Mətnlərin nəşrə hazırlanması problemləri Vüsalə Musalı



Yüklə 2,9 Kb.
Pdf görüntüsü
səhifə20/71
tarix02.10.2017
ölçüsü2,9 Kb.
#2906
1   ...   16   17   18   19   20   21   22   23   ...   71

Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
62 
 
Mərhum  mətnĢünas  alim  Prof.  T.  Məhərrəmovun  fikrincə, 
tənqidi mətn tərtibi zamanı aĢağıdakı məsələlərə diqqət yetirilmə-
lidir: 

 
ən qədim və mükəmməl nüsxələrdən istifadə etmək; 

 
tənqidi  mətnlərin  əvvəlində  müqəddimə  yazmaq  və  əsəri 
tərtib edən zaman istifadə olunan hər bir nüsxənin yığcam 
halda təsvirini vermək. Orada əsərin tərtib üsulunu, mətnin 
tərtibində  cəlb  olunan  əlyazmaların  üzünün  köçürülməsi 
tarixini, xəttini, katibini və s. xüsusiyyətlərini göstərmək

 
əsərin müqəddiməsini, onun tərtibi zamanı istifadə olunan 
nüsxələrin təsvirini, mətnlərə yazılan izahatı, Ģərhi və baĢ-
qa qeydləri əsərin yazıldığı dildə vermək; 

 
əsərin tənqidi mətnini ancaq onun ayrı-ayrı nüsxələrindəki 
mətnlərdən çıxıĢ edərək tərtib etmək

 
nüsxələrdə  mövcud  olan  əsas  fərqlərin  hamısını  göstər-
mək; 

 
istifadə olunan bütün nüsxələrə tənqidi yanaĢmaq
86

Akademik Ə.Əlizadə tənqidi mətn tərtibində nüsxə seçimin-
dən bəhs edərkən yazır: “Bizim tənqidi mətn tərtibindəki  prinsipi-
miz əsas etibarilə ondan ibarət olmuĢdur ki, avtoqraf nüsxələr əldə 
olmadıqda, müəllifin yaĢadığı dövrə yaxın zamanda üzü köçürülən 
əlyazmaları əsas götürülmüĢdür”
87
.  
Nüsxə fərqləri. Avtoqrafları dövrümüzə gəlib çatmamıĢ hər 
hansı  bir  abidə,  müxtəlif  dövrlərdə  üzü  köçürülmüĢ  əlyazmalar 
əsasında  akademik  nəĢrə  hazırlanarkən,  həmin  abidənin  əlyazma 
nüsxələri arasında olan fərqli cəhətləri, yəni nüsxə fərqləri də nəĢr 
olunur.  Nüsxə  fərqlərinin  verilməsi  istər  gələcəkdə  əsər  üzərində 
                                                           
86
  Магеррамов  Т.  Научно-критический  текст  поэмы  «Матла-ал-анвар» 
Амира Хосрова Дехлеви, ее текстологическое и филологическое исследо-
вания. ДД. Баку, 1975, с. 54. 
87
  Əlizadə  Ə.  Azərbaycan  mətnĢünaslığının  inkiĢafı  tarixindən  //  Azərbaycan 
SSR  Elmlər  Akademiyasının  Xəbərləri  (Ədəbiyyat,  dil  və  incəsənət  seriyası), 
1970, N 2, s. 14. 


Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
63 
 
aparılacaq tədqiqat iĢləri, istər əsas mətnin nə dərəcədə düzgün se-
çildiyini əsaslandırmaq və istərsə də mətnĢünas alimin elmi-tənqi-
di mətnin tərtibində hansı prinsiplərə əsaslandığını müəyyənləĢdir-
mək üçün çox mühüm elmi amillərdəndir
88
.   
Bu  və  ya  digər  nüsxələrdə  mətn  fərqlərinin  qeydə  alınması 
və tənqidi mətndə baĢqa izahatların qeyd edilməsi mütləq yazılan 
dildə həyata keçirilməlidir
89
 
Onu da qeyd etmək lazımdır ki, nüsxə fərqləri elmi nəĢrlərdə 
verilir. Mətnin tarixinə heç bir yenilik gətirməyən əlyazmalar nüs-
xə fərqlərinə cəlb olunmur. Heç də həmiĢə bütün nüsxə fərqlərini 
göstərmək  lazım  gəlmir.  Orfoqrafik,  qrafik  və  mexaniki  xətalara 
nüsxə fərqləri göstərməyə o qədər də ehtiyac yoxdur. Orta əsrlərdə 
ərəb qrafikası ilə qələmə alınmıĢ, yaxud köçürülmüĢ mətnlərdə ka-
tib və xəttatların diqqətsizliyi ucundan nöqtələrin düĢməsi nəticə-
sində sözlər təhrif edilmiĢ olur. Mətndə bu qəbildən olan təhriflə-
rin dəqiq müəyyənləĢdirilməsi və katib xətası olduğu Ģübhə doğur-
mazsa bu zaman onlara nüsxə fərqləri göstərməyə ehtiyac qalmır. 
MətnĢünas  nüsxə  fərqlərinin  göstərilməsində  müəyyən  sistemə 
əsaslanmalı və həmin sistemi elmi-tənqidi mətnə yazdığı ön sözdə 
Ģərh etməlidir
90
.   
Akademik  Ə.Əlizadə  nüsxə  fərqlərinin  önəmini  belə  izah 
edir:  “Nüsxələrdə  olan  fərqləri  qeyd  etməyin  əhəmiyyəti  ondadır 
ki,  oxucu,  yaxud  tədqiqatçı  əsərin  tərtibçi  tərəfindən  hazırlanan 
mətnlə  razılaĢmadığı  halda,  istədiyi  variantı  götürə  bilsin.  Bunun 
əhəmiyyəti bir də ondadır ki, oxucular istifadə olunmuĢ əlyazma-
lar haqqında tam təsəvvür əldə edə bilərlər”
91
.   
                                                           
88
 ġərifli K. MətnĢünaslığın nəzəri əsasları. - Bakı: 2011, s. 35. 
89
 Məhərrəmov T. Tənqidi mətn tərtibində vahid üsul yaradılması // Azərbaycan 
SSR EA Xəbərləri (Ədəbiyyat, dil və incəsənət seriyası), 1974, N 2, s. 31. 
90
 ġərifli K. MətnĢünaslığın nəzəri əsasları. - Bakı: 2011, s. 287. 
91
  Əlizadə  Ə.  Azərbaycan  mətnĢünaslığının  inkiĢafı  tarixindən  //  Azərbaycan 
SSR  Elmlər  Akademiyasının  Xəbərləri  (Ədəbiyyat,  dil  və  incəsənət  seriyası), 
1970, N 2, s. 14. 


Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
64 
 
Nüsxə  fərqləri  hər  səhifənin  sonunda  və  ümumi  mətnin  so-
nunda verilə bilər. Əgər  nüsxə  fərqləri azdırsa,  bunları  nəĢrin əv-
vəlindəki mətnĢünaslıqla bağlı ön sözdə və ya giriĢdə vermək olar.   
Nüsxə fərqi bir sözə aid olduqda, sıra sayı  məhz həmin sö-
zün  üzərində  qoyulur.  Nüsxə  fərqi  yanaĢı  yazılmıĢ  bir  neçə  sözə 
aid  olduqda  birinci  sözün  əvvəlində  və  sonuncu  sözün  sonunda 
iĢarələr qoyulur. Bu iki iĢarə arasındakı mətnin nüsxələrin hər bi-
rində necə yazılması isə aĢağıda göstərilir. Söz, sözlər, parçalar ol-
madıqda (-), əlavələr olduqda (+) iĢarələri ilə göstərilir. Digər mü-
rəkkəbliklər isə imkan daxilində sözlərlə Ģərh edilir
92

Faksimile  (lat.  fac  simile  –  dəqiq  bənzərini  düzəlt)  nəĢrlər 
qrafik orijinalın (əlyazma, sənəd və s.) fotoqrafiya, yaxud çap üsu-
lu ilə çıxarılan dəqiq surətidir
93
. Klassik abidələrin faksimile nəĢri 
tədqiqat  hissəsi,  mətn  və  məlumat  aparatı  ilə  birlikdə  müĢayiət 
olunur  (Əlavə  4).  Əlyazmanın  sadəcə  faksimilesinin  nəĢri  qəbul-
edilməzdir.  Faksimile  nəĢrə  geniĢ  ön  sözün  yazılması,  araĢdırma 
hissəsi,  əlyazmanın  müasir  əlifbaya  çevrilməsi  və  ya  tərcüməsi, 
əsər, yer və Ģəxs adlarının göstəricisinin verilməsi vacibdir.  
Abidələrin  faksimile  nəĢri  aĢağıdakı  hallarda  həyata  keçiri-
lir
94
:  
1.
 
Əgər hər-hansı bir abidənin avtoqraf nüsxəsi əldə edilərsə, 
bu  zaman  həmin  nüsxə  haqqında  elm  aləminə  və  geniĢ 
oxucu  kütləsinə  məlumat  vermək  və  həmin  abidənin  mət-
nini müəllif iradəsinə uyğun Ģəkildə hazırlamaq məqsədilə 
abidə bir nüsxə əsasında nəĢr edilə bilər.   
2.
 
Avtoqrafları  zəmanəmizə  qədər  gəlib  çatmamıĢ  klassikin 
sağlığında, yaxud ölümündən az sonra üzü köçürülmüĢ hər 
hansı  bir əsərinin  əlyazması  əldə  edilərsə, bu zaman onun 
faksimilesini nəĢr etdirmək olar. 
                                                           
92
 Musabəyli A. Mətn bilgisi – mətnĢünaslıq. - Bakı: 2005, s. 78. 
93
 ASE, 1986, c. IX, s. 505. 
94
 ġərifli K. MətnĢünaslığın nəzəri əsasları. - Bakı: 2011, s. 276. 


Yüklə 2,9 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə