Mətnlərin nəşrə hazırlanması problemləri Vüsalə Musalı



Yüklə 2,9 Kb.
Pdf görüntüsü
səhifə18/71
tarix02.10.2017
ölçüsü2,9 Kb.
#2906
1   ...   14   15   16   17   18   19   20   21   ...   71

Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
56 
 
Bizə  gəlib  çatmıĢ  bütün  mətnlərin  əsası  olan  mətn  arxetip 
adlanır. Əsərin arxetipinin müəllif mətni olması vacib deyil
75

Əlyazma  nüsxəsində  nəzər  alınması  vacib  olan  cəhətləri 
aĢağıdakı kimi sıralamaq mümkündür: 
Məlum olan yeganə nüsxə, nadir nüsxə, qədim nüsxə, müəl-
lif xətti (avtoqraf), müəllifin söyləyərək yazdırdığı nüsxə, müəllifə 
oxunaraq  yoxlanılmıĢ  və  düzəldilmiĢ  nüsxə  (sima  qeydi  olan), 
müəllif nüsxəsindən köçürülmüĢ nüsxə, müəllif nüsxəsi ilə qarĢı-
laĢdırılmıĢ  nüsxə,  müəllifin  yaĢadığı  dövrdə  köçürülmüĢ  nüsxə, 
mövcud nüsxələr içərisində tam olan nüsxə, sənət  dəyəri daĢıyan 
nüsxə (miniatürlü və s.),   
Orijinal  mətnlərdən  baĢqa  kompilyativ  mənbələr  də  vardır. 
Kompilyasiya  (lat.  compilatio  –  oğurluq,  qarət)  müstəqil  tədqiqat 
aparmadan, baĢqa müəlliflərin materialından istifadə yolu ilə yara-
dılan ədəbi və ya elmi əsərlərə deyilir. A.Xalidov ərəb kitablarında 
kompilyasiya metodunun geniĢ yayıldığını yazır. BaĢqasının əsər-
lərini  bütünlüklə  və  ya  parçalarla  kitaba  daxil  etmək  qadağan 
olunmamıĢdır,  əksinə  bu  əsərlərin  yazılması  müxtəlif  sahələrdə 
rəğbətlə qarĢılanmıĢ və göstəriĢlər verilmiĢdir. Vicdanlı müəlliflər 
bu  zaman  mənbələri  qeyd  edir  və  ya  sitatın  sərhəddini  göstərir, 
diqqətsiz və səliqəsiz müəlliflər isə buna əməl etmirdilər
76

Amma  kompilyativ  mənbələrin  rolu  da  danılmazdır.  Çünki 
dövrümüzə gəlib çatmamıĢ bəzi əsərlərlə məhz kompilyativ mən-
bələr sayəsində tanıĢ ola bilirik. Əlbəttə ki, istinad verilmiĢ kom-
pilyativ mənbələr daha dəyərlidir.  
Əlyazmalar əsasən aĢağıdakı strukturda tərtiblənirdi: 
zahriyə  -  titul vərəqidir.  Burada əsərin adı,  müəllifin  adı  və 
bəzən əsərin kimə həsr olunması qeyd olunur (vərəqin 1 a üzü); 
                                                           
75
 Musayeva A. MətnĢünaslığn nəzəri və təcrübi əsasları. - Bakı: 2007, s.15. 
76
 Халидов А. Арабские рукописи и Арабская рукописная традиция. - Мос-
ква: 1985, с. 75. 


Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
57 
 
sərlövhə - burada bismilah və ya əsərin adı  yazılır (vərəqin 
1b üzü);  
təməllük  qeydi  -  əsərin  kimin  mülkiyyətində  olduğunu  bil-
dirir; 
sima qeydi – əsərin müəllifə oxunduğu və müəllif tərəfindən 
düzəldildiyi haqqında qeyddir;   
müqabilə qeydi – müəllif xətti olan nüsxənin digər tam və ya 
yaxĢı olan nüsxə ilə müqayisə olunduğunu bildirən qeyddir
bismillah; 
peyğəmbərə dua və mədhiyyə
dibaçə; 
müqəddimə; 
fehrist; 
əsərin mətni; 
xatimə - əsərin sonu; 
istinsax  qeydi  -  əlyazmanın  köçürülmə  tarixi,  katibi,  köçü-
rülmə yeri qeyd olunur. 
M.Adilov  Azərbaycan  əlyazmalarında  əksər  hallarda  titul 
səhifəsinin  (1  a)  sonradan  yazılmaq  üçün  ağ  buraxıldığını,  köçü-
rülmə  baĢa  çatdıqdan  sonra  isə  titulda  müəllifin  və  əsərin  adının 
qeyd olunmadığını, bu səhifələrdə əsas mətnə dəxli olmayan haĢi-
yələrin yazıldığını göstərir
77
. Kitabın mətninin yazıldığı birinci sə-
hifə (1 b) və ya birinci iki səhifə (1 b – 2 a) xüsusi çərçivəyə salı-
nır, ornamentlərlə bəzədilirdi. Əsərin əsas mətni müəllif kolofonu 
ilə yekunlaĢır, kitabın sonluğu isə adətən katib kolofonu ilə bitirdi.  
Struktur vahidlərini və mətnin müəyyən hissələrini ayırmaq 
üçün  xüsusi  terminlərdən  istifadə  olunurdu.  Tematik  prinsip  əsa-
sında qurulmuĢ mətnləri tematik fəsil və hissələrə (cüz, qism, bab, 
səhifə) ayırırdılar
78
.     
                                                           
77
 Adilov M. Azərbaycan paleoqrafiyası. – Bakı: 2010, s. 99. 
78
  Халидов  А.  Арабские  рукописи  и  Арабская  рукописная  традиция.  - 
Москва: 1985, с. 145. 


Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
58 
 
Prof.  D.Lixaçov  mətnin  oxunması  zamanı  qarĢıya  çıxan  çə-
tinlikləri adlamaq üçün bir neçə üsul təqdim edir: 

 
Birincisi,  mətnĢünas  tədqiq  etdiyi  əlyazmanın hərflərinin 
qrafik cədvəlini tərtib etməlidir

 
Ġkincisi,  mətnĢünas  hər  zaman  kontekstin  köməyindən 
istifadə etməlidir; 

 
Üçüncüsü, bu iki üsul çətin yerlərin oxunmasına yardımçı 
olmursa və  əlyazmanın həmin hissəsi pozulmuĢsa bu za-
man bərpaçılara müraciət olunmalıdır
79

Əlyazma  mətninin  düzgün  oxunmasının  vacib  Ģərtlərindən 
biri  də  abidənin  yarandığı  dövrün  dilini,  ədəbiyyatını  və  tarixi 
coğrafiyasını dərindən bilməkdir. Mətnin sadəcə paleoqrafik oxu-
nuĢu kifayət deyil, həm də onu mətnĢünaslıq baxımından anlamaq 
vacibdir.   
Orta  əsr  müəlliflərinin  bəziləri  əsərlərinin  yazılma  tarixləri 
haqqında məlumat vermirlər. Hər hansı bir abidə nəĢrə hazırlanar-
kən onun müəllifinin və tarixinin öyrənilməsi mətnĢünas qarĢısın-
da  duran  mühüm  vəzifələrdəndir.  Prof.  Ə.Mirəhmədov  Azərbay-
can  mətnĢünaslığı  qarĢısında  duran  əsas  problemin  atribusiya  və 
ateteza ilə bağlı olduğunu vurğulayır və bu Ģəkildə sıralayır:  
1.
 
bu  və  ya  baĢqa  klassikin  külliyyatına  daxil  edilmiĢ  əsər-
lərin həqiqətən ona aid olduğunu dəlillərlə əsaslandırmaq;  
2.
 
həmin  klassikin  kitabını  lüzumsuz  “əlavələr”dən,  həm 
baĢqa  müəlliflərin  əsərlərindən,  həm  də  ayrı-ayrı  “əlavə” 
parçalardan, beytlərdən təmizləmək; 
3.
 
əvvəllər  yaddan  çıxıb  kənarda  qalan,  avtoqrafı  əldə  edil-
məyən  yaxud  səhv  olaraq  baĢqasına  istinad  verilən  əsəri 
müəllifinə qaytarmaq
80

                                                           
79
 Лихачев Д. Текстология (краткий очерк). Москва: 1964, с. 19-20.  
80
 Mirəhmədov Ə. Azərbaycan mətnĢünaslığının vəziyyəti və inkiĢaf 
perspektivləri // Azərbaycan mətnĢünaslığı məsələləri. - Bakı: 1979, s. 11-12. 


Yüklə 2,9 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə