Mətnlərin nəşrə hazırlanması problemləri Vüsalə Musalı



Yüklə 2,9 Kb.
Pdf görüntüsü
səhifə19/71
tarix02.10.2017
ölçüsü2,9 Kb.
#2906
1   ...   15   16   17   18   19   20   21   22   ...   71

Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
59 
 
Əgər əsərin əlyazma nüsxələrində onun köçürülmə tarixi ilə 
bağlı heç bir məlumat verilmirsə, bu zaman mətnĢünas həmin ta-
rixlərin müəyyənləĢdirilməsi üçün əlyazmaların paleoqrafik məlu-
matlarına  (kağızına,  xəttinə,  filiqranlarına,  bədii  tərtibatına  və  s.) 
müraciət  etməli  olur.  Prof.  K.ġərifli  mətnin  tarixinin  öyrənilməsi 
istiqamətində  aparılan  araĢdırmaları,  onun  ayrı-ayrı  əlyazma  nüs-
xələrinin  tarixini  müəyyənləĢdirmədən  həyata  keçirməyin  müm-
künsüz olduğunu qeyd edir. Hər Ģeydən öncə mətnin nüsxələrinin 
xronoloji ardıcıllığı müəyyən edilməli, yalnız bundan sonra həmin 
ardıcıllıq əsasında mətnin tarixi araĢdırılmalıdır
81
.       
Orta əsr mətnləri üzərində aparılan araĢdırmalar zamanı orta-
ya  çıxan  ən  ciddi  çətinliklərdən  biri  də  əsərin  və  müəllifin  adla-
rının müəyyənləĢdirilməsi olmuĢdur. Abidələrin mətnləri yüzillik-
lər  boyu  kitabçılar  və  filoloqlar  tərəfindən  nüsxədən-nüsxəyə  kö-
çürüldükcə onlara baĢqa adlar verilmiĢ, baĢlanğıc və sonluqlarında 
müəyyən dəyiĢikliklər edilmiĢdir. Mətnlər üzərində aparılan teks-
toloji araĢdırmalar zamanı məlum olmuĢdur ki, bir sıra hallarda bir 
abidə  iki  əsər  kimi  və  ya  əksinə,  iki  əsər  bir  abidə  kimi  veril-
miĢdir
82
.  
Katib və xəttatlar orta əsr mətnlərində yol verdikləri müxtəlif 
xarakterli  təhriflər  nəticəsində  ayrı-ayrı  klassik  abidələrin  bir-bi-
rindən fərqlənən müxtəlif redaksiyalarının əmələ gəlməsinə səbəb 
olmuĢ  və  həmin  abidələrin,  müasir  tədqiqatçı  alimlər  tərəfindən 
mətnlərinin  düzgün,  müəllif  iradəsinə  uyğun  Ģəkildə  bərpa  olun-
ması yolunda böyük çətinliklər, bəzən isə həlledilməz problemlər 
yaratmıĢlar. Prof. K.ġərifli çoxsaylı  əlyazmalar üzərində apardığı 
tədqiqatlar əsasında orta yüzilliklərin katib və xəttatlarının köçür-
dükləri abidələrin mətnlərində yol verdikləri təhrifləri ilk dəfə ola-
raq 21 maddədə qruplaĢdırmıĢdır
83

                                                           
81
 ġərifli K. MətnĢünaslığın nəzəri əsasları. - Bakı: 2011, s. 235-236. 
82
 Yenə orada, s. 218-219. 
83
 Yenə orada, s. 157. 


Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
60 
 

 
köçürdüyü  abidənin  dilini,  imla  qanunlarını  zəif  bilən, 
yaxud bilməyən katib və xəttatların yol verdikləri təhriflər

 
dil  tarixini  və  arxaizmləri  yaxĢı  bilməmələri  üzündən 
müəllifin dilini müasirləĢdirmələri; 

 
Azərbaycan  klassiklərinin  əsərlərinin  Türkiyədə,  Orta 
Asiyada  və  baĢqa  ölkələrdə  köçürülmüĢ  əlyazma  nüsxələ-
rinə müəllifin dilinin yerli ləhcələrə uyğunlaĢdırılması; 

 
klassiklərin öz dövrlərinə xas olan yazı və imla qaydalarını 
dəyiĢdirərək,  katiblərin  köçürdükləri  dövrlərin  yazı  qay-
dalarına uyğunlaĢdırılması; 

 
katib  və  xəttatlar  mənsub  olduqları  fəlsəfi  və  ədəbi  cərə-
yanların,  dini  təriqətlərin  mənafeyini,  eləcə  də  ictimai-si-
yasi  düĢüncələrini  əldə  rəhbər  tutaraq,  onların  mətnlərinə 
daxil etdikləri təhriflər; 

 
milli düĢüncələrə və siyasi məqsədlərə əsaslanaraq, klassik 
abidələrdə əlavələrə və dəyiĢmələrə yol verməklə yaranmıĢ 
təhriflər; 

 
saray intriqaları ilə  bağlı klassiklərin əsərlərinə  daxil edil-
miĢ qərəzli təhriflər; 

 
məĢhur klassikləri hökmdarların yanında nüfuzdan salmaq 
məqsədilə  onların  adından  hökmdara  qarĢı  yazılmıĢ 
həcvlər; 

 
yer,  xalq  və  insan  adlarının  katib  və  xəttatlar  tərəfindən 
düzgün oxunmaması, yaxud məqsədyönlü Ģəkildə dəyiĢdi-
rilməsi və s. 
MətnĢünaslar klassik abidələri bir və  ya bir neçə nüsxə əsa-
sında tədqiq edirlər. 
1.
 
Mətnin bir əlyazma əsasında tədqiqi; 
2.
 
Mətnin çoxlu əlyazmalar əsasında tədqiqi; 
3.
 
Əsas mətnin seçilməsi
4.
 
Nümunəvi (kanonik) mətnin müəyyənləĢdirilməsi
84

                                                           
84
 ġərifli K. MətnĢünaslığın nəzəri əsasları. - Bakı: 2011, s. 221-222. 


Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
61 
 
K.ġərifli tənqidi mətn üçün əsas mətnin seçilməsində aĢağı-
dakı amillərin əsas götürüldüyünü yazır:  

 
Nüsxənin qədimliyi; 

 
Mətndə zahiri nöqsanların olmaması; 

 
Mətnin kamilliyi

 
Dilin və stilin düzgünlüyü
85

  
Klassik ədəbiyyatın nəşr tipləri 
 
Klassik ədəbiyyatın nəĢr tiplərini bu Ģəkildə sistemləĢdirmək 
mümkündür: 
Elmi-tənqidi mətnlər; 
Faksimile nəĢrlər; 
Diplomatik nəĢrlər; 
Bir nüsxə əsasında nəĢrlər; 
Elmi (monoqrafik) nəĢrlər; 
Kütləvi nəĢrlər; 
Klassik ədəbiyyatın tərcüməsi; 
UĢaqlar üçün iĢlənilmiĢ nəĢrlər; 
Klassik ədəbiyyatın təkrar nəĢri.
 
Elmi-tənqidi mətnlər. Hər hansı bir əsərin əldə olan əlyazma 
və çap nüsxələri əsasında hazırlanmıĢ mətni elmi-tənqidi mətn ad-
lanır  (Əlavə  27).  Elmi-tənqidi  mətnlər  tərtib  edilərkən  müəllifin 
yaĢadığı dövrə yaxın, ən qədim əlyazma əsas mətn kimi götürülür. 
Elmi-tənqidi  mətnin  hazırlanması  ilə  hər  hansı  bir  əsərin  müəllif 
iradəsinə  uyğun  nüsxəsi  meydana  çıxır.  Beləliklə,  əsərin  kütləvi 
nəĢrləri üçün əsas götürüləcək mətni yaranmıĢ olur.  
Elmi-tənqidi  mətn  hazırlanan  zaman  əsas  götürülmüĢ  mətn-
dəki təhriflər üzə çıxarılmalı və islah edilməlidir.   
                                                           
85
 Yenə həmin əsər, s. 230. 


Yüklə 2,9 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə