OBYEKT
§ 194
Obyekt özündə fərq daĢıyır və özünü obyektdə aradan qaldıran bu fərqə biganəliyi sayəsində bilavasitə varlıq olur; bu
səbəbdən obyekt bilavasitə varlıqdır; obyekt sonra, özündə totallıqdır və eyni zamanda bu eyniyyət yalnız momentlərin
özündə-mövcud eyniyyəti olduğundan bu eyniyyət özünün bilavasitə momentlərinə biganədir; beləliklə, obyekt hər biri
totallıq olan müxtəlif mövcudluqlara ayrılır. Odur ki, obyekt özünün müxtəlif mövcudluqlarının tam müstəqilliyi və tam
qeyri-müstəqilliyi arasındakı mütləq ziddiyyətdir.
Qeyd. Mütləqin obyekt olması tərifi daha aydın Ģəkildə Leybinis monadasında ifadə olunmuĢdur. Leybinisin fikrincə
monada obyektdir, amma özündə təsəvvürlərə malik olan, yəni dünya haqqında təsəvvürlərin totallığından ibarət olmalı
obyekdir. Monadanın sadə vəhdətində bütün fərqlər yalnız ideal, qeyri-müstəqil mövcud olur. Monadaya kənardan heç
nə girmir, o yalnız inkiĢaf dərəcəsinə görə fərqlənən bütöv anlayıĢdır. Bu sadə totallıq da eynilə fərqlərin mütləq
çoxluğunu daĢıyır ki, onlar da öz sırasında müstəqil monadalardır. Monadada monadalar və onların iç inkiĢafının
gediĢinin öncədən müəyyən olunmuĢ harmoniyasında bu substansiyalar (monadadakı monadalar – A. T.) yenidən qeyri-
müstəqillik və ideallıq səviyyəsinə düĢürlər. Beləliklə Leybinisin fəlsəfəsi ziddiyyətlə doludur.
1-ci əlavə. Əgər mütləqi (allahı) obyekt kimi anlayıb və bundan irəli getmirlərsə, onda bu, ən yeni fəlsəfədə özəlliklə
Fixtenin haqlı olaraq göstərdiyi kimi, cahillik və kölə qorxusundan baĢqa heç nədir. Allah, Ģübhəsiz obyektdir və həm də
qarĢısında bizim (subyektiv) rəyimizin və iradəmizin heç bir anlam daĢımadığı bir obyektdir. Ancaq mütləq obyekt kimi
allah qaranlıq və düĢmən güc kimi subyektivliyə qarĢı deyil, əksinə, onun özündə subyektivlik mühüm bir momentdir.
Bu, xristianlıq dini təlimində belə ifadə edilir: allah istəyir ki, bütün insanlar xilas olsun və istəyir ki, insanların hamısı
səadətə qovuĢsunlar. QurtuluĢ və səadətə insanlar özlərinin allahla vəhdəti Ģüuruna ucalması sayəsində əldə edirlər və
allah bu zaman onlar üçün ancaq obyekt olmaqdan, deməli, qorxu və dəhĢət predmeti olmaqdan çıxır (romalıların dini
Ģüurunda allah qorxu və dəhĢət predmeti kimi təsvir olunurdu). Sonra, əgər xristian dinində allah özünü insanlara onunla
bir olan və ayrıca insan kimi öz oğlunda aĢkar etdiyi və onları xilas etdiyi üçün sevgi kimi dərk edilirsə, onda allahın bu
yaradıcılıq aktında belə bir fikir ifadə olunur ki, obyektivlik və subyektivlik arasındakı əkslik özündə aradan
qaldırılmıĢdır, insanın özünü bu xilasolma və səadətə çatmanın iĢtirakçısı etmək, yəni bizim bilavasitə
subyektivliyimizdən (əski Adəmi özümüzdən kənarlaĢdıraraq) imtina edib allahı özümüzün həqiqi və mühüm
olduğumuz kimi anlamaq artıq bizim iĢimizdir.
Din kimi dini ibadətlər, ayinlər də subyektivlik və obyektivlik arasındakı əksliyin aradan qaldırılmasından ibarətdir,
eləcə də elmin və əsasən fəlsəfənin bu əksliyi təfəkkür vasitəsilə aradan qaldırmaqdan baĢqa bir məsələsi yoxdur.
