§ 203
Ancaq bu iki prosesdən – baĢqa obyektə laqeyd olmayan, maraqlı olan (des Differenten) obyektin neytral obyekt
Ģəklinə salınması və laqeyd (des Ġndifferenten) yaxud neytral obyektin differensiyasiyası proseslərindən hər birinin
onlara bir-birinə münasibətdə müstəqillik görüntüsü verən dıĢ xarakteri onların bərtərəfləĢdiyi məhsula keçidində sonlu
olduqlarını üzə çıxarır. Və əksinə, kimyəvi proses bir-birinə laqeyd olmayan, maraqlı olan (differenten) obyektlərin
ehtimal edilən bilavasitəliyinin əhəmiyyətsiz olduğunu aĢkar edir. AnlayıĢın obyekt kimi mövcud olduğu diĢarılığının
və bilavasitəliyinin bu inkarı vasitəsilə anlayıĢ bu diĢarılıq və bilavasitəlik qarĢısında azad və özü üçün mövcud olan
anlayıĢ kimi müəyyənləĢir,baĢqa sözlə indi o məqsəd kimi müəyyənləĢmiĢ olur.
Əlavə. Ximizmdən teleoloji münasibətə keçid qeyd etdiyimiz iki kimyəvi prosesin qarĢılıqlı olaraq bir-birini aradan
qaldırması vasitəsilə baĢ verir. Bunun sayəsində ximizmdə və mexanisizmdə yalnız özündə olan anlayıĢ azad olur və
beləliklə, özü üçün mövcud olan anlayıĢ məqsəddir.
c. Teleologiya
§ 204
Məqsəd bilavasitə obyektivliyinin inkarı vasitəsilə azad varlığa keçən anlayıĢdır, özü-üçun-mövcud anlayıĢdır. Bu
anlayıĢ subyektiv məqsəd kimi müəyyənləĢmiĢdir, belə ki, bu inkar öncə abstrakt olduğundan hələlik obyektivlik ona
qarĢı durur. Lakin subyektivliyin bu müəyyənliyi anlayıĢın totallığına münasibətdə birtərəfli müəyyənlikdir yəni
məqsədin özü üçün birtərəfli müəyyənlikdir, belə ki, məqsəddə hər bir müyyənlik aradan qaldırılmıĢ haldadır. Beləliklə,
məqsəd üçün də onun nəzərdə tutduğu obyekt yalnız ideal haldadır və özündə əhəmiyyətsiz reallıqdır. Məqsəd onun özü
ilə eyniyyətinin özündəki inkar və əksliklə ziddiyyəti kimi bərtərəfləĢmədir, fəaliyyətdir, inkar edən əkslikdir, belə ki,
onu özü ilə eyniyyət müəyyənləĢdirir. Bu, məqsədin reallaĢmasıdır- onu öz subyektivliyinin baĢqası edən və
ovyektivləĢdirən, subyektivliklə obyektivlik arasındakı fərqi aradan qaldıran, onu yalnız özünə qovuĢduran və onu
saxlayan reallaĢmadır.
Qeyd. Bir tərəfdən, məqsəd anlayıĢı artıqdır, ancaq digər tərəfdən, haqlı olaraq onu təfəkkürün anlayıĢı adlandırmıĢ və
xüsusini öz altına alan, ancaq özündə bu xüsusiyə malik olmayan abstrakt- ümumi idraka qarĢı qoymuĢlar. Sonra,
deyilməlidir ki, son səbəb kimi məqsədlə adətən səbəb adlandırılan təsirli səbəb arasındakı fərq olduqca önəmlidir.
Səbəb hələ aĢkarlanmamıĢ, kor zərurət sferasına məxsusdur; odur ki, özünün baĢqasına keçən və bununla da öncədən
qərarlaĢdırılmıĢda ilkinliyini itirən səbəb kimi çıxıĢ edir; yalnız özündə və bizim üçün səbəb ilk olaraq təsirli səbəb kimi
çıxıĢ edir və özünə qayıdır. Məqsəd isə əksinə, özü özündə müəyyənlik və ya təsir kimi (səbəbdə hələ özgə varlıq kimi
təsəvvür edilən) qərarlaĢmadır, belə ki, məqsəd öz fəaliyyətində özünə keçmir, özünü saxlayır, yəni öz nəticəsi ancaq
özündə olur və baĢlanğıcda, özünün qərarlaĢmasında nə idisə, sonda da özü olaraq qalır; yalnız özünü bu cür saxlaması
sayəsində məqsəd əsl birincidir. AnlayıĢ kimi məqsəd özünün spekulyativ qavranılmasını tələb edir; bu qavrama öz
təriflərinin vəhdətində və ideallığında mühakiməyə (Urteil) və ya inkara, subyektivliklə obyektivlik arasındakı əksliyə
və eləcə də bu əksliyin aradan qaldırılmasına malik olan qavramadır.
Biz məqsəd haqqında düĢünərkən onu yalnız Ģüurdakı təsəvvür tərifləri forması ilə eyniləĢdirməməliyik. Özünün iç
məqsədəuyğunluq anlayıĢı ilə Kant yenidən ümumiyyətlə və özəlliklə həyat ideyasını dirçəltdi. Aristotelin həyata
verdiyi tərifdə artıq iç məqsədəuyğunluq anlayıĢı vardır və ancaq sonlu, dıĢ məqsədəuyğunluğu nəzərdə tutan
teleologiyanın ən yeni anlayıĢından son dərəcə yüksəkdədir.
Tələbat, istək məqsədə əsas misallardır. Tələbat, istək canlı subyektin öz iç varlığında olan və hələ boĢ subyektivlikdən
özgə bir Ģey olmayan inkarın inkarı fəaliyyətinə keçən hiss edilən ziddiyyətdir. Tələbatın ödənilməsi, istəyin yerinə
yetməsi subyektlə obyekt arasında barıĢı bərpa edir, belə ki, obyektiv olanın subyektiv olanla birləĢməsi sayəsində
onların arasındakı ziddiyyət (tələbat) aradan qalxır. Sonlunun – həm subyektiv, həm də obyektiv sonlunun
möhkəmliyindən və aradanqaldırılmaz olmasından çox söz açanlar hər bir istəkdə söylədiklərinin əksilə qarĢılaĢırlar.
Ġstək subyektiv olanın birtərəfli olduğuna, eləcə də obyektiv olan qədər az- həqiqət olduğuna necə deyərlər, yalnız
əminlikdir. Sonra, istək bu əminliyin iĢdə gerçəkləĢdirilməsidir; istək olduğu kimi qalan subyektiv və olduğu kimi qalan
obyektiv arasındakı əksliyin və bununla da onların sonluluğunun aradan qaldırılmasını gerçəkləĢdirir.
Məqsədin fəaliyyətinə gəlincə oxucunun diqqəti həm də ona yönəldilməlidir ki, bu fəaliyyətin özündən ibarət olan
əqlinəticədə məqsəd gerçəkləĢmə prosesi vasitəsilə, terminlərin önəmli dərəcədə inkarı vasitəsilə özünə qovuĢur. Bu
inkar indicə qeyd etdiyimiz məqsəddə olan özlüyündə bilavasitə subyektivliyin, eləcə də bilavasitə obyektivliyin
(vasitələrin və can atılan obyektlərin) inkarıdır. Bu bizim dünyanın təsadüfi Ģeylərinə və olaylarına, eləcə də ruhumuzun
allaha ucalması zamanı öz subyektivliyimizə nəzərən həyata keçirdiyimiz inkardır; bu – o momentdir ki, əsərin
"giriĢində" və192-ci paraqrafında göstərdiyimiz kimi, dərrakənin allahın varlığının sübutu adlandırılan əqlinəticəsi
formasında nəzərdən qaçırılır.
§ 205
Teleoloji münasibət əsasən bilavasitə dıĢ məqsədəuyğunluqdur və anlayıĢ ona ünvanlanan bir Ģey kimi obyektə qarĢı
durur. Məqsəd qismən öz məzmununa görə, qismən də özünün reallaĢması üçün material kimi obyektdə dıĢ Ģəraitə
malik olmasına görə sonludur; deməli, məqsədin özünümüəyyən etməsi yalnız formaldır. Məqsədin bu bilavasitəliliyi,
dəqiq deyilərsə, onu göstərir ki, onun özəlliyi özünə refleksiya kimi formanın məqsədin subyektivliyi kimi
müəyyənləĢdirilməsində, məzmunun formanın totallığından, özündə subyektivlikdən, anlayıĢdan fərqli çıxıĢ
etməsindədir. Məqsədin bu cür reallaĢması onun öz daxilində sonluluğunun ifadəsidir. Bunun nəticəsində məqsədin
məzmunu məhduddur, təsadüfidir və bu məzmun və məqsədin obyekti xüsusidir və öncədən tapılmadır.
Əlavə. Məqsəd haqqında danıĢarkən adətən biz dıĢ məqsədəuyğunluğu nəzərdə tuturuq. Bu cür baxdıqda predmetlərdə
onların öz təyinatlarını, onlardan kənarda olan məqsədlərin gerçəkləĢməsi üçün yalnız istifadə edilən və sərf olunan
vasitələri görürük. Bu baxıĢ həm də elmdə bir vaxt böyük rol oynamıĢ, sonradan haqlı olaraq gözdən düĢmüĢ və Ģeylərin
əsl təbiətini anlamaq üçün yetərsiz sayılan faydalılıq baxıĢıdır. Hər halda biz özlüyündə sonlu Ģeylərə əhəmyyətsiz
Ģeylər kimi yox, öz hüdudundan kənarı göstərən Ģeylər kimi baxmalıyıq. Sonlu Ģeylərdəki bu inkarlıq onların öz
dialektikasıdır və bu dialektikanı anlamaq üçün, biz, ilk öncə onların müsbət məzmununa girməliyik. Lakin teoloji baxıĢ
üsulunda allahın müdrikliyinin təbiətdə təzahürünü göstərməyə vicdanla can atıldığından qeyd etməliyik ki, vasitələri
predmetlər olan məqsədlərin axtarıĢı bizi sonlunun hüdudundan kənara çıxarmır və asanlıqla qəribə mühakimələrə
sürükləyir. Məsələn, üzüm tənəklərinə nəinki onların insanlara verdikləri bəlli xeyirdən yanaĢırlar, bu ruhda çıxıĢ edərək
mantar ağacının təyinatını Ģərab butulkalarının ağzını bağlamaq üçün tıxac hazırlamaq üçün material olmasında
görürlər. KeçmiĢdə bu ruhda bütöv bir traktatlar yazırdılar və anlamaq asandır ki, bu cür mühakimələr nə dinin
maraqlarına, nə də elmin maraqlarına fayda gətirmir. DıĢ məqsədəuyğunluq ideyadan bilavasitə öncədir, lakin çox
zaman həqiqətin kandarında duran baxıĢ daha az yetərli olur.
§ 206
Teleoloji münasibət subyektiv məqsədin ona dıĢarı olan obyektivliklə onların hər ikisinin vəhdətindən ibarət bir aralıq
termin vasitəsilə qovuĢduğu əqlinəticədir; subyektiv məqsədin və obyektivliyin bu vəhdəti bir tərəfdən məqsədəuyğun
fəaliyyətdir, digər tərəfdən bilavasitə məqsədə tabe edilmiĢ obyektivlikdir, vasitədir.
Əlavə. Məqsədin ideyaya inkiĢafı üç pilləni keçir: birincisi, subyektiv məqsəd pilləsi; ikincisi, gerçəkləĢən məqsəd
pilləsi; üçüncüsü, gerçəkləĢmiĢ məqsəd. Öncə bizim subyektiv məqsədimiz olur və o özü üçün mövcud anlayıĢ kimi
anlayıĢın momentlərinin totallığıdır. Bu momentlərdən birincisi özü ilə eyniyyətdə olan ümumilikdir ki, bu baĢlanğıcda
tərkibində hər Ģey olan, lakin hələ heç nəyin fərqləndirilmədiyi suyu xatırladır. Ġkinci moment bu ümuminin
xüsusiləĢməsidir ki, bunun sayəsində ümumi müəyyən məzmun alır. Bu müəyyən məzmun ümuminin fəaliyyəti
olduğundan ümumi bu məzmunu vasitəsilə özünə qayıdır və özü özü ilə qovuĢur (zusammenschlieben). Buna uyğun
olaraq qarĢımıza hansısa bir məqsəd qoyub deyirik ki, biz nə isə həll edirik (beschlieben) və beləliklə, özümüzə bu və ya
digər tərif üçün sanki açıq varlıq kimi baxırıq. Amma sonra deyirik ki, biz nəyisə qərarlaĢdırdıq (entschlieben), bununla
Dostları ilə paylaş: |