Mətnlərin nəşrə hazırlanması problemləri Vüsalə Musalı



Yüklə 2,9 Kb.
Pdf görüntüsü
səhifə16/71
tarix02.10.2017
ölçüsü2,9 Kb.
#2906
1   ...   12   13   14   15   16   17   18   19   ...   71

Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
49 
 
və  oxucunun  çaĢmasına  gətirib  çıxarır.  Sadəlik  elmi  məlumatın 
məzmun və xarakterinin müəllif Ģərhinin göstəricisidir.  
Elmi-kütləvi kitabda fakt materialı verərkən optimal nöqteyi-
nəzərdən  yanaĢmaq  lazımdır.  Faktların  çox  verilməsi  məzmuna 
xələl  gətirir,  oxucunun  diqqəti  yayınır,  əsas  mətndən  uzaqlaĢır. 
YaxĢı  olar  ki,  elmi-kütləvi  kitablarda  az  sayda  əsas  faktlar  yer 
alsın.  
Elmi-kütləvi  kitablarda  materialın  ənənəvi  Ģərhlərindən  isti-
fadə  olunur:  təsviri,  təhkiyə  və  problem-analitik.  Bunlardan  hər 
hansı birinin seçilməsi elmi-kütləvi kitabın məzmun xüsusiyyətlə-
ri, oxucu ünvanı və ən əsası müəllifin yaradıcı imkanlarından ası-
lıdır.  
Kitabın  kütləvi  oxucu  üçün  hazırlanmasında  əsas  Ģərtlərdən 
biri də sadəlikdir. Sadəlikdən danıĢarkən auditoriyanın hazırlığını, 
təhsil və yaĢ səviyyəsini nəzərə almaq lazımdır.  
Sadəliyə iki vasitə ilə çatmaq mümkündür:  
1. Ģərhin məntiqiliyi (ardıcıllığı);  
2. konkretlik. 
Elmi-kütləvi  kitablarda  Ģərh  müxtəlif  vasitələrlə  çatdırılır: 
vaxtın dəqiqliyi, hadisənin yeri, məlumatın mənbəyi. Mücərrəd fi-
kirlər  faktik  məlumatlar  (rəqəm,  cədvəl,  qrafik,  Ģəkil,  formul, 
sxem) vasitəsi ilə sübut olunmalıdır.  
Kitabın populyarlaĢdırılması təcrübəsində mətnə terminlərin 
daxil edilməsi yolları formalaĢdırılmıĢdır:  
a)
 
termini verərkən tanınmıĢ alimdən sitat gətirilməsi;  
b)
 
yeni söz haqqında məlumat verərkən müəllif geniĢ açıqla-
ma vermir, yalnız ən xarakterik cəhətləri yazır;  
c)
 
hər  hansı  sözün  sözarası  dırnaq  içində  bir  və  ya  iki  sözlə 
ifadəsi;  
d)
 
geniĢ yayılmamıĢ terminlərin mötərizədə verilməsi;  
e)
 
müəllifin  hər  hansı  hadisə  haqqında  birdən  məlumat  ver-
məməsi, oxucunu onu xatırlamağa məcbur etməsi;  


Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
50 
 
f)
 
elmi  məfhumun  məzmununu  açarkən  müəllif  tərəfindən 
ümumi qəbul edilmiĢ bütün əlamətlərin verilməsi
62

Əsas  odur  ki,  terminin  istifadəsi  əsaslandırılsın  və  məzmu-
nun dərk olunmasını çətinləĢdirməsin. Bu məsələlərin həllində son 
sözü redaktor deyir.    
Elmi kitabların struktur və kompozisiyasında əsas rolu müx-
təlif növ illüstrativ materiallar oynayır. Xarakterinə görə onları el-
mi anlaşımlı (qrafik, sxem) və sənədli (foto) kimi növlərə ayrılır-
lar.  
Elmi-kütləvi kitablarda illüstrasiyaların xarakteri nəĢrin təyi-
natı və oxucu ünvanına cavab verməlidir. Elmi-kütləvi kitablarda 
əsasən  qrafiklərdən  istifadə  olunur.  Cədvəllərdən  fərqli  olaraq, 
qrafiklər elmi  tədqiqatın nəticələrini  daha informativ təqdim edir. 
Ancaq  kitabda  qrafiklərin  sayının  çox  olması  da  məqsədəuyğun 
deyil. Hər bir müəllif əvvəlcədən fikirləĢməlidir ki, hansı illüstra-
siyalar  kütləvi  oxucuya  hər  hansı  elmi  fikirləri  izah  edə  bilər.  Ġl-
lüstrasiyaların sayı, onların seçimi və verilməsi nəĢrin növü, janrı 
və məzmunundan  asılıdır.  Bioqrafik materiallar  adətən sənədli il-
lüstrasiyalarla  (fotolar,  fotosurətlər,  sənədli  illüstrasiya)  müĢayiət 
olunur.  
Ġ.Umudlu  elmi-kütləvi  ədəbiyyat  nəĢrindəki  tendensiyaları 
təhlil edərkən yazır: “...hələ sovet dönəmində Azərbaycanda elmi-
kütləvi  ədəbiyyatın  o  qədər  də  geniĢ  çap  olunmadığı  bəllidir.  Bu 
ondan irəli gəlirdi ki, bu iĢ müəllifdən xüsusi peĢəkarlıq tələb etdi-
yindən heç də hər görkəmli alim elmi-kütləvi əsər yazmağı bacar-
mırdı...Dövlət bu kateqoriyadan olan ədəbiyyata xüsusi önəm ve-
rir, müəllifləri həvəsləndirmək üçün hər il prestijli mükafatlar təsis 
edirdi”
63
.  
 
                                                           
62
 Антонова С и др. Редакторская подготовка изданий: Учебник. – Москва,  
2002. 
http://www.hi-edu.ru/e-books2/xbook082/01/index.html 
63
 Umudlu Ġ. Kitab nəĢri bu gün. - Bakı, 2004, s. 36. 


Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
51 
 
Ədəbiyyat 
 
Umudlu Ġ. Kitab nəĢri bu gün. – Bakı, 2004, 322 s. 
Vəliyev Ġ. Redaktənin əsasları. – Bakı: GünəĢ, 2009, 399 s. 
Vəliyev Ġ. Ədəbi-bədii və uĢaq kitablarının redaktəsi. – Bakı: 2002,  
200 s. 
Антонова С и др. Редакторская подготовка изданий: Учебник. – 
М.: Издательство МГУП, 2002, 468 с. 
Миьчин  А.  Методика  и  техника  редактирования  текста.  -  М.: 
Книга, 1972, 320 с. 
Ребров  М.  Грани  популяризации  науки  или  пути  к  читателю. 
М.: Наука, 1981. 
Редактирование  отдельных  видов  литературы  /  Под  ред.  Н. 
Сикорского. – Москва: Книга, 1987. 


Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
52 
 
IV FƏSĠL 
KLASSĠK ƏSƏRLƏRĠN NƏġRƏ HAZIRLANMASI VƏ 
REDAKTƏSĠ 
 
Klassik ədəbiyyatın nəĢri mürəkkəb bir proses, dərin zəhmət 
və  spesifik  bilik,  təcrübə  tələb  edən  bir  iĢdir.  ÇağdaĢ  əsərlərin 
nəĢri ilə müqayisədə klassiklərin ədəbi irsinin çapa hazırlanmasın-
da  elə  çətinliklər  meydana  çıxır  ki,  onun  aradan  qaldırılması  ya 
çox çətinliklə baĢa gəlir, ya da heç mümkün olmur. Klassik irsin 
nəĢri  sahəsində  qazanılmıĢ  təcrübələri  ümumiləĢdirərək,  klassik 
Ģair və yazıçılarımızın yeni nəĢrlərini bu sahədəki ən sərfəli prin-
siplərə uyğun hazırlamaq gərəkdir
64
.  
Azərbaycan  əlyazma kitabı  dünyəvidir, onun bizə  çatdırdığı 
informasiya  həyatidir,  gerçəkdir,  təqdim  etdiyi  onlarla,  bəlkə  də, 
yüzlərlə  müəllif  təkcə  Azərbaycan  deyil,  yalnız  müsəlman  aləmi 
deyil,  bütün  dünyada  elm  və  mədəniyyətin  zənginləĢməsində  və 
yayılmasında əvəzsiz rol oynamıĢlar. Bu baxımdan ġərq, o cümlə-
dən  Azərbaycan  əlyazma  kitabının  dünyada  misli-bərabəri  yox-
dur
65
.  
Mətnşünas hər hansı bir əsərin  yaranma tarixini və onların 
mətninin düzgün olub-olmadığını tədqiq edib öyrənir, bu mətnləri 
elmi-tənqidi  üsulla  tərtib  edib  çapa  hazırlayır,  müxtəlif  nəşrləri 
zəruri izahlar və qeydlərlə təmin edir. Bütün bu iĢlərin ədəbiyyat-
Ģünaslıq,  dilçilik,  poetika,  kitab  nəĢri  və  s.  sahələr  üçün  böyük 
əhəmiyyəti vardır.  
ƏdəbiyyatĢünaslığın köməkçi hissəsi olan mətnĢünaslıq, ey-
ni zamanda ədəbiyyat tarixi və ədəbiyyat nəzəriyyəsi qolları ilə sıx 
bağlı olub, onlar üçün məxəz rolunu oynayır
66

Müəllif  öz  əsəri  üzərində  iĢləyəndən  sonra  mətnin  son  va-
riantını  hazırlayıb,  oxucuya  bitkin  Ģəkildə  təqdim  etməklə  iĢini 
                                                           
64
 Vəliyev Ġ. Ədəbi-bədii və uĢaq kitablarının redaktəsi. - Bakı: 2002, s. 109. 
65
 Adilov M. Azərbaycan paleoqrafiyası. - Bakı: 2010, s. 200. 
66
 Mirəhmədov Ə. ƏdəbiyyatĢünaslıq. Ensiklopedik lüğət. - Bakı: 1998, s.132. 


Yüklə 2,9 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə