anlamı artıq tanıĢ olan, vərdiĢ edilən təsəvvürə can atmaqdan baĢqa bir Ģey deyildir; Ģüurda belə bir duyğu baĢ qaldırır
ki, guya təsəvvürün forması ilə birlikdə indiyədək üzərində möhkəm və inamla dayandığı zəminindən onu məhrum
etmiĢlər; xalis anlayıĢ sahəsinə keçirilmiĢ Ģüur hansı dünyada yaĢadığını bilmir. Ona görə də öz oxucularına və ya
dinləyicilərinə onların artıq əzbər bildiklərini, vərdiĢ etdiklərini və özlüyündə aydın olanları Ģərh edən yazıçıları,
mədhçiləri, natiqləri daha anlaĢılan sayırlar.
§ 4
Fəlsəfə bizim adi Ģüurumuza hər Ģeydən öncə onu sübut etməlidir ki, fəlsəfi idrak üsuluna tələbat vardır, yaxud o belə
tələbatı oyatmalıdır. Lakin dinin predmetinə, ümumiyyətlə, həqiqətə münasibətdə fəlsəfə onları dərk etməyə qabil
olduğunu göstərməlidir. Onun dini təsəvvürlərdən aĢkar fərqinə gəlincə fəlsəfə özünün dini təriflərdən fərqli olan
təriflərini doğrultmalıdır.
§ 5
Yuxarıda göstərilən fərqin və onunla bağlı olan müddəanın, yəni Ģüur fikir və anlayıĢ biçiminə çevrilərkən özünün
həqiqi məzmununu saxladığını və hətta özünün həqiqi iĢığında ilk olaraq göründüyünü aydınlatmaq üçün belə bir əski
həqiqəti oxucunun yadına salmaq olar ki, predmet və olaylarda, eləcə də hisslərdə, seyrlərdə, rəylərdə, təsəvvürlərdə və
i. a. həqiqi olanı dərk etmək üçün düĢüncə tələb olunur. Ancaq düĢüncə hər zaman hissləri, təsəvvürləri və i. a. fikrə
çevirir.
Qeyd. Belə ki, yalnız düĢüncə fəlsəfi fəaliyyət forması olduğundan, hər bir insan isə təbiətən düĢünmək, təfəkkür
qabiliyyətinə malik olduğundan anlayıĢlarla təsəvvürlər arasındakı (§3-də göstərilən) fərqi diqqətdən qaçırırlar ki, bu da
fəlsəfənin yuxarıda xatırlatdığımız bulanıqlığından Ģikayətin predmetinə əksdir. Bu elm tez-tez özünə qarĢı elə həqarətli
münasibətə məruz qalır ki, hətta onunla məĢğul olmayanlar özlərini elə göstərirlər ki, fəlsəfəni öyrənmədən də onlar
onun nə olduğunu anlayırlar və adi təhsil almaqla və özəlliklə dini hissə söykənərək fəlsəfənin üzərindən keçə və onun
haqqında fikir yürüdə bilərlər. BaĢqa elmlərə münasibətdə isə hesab edilir ki, onları bilmək üçün öyrənmək lazımdır və
yalnız onları bilmək onların haqqında fikir yürütmək haqqı verir. Həmçinin razılaĢırlar ki, baĢmaq tikmək üçün
çəkməçilik iĢini bilmək və məĢğul olmaq lazımdır, halbuki hər bir insanın ayağının ölçüsü, əlləri vardır və onların
sayəsində bu iĢ üçün təbii bacarıq vardır. Yalnız filosofluq üçün filosofluğu öyrənmək və zəhmət tələb olunmur. Bu
əlveriĢli rəy yeni dövrdə bilavasitə bilik – seyr vasitəsilə alınan bilik haqqında təlim sayəsində öz təsdiqini tapmıĢdır.
§ 6
Digər tərəfdən, oduqca vacibdir ki, fəlsəfə öz məzmununun canlı ruh sahəsində əzəldən yaradılmıĢ və aləmi, Ģüurun dıĢ
və iç aləmini təĢkil edən və indi də yaradılan məzmundan baĢqa bir Ģey olmadığını, baĢqa sözlə, öz məzmununun
gerçək, ilk olduğunu anlasın. Bu məzmuna ən yaxın olan Ģüuru biz təcrübə adlandırırıq. Aləmə diqqətli baxıĢ artıq
intəhasız dıĢ və iç varlıq səltənətində yalnız keçici, əhəmiyyətsiz olanla, hadisə ilə həqiqətən gerçəklik adına layiq olanı
bir-birindən fərqləndirir. Belə ki, fəlsəfə bu məzmunun dərkinin digər növlərindən yalnız formaca fərqləndiyindən onun
gerçəklik və təcrübə ilə razılaĢması zəruridir. Bu razılaĢmaya, uzlaĢmaya heç olmasa fəlsəfi təlimin məhək daĢı kimi
baxmaq olar, elmin son ali məqsədi düĢünən ağlın həqiqi ağılla, gerçəklikdə bu razılaĢma, uzlaĢma barədə biliklə
yaradılan barıĢığından ibarətdir.
Qeyd. Mənim "Hüquq fəlsəfəmin" müqəddiməsində belə bir deyim vardır:
Ağıla sığan hər Ģey gerçəkdir,
Gerçək olan hər Ģey ağıla sığandır.16
Bu sadə deyim bir çoxlarına qəribə göründü və fəlsəfə, əlbəttə, həmçinin din sahəsində öz məlumatlarının heç bir
Ģübhə doğurmadığına inananların hücumuna məruz qaldı. Bu münasibətlə dinə müraciət etmək artıqdır, belə ki, onun
ilahi düzən haqqında təlimində bu deyim vardır. Bu deyimin fəlsəfi anlamına gəlincə biz onun tənqidçilərinin allahın
nəinki gerçək, fövqəlgerçək, yalnız tək həqiqi gerçək olduğunu bildiklərinə, həm də bu deyimin formal tərəfilə ilgili
mövcud varlığa hadisənin bir hissəsi, gerçəkliyin yalnız hissəsi kimi baxa bildiklərinə inanırıq. Gündəlik həyatda hər cür
qəribəliyi, yanılmanı, Ģəri və bunlara bənzər baĢqa Ģeyləri, eləcə də səhv və keçici olan hər cür varlığı gerçəklik
adlandırırlar. Amma heç olmasa, adi dil hissinə malik olan insan təsadüfi varlığın gerçəklik adlandırılmasına razı olmaz;
təsadüf eyni dərəcədə ola və olmaya bilən imkandan baĢqa bir dəyərə malik olmayan varlıqdır, mövcudluqdur.
Mənim dediyim gerçəklik barədə tənqidçilər düĢünməyə borclu idilər ki, mən bu deyimi hansı anlamda iĢlədirəm, belə
ki, mən "Məntiq"də17 ətraflı yazılmıĢ gerçəkliyi gözdən keçirməklə yanaĢı, onu nəinki mövcudluğa malik təsadüfdən,
həmçinin mövcud varlıqdan və baĢqa təriflərdən fərqləndirirəm.
Ağılasığan gerçəkiyə qarĢı o təsəvvür çıxıĢ edir ki, ideyaları, idealları yalnız boĢ xəyallar, fəlsəfəni isə bu boĢ xəyallar
sistemi sayır; ona qarĢı belə bir təsəvvür də çıxır ki, guya ideyalar və ideallar gerçəkikdən əlçatmaz ucalıqda
olduqlarından, yaxud çox zəif olduqlarından gerçək ola bilməzlər. Ancaq belə təsəvvür sahibləri gerçəkliyi öz xəyali
abstraksiyalarını həqiqət kimi qəbul edən və özəlliklə də siyasət sahəsində bunların önəmli olmasını, guya dünyanın
özünün necə olacağını müəyyənləĢdirmək üçün nə olursa olsun, yalnız onu gözlədiyini iddia edərək öyünən dərrakədən
daha həvəslə ayırırlar; ancaq əgər dünya necə olmalıdırsa o cür olsaydı, idrakın irəli sürdüyü köhnəlmiĢ labüdlük fikri
nə olardı? Empirik əqli idrak özünün labüdlüyü, zəruriliyilə yalnız bəlli zaman çərçivəsində və məlum dairə üçün böyük
önəmi olan bayağı xarici və keçici problemlərə, müəssisələrə, vəziyyətlərə və i. a. qarĢı yönəldikdə haqlı ola bilər və bu
predmetlərdə ən ümumi təriflərlə uzlaĢmayan bir məqamlar üzə çıxara bilər; öz ətrafında çox Ģeyin lazım olduğu kimi
olmadığını kim görməyə bilər ki? Lakin bu müdriklik belə predmetlərlə və onların labüdlüyü ilə məĢğul olmaqla özünün
fəlsəfi elmin maraq dairəsində olduğunu iddia etməkdə haqlı deyil. Fəlsəfə yalnız labüd olub gerçək ola bilməyəcək
ideyalarla məĢğul olmur, deməli, fəlsəfə bu predmetlərin, müəssisə və durumların və i. a. yalnız əsasını oluĢduran
gerçəkliklə məĢğul olur.
§ 7
Belə ki, düĢüncə hər Ģeydən öncə, ümumiyyətlə, fəlsəfi prinsipə (bu sözü burada həm də baĢlanğıc anlamında iĢlədirik)
malik olduğundan və yeni zamanda (lüter islahatından sonra) yenidən öz müstəqilliyində çiçəkləndiyindən, həm də
nəzərə alınmalıdır ki, bir vaxt yunanların ilk cəhdləri abstraksiyalar üzərində qalmayaraq, həm də dünya hadisələrinin
saysız-hesabsız materialı üzərinə keçdiyindən predmeti empirik təkcələr dənizində davamlı ölçünün, ümuminin
dərkindən, nizamsız təsadüflərin sonsuz çoxluğunda zərurətin, qanunun öyrənilməsindən ibarət olan hər cür biliyi,
deməli, öz məzmununu özünün seyrində, öz içərisini və çölünü qavramasında, təbiətdə, ruhda və insan qəlbində hasil
edən biliyi fəlsəfə adlandırmağa baĢladılar.
Qeyd. Təcrübə prinsipi son dərəcə önəmli olan elə bir müddəanı özünə daxil edir ki, hər hansı bir məzmunun qəbul və
etiraf olunması üçün insanın özünün bunda iĢtirakı tələb olunur; daha aydın desək, tələb olunur ki, insan özü əmin
oduğu bir məzmun tapsın; o, təcrübənin məzmununu ya özünün dıĢ, xarici hisslərilə, ya da həmçinin özünün dərin ruhu
ilə, özünüdərki ilə qəbul eləsin və tanısın.
Bu, həmin o prinsipdir ki, hazırda etiqad, inanc, bilavasitə bilik, xarici və özəlliklə də özünün içdən gələn xəbər, yaxud
vəhy adı almıĢdır.
O elmlər ki, bu yolla fəlsəfə adını almıĢlar, yuxarıda göstərilən prinsipə uyğun olaraq biz onları ilkin baĢlanğıclarına
görə empirik elmlər adlandırırıq. Önəmlisi odur ki, onların məqsədləri və əldə etdikləri sonuc var olan haqqında ümumi
müddəalar, nəzəriyyələr, düĢüncələr, qanunlardır. Belə ki, məsələn, Nyuton öz fizikasını təbiət fəlsəfəsi adlandırdı.
Quqo Qrotsiy isə xalqların bir-birinə münasibətdə davranıĢını müqayisə etmək əsasında və adi mühakimələrin köməyilə
Dostları ilə paylaş: |