Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
59
Əgər əsərin əlyazma nüsxələrində onun köçürülmə tarixi ilə
bağlı heç bir məlumat verilmirsə, bu zaman mətnĢünas həmin ta-
rixlərin müəyyənləĢdirilməsi üçün əlyazmaların paleoqrafik məlu-
matlarına (kağızına, xəttinə, filiqranlarına, bədii tərtibatına və s.)
müraciət etməli olur. Prof. K.ġərifli mətnin tarixinin öyrənilməsi
istiqamətində aparılan araĢdırmaları, onun ayrı-ayrı əlyazma nüs-
xələrinin tarixini müəyyənləĢdirmədən həyata keçirməyin müm-
künsüz olduğunu qeyd edir. Hər Ģeydən öncə mətnin nüsxələrinin
xronoloji ardıcıllığı müəyyən edilməli, yalnız bundan sonra həmin
ardıcıllıq əsasında mətnin tarixi araĢdırılmalıdır
81
.
Orta əsr mətnləri üzərində aparılan araĢdırmalar zamanı orta-
ya çıxan ən ciddi çətinliklərdən biri də əsərin və müəllifin adla-
rının müəyyənləĢdirilməsi olmuĢdur. Abidələrin mətnləri yüzillik-
lər boyu kitabçılar və filoloqlar tərəfindən nüsxədən-nüsxəyə kö-
çürüldükcə onlara baĢqa adlar verilmiĢ, baĢlanğıc və sonluqlarında
müəyyən dəyiĢikliklər edilmiĢdir. Mətnlər üzərində aparılan teks-
toloji araĢdırmalar zamanı məlum olmuĢdur ki, bir sıra hallarda bir
abidə iki əsər kimi və ya əksinə, iki əsər bir abidə kimi veril-
miĢdir
82
.
Katib və xəttatlar orta əsr mətnlərində yol verdikləri müxtəlif
xarakterli təhriflər nəticəsində ayrı-ayrı klassik abidələrin bir-bi-
rindən fərqlənən müxtəlif redaksiyalarının əmələ gəlməsinə səbəb
olmuĢ və həmin abidələrin, müasir tədqiqatçı alimlər tərəfindən
mətnlərinin düzgün, müəllif iradəsinə uyğun Ģəkildə bərpa olun-
ması yolunda böyük çətinliklər, bəzən isə həlledilməz problemlər
yaratmıĢlar. Prof. K.ġərifli çoxsaylı əlyazmalar üzərində apardığı
tədqiqatlar əsasında orta yüzilliklərin katib və xəttatlarının köçür-
dükləri abidələrin mətnlərində yol verdikləri təhrifləri ilk dəfə ola-
raq 21 maddədə qruplaĢdırmıĢdır
83
:
81
ġərifli K. MətnĢünaslığın nəzəri əsasları. - Bakı: 2011, s. 235-236.
82
Yenə orada, s. 218-219.
83
Yenə orada, s. 157.
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
60
köçürdüyü abidənin dilini, imla qanunlarını zəif bilən,
yaxud bilməyən katib və xəttatların yol
verdikləri təhriflər;
dil tarixini və arxaizmləri yaxĢı bilməmələri üzündən
müəllifin dilini müasirləĢdirmələri;
Azərbaycan klassiklərinin əsərlərinin Türkiyədə, Orta
Asiyada və baĢqa ölkələrdə köçürülmüĢ əlyazma nüsxələ-
rinə müəllifin dilinin yerli ləhcələrə uyğunlaĢdırılması;
klassiklərin öz dövrlərinə xas olan yazı və imla qaydalarını
dəyiĢdirərək, katiblərin köçürdükləri dövrlərin yazı qay-
dalarına uyğunlaĢdırılması;
katib və xəttatlar mənsub olduqları fəlsəfi və ədəbi cərə-
yanların, dini təriqətlərin mənafeyini, eləcə də ictimai-si-
yasi düĢüncələrini əldə rəhbər tutaraq, onların mətnlərinə
daxil etdikləri təhriflər;
milli düĢüncələrə və siyasi məqsədlərə əsaslanaraq, klassik
abidələrdə əlavələrə və dəyiĢmələrə yol verməklə yaranmıĢ
təhriflər;
saray intriqaları ilə bağlı klassiklərin əsərlərinə daxil edil-
miĢ qərəzli təhriflər;
məĢhur klassikləri hökmdarların yanında nüfuzdan salmaq
məqsədilə onların adından hökmdara qarĢı yazılmıĢ
həcvlər;
yer, xalq və insan adlarının katib və xəttatlar tərəfindən
düzgün oxunmaması, yaxud məqsədyönlü Ģəkildə dəyiĢdi-
rilməsi və s.
MətnĢünaslar klassik abidələri bir və ya bir neçə nüsxə əsa-
sında tədqiq edirlər.
1.
Mətnin bir əlyazma əsasında tədqiqi;
2.
Mətnin çoxlu əlyazmalar əsasında tədqiqi;
3.
Əsas
mətnin seçilməsi;
4.
Nümunəvi (kanonik) mətnin müəyyənləĢdirilməsi
84
.
84
ġərifli K. MətnĢünaslığın nəzəri əsasları. - Bakı: 2011, s. 221-222.
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
61
K.ġərifli tənqidi mətn üçün əsas mətnin seçilməsində aĢağı-
dakı amillərin əsas götürüldüyünü yazır:
Nüsxənin qədimliyi;
Mətndə zahiri nöqsanların olmaması;
Mətnin
kamilliyi;
Dilin və stilin düzgünlüyü
85
.
Klassik ədəbiyyatın nəşr tipləri
Klassik ədəbiyyatın nəĢr tiplərini bu Ģəkildə sistemləĢdirmək
mümkündür:
Elmi-tənqidi mətnlər;
Faksimile nəĢrlər;
Diplomatik nəĢrlər;
Bir nüsxə əsasında nəĢrlər;
Elmi (monoqrafik) nəĢrlər;
Kütləvi nəĢrlər;
Klassik ədəbiyyatın tərcüməsi;
UĢaqlar üçün iĢlənilmiĢ nəĢrlər;
Klassik ədəbiyyatın təkrar nəĢri.
Elmi-tənqidi mətnlər. Hər hansı bir əsərin əldə olan əlyazma
və çap nüsxələri əsasında hazırlanmıĢ mətni
elmi-tənqidi mətn ad-
lanır (Əlavə 27). Elmi-tənqidi mətnlər tərtib edilərkən müəllifin
yaĢadığı dövrə yaxın, ən qədim əlyazma əsas mətn kimi götürülür.
Elmi-tənqidi mətnin hazırlanması ilə hər hansı bir əsərin müəllif
iradəsinə uyğun nüsxəsi meydana çıxır. Beləliklə, əsərin kütləvi
nəĢrləri üçün əsas götürüləcək mətni yaranmıĢ olur.
Elmi-tənqidi mətn hazırlanan zaman əsas götürülmüĢ mətn-
dəki təhriflər üzə çıxarılmalı və islah edilməlidir.
85
Yenə həmin əsər, s. 230.