sonradan özünün ciddi elmi dialoqlarında dialektik mühakimə vasitəsilə düĢüncənin, idrakın bütün digər təriflərinin
sonlu xarakterini göstərdi. Belə ki, məsələn, "Parmenid" adlı dialoqunda o, çoxu təkdən hasil edir və buna baxmayaraq
göstərir ki, çox yalnız ona görə çoxdur ki, o özünü tək kimi müəyyənləĢdirir. Platon böyük ustalıqla dialektikadan
istifadə etmiĢdir. Ən yeni dövrdə Kant yenidən dialektikanı yada salmıĢ və yuxarıda xatırlatdığımız (
§ 48) zəkanın antinomiyasını gətirməklə dialektikaya layiq olduğu yeri ayırmıĢdır. Bu antinomiyalarda dəyiĢik əsaslar
arasında tərəddüddən, mühakimənin boĢ subyektivliyindən söz getmir, məqsəd düĢüncənin, idrakın özü özünü anladığı
kimi götürülən abstrakt tərifinin öz əksliyinə bilavasitə keçiməsini göstərməkdən ibarətdir. DüĢüncənin dialektikaya
müqaviməti nə qədər inadlı olsa da hər halda dialektikanı yalnız fəlsəfi Ģüura məxsus saymaq olmaz, çünki dialektikada
nədən söz gedirsə, onu biz habelə adi Ģüurda da və ümumi təcrübədə də tapırıq. Bizim əhatəmizə dialektikanın
nümunəsi kimi baxıla bilər. Biz bilirik ki, hər Ģey sonludur, bununla belə davamlı və qəti olmaq üçün isə əksinə, Ģeylər
dəyiĢkən və keçicidir, bu isə sonlunun bialektikasından baĢqa bir Ģey deyil və bunun sayəsində sonlu özündə özünün
baĢqası olmaqla bilavasitə olanın çərçivəsindən kənara çıxır və öz əksliyinə çevrilir. Əgər yuxarıda (
§ 80) biz söylədik ki, empirik-əqli düĢüncə, idrak, ağıl allah neməti, mərhəməti haqqında təsəvvür kimi gözdən
keçirilməlidir, indi bunu dialektika haqqında da söyləməliyik ki, onun prinsipi allahın böyüklüyü haqqında təsəvvürə
uyğun gəlir. Biz deyirik ki, bütün Ģeylər (yəni bütün sonlu Ģeylər) onun divanı qarĢısındadır və deməli, biz dialektikada
aradanqaldırılmaz bir hökmranlıq görürük və onun qarĢısında nə qədər davamlı və təminatlı olur olsun, heç nə dura
bilməz. Böyüklük tərifi, əlbəttə, ilahi mahiyyətin, allah anlayıĢının dərinliyini tükətmir, ancaq böyüklük təsəvvürü hər
bir dini Ģüurun, Ģübhəsiz, önəmli momentidir.
Sonra, dialektikanın gücü təbii və ruhi aləmin hər bir ayrıca sahəsində vardır. Məsələn, o, göy cisimlərinin hərəkətində
özünü göstərir. Hazırda planet müəyyən bir yerdədir, ancaq onun "özündəliyi" onun həm də baĢqa yerdə olmasındadır
və o özünün bu özgəvarlığını hərəkəti ilə gerçəkləĢdirir. Təbii mühit də dialektikdir, metereoloji proseslər də onların
dialektikasının görüntüsüdür. Dialektika prinsipi bütün baĢqa təbii proseslərin özülündədir və o, təbiəti öz üzərində, öz
təməlində yüksəlməyə yol açır. Dialektikanın mənəvi aləmdə, özəlliklə də hüquq və mənəviyyat sahələrində dərkinə
gəlincə yalnız yada salmaq lazımdır ki, ümumi təcrübənin göstərdiyi kimi özünün yüksək nöqtəsində hər bir hal yaxud
hərəkət özünün əksliyinə keçir; bu dialektika bir çox el sözlərində də etiraf olunur: summun jus summa injuria.54 Bu
göstərir ki, ifrat həddə çatdırılmıĢ abstrakt hüquq ədalətsizliyə çevrilir. Eləcə də bəllidir ki, ifrat kədər və ifrat sevinc bir-
birinə çevrilir; sevinclə dolmuĢ ürək özünü göz yaĢı ilə yüngülləĢdirir, dərin kədər isə bəzən təbəssümlə təzahür edir.
2-ci əlavə. Biz skeptisizmə hər Ģeyə Ģübhələnən təlim kimi baxmamalıyıq; əksinə, skeptisizm özünün bütün
müddəalarına, yəni bütün sonlunun miskinliyinə, heçliyinə tam əmindir. ġübhə edən öz Ģübhələrinin həll olunacağına
hələ ümidini itirmir və üzərində tərəddüd etdiyi təriflərdən birinin sarsılmaz həqiqət olacağına inanır. Skeptisizm isə
özünün həqiqi anlamında düĢüncənin sarsılmaz saydığı bütün bəlli müddəalara münasibətdə tam ümidsizlikdən və bu
möhkəm əminliyin sonucu olaraq yaranan ovqat sarsılmazlıq və ruhi rahatlıq ovqatıdır. Bizim baĢlıca olaraq Sekst
Empirikin Ģərhində tapdığımız və stoiklərin və epikurçuların doqmatik sistemlərinə əlavə kimi sonrakı roma epoxasında
inkiĢaf etdirilən yüksək antik skeptisizm bax belədir. Bu yüksək skeptisizmlə yuxarıda xatırlanan (
§ 39), qismən Kant fəlsəfəsinə qədər mövcud olmuĢ, qismən də Kant fəlsəfəsindən irəli gəlmiĢ yeni skeptisizmi
qarıĢdırmaq olmaz; yeni skeptisizm yalnız fövqəlhissinin həqiqiliyinin və düzgünlüyünün inkarından ibarətdir; bu
skeptisizm göstərir ki, biz yalnız hissi olandan və duyğuda bilavasitə olandan yapıĢmalıyıq.
Amma əgər indi də skeptisizmə çox vaxt ümumiyyətlə hər bir müsbət biliyin, habelə fəlsəfənin aradan qaldırılmaz
düĢməni kimi baxılırsa və fəlsəfə müsbət idrakla məĢğul olduğundan skeptisizm haqqında demək lazımdır ki, o yalnız
sonlu, abstrakt-əqli təfəkkür üçün qorxuludur və yalnız bu sonuncu skeptisizmin qarĢısında dura bilməz; fəlsəfə isə
əksinə, özündə skeptisizmi bir moment kimi, yəni dialektik moment kimi saxlayır. Ancaq fəlsəfə skeptisizmdə olduğu
kimi dialektikanın boĢ inkari sonucu üzərində dayanmır. Skeptisizm inkarın sonucunu yalnız boĢ, yəni abstrakt inkar
kimi götürməklə onu yanlıĢ anlayır, çünki dialektikanın sonucu kimi alınan inkar ona görə sonucdur ki, o, eyni zamanda
müsbətdir, belə ki, bu sonuc onu törədəni özündə bərtərəfləĢdirir və onsuz mövcud olmur. Amma bu, artıq məntiqinin
üçüncü, spekulyativ yaxud müsbət-əqli formasının tərifinin əsasında durur.
§ 82
4) Məntiqin spekulyativ və ya təsdiqi-əqli ağlabatan tərəfi tərifləri onların əksliklərində, bu əksliklərin həlində, bir-
birinə keçidlərində və bu keçidlərdə olan təsdiq momentlərində dərk edir.
Qeyd. 1) Dialektika müəyyən məzmuna malik olduğundan müsbət sonuca gətirir, belə ki, onun sonucu gerçəkdən boĢ,
abstrakt bir Ģey olmayıb sonucda olan bəlli təriflərin inkarıdır, bu təriflər isə bilavasitə heçlik deyil, sonucdur. 2) bu
əqlinəticə fikri, həm də abstrakt fikri olsa da konkretdir, çünki o, sadə, formal vəhdətdən ibarət olmayıb dəyiĢik
(müxtəlif) təriflərin vəhdətidir. Fəlsəfəyə ümumiyyətlə boĢ, məzmunsuz abstraksiyalar və ya formal fikirlər gərək deyil,
o, yalnız konkret fikirlərlə məĢğul olur. 3) Spekulyativ məntiqdə xalis empirik-əqli, fikri məntiq vardır və birincini
dərhal ikinciyə (spekulyativ məntiqi xalis əqli məntiqə – A. T.) çevirmək olar; bunun üçün spekulyativ məntiqdən
dialektik momenti atmaq yetər ki, o, adi məntiqə – fikrin əslində sonlu olub sonsuz sayılan dəyiĢik tərifləri tarixinə
çevrilsin.
Əlavə. Dialektika öz məzmununa görə fəlsəfənin mülkiyyəti olaraq daha çox təhsilinin və mənəvi inkiĢafının
səviyyəsindən asılı olmayaraq bütün insanlar üçündür; bu anlamda qədim insanı haqlı olaraq düĢüncəli varlıq (homo
sapiens nəzərdə tutulur – A. T.) adlandırmıĢlar. DüĢünən varlığın ilkin ümumi idrakı empirik idrak olmuĢdur; idrakın bu
empirik üsulu əvvəlcə sübutsuz inanc, qənaət və ilkin Ģərt yaxud müqəddimədən ibarət idi, düĢüncənin fərqləndirici
özəlliyi isə yuxarıda (
§ 45) verdiyimiz izaha görə onun Ģərtsiz, müqəddiməsiz olmasından və deməli, özünün müəyyənliyinin özündə
olmasından ibarətdir. Bu anlamda insan hər Ģeydən öncə əqli olanı bilir, allahı bilir və allahı bütünlüklə özü-özündə
müyyənləĢən varlıq bilir. Eləcə də bunun kimi vətəndaĢın öz Vətəni və onun qanunları haqda biliyi əqli, düĢünülən
haqqında bilikdir, çünki vətəndaĢ bu qanunları özünün fərdi iradəsini tabe etməli olan Ģərtsiz və ümumi bir Ģey kimi bilir
və bu anlamda artıq uĢağın da biliyi və istəyi düĢüncəlidir, çünki o, valideynlərinin iradəsini bilir və onu istəyir.
Sonra, göstərilməlidir ki, spekulyativ ümumiyyətlə ağlabatandan (yəni təsdiqi, müsbət əqldən) baĢqa bir Ģey deyil,
çünki o, düĢünülür. Gündəlik həyatda "spekulyasiya" çox dumanlı və eyni zamanda ikinci anlamında iĢlədilir; məsələn,
ticarət və kəbin spekulyasiyası haqqında danıĢılanda birtərəfdən bu müəssisələrdə bilavasitə mövcud olanın
çərçivəsindən kənara çıxanı və digər tərəfdən də – hələ yalnız subyektiv olan, ancaq olduğu kimi qalmayıb
reallaĢdırılmalı və subyektiv sahədə yerləĢdirilməli olan məzmun nəzərdə tutulur.
"Ġdeya" sözünün iĢlədilməsilə bağlı yuxarıda söylədiklərimizi "Spekulyasiya" sözünün bu adi anlamda iĢlədilməsi
barəsində də söyləmək olar; buna onu da əlavə etməliyik ki, özünü yetərincə savadlı sayan insanlar çox vaxt
spekulyasiya haqqında yalnız müəyyən anlamda – yalnız subyektiv anlamda danıĢırlar. Təbii və ya mənəvi durum və
münasibətlərin xalis subyektiv anlayıĢı bu insanların fikrincə gözəl və düzgün ola bilər, amma təcrübə bu cür anlama ilə
razılaĢmır və onun gerçəkliyə tətbiq edilməsinə yol verilməməlidir. Bu fikrə qarĢı deməliyik ki, özünün həqiqi anlamına
görə spekulyativ amma nə ilkin, nə də son tərifində subyektiv bir Ģey olmayıb, əksinə, düĢüncənin, idrakın gəlib çatdığı
və bundan o yana getmədiyi əkslikləri (deməli, həm də subyektiv və obyektiv arasındakı əksliyi) bərtərəfləĢmiĢ halda
özündə saxlayır və elə bununla da özünü konkret kimi, totallıq kimi aĢkar edir. Odur ki, spekulyativ məzmun həm də
birtərəfli cümlədə ifadə oluna bilməz. Əgər biz, məsələn, deyirik ki, mütləq subyektivin və obyektivin vəhdətidir, bu,
doğru olsa da birtərəflidir, çünki burada yalnız vəhdət ifadə olunmuĢdur və vurğu bu sözün üzərinə qoyulur, halbuki
əslində subyektiv və obyektiv yalnız eyni deyil, həm də fərqlidirlər.
Spekulyativ təfəkkürlə bağlı biz onu da deməliyik ki, bu söz altında əsasən dini Ģüurla ilgili deyilənlər bu Ģüurun
məzmunu kimi onun da mistik məzmunlu olduğu baĢa düĢülməlidir. Bizim zamanımızda mistikadan danıĢarkən, adəti
üzrə bu söz sirli və qaranlıq anlam daĢıyan söz kimi iĢlədilir və aldığı savad və düĢüncə tərzindən asılı olaraq bəziləri bu
sirliliyə və qaranlığa əsl və həqiqi bir Ģey kimi baxır, baĢqaları isə onda xurafat və yalan görür. Biz, hər Ģeydən öncə
göstərməliyik ki, mistik, Ģübhəsiz, sirli bir Ģeydir, ancaq o, yalnız idrak üçün sirlidir, sadəcə ona görə ki, idrakın prinsipi
abstrakt eyniyyətdir, mistik olanın (spekulyativ təfəkkürün sinonimi kimi) prinsipi isə idrakın yalnız ayrı-ayrılıqda və
Dostları ilə paylaş: |