parlamağa imkan verir, həmçinin özünün mütləq həqiqətində özündən özünün xüsusilik momentini və ya birinci tərifini
və özgəvarlığını, özünün görüntüsü (Widerschein) kimi bilavasitə ideyanı sərbəst hasil etməyi qərarlaĢdırır, özü
özündən özünü təbiət qismində buraxmağı qərara alır.
Əlavə. Ġndi biz baĢlanğıc götürdüyümüz ideya anlayıĢına qayıtdıq. Və bu geriyə qayıdıĢ eyni zamanda irəliyə
hərəkətdir. Biz varlıqdan, abstrakt varlıqdan baĢladıq. Yolumuzun indi çıxıĢ etdiyimiz mərhələsində biz ideyanı varlıq
kimi əldə etmiĢik. Amma varlığa malik olmuĢ bu ideya təbiətdir.
Qeydlər və Ģərhlər
Hegelin məntiq təlimi onun "Böyük məntiq" və "Kiçik məntiq" adlanan əsərlərində Ģərh edilir. Adətən "Kiçik məntiq"
adlandırılan "Məntiq" filosofun fəlsəfi sisteminin birinci bölümünü oluĢdurur (təĢkil edir). "Kiçik məntiq" rus dilində iki
dəfə nəĢr edilmiĢdir: 1861-ci ildə alman dilindən V. Çijovun tərcüməsi və 1930-cu illərdə B. Stolpnerin tərcüməsində.
Ġndiyədək B. Stolpnerin tərcüməsi, dörd dəfə nəĢr edilməsinə baxmayaraq az təsadüf edilən, nadir nəĢrlərdən sayılır.
"Kiçik məntiq"in alman dilində ikinci nəĢrindən edilən bu tərcümədən "Ensiklopediya"nın hazırkı birinci cildinin
hazırlanmasında istifadə olunmuĢdur.
B. Stolpnerin tərcüməsinin "Ensiklopediya"da istifadə edilmiĢ bu nəĢrində bəzi kiçik düzəliĢlər edilmiĢdir. Belə ki,
öncəki illərdə alman dilindən Schein (görüntü yaxud görünüĢ) məvhumu rus dilində bəzən "отражение" (inikas) kimi
tərcümə edilmiĢdir ki, bu da belə bir yanlıĢ təsəvvür yarada bilər ki, guya Hegel fəlsəfəsində inikas nəzəriyyəsindən söz
gedir. Bu yanlıĢlığa yol verməmək üçün "Ensiklopediya"nın indiki nəĢrində es scheint feili "светится видимостью"
kimi tərcümə edilmiĢdir. Azərbaycan türkcəsinə isə "светится видимостью" ifadəsini biz "görüntüsündə parlamaq"
kimi vermiĢik.
Ġdentität məvhumu rus dilinə "тождество" kimi tərcümə edilmiĢdir, Azərbaycan dilində "eyniyyət" kimi vermiĢik.
Yaxud "totalität" sözü "Kiçik məntiq"in öncəki nəĢrində "целостность" kimi tərcümə edilmiĢ, indiki nəĢrində isə bu söz
"тотальность" kimi verilmiĢdir, çünki "totallıq" anlayıĢı Hegelin dialektik ziddiyyət haqqında təlimində özəl rol
oynayır. "Kiçik məntiq"in Azərbaycan türkcəsinə tərcüməsində də biz “totallıq” anlayıĢını saxlamıĢıq. Bir sıra
terminlərə isə digər qeydlərdə aydinlıq gətiririk.
1 Ekzoterik qeydlər – Hegel bununla abstrakt anlayıĢları onların adi anlamlarına yaxınlaĢdırılması üsulunu nəzərdə tutur
2 "ġərdən qurtardıq, Ģərə düĢdük" – Hegel bununla Hötenin "Faust"unda Mefistofelin ifadəsini iĢlədir
3 Eyniyyət sistemi yaxud eyniyyət fəlsəfəsi ġellinqin fəlsəfi sisteminin adıdır
4 Homerin "Ġliada"sında I, II, XIV və XX nəğmələr nəzərdə tutulur
5 Amor generosus – fədakar sevgi (latınca)
6 …philosophus tentonikus – tevton filosofu (lat.)
