bir nəzəriyyə yaratdı ki, bu, beynəlxalq dövlət hüququ adını aldı. Ġngilislərdə fəlsəfənin bu adı indiyə qədər öz anlamını
saxlamıĢdır və orada Nyutonu böyük filosof kimi tərənnüm edirlər. Hətta maqnetik alətləri, yaxud termometri, barometri
və i. a. fəlsəfi alətlər adlandırırlar. Biz, əlbəttə, bununla ilgili qeyd etməliyik ki, ağacın, dəmirin və s. birləĢməsi deyil,
yalnız təfəkkür fəlsəfənin aləti sayılmalıdır.* Özəlliklə siyasi iqtisadın yaranmasında yeni dövrə borclu olan elmi fəlsəfə
adlandırırlar. Biz onu sadəcə rasional dövlət təsərrüfatı haqqında elm** adlandırırıq.
-------------------------------
* Tomsonun nəĢr etdirdiyi jurnal da "Fəlsəfənin kanalları, yaxud kimya, mineralogiya, mexanika, təbiət tarixi, kənd
təsərrüfatı və incəsənət jurnalı adlanır. Burada adları çəkilən bilik sahələrindən oxucu nəyin fəlsəfə adlandırıldığını özü
də təsəvvür edə bilər. Yeni çıxan kitablar haqqında elanlar arasında bu yaxınlarda mənim bir ingilis qəzetində belə bir
baĢlıq gözümə dəydi: "Fəlsəfi prinsiplər əsasında saçların tökülməsinin qarĢısının alınması". Bu ad altında, görünür,
kimyəvi, fizioloji və i. a. prinsiplər nəzərdə tutulur.
** Ġngilis dövlət xadimləri hətta kütləvi çıxıĢlarında ümumi politekonomik prinsipləri göstərmək üçün "fəlsəfi
baĢlanğıc" ifadəsindən istifadə edirlər.Parlamentin iclasında (1825-ci il, 2 fevral) Bruqem öz çıxıĢında belə bildirmiĢdi:
"dövlət adamlarına layiq və azad ticarətin fəlsəfi baĢlanğıclarını – belə ki, bunun fəlsəfi baĢlanğıc olduğu Ģübhə
doğurmur – qəbul etməklə əlahəzrətləri parlamenti təbrik etdi" və s. Lakin müxalifətin təkcə bu nümayəndəsi belə
danıĢmadı. Hər il həmin ayda dəniz ticarəti cəmiyyətinin birinci naziri qraf Liverpulun sədrliyi və onun yanında əyləĢən
dövlət katibi Kanninqin və ordu general-xəzinədarı ser Çarlz Lonqun iĢtirakı ilə keçirilən banketdə öz ünvanına deyilən
tosta cavab olaraq dövlət katibi Kanninq demiĢdi: "Ġndi elə bir yeni dövr baĢlanmıĢdır ki, artıq nazirlər dərin fəlsəfənin
müdrik qaydalarını bu ölkənin idarə olunmasına tətbiq edə bilərlər". Ġngilis fəlsəfəsinin alman fəlsəfəsindən necə
fərqlənməsindən asılı olmayaraq, bu söz (fəlsəfə – A. T.) bəzən gülməli, yaxud təhqiramiz ifadə kimi iĢlədilsə də, hər
halda Ġngiltərənin dövlət xadimlərinin ona hörmət bəslədiyini görmək sevindiricidir.
---------------------------------------------------------------
§ 8
Birincisi, bu idrak öz sahəsində yetərli olmasa da, hər halda bəlli olur ki, ona daxil olmayan digər predmetlər dairəsi –
azadlıq, ruh, allah da vardır. Bunları o idrak zəminində tapmaq ona görə mümkün deyil ki, onlar təcrübə sahəsinə
məxsus deyillər (doğrudur, onlar – azadlıq, ruh, allah – hissi təcrübə ilə qavranılmırlar, ancaq tavtoloji deyim olsa da,
ümumiyyətlə, Ģüurda olan hər Ģey təcrübədə qavranılır), ona görə ki, bu predmetlər öz məzmununa görə sonsuz
predmetlər kimi çıxıĢ edir.
Qeyd. Aristotelə aid edilən belə bir əski müddəa var və yanlıĢ olaraq hesab edilir ki, guya o, Aristotelin fəlsəfi baxıĢını
ifadə edir. Bu müddəa belə səslənir: "Nihil est in intellektu, quod non fuerit in sensu" – "Hisslərdə,
təcrübədə olmayan
heç bir Ģey təfəkkürdə yoxdur". Əgər spekulyativ fəlsəfə bununla razılaĢmaq istəməsə, bu, anlaĢılmazlıq kimi qəbul
edilməlidir. Ancaq o bu müddəaya əks müddəa da əlavə etmiĢdir: "Ġntellektdə olmayan heç bir Ģey duyğuda yoxdur" –
belə bir dərin anlamda ki, vobs (ağıl), daha dərin tərifdə ruh dünyanın səbəbidir və sonra (bax
§ 2) hüquqi, mənəvi, dini hissdir və deməli, kökü və varlığı yalnız təfəkkürdə olan məzmunun təcrübi yaĢantısıdır.
§ 9