Ġdrakda, ümumiyyətlə, söz bizə qarĢı duran obyektiv dünyanın bizə olan özgəliyini (Fremdheit) aradan qaldırıb adət
üzrə deyildiyi kimi, ona bələd olmaqdan gedir, bu isə obyektiv olanı anlayıĢa, bizim dərin özlüyümüzü oluĢduran
anlayıĢa çevirmək deməkdir. Bu aydınlatmadan görünür ki, subyektivlik və obyektivlik arasındakı münasibətə möhkəm
və abstrakt əkslik kimi baxılması necə də yanlıĢdır. Hər iki tərif (subyektivlik və obyektivlik – A.T.) bütünlüklə
dialektik təriflərdir.Öncə subyektiv olan anlayıĢ öz fəaliyyətinə uyğun olaraq heç bir dıĢ materiala və ya maddəyə
ehtiyac duymadan özünü obyektivliyə qovuĢdurur, eləcə də obyekt hərəkətsiz, özündə heç bir prosesin getmədiyi bir Ģey
deyil; onun inkiĢafı özünü eyni zamanda ideyaya doğru sonrakı inkiĢafdan ibarət olan subyektivlik kimi aĢkar etməkdən
ibarətdir. Subyektivlik və obyektivlik tərifləri ilə tanıĢ olmayan və onları abstrakt halda götürənlər görəcəklər ki, onlar
nəzər salmağa macal tapmamıĢ bu abstrakt təriflər onarın əlindən sürüĢüb çıxır və hər dəfə onlar demək istədiklərinin
əksini deməli olurlar.
2-ci əlavə. Obyektivliyin üç forması var: mexanizm, ximizm və məqsədli münasibət. Mexaniki müəyyənləĢdirilmiĢ
obyekt bilavasitə indifferent obyektdir. Doğrudur, belə obyektlər özündə fərqlər daĢıyır, ancaq onlar bir-birinə
biganədirlər və yalnız dıĢarı iliĢgidə olurlar. Ximizmdə isə əksinə, obyekt özünü önəmli dərəcədə fərqli göstərir, belə ki,
obyektlər yalnız birinin digərinə münasibətindən ibarətdir və keyfiyyətcə bir-birindən ayrılırlar. Obyektivliyin üçüncü
forması – teleoloji iliĢgi – mexanizmin və ximizmin vəhdətindən ibarətdir. Məqsəd yenə də mexaniki obyekt kimi özünə
qapanmıĢ totallıqdır, amma bu totallıq ximizmdəki keyfiyyət differensiasiyası prinsipi ilə zənginləĢmiĢ totallıqdır və
beləliklə, məqsəd ona əks olan yaxud qarĢı duran obyektlə bağlı olur. Məqsədin gerçəkləĢməsi isə ideyaya keçiddir.
a. Mexanizm
§ 195
Obyekt 1) bilavasitəliyində yalnız özündə anlayıĢdır; onun subyektiv anlayıĢ kimi anlayıĢı öncə obyektdən kənardadır
və hər cür müəyyənliyi yalnız dıĢarı müəyyənlikdir. Ona görə də anlayıĢ müxtəlif obyektlərin vəhdəti kimi bir aqreqat,
qatıĢıqdır və bu aqreqatda bir obyektin baĢqasına təsiri dıĢarı təsirdir; bu – formal mexanizmdir. Bu formal iliĢgidə və
qeyri-müstəqillikdə obyektlər bir-birinə dıĢ müqavimət göstərərək müstəqil qalırlar.
Qeyd. Mexaniki təzyiq və təkan kimi sözlər də bizim üçün anlamsız, qavrayıĢa, təsəvvürə və təfəkkürə, eləcə də bir-
birinə dıĢ münasibətdə olduqda yaddaĢımıza mexaniki təsir edir, çünki bu zaman sözlər məna daĢımayan ardıcıllıqdan
ibarət olur. DavranıĢlar, zahidlik və i. a. da insan tərəfindən ənənəyə uyğun, vicdanın diktəsilə edilirsə, bu hərəkətlərdə
onun öz ruhu və iradəsi yoxdursa, onun üçün dıĢarı və mexaniki bir hərəkət olur.