7 Ġndex et falsi – özünün və yanılmanın göstəricisi (lat.) Spinozaya görə həqiqət özünün və yanılmanın göstəricisidir
(lat.)
8 Fəlsəfəyə az hakim lazımdır və o bilərəkdən Ģübhə və həqarət etdiyi kütlədən qaçır; fəlsəfəni söyənlərdən kütlə razı
qalar (lat.)
9 Hegel baĢqa yerdə dedikdə 1802-ci ildə nəĢr etdirdiyi "Fəlsəfi tənqidin mahiyyəti və onun özəlliklə fəlsəfənin çağdaĢ
durumuna münasibəti haqqında" məqaləsinə iĢarə edir (məqalə müəllifin "Rabotı raznıx let, T.1, M., 1970, s. 268).
Hegel dəfələrlə və ən kəskin formada fəlsəfənin tənqidçilərinə cavab vermiĢdir. "Ensiklopediya"nın üçüncü nəĢrində isə
fəlsəfənin düĢmənlərinin ağızlarından yetərincə vurur
10 Yeni bir fəlsəfi sistem dedikdə Hegel Fixtenin fəlsəfəsini nəzərdə tutur.
11 Hegel fəlsəfəyə olan tələbatı ayrıca subyektdən çox bəĢəriyyətin iç – ruhi varlığının zərurəti sayır.
12 Aristotel "Metafizika"da yazır: "Nəzəriyyə ali xoĢbəxtlik və ali xeyirdir". Kubitskinin . M., 1934, s. 211. Hegel
Aristotelin "Metafizika"sının müvafiq yerini "Ensiklopediya"nın sonuncu səhifəsində olduğu kimi verir. "Məntiq
elmi"ndə isə Aristotelin fikrini ixtiyari verir.
13 Kantın "Tənqidi fəlsəfə"si nəzərdə tutulur.
14 Roma konsulu Pilatın həqiqətin dərki yoxdur fikrinə istinad edən filosoflar nəzərdə tutulur.
15 Hegel 22 oktyabr 1818-ci ildə söylədiyi son sözü "Fəlsəfə tarixi üzrə mühazirələr" (Əsərləri, IX cild, s. 5) əsərində də
təkrar edir.
16 Gerçəkliyin ağlasığanlığı haqqında Hegel "Hüquq fəlsəfəsi" əsərində ətraflı söz açır (bax: Hegel. Əsərləri, VII cild, s.
15-16).
17 Hegelin "Böyük məntiq"indən fərqlənən "Kiçik məntiq"i adətən "Məntiq" adlandırılır.
18 Spekulyativ təfəkkür anlayıĢına Hegel "Ensiklopediya"da geniĢ yer verir. Bu anlayıĢın kəbin spekulyasiyası, ticarət
spekulyasiyası anlamlarında iĢlənməsini rədd edərək "Ensiklopediya"nın 9-cu, 82-ci paraqraflarında, eləcə də digər
yerlərində "spekulyativ" anlayıĢını metafizik-fəlsəfi təfəkkür, anlayıĢlarda təfəkkür kimi mənalandırır. Hegel
spekulyativ təfəkkürü "mistika" adlandırır. Ancaq aydınlaĢdırır ki, "mistika" sözü altında o, dini mistikanı deyil, özünün
idealist dialektikası ruhunda Ģərh etdiyi rasional fəlsəfi təfəkkürü nəzərdə tutur.
19 Dialektik təfəkkürə söykənən "spekulyativ elmin" empirik elmlərə münasibətini Hegel "Ensiklopediya"nın 38-ci və
246-cı paraqraflarında, həmçinin "Fəlsəfə tarixi üzrə mühazirələr"ində daha ətraflı aydınlaĢdırır.
20 Karl Leonard Reynqold (1758-1823) – alman filosofu. Hegel "Fəlsəfə tarixi üzrə mühazirələr"ində onun haqqında
mənfi fikir söyləyir. Reynqold fəlsəfi empirik-analitik metoda əsaslanırdı, ancaq Hegel bunu fəlsəfi təfəkkür üçün
yetərli saymır, göstərir ki, "Sonlu idrak" metodu da spekulyativ fəlsəfi idrak kimi analitik olduğu qədər də sintetikdir
("Ensiklopediya", § 238).
21 Mizologiya – elmə nifrət, elmi mühakimələrdən üz çevirmək (Platon və Plutraxın terminidir) (yunanca).
22 14-cü paraqrafda belə bir mühüm müddəanı qeyd edir ki, həqiqi elmi fəlsəfə yalnız sistem, bütöv halında, həm də
abstrakt bütöv yox, konkret bütöv, yəni öz içində fərqləri olan bütöv kimi mümkündür. Sistemin bu iç fərqləri müəyyən
qaydada nizamlanmıĢ olub, təsadüfi rəylər yığımından, aqreqatdın ibarət deyil ("Ensiklopediya", § 16). Bu paraqrafda
Hegel fəlsəfi sistem içində materialın düzülüĢ sistemini müəyyənləĢdirir. Hegelə görə bütöv – dairələrdən ibarət
dairədir, yəni təfəkkürün inkiĢafı spiralvari formada baĢ verir (bu qeydi geniĢ anlamaq üçün "Fəlsəfə tarixi üzrə
mühazirələr"ə bax. Qeqelğ. Soç., t.IX, s. 32)
23 Rus dilində "otçujdenie" (Azərbaycan türkcəsində "özgələĢmə") sözünə qarĢılıq olan Entäuberunq, Entfremdunq,
Entfernunq sözləri vardır. "Ensiklopediya"nın bu nəĢrində (rus dilində) alman dilinə məxsus bu sözlərin dəqiqləĢdirilmiĢ
tərcüməsi verilmiĢdir: Entäuberunq – ovneĢnenie (biz bunu diĢarılaĢmaq kimi tərcümə etmiĢik və bu söz Hegeldə ruhun
özgəvarlığı, dıĢarı mövcudluğu mənasında iĢlənmiĢdir), Entfernunq – kənarlaĢdırma, Entfremdunq – özgələĢmə.
24 Hegel § 23-də "müstəqil təfəkkür" deyiminin mənasız olduğuna münasibətdə pleonazm sözünü iĢlədir.
25 Partikulyarlıq ifadəsi Ģüurun özünü formaca predmetdən və subyektdən asılı olmayan abstrakt varlıq kimi aparmasını
aydınlaĢdırarkən iĢlədir.
26 Bax: Aristotel. Metafizika. M., 1934, s. 21-82.
27 "Ġmmanent" sözü predmetin mahiyyətinə, iç varlığına aid olma anlamını daĢıyır.
28 Hegel fikrin insana immanent olduğuna, o dünyaya məxsus olmadığına iĢarə edir.
29 Sonlu Ģeylərin öz anlayıĢlarına uyğunsuzluğunun cinsin özünü təkcədən onun ölümü ilə azad etməsi vasitəsilə aradan
qaldırıldığına iĢarə edilir.
30 "Məntiq elmi"nin giriĢində, § 26 və digər yerlərində Hegel ilk öncə Leybnisin metafizikasına münasibətini, ingilis-
fransız empirizmini, § 61-də isə Yakobinin mistisizmini tənqid edir (bu qeyd Engelsə məxsusdur, bax. K. Marks və F.
Engels. Əsərləri, 38-ci cild, s. 176 – rus dilində).
