zamanca yaranan və dəyiĢilən deyil. Amma özlüyündə belə ruhi təriflər yenə də, ümumiyyətlə,
təsəvvürün iç abstrakt
ümumiliyinin geniĢ zəminində ayrı-ayrıdırlar. Bu ayrılıqda onlar: hüquq, borc, allah bəsitdirlər. Təsəvvür ya onun
üzərində dayanır ki, hüquq elə hüquqdur, allah allahdır, ya da əgər o daha inkiĢaf etmiĢ təsəvvürdürsə, onda, məsələn,
belə tərifləri göstərir: allah aləmin yaradıcısıdır, o hər Ģeyə sahib və qadirdir və i. a.; burada yenə də bir sıra ayrı-ayrı
sadə təriflər bir-birinə qovuĢur, halbuki onların arasında subyektin (təfəkkürün, "Mən"in – A. T.) onlara verdiyi bir
bağlılıq var. Təsəvvür burada ondan yalnız ümumilə xüsusi arasındakı, və ya səbəblə fəaliyyət və s. arasındakı
bağlantını, yəni təsəvvürün ayrı-ayrı tərifləri arasındakı zərurət bağlantısını müəyyən etməsilə fərqlənən empirik-əqli
dərrakə ilə üst-üstə düĢür, halbuki təsəvvürün qeyri-müəyyən məkanında bu təriflər sıra təĢkil edir və bir-biri ilə yalnız
sadə həmçinin vasitəsilə bağlanır. Təsəvvürlə fikrin fərqli olması çox önəmlidir, ona görə ki, ümumiyyətlə demək olar
ki, fəlsəfə təkcə təsəvvürü fikrə çevirir, amma, əlbəttə, bu da əlavə edilməlidir ki, o sonradan çılpaq fikri anlayıĢa
çevirir.
Lakin əgər biz hissiliyin təkcəlik və özündənkənarlıq kimi təriflərini göstərmiĢiksə, onda əlavə etməliyik ki, bu təriflər
də fikirdir və ümumidir; məntiqdə aĢkar olacaq ki, fikir və ümumi fikrin özü və özünün özgəsidir, o özünün özgəsini də
əhatə edir və ondan kənarda heç nə qalmır. Belə ki, dil fikrin əsəri olduğundan ümumi olmayan heç bir Ģeyi ifadə edə
bilməz. O Ģey ki, mənə elə gəlir o mənimdir, mənə ayrıca fərd kimi məxsusdur; ancaq əgər dil yalnız ümumini ifadə
edirsə, onda mən yalnız mənə elə gəlir deyə bilmərəm. Və ifadə oluna bilməyən, hiss, duyğu ən yaxĢı ən həqiqi deyil, ən
önəmsizdir, daha qeyri-həqiqidir; əgər mən təkcə deyirəmsə, bu təkcə burada indiki təkcədirsə, onda bütün bunlar
ümumi ifadələrdir; "hamı" və "hər kəs" təkcələrdir, ümumiyyətlə, "budur", "burada" və "indi"dir, ümumiyyətlə, hissi
olandan söz getdikdə burada və indi olan nəzərdə tutulur. Eləcə də mən "mən" deyərkən özümü bu bütün baĢqa
"mənləri" istisna edən mövcud "mən"i nəzərdə tuturam; ancaq "mən" deyimi bütün baĢqa "mən"ləri də ifadə edir, bu
"mən" bütün baĢqa mənləri istisna edən "mən"dir. Kantın "mən" mənim bütün təsəvvürlərimin, eləcə də duyğularımın,
hərəkətlərimin və i. a. müĢayətçisidir deyimi uğurlu seçilməyib. "Mən" özlüyündə ümumidir və ümumilik də ən
ümuminin formalarından biridir, ancaq onun yalnız dıĢ formasıdır. Bütün insanlar "mən"dən ibarət olan ümumiliyə
malikdirlər, eləcə də mənim bütün duyğularım, təsəvvürlərim və i. a. arasındakı ümumilik mənim olmalarından
ibarətdir. Ancaq abstrakt götürülən "mən" özümün özümə xalis münasibətimdir ki, bu, təsəvvürdən, duyğudan hər cür
halımdan, eləcə də hər cür təbii özəlliyimdən, istedadımdan, təcrübəmdən və i. a. abstraksiya edilmiĢdir. Bu yöndən
"mən" tamamilə abstrakt ən ümumiliyin varlığıdır, abstrakt azadlıqdır. Odur ki, "mən" subyekt kimi təfəkkürdür; və belə
ki, mən "mən" kimi bütün özümün duyğularımda, təsəvvürlərimdə, hallarımda iĢtirak etdiyimdən, fikir hər yerdə
mövcuddur və bütün bu təriflərdən kateqoriya kimi irəli çıxır.
Əlavə. Təfəkkürdən söz açdıqda öncə onu subyektiv fəaliyyət, çoxlu qabiliyyətlərimizdən biri, məsələn yaddaĢ,
təsəvvür, iradə və i. a. kimi təsəvvür edirik. Əgər təfəkkür yalnız bir subyektiv fəaliyyət olsaydı və bu cür də məntiqin
predmeti olsaydı, onda o da baĢqa elmlər kimi müəyyənləĢmiĢ bir predmetə malik olardı. Onda təfəkkürün ayrıca bir
elmin predmeti edilməsi, iradənin, fantaziyanın və i. a. ayrıca bir elmin predmeti edilməməsi zorakılıq olardı. Təfəkkürə
sayğının əsası onun bir avtoritet kimi qəbul olunmasıdır və bu, insanda onu heyvandan fərqləndirən daha həqiqi bir
özəllikdir. Təfəkkürün hətta subyektiv fəaliyyət kimi öyrənilməsi də maraqlıdır. O zaman təcrübə vasitəsilə dərk olunan
qaydalar və qanunlar onun ən yaxın tərifləri olardı. Təfəkkürün bu yöndən gözdən keçirilən qanunları, adətən, məntiqin
məzmununu oluĢdurur. Bu elmin banisi Aristoteldir. O elə bir güclü ağıl sahibi idi ki, təfəkkürə layiq olduğu dəyəri verə
bilmiĢdir. Bizim təfəkkürümüz çox konkretdir, ancaq onun məzmun rəngarəngliyində, çoxcürlüyündə biz təfəkkürə
məxsus olanı və ya fəaliyyətinin abstrakt formasını ayırmalıyıq. Gizli ruhi bağlar, təfəkkür fəaliyyəti bütün bu məzmunu
və bu bağları, bu formanı birləĢdirir və bunu olduğu kimi Aristotel irəli sürmüĢ və müəyyənləĢdirmiĢdir. Aristotelin
məntiqi günümüzədək məntiqin özülü olaraq qalmaqdadır və Aristoteldən sonra, əsasən, orta əsrlər sxolastikləri
tərəfindən onun üzərində iĢlənilmiĢdir; ancaq onlar məntiqin məzmununa heç nə əlavə etməmiĢ, yalnız bəzi detalları
inkiĢaf etdirmiĢlər. Yeni dövrün məntiq sahəsində baĢlıca xidməti, əsasən, bir tərəfdən Aristotelin və sxolastiklərin
yaratdıqları bir çox tərifləri atması ilə, digər tərəfdən çoxlu kənar psixoloji materialı əlavə etməklə məhdudlaĢır. Bu elm
onunla maraqlıdır ki, orada biz sonlu təfəkkürün üsulları ilə tanıĢ oluruq və bu elm özünün nəzərdə tutduğu predmetinə
uyğundursa, düzgün elmdir. Formal məntiqi öyrənmək, Ģübhəsiz, fayda verir; onun öyrənilməsi qəbul olunduğu kimi,
ağlı cilalayır. Biz fikrimizi toparlamağı öyrənirik, abstraktlaĢdırmaya vərdiĢ edirik, bununla yanaĢı adi Ģüurda olduğu
kimi, bir-biri ilə çarpazlaĢan və qovuĢan təsəvvürlərimizlə iĢləyirik. Amma abstraktlaĢdırmada ruhun bir nöqtədə