Əlavə. Obyektivliyin birinci forması kimi mexanisizm də predmetlər dünyasını gözdən keçirərkən ilk öncə refleksiya
olunan və çox zaman irəli getməyən kateqoriyadır. Lakin bu baxıĢ üsulu hətta təbiətə münasibətdə və bundan da artıq
mənəvi aləmə münasibətdə yetərsiz olan dayaz və yoxsul fikri üsuldur. Təbiətdə mexanizmə yalnız hələ özünə qapalı
materiyanın tamamilə abstrakt iliĢgiləri tabedir; ancaq artıq dar anlamda fiziki sahə deyilən hadisə və proseslər
(məsələn, iĢıq, istilik, maqnetizm, elektrik və i. a.) belə, xalis mexaniki üsulla qavranıla və anladıla bilməz, bu
kateqoriyanın canlı təbiət sahəsinə keçirilməsi və tətbiq olunması heç yolverilməzdir, çünki burada canlının özəlliyinin,
məsələn, qidalanmanın, böyümənin və i. a. heyvanların duyma qabiliyyətinin və s. dərkindən söz gedir. Hər halda ən
yeni təbiətĢünaslığın mühüm və baĢlıca qüsuru odur ki, mexanisizmin quru və yoxsul kateqoriyalarından tamamilə fərqli
və daha yüksək kateqoriyalardan söz getməli olan yerdə yenə də israrla yanlıĢ mülahizələrə inanmayan seyrin tələbinə
zidd olan və təbiətin adekvat dərki yolunu öz üzünə qapayan mexanisizmin kateqoriyalarına söykənir. Ruh dünyasının
törəmələrinin dərkinə gəlincə burada da çox zaman qanunsuz olaraq mexaniki baxıĢ irəli sürülür. Belə ki, məsələn,
deyirlər ki, insan bədən və ruhdan ibarətdir. Bu zaman ruh və bədəni bir-birilə yalnız dıĢ iliĢgidə olan müstəqil
mövcudluqlar sayırlar. Bəzən isə ruha (könül və ya fərdi ruh – A.T.) bir-birilə yanaĢı və müstəqil mövcud olan güclərin
və qabiliyyətlərin bəsit kompleksi kimi baxılır.
Lakin biz, bir tərəfdən, ümumiyyətlə anlayıĢlı dərkin yaxud dünyanın anlayıĢlarda dərkinin yerini tutmaq istəyən və
mexanizmi mütləq kateqoriya sayan mexaniki baxıĢ üsulunu nə qədər qətiyyətlə rədd etməli olsaq da digər tərəfdən,
yenə də açıq Ģəkildə mexanisizmin haqqını və ümum məntiqi kateqorya önəmini tələb etməliyik və bu tələbə uyğun
olaraq mexanisizmin tətbiqi bu kateqoriyanın adını götürdüyü təbiət sahəsinin hüdudları ilə məhdudlaĢdırılmalıdır.
Deməli, mexanikanın sahəsindən kənarda özəlliklə məsələn, fizikada və fiziologiyada mexaniki təsirə (məsələn, gücün,
ağırlıq) qüvvəsinin və i. a. təsirinə diqqət yetirilməsinə etiraz etmək olmaz; amma bu zaman diqqətdən qaçırmaq olmaz
ki, fizika və fiziologiya sahəsində mexanikanın qanunları artıq həlledici yox, duruma tabe rol oynayırlar. Bu deyilənə
onu da əlavə etməliyik ki, təbiətdə ali, baĢqa sözlə üzvi (bioloji – A.T.) funksiyaların bu və ya baĢqa Ģəkildə pozulduğu
və ya ləngidiyi yerdə ümumiyyətlə tabe rol oynayan mexanisizm dərhal hakim mövqe tutur. Belə ki, məsələn, mədəsi
zəif olan adam bəzi qida növlərindən az miqdarda belə qəbul etdikdən sonra qarın boĢluğunda ağırlıq hiss etdiyi halda
həzm orqanları sağlam olanlar eyni qidanı qəbul etdikdə o, ağırlığı hiss etmir. Bu, xəstə durumda olan bədənin bütün
baĢqa üzvlərinə də aiddir. Ruhi aləmdə də mexanisizm tabe rol oynayır. Haqlı olaraq mexaniki yaddaĢ və digər
mexaniki fəaliyyət növləri barəsində, məsələn, mexaniki oxu, mexaniki yazmaq, bədahətən Ģer demək və i. a. haqqında
danıĢılır. YaddaĢa gəlincə hətta demək olar ki, mexaniki fəliyyət üsulu onun mahiyyətidir. Ġntellekt azadlığını ehtirasla
müdafiə etməyə pis yönəlmiĢ ən yeni pedaqogikanın bu cəhəti çox vaxt diqqətdən qaçırması gəncliyin təhsili iĢinə az
ziyan vurmamıĢdır. Hər halda yaddaĢın təbiətinin araĢdırılması üçün mexanikaya müraciət edən və onun qanunlarını
ruha qeyd-Ģərtsiz tətbiq etməkdə davam edən Ģəxs özünü pis psixoloq kimi göstərmiĢ olur. YaddaĢda mexaniki olan
yalnız ondan ibarətdir ki, burada bəlli iĢarələr, səslər və s. bir-birilə dıĢ bağlılıq halında tutulur və sonradan onlar
Dostları ilə paylaş: |