31 Nyuton mexanikası nəzərdə tutulur.
32 Do sensum eminentiorem – ən mükəmməl hissliyə qədər.
33 Hötenin "Faust"unda Mefistofelin sözləri. Ensheiresin natural – təbiətin hərəkət üsulu.
34 Hegel özünün "Skeptisizmin fəlsəfəyə münasibəti. Onların ayrı-ayrı modifikasiyaları və yenilərinin əski formaları ilə
müqayisəsi" adlı əsərini nəzərdə tutur. Bu əsər "Yunaner Sehriften" (Berlin, 1972-ci il) kitabında verilmiĢdir.
35 Ġkinci qeydə bax
36 Apriori – praktikadan öncə
37 Appersepsiya – ilkin təsəvvürlərə yaxud təcrübəyə əsaslanan qavrayıĢ, idrak.
38 Adi appersepsiya – adi təcrübəyə əsaslanan qavrayıĢ.
39 Çaput mortuum – ölü baĢ (lat.).
40 Apoqoqik – geniĢ.
41 Allahın varlığının ontoloji sübutu haqqında, həmçinin bu sübut üsulunun yaranmasının izahının verildiyi 193-cü
paraqrafa və "Fəlsəfə tarixi üzrə mühazirələr" (XI cild, s. 129-130, 266, 438-441-ə bax). Hegelin fikri belədir ki, Allah
hissi varlıq deyil. Allah özü öz varlığını doğuran, hasil edən ideyadır.
42 Taler – 3 markalıq əski alman gümüĢ pulu.
43 Spinozanın müddəasıdır və anlamı budur ki, allah "yalnız mövcudluq kimi düĢünülə bilər". Bu müddəa Spinozanın
"Etika" əsərində qeyd olunmuĢdur. Bax. "Ġzbrannıe proizvedeniə". T. I., M., 1957, s. 361.
44 Partikulyar – qeyri rəsmi.
45 Hegel materializmi birtərəfli empirizm və naturalizm ilə eyniləĢdirməklə materializmə zərbə vurur.
46 Hegel "Ensiklopediya"nın sonrakı paraqraflarında F.Q. Yakobinin (1743-1819) "hisslər və inanc fəlsəfəsi",
irrasionalizm fəlsəfəsindən söz açır və buna qarĢı rasional qnoseologiyanın müdafiəçisi kimi çıxıĢ edir.
47 TanınmıĢ riyaziyyatçı Y.Y. Lalandın (1732-1807) Napaleona ünvanladığı sözləri Hegel dar empirizmin nümunəsi
kimi göstərir.
48 Dalay-lama – bütpərəstliyin bir nümunəsi
49 Ġnsanda təbiətdən verilən məzmun – ilham, könül, vəhy və s.
50 Coqito, erqo sum – "DüĢünürəm, deməli varam" (lat.). Dekartın məĢhur deyimi. Bu deyimdən çıxıĢ edərək Dekart
ruhun (fərdi ruhun) substansiallığı nəticəsini çıxarır. Bu deyimə Dekartın ayrı-ayrı əsərlərində, özəlliklə də "Metod
haqqında düĢüncələr" adlı əsərində rast gəlmək olar (bax: Ġzbrannıe proizvedeniə. M., 1950, s. 282). – Dekart sübut
etmiĢdir ki, bu məĢhur deyim əqlinəticədən irəli gəlməyib zəkanın təbiətinə məxsusdur. Hegel Dekartın fikrini müdafiə
edir. Empirist filosoflar Dekartın bu deyimində əqlinəticələr olduğunu sübut etmiĢlər, onlar eyni zamanda sübut
eomiĢlər ki, insan öz mövcudluğunu təkcə təfəkkürünə əsasən deyil, həmçinin özünün hər bir hərəkətinə əsasən irəli
sürə bilər (bax: Qassendi.Soç. T.2. M., 1968, s. 533; Qobbs. Ġzbr. proizv. T.1, M., 1964, s. 414.
