Deməli, fəlsəfə dinin predmeti ilə tanıĢlığı nəzərdə tuta bilər və hətta onunla maraqlana bilər; heç olmazsa, ona görə ki,
Ģüur predmetlər barəsindəki təsəvvürləri onların barəsində anlayıĢlardan öncə hasil edir və yalnız təsəvvürdən keçərək
və öz fəaliyyətini onlara yönəldərək düĢünən ruh düĢüncəli idraka və anlayıĢlı dərkə yüksələ bilir.
Amma predmetləri düĢüncə ilə gözdən keçirməyə baĢlarkən aydın olur ki, bu iĢ öz məzmununun zəruriliyinin
göstərilməsini və predmetin həm varlığının, həm də tərifinin sübutunu tələb edir. Beləliklə aydın olur ki, təsəvvürlərlə
verilən predmetlər barəsində ilkin tanıĢlıq yetərli deyil və sübut olunmamıĢ mülahizə və müddəalar yolverilməzdir.
Lakin bununla yanaĢı, belə bir çətinlik də üzə çıxır ki, fəlsəfə hər halda nədənsə baĢlamalıdır; həm də hər bir baĢlanğıc
bilavasitəlik kimi özünün ilkin Ģərtidir, daha doğrusu, özü ilkin Ģərtdir.
§ 2
Fəlsəfəni öncədən, ümumiyyətlə, predmetlərin düĢüncə ilə gözdən keçirilməsi kimi tərifləndirmək olar. Ancaq
doğrudursa – əlbəttə doğrudur – ki, insan heyvandan düĢüncəsinə görə fərqlənir, onda bütün bəĢəriyyət ona görə
bəĢəridir ki, təfəkkürlə yaradılmıĢdır. Lakin fəlsəfə özünəməxsus təfəkkür üsulu, təfəkkürü dərk edən, həm də onu
anlayıĢlarda idraka çevirən üsul olduğundan fəlsəfi təfəkkür bütünlüklə insanda fəal olan və insana insanilik verən və
eyni zamanda onunla eyniyyətdə olan təfəkkürdən fərqlənir, belə ki, özündə yalnız bir təfəkkür mövcuddur. Bu fərq
onunla bağlıdır ki, fəlsəfi təfəkkür özülü təfəkkürdən ibarət olan insan Ģüurundan məzmunu öncə fikir formasında deyil,
hiss, seyr, təsəvvür formasında – təfəkkür formasından fərqli formalarda çıxıĢ edir.
Qeyd. Çoxdan kök atıb çeynənmiĢ bir müddəaya görə insan heyvandan təfəkkürü ilə fərqlənir; bu müddəa bayağı və
eyni zamanda çox əsgi bir inamı yada salmaq təccüblü görünə bilər. Bununla belə hissi və təfəkkürü bir-birindən son
dərəcə ayıran və onların bir-birinə əks, hətta zidd olduğunu və buna görə də guya hissin, özəlliklə də dini hissin təhrif və
təhqir olunduğunu, hətta təfəkkür tərəfindən məhv edildiyini, guya dinin və diniliyin təfəkkürdə heç də olmadığını qəbul
edən xürafat zamanında o əski müddəanın yada salınması zəruridir. Hissi təfəkkürdən bu cür ayırarkən unudurlar ki,
yalnız insan dini hissə malikdir və heyvanlar hüquq və əxlaq kimi dinə malik olmağa az qabildirlər.
Dini təfəkkürdən ayırarkən, adətən, düĢüncə (Nachdenken) adlandırıla bilən – öz məzmununu hasil edən və fikirləri
Ģüura çatdıran reflektiv təfəkkürü nəzərdə tuturlar. Təfəkkürün fərqinə aid olan bu diqqətsizlikdən doğan səliqəsizlik,
fəlsəfənin dəqiq müəyyənləĢdirdiyi bu fərqi bilməmək fəlsəfə haqqında ən qaba təsəvvürlər doğurur və onun ünvanına
ən kobud iradlara təhrik edir. Belə ki, yalnız insan dinə, hüquqa və əxlaqa malik olduğundan, belə ki, düĢünən varlıq
olduğundan yalnız insan onlara malikdir, onda hüququn, dinin və əxlaqın bütün məzmunu – bu məzmun hiss, inam və
təsəvvürlə verilsə də belə, təfəkkürün iĢtirakı olmadan baĢ vermir; təfəkürün fəaliyyəti və məhsulları onlara verilir və
onlarda vardır. Amma təfəkkürlə müəyyənləĢdirilən və dolan hisslər və təsəvvürlər bir Ģeydir, belə hisslər və təsəvürlər
barəsində fikirlərə malik olmaq baĢqa Ģeydir. ġüurun bu üsulları barədə düĢüncə ilə yaradılan fikirlər refleksiyanı,
mühakiməni və i. a., həmçinin fəlsəfəni oluĢdurur.
Bu tez-tez belə bir yanlıĢ müddəanın hökmranlığına səbəb olur ki, guya belə düĢüncə zəruri Ģərtdir və hətta bizi əbədi
olan və həqiqət haqqında təsəvvürlərin əldə olunmasına aparan tək yoldur. Belə ki, məsələn, allahın varlığının metafizik
(indi artıq keçmiĢdə qalan) sübutu allahın varlığına inam və əqidə yaradan tək bir yol kimi qələmə verilirdi. Bu müddəa
belə bir müddəaya bənzəyir ki, biz qidanın kimyəvi, botaniki və zooloji təriflərini bilmədən yeyə bilmərik və biz həzmin
anatomiya və fiziologiyasının öyrənilməsi baĢa çatanadək gözləməliyik. Belə görünə bilər ki, göstərilən elmlərin öz
sahəsində və fəlsəfənin faydası çox artmıĢ olar və hətta mütləq ən ümumi zərurət səviyyəsinə çatar. Lakin yəqin ki, o
zaman bu elmlər zərurət olmaq deyil, heç mövcud olmazdılar.
§ 3
Bizim Ģüurumuzu dolduran məzmun hansı qəbildən olursa olsun, hisslərimizin, seyrlərimizin, obrazlarımızın,
təsəvvürlərimizin, məqsədlərimizin, borclarımızın və i. a., eləcə də fikir və anlayıĢlarımızın müəyyənliyini oluĢdurur,
təĢkil edir. Ona görə hiss, seyr, obraz və i. a. hiss edilməsindən, seyr edilməsindən, təsəvvür olunmasından, arzu
edilməsindən asılı olmayaraq, eləcə də fikir qatıĢığı olmadan duyulmasından, yaxud fikirlə qatıĢmıĢ halda
duyulmasından, seyr edilməsindən və i. a. asılı olmayaraq dəyiĢməyən, özü olaraq qalan eyni bir məzmunun
formalarıdır. Bu formaların və ya onlardan bir neçəsinin qarıĢığındakı məzmun Ģüurun predmetini oluĢdurur. Lakin
məzmun Ģüurun predmeti edildikdə bu formaların özəllikləri də Ģüura girmiĢ olur, belə ki, onların hər birinə uyğun gələn
predmetlər yaranır və özü olaraq qalan məzmuna göstərilən dəyiĢik formalarda dəyiĢik məzmunlar kimi baxıla bilər.
Qeyd. Bir halda ki, biz hissin, seyrin, istəyin, iradənin və i. a. özəlliklərini dərk edirik və onlar təsəvvür adlanır, onda
demək olar ki, fəlsəfə təsəvvürləri fikirlərlə, kateqoriyalarla, yaxud daha dəqiq deyilərsə, anlayıĢlarla əvəz edir.
Təsəvvürlərə, ümumiyyətlə, fikirlərin və anlayıĢların metaforası kimi baxmaq olar. Lakin təsəvvürləri əldə etməklə biz
hələ onların təfəkkür üçün anlamını, onların özülündə duran fikirlərin və anlayıĢların anlamını bilmirik. Və əksinə,
fikirlərə və anlayıĢlara malik olmaq və hansı təsəvvürlərin, seyrlərin, hisslərin onlara uyğun gəldiyini bilmək eyni bir
Ģey deyildir. Fəlsəfənin anlaĢılmaz adlandırılması da qismən bununla bağlıdır. Çətinlik bir tərəfdən abstrakt düĢünmək,
yəni xalis fikirləri Ģəkilləndirib qeydə almaq və bu fikirlər üzrə hərəkət etmək qabiliyyətinin olmamasından ibarətdir və
qabiliyyətsizlik əslində yalnız vərdiĢin olmamasıdır. Bizim adi Ģüurumuzda fikirlər vərdiĢ olunmuĢ hissi və mənəvi
materialla birləĢdirilir; düĢüncədə, refleksiyada və mühakimədə biz fikirləri hisslərə, seyrlərə, təsəvvürlərə qatırıq (hər
bir cümlə tamamilə hissi məzmun daĢısa da belə, artıq özündə kateqoriyalara malikdir; belə ki, məsələn, "bu yarpaq
yaĢıldır" cümləsində varlıq, təkcə kateqoriyaları iĢtirak edir). Lakin fikirləri özünün baĢqa ünsürlərin qatıĢığından təmiz
halda predmetə çevirmək baĢqa Ģeydir. Fəlsəfənin anlaĢıqsız olmasının baĢqa bir səbəbi də Ģüurda fikir və anlayıĢ kimi
mövcud olanın təsəvvür biçimində olmasına qarĢı dözümsüzlükdür. Tez-tez belə bir deyimlə qarĢılaĢırıq: anlayıĢ
dedikdə nəyin düĢünülməsi bəlli deyil; ancaq bu zaman anlayıĢdan baĢqa heç nə düĢünmək lazım deyil. Bu deyimin
Dostları ilə paylaş: |