fərqlənən fəlsəfi təlimi baĢa düĢürlər; əslində isə həqiqi fəlsəfənin prinsipi bütün ayrıca prinsipləri özündə
saxlamasından ibarətdir.
§ 15
Fəlsəfənin hər bir kəsimi fəlsəfi bütövlükdür, özündə qapalı dairədir, ancaq bu kəsimlərdən hər biri özünün xüsusi
müəyyənliyindəki fəlsəfi ideya və ya bütövün xüsusi momentidir. Ayrıca dairə ona görə özü özündə totallıqdır ki, o öz
müəyyənliyindəki sərhəddi yarır və özündən daha geniĢ sfera üçün əsas olur; odur ki, bütöv hər biri zəruri moment olan
dairələrdən ibarət bir dairədir, bu dairələrin sistemi eyni zamanda onların hər birində ayrıca təzahür edən bütöv ideyadır,
yaxud ideyanın bütövlüyüdür.22
§ 16
"Ensiklopediyada" elm öz kəsimlərinin, hissələrinin geniĢ inkiĢafı halında Ģərh olunmur; "Ensiklopediya" yalnız ayrı-
ayrı elmlərin baĢlanğıc və təməl anlayıĢlarının Ģərhilə məhdudlaĢır.
Qeyd. Xüsusi elmin yaradılması üçün tələb olunan kəsimlərin sayı məsələsi qeyri-müəyyəndir, çünki həqiqini təmsil
etmək üçün kəsim öz sırasında təcrid olunmuĢ bir moment yox, bütöv olmalıdır. Odur ki, fəlsəfə bir bütöv kimi əsl tək
elmi təĢkil edir, ancaq ona da bir sıra xüsusi elmlərdən ibarət olan bütöv kimi baxıla bilər. Fəlsəfi ensiklopediya baĢqa
ensiklopediyalardan onunla fərqlənir ki, bu sonuncular özündə təsadüfi və empirik qaydada birləĢən elmlərin
aqreqatidir, aralarında isə elələri var ki, yalnız adı elmdir, əslində məlumatlar yığımıdır. Belə ki, elmlər bu aqreqata
yalnız dıĢ yöndən qatıldığından onların vəhdəti də dıĢ vəhdətdir, müəyyən qayda ilə yerləĢmədir. Odur ki, həm də
bundan baĢqa, elmlərin materialı təsadüfi xarakter daĢıdığından aqreqatda onların yerləĢməsi həmiĢə yalnız cəhddən
ibarət olaraq qalır və daim özünün yetərliyini üzə çıxarır. Beləliklə, fəlsəfi ensiklopediyada aĢağıdakılar yer tapa
bilməzlər: 1) məlumatların sadə aqreqatları, məsələn, filologiya; 2) əsasında yalnız özbaĢınalıq, ixtiyarilik duran elmlər,
məsələn, qeraldika; bu qəbildən olan elmlər iliyinə qədər pozitiv elmlərdir; 3) pozitiv adlanan, lakin rasional təməli və
baĢlanğıcı olan həmçinin digər elmlər. Elmlərin yalnız bu rasional tərəfi fəlsəfəyə məxsusdur, onların digər, pozitiv
tərəfi isə onların öz nailiyyətidir. Elmlərdəki pozitiv, müsbət tərəf dəyiĢik xarakterlidir: 1) elmin özlüyündə rasional
tərəfi ümumi empirik təkcəlik və gerçəklik səviyyəsinə endirildikdə təsadüfi hala keçir. Bu dəyiĢkənliklər və təsadüflər
səltənətində anlayıĢın gücü yoxdur, yalnız təməllər gücə malik ola bilər. Məsələn, yurispredensiya və ya birbaĢa və
dolayısı vergilər sistemi qəti və dəqiq qərarlar tələb edir və bu qərarlar özündə-və-özü-üçün müəyyən anlayıĢdan
kənardadır və buna görə də onlar seçilmiĢ əsasdan bu və ya digər asılılıqda olan və beləliklə də qəti həqiqiliyə malik
olmayan tərəflər üçün geniĢ meydan saxlayır. Eynilə özünün təkcəliyində götürülən təbiət ideyası da təsadüflər
səltənətində dolaĢır; təbii tarix, coğrafiya, tibb və i. a. mövcudluq tərəflərinə, növlərə və təfəkkürdən deyil, xarici
təsadüfdən və zorakılıqdan asılı olan fərqlərə gəlib çıxırlar. Tarix də bu qəbildən olan elmlərə aiddir, çünki ideya onun
mahiyyəti olsa da, tarix olayları təsadüflərdir və zorakılıqlar səltənətinə aiddir. 2) Elmlər pozitivdirlər həm də ona görə
ki, onlar bilmirlər ki, tərifləri sonludurlar və bu təriflərdən daha yuxarı sferalara keçidi göstərə bilmirlər, onları sadəcə
mövcudluq kimi götürürlər. Bu elmlərdə qarĢımıza formanın sonluluğu çıxır. 3) Formanın bu sonluluğu idrakın
təməlinin sonluluğu ilə bağlıdır, bu təməl qismən rezonansdan, qismən hissdən, inamdan, baĢqalarının avtoritetindən,
ümumiyyətlə, dıĢ və iç seyrin avtoritetindən ibarətdir. Buraya həmçinin antropologiyanı, Ģüur faktlarını, iç seyri və ya
dıĢ təcrübəni öz təməli kimi qəbul edən fəlsəfə də aiddir. 4) Lakin elə də ola bilər ki, yalnız elmi Ģərhin forması empirik
olsun, düĢüncəli seyr isə yalnız olayları təĢkil edir, belə ki, bu anlayıĢın iç hərəkətinə uyğundur. Belə empirik elmlər
onunla xarakterizə olunur ki, müqayisə olunan olayların bir-birinə əks olması sayəsində dıĢ, təsadüfi Ģəraitlər kənara
qoyulur ki, bunun sonucunda ağlın qarĢısında ümumi durmuĢ olur. MənalandırılmıĢ eksperimental fizika, tarix və i. a.
beləliklə,
təbiətin, insan olaylarının və iĢlərinin rasional elmini anlayıĢın dıĢ təsvirlərindən ibarət olan obrazlar halında
cızmıĢ olurlar.