51 Medius terminus – əqlinəticənin orta termini (lat.).
52 Consensus gentium – bütün xalqların razılığı (lat.)
53 Hindistanda brahmanizm dininə mənsub olan kahin.
54 Summun jus summa injuria – ali hüquq – ali hüquqsuzluqdur (ədalətsizlikdir) (lat.)
55 Hegelin məntiqi üç bölümə (Varlıq haqqında təlimə, Mahiyyət haqqında təlimə, AnlayıĢ haqqında təlimə)
ayırmasının anlamını və düzgünlüyünü marksizm klassikləri də təsdiq edir və göstərirlər ki, belə bölgünün tarixi əsası
vardır və "gerçəkdən bütün insan idrakının (bütün elmin) ümumi gediĢi belədir" (bax: Lenin. Fəlsəfə dəftərləri. Əsərləri.
38-ci cild, s. 335). Hökmlərin Hegel sistematikası barəsində Engels də qeyd edir ki, Hegelin məntiqi dində
mühakimələrin inkiĢafı qaydaları məntiqin ümumi strukturunu (varlıq, mahiyyət və anlayıĢ hökmlərinə bölgüsünü)
yenidən hasil edir (Engels. Anti-Dürinq. Bakı, 1967. Müqəddimə). Qeyd edək ki, Hegelin anlayıĢ terminini Engels
hökmün subyektinin "ümumi təbiəti" anlamında, Lenin isə "idrak" anlamında Ģərh edir. Marks "Kapital" əsərində
Hegelin hadisələri onların qanunauyğuq, öz anlayıĢlarına müvafiq olaraq gözdən keçirmək tələbinə özəl diqqət yetirir
(K. Marks, F. Engels. Soç. T. 25, ç. 1, s. 208)
56 "Kiçik məntiq"də məntiqi ilə tarixinin vəhdəti prinsipi mühüm yer tutur. Fəlsəfənin tarixi inkiĢafını Hegel
"Məntiq"də kateqoriyalar sisteminin və özünün fəlsəfi sisteminin bütün bölümlərinin inkiĢaf pillələrinin obyektiv əsası
kimi götürür. Bunu Hegel "Fəlsəfə tarixi üzrə mühazirələr"ində ətraflı gözdən keçirir.
57 Panteon – çoxallahlı dinlərdə allahların Ģərəfinə tikiilən məbəd
58 Mütləq indifferentlik – etinasızlıq anlamında
59 Platonun dünyanın əksliklərdən yaranmasına dair fikrinə iĢarə edilir
60 Sonlu və sonsuzun dialektik eyniyyətini Hegel öz üslubunda ifadə edir
61 Taler – burada 42-ci qeydə bax
62 Hegel özünün fəlsəfi idealizmi ilə Pifaqorun rəqəmlər fəlsəfəsi arasında yaxınlığa iĢarə edir
63 Nemizid – əski yunanlarda tale və qisas ilahəsi
64 Lot – 12,8 qrama bərabər olan çəki vahidi
65 Kvadrat mil – sahə ölçü vahidi
66 Kəmiyyət və keyfiyyət keçidləri inkiĢafda ana xətt kimi
67 Caput mortum – 39-cu qeydə bax
68 Mahiyyətin özünün özündə inikası nəzərdə tutulur
69 Leybnis formula etdiyi fərdilik prinsipini özünün "Monodologiya"sının 9-cu bəndində Ģərh edir (Ġzbr. proizv-ə. M.,
1890, s. 340)
70 Kontradiktor anlayıĢlar "Məntiq elmi"nin "AnlayıĢ haqqında təlim" bölümündə gözdən keçirilir
71 Fluid – fiziki termindir
72 Burada diqqət ona çəkilir ki, Hegelin "Böyük məntiq"ində dialektik ziddiyyət haqqında təlimin inkiĢafı a) eyniyyət,
b) fərq, c) ziddiyyət ardıcıllığı ilə baĢ verir. Bundan sonra "Böyük məntiq"in üçüncü fəsli əsas kateqoriyasına həsr edilir.
73 Formal məntiqin kafi əsas qanununu Hegel ətraflı Ģərh edir
74 … causae officientes – fəaliyyətdə olan (təsir edən) səbəb (lat.); cuasa finalis – son səbəb (lat.)
75 Fiksiya – idrakın qeydi
76 QumdaĢı – tərkibində silisium oksid olan və beton tökmə iĢlərində iĢlənən birləĢmə
77 Porfir – porfir, tikinti iĢlərində iĢlənən vulkanik süxur
78 Alman Ģairi Qalflerin Ģerindən parça
79 Dekursus vitae – həyatın axını (lat.)
80 Praqmatik tarixĢünaslıq
81 Emfaza – dilçiliyə aid termin (nitqdə təmtəraq, həyəcanlılıq, bəzi səslərin çətinliklə tələffüz edilməsi
82 Kantın "Xalis zəkanın tənqidi" əsərinə bax. Əsərləri. 3-cü cild. M., 1964, s. 281 (rus dilində)
83 a priori – təcrübəyə qədər
84 Pedantizm – xırdaçılıq
85 Hegel bu anlayıĢ vasitəsilə fəlsəfə tarixinin vəzifəsini müəyyənləĢdirir, göstərir ki, zərurət allahın mahiyyətinə
məxsusdur.
86 Burada 81-ci qeydə bax.
87 Ġmmanent – daxili; predmetə xas olma
88 Substansial və aksidental – zərurətin özünün özünə münasibətinin bir-birilə bağlı olan iki forması
89 Akosmizm – dünyanın müsbət varlıq anlamında olmasının inkarı
90 Amor intellektualis Dei – Allaha intellektual sevgi (lat.) – (bax: Spinoza. Ġzbr. proizvedeniə, t.1, s. 610)
91 Ən ümuminin qəbul olunmasının insan təfəkkürü üçün təhlükə sayılmasını Hegel təfəkkürsüzlük sayır
92 AnlayıĢların bu bölgüsünü Hegel qəbul etmir
93 Hegel anlayıĢların belə bölgüsünü əsassız sayır
94 Mühakimələrin Hegel sistematikası barədə Engelsin qeydlərinə bax (K. Marks, F. Engels. Soç. t. 20, s. 538)
95 Partikulyar – mühakimənin bir növü (lat.)
96 Konstitutiv əlamət – quruluĢ əlaməti
97 Terminus minor – əqlinəticənin kiçik müqəddiməsi (lat.)
98 Hegel Aristotelin fəlsəfi araĢdırmalarında sonlu, empirik təfəkkür formalarından istifadə etmədiyini həmin
paraqrafda ətraflı gözdən keçirir.
99 Empirik əqlinəticə nəzərdə tutulur
100 Neqasiya – əlaqə
101 Allahın varlığının ontoloji sübutu haqqında, həmçinin, Hegelin "Fəlsəfə tarixi üzrə mülahizələri"nə (XI cild, s. 129-
130, 286, 438-441, rus dilində) bax. Hegelin fikri budur ki, allah hissi varlıq deyil, belə ki, hissi varlığa anlayıĢda
mövcud olandan daha çox Ģey aiddir. Allah özü öz varlığını yaradan ideyadır.
102 Anselm – Hegelin müasirlərindən biri olmuĢ alman filosofu. Hegel "Məntiq elmi"nin 193-cü paraqrafında Anselmin
müvafiq fikrini latınca vermiĢdir. "Məntiq elmi"nin ruscaya tərcüməsində də Anselmin fikrinin latıncası saxlanmıĢ,
amma həmin fikrin ruscaya tərcüməsini tərcüməçi 70-ci qeyddə vermiĢdir. Biz isə "Məntiq elmi"nin azərbaycan
türkcəsinə tərcüməsində 70-ci qeyddə Anselmin ruscaya çevrilmiĢ fikrinin azərbaycancasını mətndə vermiĢik.
103 Tabula rasa – təmiz lövhə (lat.), Lokkun sensualist idrak nəzəriyyəsinə aid olan prinsip.
104 Retort – kimyada iĢlədilən distillə cihazı.
105 Spekulyasiya – hissi seyrdən kənarda təfəkkür hərəkəti.
106 79-cu qeydə bax.
Dostları ilə paylaş: |