Mətnlərin nəşrə hazırlanması problemləri Vüsalə Musalı



Yüklə 2,9 Kb.
Pdf görüntüsü
səhifə11/71
tarix02.10.2017
ölçüsü2,9 Kb.
#2906
1   ...   7   8   9   10   11   12   13   14   ...   71

Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
34 
 
yeni biçimdə verilməsi, məzmun və motivlərin yeni bədii anlamla 
ifadəsi orijinaldan zəifdirsə, bu, uyğunsuzluq sayılır. BaĢqalarının 
iĢlətdiyi  məzmun  və  motivləri,  təzad,  təcnis,  təĢbih  və  eyhamları 
birbaĢa  iĢlətmək  plagiat  adlanır.  Hər  hansı  motivi  nəqletmə  yolu 
ilə öz adına iĢlətmək, müxtəlif motivləri bir-birinə calamaqla oriji-
nal söz kimi qələmə vermək cəhdi də yolverilməzdir”
37
.   
Əsas plagiat növləri bunlardır:  

 
baĢqasının sözünə sahib çıxmaq; 

 
baĢqasından alınan məna və sözün yerdəyiĢməsi, mənanın 
geniĢlənməsi; 

 
nəsr və ya nəzmin məzmununu baĢqasından alıb, yeni iba-
rələrlə, yeni qəlibdə vermək və s
38

Türkiyədə  2011-ci  ildə  iĢıq  üzü  görmüĢ  “Akademik  yazım 
ihlalleri” adlı çox dəyərli monoqrafiyada hər hansı bir əsərə doğru 
istinad vermə, plagiat məsələsi üzərində ciddi durulmuĢ və təhlil-
lər aparılmıĢdır
39

Elmi nəĢrlərdə demək olar ki, bütün növ biblioqrafik istinad 
növlərindən istifadə olunur (Əlavə 8, 10). Elmi iĢ tamamlanan za-
man və onun nəticələri tərtib edilərkən mənbələrin, ədəbiyyatın si-
yahısı  tutulur.  Bu  zaman  biblioqrafik  təsvir  qaydalarına  riayət 
olunması vacib Ģərtlərdəndir. Təsvir zamanı diqqətsizlik, laqeyid-
lik, qeyri-dəqiqlik yanlıĢlıqlara və natamam informasiyaya gətirib 
çıxarır. Bu cür istinadlarla və siyahılarla redaktor da iĢləyə bilməz.  
                                                           
37
  GöyüĢov  N.  Milli  sənətin  nəzəri  təhlilinə  giriĢ.  Bakı:  Nurlan,  2006,  s.  237-
238. 
38
 Yenə orada. s. 238. 
39
  Demirel  Ġ.  H.,  Erol  B.,  Saraç  C.  Akademik  yazım  ihlalleri.  –  Ankara: 
TÜBĠTAK, ULAKBĠM, 2011, s. 58. 
Daha  ətraflı  bax:  Hexham  Ġ.  Academic  Plagiarism  Defined.  Department  of 
Religious Studies University of Calgary, 2005, 12 s. 
http://people.ucalgary.ca/~hexham/content/articles/plague-of-plagiarism. 
html; The Chicago Manual of Style. Chicago, Chicago University Press, 2003, 
(first edition 1949). 


Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
35 
 
Biblioqrafik  siyahıların  müəllif  variantı  qiymətləndirilərkən 
oxucunun istinad verilən mənbəni dəqiq müəyyən edə biləcəyi və 
onun haqqında lazımi məlumatları ala biləcəyi nəzərə alınmalıdır. 
Biblioqrafik  istinad  və  ya  siyahı  kitabda  elə  yerləĢdirilməlidir  ki, 
oxucu onu asan və rahat görsün, mütaliə prosesini kəsməsin və ax-
tarıĢa vaxt sərf etməsin. Eləcə də, istinadların texniki tərtibat qay-
daları    nəzərə  alınmalıdır.  Texniki  tərtibat  qaydalarını  nəzərə  al-
saq, istinadların kodla verilməsi – yəni ədəbiyyatın mətnin sonun-
dakı biblioqrafik siyahıya uyğun nömrəsinin və ya müəllifin soya-
dının və istinad olunan səhifənin nömrəsinin göstərilməsi məqsə-
dəuyğundur.  Bir  cəhəti  də  nəzərə  almaq  lazımdır  ki,  bu  variant 
texniki  tərtibat  baxımından  uğurlu  olsa  da,  mütaliə  prosesində 
oxucuya  böyük  çətinlik  yaradır.  Bu  zaman  oxucu  mənbəni  axtar-
maq üçün mütaliə prosesini dayandırır
40
.  
Elmi  kitablarda  ayrı-ayrı  nəĢrlərə  tətbiq  edilən  mətnin  sonu 
biblioqrafik siyahılar da verilə bilər. Bu xarakterli biblioqrafik isti-
nadlara elmi əsərlər toplusunda, monoqrafiyaların ayrı-ayrı fəsillə-
rinin sonunda rast gəlmək mümkündür. Biblioqrafiyanın bu Ģəkil-
də verilməsi hallarına az-az təsadüf olunur.  
Mətn sonunda verilən biblioqrafiyalardan biri də mono nəĢr-
lərin sonunda verilən biblioqrafik siyahılardır və onlar “kitab sonu 
siyahı” adlandırılır.  
Fəslin sonunda və nəĢrin sonunda verilən biblioqrafik siyahı-
lar  informativ,  tövsiyə  edici,  şəxsi,  əlavə  xarakteri  daĢıya  bilər  və 
müvafiq baĢlıqlar altında tərtib olunurlar:  «Ġstifadə olunmuĢ ədə-
biyyatın  biblioqrafik  siyahısı»,  «Tövsiyə  olunan  ədəbiyyatın  bib-
lioqrafik  siyahısı»,  «Əlavə  mənbələrin  biblioqrafik  siyahısı», 
«Akademik B.Nəbiyevin elmi əsərlərinin siyahısı» və s. 
                                                           
40
  Антонова  С.  и  др.  Редакторская  подготовка  изданий:  Учебник.  –  Мос-
ква: 2002, 468 с. 
http://www.hi-edu.ru/e-books2/xbook082/01/index.html 


Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
36 
 
Biblioqraifk  siyahını  əsasən  əlifba  prinsipi  və  ya  sitatın  ve-
rilmə ardıcıllığı ilə göstərirlər və nömrələyirlər.  
Biblioqrafik siyahıların redaktə edilməsində əsas məqsəd on-
dan ibarətdir ki, təsvirin dəqiqliyinə nail olunsun və siyahıda ədə-
biyyatın tez və xətasız tapılmasının rahatlığı təmin edilsin.  
Elmi nəĢrlərdə elə elementlər vardır ki, oxucunu kitabın da-
xilinə aparır, onun məzmununu açır, və digər bu xarakterli kitablar 
arasındakı yerini göstərir. Bu elementlərə müqəddimə və giriş mə-
qaləsi daxildir. Müqəddimə kitabın müəllifi, redaktor, naĢir və  ya 
elmi  əsər  məcmuələrində  tərtibçilər  tərəfindən  yazıla  bilər.  Mü-
qəddimə nəĢrin spesifikasını açmalıdır.  
Elmi topluların müqəddiməsində toplunu təĢkil edən məqalə-
lərin  spesifikası  verilir,  onun  formalaĢdırılması  prinsiplərindən 
bəhs olunur, müəlliflər haqqında məlumat öz əksini tapır
41
.  
Elmi  konfrans  materiallarını,  topluları  müqəddiməsiz  təsəv-
vür etmək mümkün deyil. Bu materialların müqəddiməsində kon-
frans haqqında, onun tematikası barədə ümumi məlumat verilir, bu 
çərçivədə  keçirilən  tədbirlər,  iĢtirakçıları,  baxılan,  müzakirə  olu-
nan  və  irəli  sürülən  problemlər,  onların  müzakirəsinin  gediĢatı, 
əsas nəticələr, plan, proqram iĢıqlandırılır.  
Monoqrafiyanın  müqəddiməsi  problemin  xarakteristikasını, 
araĢdırma məqsədini, tədqiqatın metodunun xüsusiyyətlərini, təd-
qiqatın  nəzəri-emprik  bazası  və  Ģərtlərini,  müəllifin  konsepsiyası-
nın  özünəməxsusluğunu  və  s.  əhatə  edir.  Kollektiv  monoqrafiya-
larda müqəddimə müəlliflərin hər birinin elmi səviyyəsi haqqında 
məlumatı iĢıqlandırır.  
Giriş  məqaləsi  (ön  söz)  kitab  aparatının  elementi  kimi  mü-
qəddimə  ilə  yanaĢı  və  ya  ondan  asılı  olmayaraq  verilə  bilər.  Mü-
qəddimə kimi giriĢ məqaləsi də əsas materialla bağlıdır. GiriĢ mə-
                                                           
41
  Антонова  С.  и  др.  Редакторская  подготовка  изданий:  Учебник.  – 
Москва: 2002, 468 с. 
http://www.hi-edu.ru/e-books2/xbook082/01/index.html 


Yüklə 2,9 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə