Mətnlərin nəşrə hazırlanması problemləri Vüsalə Musalı



Yüklə 2,9 Kb.
Pdf görüntüsü
səhifə31/71
tarix02.10.2017
ölçüsü2,9 Kb.
#2906
1   ...   27   28   29   30   31   32   33   34   ...   71

Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
96 
 
batda tədbirin bütün mərhələlərinin, qəbul olunmuĢ qərarların iĢıq-
landırılması nəzərdə tutulur. Bu janra informasiyanın elə cəhətləri 
xasdır  ki,  redaksiyalara  -  “xüsusi”  hesabat,  “elmi”  hesabat  an-
layıĢlarından istifadə etməyə imkan  verir. 
İntervü mətbuatda çap edilmək üçün müxbirin bir və ya bir 
neçə  Ģəxslə  apardığı  müsahibədir.  Müsahibə  materialının  Ģərhi 
(ifadəsi,  xülasəsi)  verilmiĢ  suallara  cavablar  Ģəklində  təqdim  olu-
nur.   
Reportaj mühüm informativ janrlardan  biridir.   Reportajlar-
dan  baĢ  vermiĢ  hadisə  sənədlərlə,  faktlarla,  Ģahid  ifadələr  ilə  real 
Ģəkildə əks edilir.  
Analitik - təhlili janrlar aĢağıdakı növlərlə təmsil olunur: mə-
qalə, korrespondensiya (müxbir məlumatı, məktubu), Ģərh, resen-
ziya, icmal. 
Analitik  janrlar  daha  miqyaslı  və  əsaslı  olaraq  jurnallarda 
aparıcı  mövqe  tutur.  Onların  məqsədli  istiqamətlənməsi  eynitipli 
hallara mənsub olan faktlar məcmusunun dərin tədqiqini, hərtərəf-
li təhlilini verməkdir. 
Analitik  materiallarda  faktların  Ģərhi,  müqayisəsi,  qarĢılıqlı 
əlaqəsi və qarĢılıqlı asılılığı, məntiqi nəticələrin, nəzəri ümumiləĢ-
dirmələrin, təcrübi məsləhətlərin mövcudluğu mütləqdir. Elmi mə-
qalənin konkret növündən və elmi  araĢdırmanın sahəsindən asılı 
olmayaraq,  məna  aspektlərinin    aĢağıdakı  stukturu  üzə  çıxır:  təd-
qiqatın  predmeti və yaxud  mövzusu, tədqiqatın aparıldığı elm sa-
həsi, tədqiqatın  məqsədi, predmetə baxıĢ tərzi və yaxud predmetin  
nəzərdən  keçirildiyi tərəf, tədqiqat obyektinin təyinatı, tədqiqatın 
növü,  tədqiqatın  metodu,  istifadə  olunan  materiallar,  tədqiqatın 
aparıldığı  Ģərait,  konkret  nəticələr,  tədqiqat    nəticəsində  təklif 
olunmuĢ  obyektin  texniki  səmərəliliyi,  tədqiqatın  iqtisadi  cəhəti 
(tərəfi), əsaslandırılmıĢ obyektin dəyəri. 
Resenziya (tənqidi rəy) müxtəlif profilli jurnallar üçün geniĢ 
yayılmıĢ  analitik  janrdır.  Resenziyalar  üzərində  iĢləyərkən  redak-
tor  bu  anaitik  qrupun  bütün  janrlara  münasibətdə  irəli  sürülən 


Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
97 
 
ümumi  tələbləri  rəhbər  tutmalıdır.  Resenziya  yalnız  nəĢri  təĢkil 
edən hissələrin sadalanması və yaxud məzmunun əsas aspektləri-
nin  Ģərhini  deyil,  habelə  nəĢrin  ümumi  xarakteristikasını  və  qiy-
mətləndirilməsini özündə əks etdirməlidir. 
Bədii publisistik janrlar jurnal janrlarının ən mürəkkəblərin-
dəndir. Bu qrupa oçerk (hekayə Ģəklində qısa bədii əsər), felyeton, 
rəsm, pamflet (həcv) daxildir. 
 
Müəllif əlyazması üzərində redaktor işi 
 
Hər bir materialın redaktə olunması prosesində redaktor hər 
Ģeydən  öncə  müəllifin  mövzu  seçimini,  bu  mövzunun  iĢlənməsi 
səviyyəsini və materialın ədəbi cəhətdən iĢlənməsini qiymətləndir-
məlidir.  Redaktor    müəllifin  mövzu  seçimini  qiymətləndirərkən 
onun  aktuallığına  diqqət  yetirir,  bu  zaman  həll  olunan  məsələnin 
nəzəri  və  təcrübi  əhəmiyyətini,  orijinallığını,  yeniliyini,  habelə 
jurnalın profilinə uyğunluğunu nəzərə alır. Konkretlik elmi nəĢrlə-
rə münasibətdə irəli sürülən əsas tələblərdən biridir. GeniĢ, kifayət 
qədər konkret olmayan mövzu, onun dərindən iĢlənilməsini çətin-
ləĢdirir,  oxucu  ünvanının  dəqiq  müəyyənləĢdirilməsi  imkanlarını 
aradan qaldırır.  
Məqalələrdə,  xüsusilə  elmi  məqalələrdə  təqdim  olunan  in-
formasiyanın  müxtəlifliyi,  çoxcəhətliliyi  səbəbindən  redaktor 
onun  qiymətləndirilməsinə  fərqləndirici  yanaĢma  nümayiĢ  etdir-
məlidir. Hər bir faktın, hər bir elementin elmi, obyektiv izaha ma-
lik olması baĢlıca, əsas tələb olmalıdır. Bu, informasiyanın oxucu 
tərəfindən həqiqi və dəqiq qəbul olunması üçün zəruri Ģərtdir. La-
kin unutmaq olmaz ki, çatdırılan məlumatların həqiqiliyinə və də-
qiqliyinə baxmayaraq, onlar hadisəni, problemi bütövlükdə səciy-
yələndirmək  üçün  kifayətedici  olmaya  bilər.  Bu  faktlar  yetərincə 
etibarlı olmalıdır və material məzmunun predmetini hərtərəfli əha-
tə etməlidir. Bununla yanaĢı, informasiyanın köhnəlməsi xüsusiy-
yətlərini də nəzərə almaq lazımdır. 


Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
98 
 
Faktik material üzərində iĢ zamanı müəllifin həll etdiyi əsas 
vəzifələr aĢağıdakılardan ibarətdir:  
1.
 
Faktik  materialın  davamlılığının,  onun  mühümlüyünün,  
yeniliyi baxımından qiymətləndirilməsi;  
2.
 
Faktiki materialın kifayət qədər  tam  təmsil  olunub-olun-
mağının qiymətləndirilməsi; 
3.
 
Faktların dəqiqliyinin və həqiqiliyinin qiymətləndirilməsi. 
  Sitatlar  faktik  materialın  xüsusi  formalarındandır.  Elmi 
məqalənin, xüsusilə icmal məqaləsinin redaktoru qarĢısında adətən 
onların prinsipial zəruriliyi haqqında məsələ durmur. Elm varislik 
əsasında  inkiĢaf  etdiyi  üçün  sələflər  tərəfindən  aparılmıĢ  araĢ-
dırma nəticələrinin iqtibas məqalə olunması çox zaman labüddür. 
Ġqtibaslar  məqalə  müəllifi  üçün  öz  nəzəri  müddəalarını  inkiĢaf 
etdirməkdə  istinad,  dayaq  rolunu  oynayır.  Bu  iqtibasların  məz-
munundan çıxıĢ edərək, nəzərdən keçirilən halın və yaxud hadisə-
nin obyektiv surətdə səciyyələndirilməsi və nəticələrin formalaĢdı-
rılması üçün zəruri olan inandırıcı sübutlar sistemini qurmaq olar. 
Müəllifin gətirdiyi ayrı-ayrı mühakimələrin, habelə güman olunan 
nəticələrin  əsaslandırılması  sübutu  üçün  də  iqtibaslardan  istifadə 
oluna  bilər.  Bütün  hallarda  istifadə  olunan  iqtibasların  sayı 
optimal olmalıdır.   
Əsərin qurulması hər Ģeydən öncə onun məqsədli təyinatının 
yerinə  yetirilməsini,  çatdırılan  informasiyanın  oxucu  tərəfindən 
asanlıqla  və  dəqiq  qavranılmasını  təmin  etməlidir.  Əsərin  kom-
poziyası  nəzərdən  keçirilərkən  onun  tərkib  hissələrə  (giriş,  əsas 
hissə  və  nəticə)  ayrılması  məqsədəuyğundur.  Təbiidir  ki,  baĢlıca 
vəzifələrdən  biri  əsas  hissənin  qurulmasının  qiymətləndi-ril-mə-
sindən ibarətdir. Onun həlli zamanı redaktor mətnlərin struktur xü-
susiyyətlərini  (təhkiyəvi,  təsviri  və  mühakimələr  üzərində  qurul-
muĢ)  nəzərə  almalıdır.  Təhkiyələrin  və  təsvirlərin  qiymətləndiril-
məsi zamanı baĢlıca diqqəti aĢağıdakılara yönəldirlər: əsas faktlar 
nə dərəcədə uğurla seçilmiĢdir, mahiyyət aydındırmı, Ģərhin zəruri 


Yüklə 2,9 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə