Mətnlərin nəşrə hazırlanması problemləri Vüsalə Musalı



Yüklə 2,9 Kb.
Pdf görüntüsü
səhifə10/71
tarix02.10.2017
ölçüsü2,9 Kb.
#2906
1   ...   6   7   8   9   10   11   12   13   ...   71

Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
31 
 
li nəzərdən keçirməyə imkan verir. ġərh tədqiqatın ayrı-ayrı hissə-
lərinin və strukturunun tam tədqiqi, elementlər və onların qarĢılıqlı 
təsirinin  yekunu,  səbəb  və  nəticəsinin  göstərilməsi  əsasında  qu-
rulur.  
Məntiqi metod materialın ardıcıl məna fraqmentlərinə ayrıl-
masını nəzərdə tutur. Məntiqi metod adətən predmet və ya hadisə-
nin xüsusiyyətləri hərtərəfli analiz olunan əsərlərdə tez-tez istifadə 
olunur. Bu metod yüksək informativliyi ilə fərqlənir.  
Tarixi  şərh  metodu  hadisələrin  inkiĢaf  prosesini  və  ya  onla-
rın xronoloji ardıcıllığını göstərməyə imkan verir. Bu metod öyrə-
nilən hadisənin ardıcıl,  mərhələ-mərhələ, səbəb  və nəticə əlaqələ-
rini  üzə  çıxarmaqla,  hərtərəfli  analizi  ilə  inkiĢafını  əks  etdirəcək 
əsərlər üçün effektivdir. Tarixi metod inkiĢafdadır və onun qavra-
nılması çətin deyil. 
Qalxma  metodu  mücərrəddən  konkretə  elmi  anlayıĢın  dərin 
analizi əsasında öyrənilən predmet və ya hadisə haqqında konkret 
biliyi  sintez  etməyə  imkan  verir.  Sintez  həmiĢə  sadə  abstraksiya-
dan baĢlayır və müxtəlif sintezlərin vəhdətində mövcud olan elmi 
anlayıĢları cəmləĢdirir.  
Spiral  metodu  təhlil  olunan  elmi  əsərdəki  predmetin  və  ya 
hadisənin əlamətlərinin tədricən inkiĢafını Ģərtləndirir. O, təkcə el-
mi materialın strukturunu əks etdirmir, eləcə də oxucu məntiqinin 
inkiĢafına məqsədyönlü təsir göstərməyə imkan yaradır.  
Ġfadə  edilmiĢ  fikirlərin  çatdırılması  üçün  terminlərin  istifa-
dəsi  böyük  məna  kəsb  edir.  Məzmunun  Ģərhinin  dəqiqliyi  üçün 
optimal variant elmi terminlərin verilməsidir. Münasib terminlərin 
seçilməsi  hesabına  və  baĢqa  dil  vasitələrinin  (leksik,  qrammatik, 
sintaktik)  fikrin  çatdırılmasının  uyğunluğuna  və  eynimənalılığına 
nail olmaq mümkündür. Elmi əsərlərin nəĢrə hazırlanması zamanı 
terminlərin  analizi  böyük  əhəmiyyət  kəsb  edir.  Əsas  odur  ki,  ter-
minlərin yanlıĢ istifadəsinə imkan verilməsin və dəqiq, eynimənalı 
terminlərdən istifadə olunsun. ġübhəsiz ki, bir əsər dairəsində ter-
minin çoxmənalılığı oxucu üçün ciddi əngəl, maneə ola bilər. Elmi 


Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
32 
 
əsərdə  terminoloji  yanlıĢlıqlar  yalnız  çoxmənalılıqla  məhdudlaĢ-
mır. Elmi əsərlərdə məzmunu əks etdirən bütün məlumat vasitələ-
rindən (mətn, formul, cədvəl, illüstrasiya) və ədəbi janrların bütün 
elementlərindən  (məlumat-analitik,  bədii-publisistik)  istifadə  olu-
nur. Əlbəttə ki, elmi əsərin ifadə etmə üslubunun redaktor qiymət-
ləndirməsi  elmi  kommunikasiyanın,  müəllifin  norma  və  standart-
larına, gələcək nəĢrin janr və növ xüsusiyyətlərinə olan münasibəti 
əsasında formalaĢdırılır. Elmi nəticənin dolğunluğunun əsası kimi 
bütün  fikir  və  mülahizələrdə  də  inandırıcılıq  və  obyektivlik  qiy-
mətləndirilməlidir.  
 
Elmi kitabların məlumat aparatının hazırlanması  
 
Hər  bir  elmi  kitabın  ayrılmaz  tərkib  hissəsi  onun  məlumat 
aparatıdır.  Onun  əhəmiyyəti  və  vacibliyi,  oxucunu  kitabın  məz-
munu  ilə  tanıĢ  etməsində  və  ondan  istifadəni  asanlaĢdırmasında, 
lazımi informasiyanın tez və xətasız tapılmasını təmin etməsində-
dir. Aparat kitabı digər informasiya mənbələri ilə bağlayan zəncir-
dir və həmin kitabın elmi-kommunikasiya sistemindəki yerini gös-
tərir. Ġnformasiya axtarıĢı məsələlərinin həllində, elmi mənbə axını 
içərisində  lazımi  kitabları  tapmaqda  və  onun  məzmunu  haqqında 
məlumat  almaqda  kitab  aparatının  böyük  rolu  vardır.  Akademik 
S.Vavilov yazırdı: «Müasir insan kitabxana Himalayları qarĢısında 
qızılaxtaran kimi dayanmıĢdır. O, qum kütləsinin içərisindən qızıl 
dənəcikləri tapmalıdır»
36
.  
Standarta  görə  məlumat  aparatı  müəllif  əsərinin  orijinalının 
mətninə daxildir. Praktikaya nəzər yetirsək görərik ki, müəllif apa-
ratı  hazırlamağa  kifayət  qədər  vaxt  ayırmır.  Bu  iĢi  uzun  və  zəh-
mətli iĢ hesab edərək, onun hazırlanmasına etinasız yanaĢır. Bu iĢ 
                                                           
36
  Антонова  С.  и  др.  Редакторская  подготовка  изданий:  Учебник.  – 
Москва: 2002, 468 с. 
http://www.hi-edu.ru/e-books2/xbook082/01/index.html 


Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
33 
 
həm də müəyyən ixtisas hazırlığı tələb edir və ən əsası kitabın qiy-
mətinin qalxmasına gətirib çıxarır. 
NəĢrin  aparatının  təmin  və  təchiz  edilməsi  məsuliyyəti  re-
daktorun  üzərinə  düĢür.  Redaktor  iĢə  baĢlayarkən  aparatın  tərtibi 
ilə bağlı bütün faktorları nəzərə almalıdır. Çünki aparat kitab mə-
dəniyyətinin  əsas  elementlərindəndir.  Redaktor  əsərin  janr  xüsu-
siyyətlərini,  nəĢrin növünü, informasiyanın  xarakterini, nəĢrin  aid 
olduğu  sahəni,  kitab  nəĢrində  formalaĢmıĢ  ənənəni,  standartları, 
tələbləri, elmi kommunikasiya və informasiya axtarıĢında aparatın 
rolunu nəzərə almalıdır. 
Aparat  elementlərindən  hesab  olunan  buraxılış  məlumatları  
demək  olar  ki,  bütün  nəĢrlərdə  verilir.  BuraxılıĢ  məlumatları 
QOST-7.4-95 və nəĢriyyat ənənələrinə uyğun olaraq tərtib olunur. 
Elmi  kitablarda  titul  vərəqinin  arxa  tərəfində  aid  olduğu  sahədən 
asılı  olaraq  referat  və  ya  annotasiya  verilir.  Referat  (əsərin  qısa 
Ģərhi, tədqiqatın predmeti, məqsədi, əsas nəticələri, elmi informa-
siyanın əhəmiyyəti) texniki və təbiət elmlərinə dair kitablarda  yer 
alır.  Annotasiya  isə  ictimai  elmlərə  dair  kitabların  elementlərin-
dəndir.  Burada  əsərin  qısaca  məzmunu  verilir.  Bəzən  annotasiya 
cildin arxa tərəfində yer alır (Əlavə 7). 
Elmi  kitablarda  biblioqrafik  aparata  biblioqrafik  siyahı  və 
biblioqrafik  istinadlar  aid edilir.  Elmi  kitab  biblioqrafik aparatsız 
nəĢr oluna bilməz. Bu, onunla izah olunur ki, hər bir elmi kitab da-
ha əvvəl aparılmıĢ tədqiqatlar və müasir araĢdırmalara əsaslanır və 
onlar  əsasında  öyrənilir.  Tədqiqatçı  araĢdırma  prosesində  mənbə-
ləri, ədəbiyyat siyahısını hazırlamalı, elmi etikaya uyğun olaraq iĢ 
prosesində istifadə etdiyi kitablara istinadlar verməlidir. Hər hansı 
bir  müəllifin  əsərindən,  fikrindən  istifadə  edib  ona  istinad  ver-
məmək plagiat faktı hesab olunur. F.e.d. N.GöyüĢov bu problemi 
aĢağıdakı kimi izah edir: “Klassik nəzəriyyəçilərə görə, söz sənəti-
nin əsasında gözəl mənalar və motivlər dayanır. Ona görə də məz-
munlar  eyni,  onların  ifadə  Ģəkilləri  müxtəlifdir.  Forma  məna  ilə 
söz arasında orta mövqedə dayanır. Söz sənətində kompozisiyanın 


Yüklə 2,9 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə