Mətnlərin nəşrə hazırlanması problemləri Vüsalə Musalı



Yüklə 2,9 Kb.
Pdf görüntüsü
səhifə12/71
tarix02.10.2017
ölçüsü2,9 Kb.
#2906
1   ...   8   9   10   11   12   13   14   15   ...   71

Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
37 
 
qaləsi tədqiqatçının yaradıcılığını iĢıqlandırır, onun elmdəki yolu-
nu, problemlərin elmi dəyərini açan elmi sualları  əhatə  edir.  Bəzi 
giriĢ  məqalələrini  tanınmıĢ  alimin  elmi  nəĢrə  tematik  bağlı  olan 
məqaləsi əvəz edir. GiriĢ məqaləsi rolunu oynayan bu cür məqalə-
lər  elmi  monoqrafiyalarla  yanaĢı,  elmi  əsər  toplularında  da  verilə 
bilər.  
Kitabın əsas ideyasını açıb  göstərməklə oxucunu mətn  üzə-
rində düzgün iĢləməyə istiqamətləndirən vacib məlumatlardan iba-
rət  ön  sözü  və  ya  ona  yaxın  materialların  çox  vaxt  əsas  mətnin 
Ģrifti ilə “müəllifdən” baĢlığı altında yığılıb, ondan heç nə ilə fərq-
lənməməsi,  əslində,  düzgün  deyil.  Ön  sözün  əsas  mətndən  seçil-
məsi üçün bir neçə variant təklif olunur: 

 
əsas  mətnlə  eyni  Ģriftlə,  ancaq  bir-birindən  azca  aralı 
yığmaq; 

 
eyni ölçülü Ģriftlə, lakin kursiv qarnituru ilə yığmaq (kiçik 
həcmli “ön söz” üçün məqbul olan); 

 
nisbətən ensiz ölçüylə səhifələmək

 
nisbətən kiçik ölçülü Ģriftlə yığmaq”
42
.     
Bəzi hallarda elmi nəĢrlərdə son söz də yer alır. Son söz adə-
tən  tərcümə  nəĢrlərində  və  ya  tarixi  tematika  iĢlərinə  aid  edilir. 
Son  sözdə  elmi  problemin  müasir  anlamı,  tədqiqat  predmetinin 
öyrənilməsində müəllifin rolu, alimlərin konsepsiya və yanaĢmala-
rı yer alır.  
Elmi kitabların soraq-məlumat aparatına daxil olan element-
lərdən  biri  də  qeyd  və  Ģərhlərdir  (Əlavə  1).  Elmi  əsərdə  qeyd  və 
şərhlər üzərində iĢdə redaktor iĢinin metodik özəllikləri var. Apa-
ratın  bu  elementindən  elmi  kitablarda  daha  çox  istifadə  olunur. 
Onlar  arasındakı  fərq  ondan  ibarətdir  ki,  qeydlər  sorğu-məlumat 
xarakteri daĢıyır, mənbəyə istinad verilir və ya xarici dildəki mət-
nin  tərcüməsi,  əlavə  faktlar  öz  əksini  tapır.  Şərhlərdə  isə  mətnin 
müəyyən  hissəsinin,  ifadənin,  terminin  izahı  verilir,  Ģərhçi  və  ya 
                                                           
42
 Ələsgərova Ġ. Kitabın bədii və texniki tərtibatı. – Bakı: 2010, s. 98. 


Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
38 
 
redaktorun fikri yer alır. ġərh və qeydlərlə müĢayiət olunan mətn-
də, Ģərh və qeydlərin sayı, təfsilat dərəcəsi konkret nəĢrdən, infor-
masiyanın xarakterindən, təhlil, müzakirə predmetindən, oxucu tə-
yinatından asılıdır. Kitabda Ģərh və qeydlərin verilməsinin vacibli-
yinə  diqqət  yetirilməli  və  onların  bilavasitə  əsas  mətnlə  bağlı  ol-
mağına  fikir  verilməli  və  dəqiqliyi,  etibarlılığı,  müxtəsərliyi  ilə 
fərqlənməlidir. Bu elementlərin tərtibində müəyyən sistemə riayət 
etmək lazımdır. Bu Ģərtlərə Ģərh və qeydlərin yerləĢdirilməsi, isti-
nad verilməsi və müxtəlif Ģriftlərdən istifadə də aiddir
43
.  
Bəzən,  mətndə  (əsasən  tarixi  kitablarda  və  klassik  mətn-
lərdə) qeyd və Ģərhlər çox ehtiyac duyulur. Bu hallarda əsas mət-
nin 10-15%-i qeyd və Ģərhlərə ayrılır. Məsələn, klassik tarixi mən-
bələrin nəĢri zamanı qeyd və Ģərhlərə çox yer verilir. Cəhd etmək 
lazımdır  ki,  onların  ümumi  həcmi  5%-i  ötməsin.  Çoxcildli  əsər-
lərdə bir cildin qeyd və Ģərhləri digər cilddə verilməməlidir. Oxu-
cuların  istifadəsini  asanlaĢdırmaq  üçün  müəllif  qeydlərini,  eləcə 
də  xarici  dildəki  sözlərin  tərcüməsini  mətnin  altında  istinad  kimi 
vermək  məqsədəuyğundur.  Bəzi  hallarda  tərcümələr  xarici  sözlə-
rin göstəricisi kimi də tərtib oluna bilər.  
Elmi  nəĢrlərdə  əksərən  predmet,  ad,  terminoloji  və  coğrafi 
göstəricilər  verilir
44
.  Göstərici  oxucuya  istiqamət  verir,  kitabdan 
istifadəni və informasiya axtarıĢını asanlaĢdırır (Əlavə 6).  
Elmi  nəĢrlərin  hazırlanması  zamanı  göstəricinin  növü,  onun 
tərkibi, strukturunun əsaslandırılması, onun formalaĢdırılması üzə-
rində iĢ kimi seçimlər ortaya çıxır. Adətən elmi kitablarda predmet 
və ad göstəricilərindən daha çox istifadə olunur. Göstəricilər ayrı-
ayrılıqda və qarıĢıq verilə bilər. Göstəricilər əlifba sırası ilə tərtib 
                                                           
43
  Антонова  С.  и  др.  Редакторская  подготовка  изданий:  Учебник.  –  Мос-
ква: 2002, 468 с. 
http://www.hi-edu.ru/e-books2/xbook082/01/index.html 
44
 Bax: Baydur G. Kitap sonu indeksleri // Türk kütüphaneciligi dergisi, 1988, 
N 2, s. 61-68. 


Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
39 
 
olunur.  Sistematik  predmet  göstəricisi  əsərlər  toplusunda  və  çox-
cildli əsərlərdə verilir.  
Predmet  göstəricisinin  məqsədi  nəĢrin  əsas  məzmunu  haq-
qında məlumat verməkdir. Göstərici üçün söz, ifadə seçilməsi çə-
tin  və  vacib  məsələlərdəndir.  Bəzən  hansı  ifadələri  əsas  rubrika, 
hansıların altrubrika Ģəklində verilməsi çətinliyi ortaya çıxır. Əsas 
prinsip  ondan  ibarətdir  ki,  rubrika  əsas  ifadələri  əks  etdirsin,  alt-
rubrikalar da isə predmetin cəhətlərini (xüsusiyyətlərini, detalları-
nı  və  s.)  əhatə  etsin.  Göstəricidən  istifadəni  asanlaĢdırmaq  üçün 
hər bir rubrika 25-30 səhifədən artıq istinad verilməməlidir. Məsə-
lən: 
Azərbaycan 3, 6, 8, 9,10,  
                    12, 14, 45, 46, 
                    47, 57, 78, 89 
 Əgər istinadlar bu rəqəmi keçərsə, o zaman altrubrikalardan 
istifadə olunur. Altrubrikalar adətən kursivlə fərqləndirilir. Məsə-
lən: 
Azərbaycan 3, 6, 8, 9,10,  
                    12, 14, 45, 46, 
                    47, 57, 78, 89 
   ədəbiyyat 44, 54, 79, 88, 
                   100, 102, 109 
   tarix        13, 17, 19, 23,  
                   28, 33, 45, 46   
Bundan əlavə, fikir vermək lazımdır ki, göstəriciyə çoxsaylı 
ifadələrin daxil edilməsi onun həcminə təsir etməsin. Tövsiyə edi-
lən həcm nəĢrin həcminin 5 %-ni təĢkil edir.  
Kitab üzərində bütün iĢlər tamamlandıqdan və əsər nəĢrə tam 
hazır  vəziyyətə  gətirildikdən  sonda  göstəricinin  hazırlanmasına 
baĢlamaq  olar.  Kitaba  hər  hansı  bir  əlavə  edilərsə  və  ya  səhifə 
nömrələrində sürüĢmə olarsa, bu zaman hazırlanmıĢ göstərici tam 
yararsız olacaq.  Bundan  sonra kitabın  mətni  əvvəldən sona qədər 
nəzərdən  keçirilir,  əsərdəki  əsər,  yer  və  Ģəxs  adları  seçilir,  əlifba 
sırası ilə düzülür və hər birinin qarĢısında səhifəsi yazılır.  


Yüklə 2,9 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə