boĢ formalizm məhsulları kimi baxılması təəccüb doğurmur. Ancaq onların böyük önəmi var və o zərurətə əsaslanırlar
ki, bu momentlərdən hər biri anlayıĢın tərifi kimi bütöv və vasitələndirici zəmin olsun. Bununla yanaĢı müqəddimə daha
hansı təriflərə malik olmalıdır ki, sonucda müxtəlif fiqurlarda düzgün əqlinəticə alınsın, onlar universal və i. a. yaxud
mənfi olmalıdırlarmı məsələsi isə iç, zəruri anlamı olmayan mexaniki təbiəti üzündən haqlı olaraq unudulmuĢ mexaniki
araĢdırmanın predmetidir. Belə araĢdırmanın və ümumiyyətlə empirik, sonlu təfəkkürün əqlinəticəsinin önəmli
olduğunu sübut etmək üçün Aristotelə daha az müraciət etmək olar. Doğrudur, Aristotel ruhun və təbiətin bu və bir çox
baĢqa formalarını kəĢf və təsvir etmiĢdir. Amma özünün metafizik anlayıĢlarında, eləcə də təbiət və ruh anlayıĢlarında
Aristotel sonlu təfəkkürün əqlinəticə formasını öz anlayıĢlarının əsası kimi götürmək istəyindən o qədər azad olmuĢdur
ki, hətta demək olar ki, əgər bu anlayıĢlar sonlu təfəkkürün qanunlarına tabe edilsəydi, onlardan heç biri yarana və
günümüzə dək saxlana bilməzdi. Aristotelin öz Ģərhlərində empirik materialdan çox geniĢ istifadə etmək üsuluna
baxmayaraq bu Ģərhlər və izahlarda hər zaman spekulyativ anlayıĢ hökmran olmuĢ və o spekulyativ anlayıĢa əvvəl
aydınca Ģərh etdiyi emprik əqlinəticə prosesinin qarıĢmasına yol vermir.
Əlavə. Əqlinəticə fiqurlarının obyektiv anlamı ümumiyyətlə ondan ibarətdir ki, onlar üç Ģəkildə çıxıĢ edirlər, yəni onun
hər bir üzvü fiqurun həm kənar terminləri, həm də aralıq – vasitələndirici termini kimi çıxıĢ edir. Fəlsəfə elminin üç
üzvü, yəni məntiqi ideya, təbiət fəlsəfəsi və ruh fəlsəfəsi də bu qaydaya tabedir. Burada öncə təbiət aralıq, birləĢdirici
üzv kimi çıxıĢ edir. Təbiət, bu bilavasitə totallıq fiqurdakı qalan iki kənar üzvə – məntiqi ideyaya və ruha daxil olur.
Amma ruh yalnız təbiətlə vasitələnir. Ġkincisi, bizim fərdi, fəal ruh kimi bildiyimiz ruh həmçinin aralıq üzvdür, təbiət və
məntiqi ideya isə kənar üzvlərdir. Məhz ruh təbiətdə məntiqi ideyanı dərk edir və beləliklə təbiəti onun öz mahiyyəti
səviyyəsinə ucaldır.
Həmçinin məntiqi ideyanın özü aralıq üzvdür; o həm ruhun, həm də təbiətin mütləq substansiyası, ən ümumidir və hər
Ģeyi öz süzgəcindən keçirir. Mütləq əqlinəticənin üzvləri bax bu cürdür.
§ 188
AnlayıĢın hər bir momenti əqlinəticənin fiqurunda kənar və orta yerlər tutduğundan onların fərqlərinin müəyyənliyi
aradan qalxır və əqlinəticə öncə empirik idrakın fərqlənməyən momentlərinin dıĢ eyniyyəti, bərabərliyi iliĢgisinə malik
olur ki, bu – kəmiyyət yaxud riyazi əqlinəticədir. Əgər iki Ģeydən hər biri üçüncüyə bərabərdirsə, onlar bir-birinə
bərabərdir: A=S və B=S-dirsə, onda A=B=S.
Əlavə.
Bəllidir ki, burada sözü gedən kəmiyyət əqlinəticəsi riyaziyyatda aksiom kimi qarĢıya çıxır və baĢqa aksiomlar
haqqında olduğu kimi onun da haqqında adətən deyirlər ki, onun məzmununu sübut etmək olmaz və heç onun sübuta
ehtiyacı da yoxdur, çünki o özlüyündə aydındır. Lakin əslində bu riyazi aksiomlar xüsusi və müəyyən fikirlərin ifadə
olunduğu məntiqi müddəalardan baĢqa bir Ģey olmadığından onlar ümumidən və özü özünü müəyyən edən təfəkkürdən
hasil edilməlidir və onların bu yolla hasil edilməsinə onların sübutu kimi baxılmalıdır. Bunu riyaziyyatda qəbul olunmuĢ
keyfiyyət və ya bilavasitə əqlinəticənin əsas sonucu olan kəmiyyət əqlinəticəsi aksiomu üçün də demək olar. Amma
kəmiyyət əqlinəticəsi tamamilə formasız əqlinəticədir, çünki orada anlayıĢın müəyyən etdiyi üzvlər arasındakı fərqlər
aradan qalxır. Burada hansı müddəaların müqəddimə olması dıĢ durumdan asılıdır, ona görə də kəmiyyət
əqlinəticəsindən istifadə edərkən baĢqa yerdə sübut olunmuĢ və qəti müəyyənləĢmiĢ müddəa müqəddimə kimi götürülür.
§ 189
Bunun sayəsində formaya münasibətdə iki sonuc alınmıĢdır: birincisi, momentlərdən hər biri aralıq funksiyasını,
deməli, tamın funksiyasını yerinə yetirməklə özündə özünün abstarkt xarakterinin birtərəfliyini itirir (
§ 182 və 184); ikincisi, vasitələnmə yalnız özündə, yəni bir-birini tələb edən vasitələnmələr çevrəsi kimi olsa da
tamamlanır (