Mətnlərin nəşrə hazırlanması problemləri Vüsalə Musalı



Yüklə 2,9 Kb.
Pdf görüntüsü
səhifə28/71
tarix02.10.2017
ölçüsü2,9 Kb.
#2906
1   ...   24   25   26   27   28   29   30   31   ...   71

Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
86 
 
adına kitabxanasında qorunan əlyazma nüsxəsi əsasında M.Məm-
mədli tərəfindən həyata keçirilmiĢdir. 
XI əsrdə Nasir Xosrovun yaratdığı "Səfərnamə" əsəri özündə 
tarixi,  coğrafi,  dini,  ədəbi  qaynaqları  cəmləĢdirən  ġərqin  ilk  nəĢr 
abidələrindən və maraqlı mənbələrdən biri hesab oluna bilər. "Sə-
fərnamə"ni Azərbaycan dilinə T.Məhərrəmov tərcümə etmiĢdir. 
ġərqĢünaslıq Ġnstitutunun elmi fəaliyyətinin zənginləĢməsin-
də  mənbəĢünaslıq  sahəsində  çalıĢan  dilçi  alimlərin  elmi  iĢləri  də 
mühüm rol oynamıĢdır. Belə ki, f.e.n. C.Sadıqova və f.e.n. T.Ələs-
gərova tərəfindən Məhəmməd HinduĢah Naxçıvaninin  "Əs-sihah-
əl-əcəmiyyə" adlı fars-türk lüğətinin elmi-tənqidi mətni çap olun-
muĢdur.  "Əs-sihah  əl-əcəmiyyə"  1994-cü  ildə  H.Z.Tağıyev  mü-
kafatına layiq görülmüĢdür. 
XIII əsr istedadlı Azərbaycan Ģairi Hüsaməddin Xoyi tərəfin-
dən  Azərbaycan  dilində  nəzmə  çəkilən,  lakin  əsrlərlə  itkin  hesab 
edilən və uzun axtarıĢlardan sonra əlyazması əldə edilən "Töhfeyi-
Hüsam"  dilimizin  nadir  incisi  kimi  türkologiya  tarixinə  yeni  bir 
töhfədir.  Bu  mənzum  lüğətin  elmi-tənqidi  mətni  Qahirənin  "Dar 
əl-kütüb"  kitabxanasından  və  Berlindən  gətirilən  əlyazma  nüsxə-
ləri əsasında C.Sadıqova və T.Ələsgərova hazırlanmıĢ və  1996-cı 
ildə çap olunmuĢdur
108
.  
Apardığımız tədqiqatlar nəticəsində deyə bilərik ki, klassik-
lərimizin  əsərlərinin  nəĢri  zamanı  müəyyən  qüsurlara  yol  verilir. 
Belə  ki,  nəĢriyyatların  böyük  bir  qisminin  yalnız  mətbəə  kimi 
fəaliyyət göstərməsi, yəni kitabın redaktəsi ilə məĢğul olmamaları  
klassik  əsərlərin  dünya  standartlarına  uyğun,  məlumat  aparatı  ilə 
təchiz olunmuĢ Ģəkildə nəĢrini əngəlləyir.  
 
 
 
                                                           
108
http://www.orientalstudies.az/az/structure/analysis_and_publication_of_writt
en_monuments.html 


Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
87 
 
Ədəbiyyat 
Adilov  M.,  Məmmədbağıroğlu  Ə.  Azərbaycan  əlyazmalarında 
filiqranlar. - Bakı: Tural-Ə, 2001, 56 s. 
Adilov M. Azərbaycan paleoqrafiyası və tarixi orfoqrafiya məsələlə-
ri. -Bakı: Nurlan, 2002, 199 s. 
Adilov  M.  Türk  mətninin  transfoneliterasiya  problemləri.  –  Bakı: 
Nurlan, 2003, 118. 
Adilov M. Azərbaycan paleoqrafiyası. - Bakı: Elm, 2010, 223 s.  
Azərbaycan mətnĢünaslığı məsələləri. – Bakı: Elm, 1979, 187 s.  
Azərbaycan  MEA  Məhəmməd  Füzuli  adına  Əlyazmalar  Ġnstitutu 
nəĢrlərinin  biblioqrafiyası  (1950-2006)  /  Tərtib  edən.  A.Xəlilov.  – 
Bakı: Nurlan, 2007, 34 s. 
Çeltik  H.  Tenkitli  neĢirlerinde  nazım  Ģekli  problemleri  //  Turkish 
Studies / Türkoloji AraĢtırmaları Volume 2/3 Summer 2007, s. 190-
199. 
Mengi  M.  Metin  incelemesi  aĢamaları,  terimler  ve  bunlardan  biri: 
metin tahlili // Turkish Studies / Türkoloji AraĢtırmaları Volume 2/3 
Summer 2007, s. 408-417.  
Musayeva  A.  Əlyazma  kitabı  və  XV-XVI  əsrlər  Azərbaycan 
ədəbiyyatı: problemlər, araĢdırmalar. - Bakı: Nurlan, 2002, 340 s. 
Musayeva  A.  MətnĢünaslığın  nəzəri  və  təcrübi  əsasları.  –  Bakı:  
Elm, 2007, 200 s. 
Orta  əsr  Azərbaycan  kitab  mədəniyyəti  /Mətnin  müəllifi  və  tərtibçi 
C.Qəhrəmanov.- Bakı: ĠĢıq, 1991, 35 s.  
ġərifli  K.  Əbdülqəni  Nuxəvi  Xalisəqarızadə.  -  Bakı:  Nurlan,  2002, 
158 s. 
ġərifli K. MətnĢünaslığın nəzəri əsasları. – Bakı: Nurlan, 2011, 345 
s. 
Лихачев Д. Текстология (краткий очерк). - Москва: 1964. 


Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
88 
 
Прохоров  Е.И.  Текстология:  Принципы  издания  классической 
литературы. - Москва: Высш. шkола, 1966. 
Редактирование отдельных видов литературы / Под ред. Н. Си-
корского. – Москва: Книга, 1987. 
Рейсер  С.А.  Основы  текстологии: Учеб.  пособие.  -  Л.:  Просве-
щение, 1978. 
 


Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
89 
 
V FƏSĠL 
DÖVRĠ NƏġRLƏRĠN TĠPOLOJĠ ƏLAMƏTLƏRĠ VƏ 
NÖVLƏRĠ
*
 
 
Konkret nəĢr üzərində redaktor iĢinin forma və metodları bu 
nəĢrin tipoloji xüsusiyyətlərindən asılıdır. NəĢrin tipoloji xüsusiy-
yətlərini bilmədən keyfiyyətli nəĢr ortaya qoymaq mümkün deyil. 
Hər  bir  nəĢrin  müxtəlif  əlamətləri  vardır.  Bunlar  informasiyanın 
xarakteri  (məzmunu,  predmeti),  məqsəd  təyinatı,  oxucu  ünvanı 
(tərtibat xarakteri, nəĢrin strukturu, dövriliyi) və s. 
Məlumdur  ki,  aparılmıĢ  tədqiqatlar  ictimaiyyətə  müxtəlif 
formalarda çatdırıla bilər. Mövcud üsullardan biri, bəlkə də birin-
cisi elmi məqalədir. Müxtəlif sahələr üzrə ixtisaslaĢmıĢ jurnallarda 
çap edilmiĢ məqalələr müəlliflərlə yanaĢı onların çalıĢdıqları uni-
versitet  və  institutların,  təmsil  etdikləri  ölkələrin  elmi  nüfuzunu 
birbaĢa müəyyən edən və son nəticədə, ölkənin inkiĢaf səviyyəsini 
göstərən amillərdəndir. Bura elmi  dərəcə və adların verilməsində 
çap  olunmuĢ  məqalələrin  vacibliyini  də  əlavə  etsək,  jurnalların 
əhəmiyyətinə  görə  qiymətləndirilməsinin  müxtəlif  qurumlar  və 
ictimaiyyət  qarĢısında  duran  mühüm  vəzifələrdən  biri  olduğu  ay-
dınlaĢar
109

Dövri nəĢrlər müəyyən edilmiĢ vaxtda çıxan, standart forma-
da  tərtib  olunan  ardıcıl  nömrələnmiĢ  nəĢrlərdir.  Dövri    nəşrlərin 
məqsədi  müəyyən  olunmuş  müddət  ərzində  hər  hansı  oxucu  qru-
puna ünvanlanmış informasiyanın operativ şəkildə yayılmasından  
ibarətdir. Dövri  nəĢrlərin  fasiləsiz  sürətdə çıxması  real  gerçə-
kliyi daim və ardıcıl olaraq təsvir etməyə imkan yaradır. Beləliklə, 
nəĢrin  hər  bir  sonrakı  buraxılıĢı  mövzu, məzmun və  forma cə-
                                                           
*
 Qeyd: Monoqrafiyanın bu fəsli Bakı Dövlət Universitetinin “Universitetdaxili 
50+50  qrantlar  proqramı”  (2012-2013-cü  tədris  ili  üçün)  layihəsi  çərçivəsində 
hazırlanmıĢdır. 
109
  Əliyev  F.,  Ağayev  ġ.  Azərbaycanda  elmin  problemləri  və  inkiĢaf  pers-
pektivləri. – Bakı: 2011, s. 13. 


Yüklə 2,9 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə