Mətnlərin nəşrə hazırlanması problemləri Vüsalə Musalı



Yüklə 2,9 Kb.
Pdf görüntüsü
səhifə39/71
tarix02.10.2017
ölçüsü2,9 Kb.
#2906
1   ...   35   36   37   38   39   40   41   42   ...   71

Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
122 
 
Ģərt  jurnalın  redaksiya  heyətinin  müxtəlif  ölkələri  təmsil  edən 
alimlər arasından seçilməsidir. Bundan əlavə, jurnalda dərc olunan 
məqalələrə istinadların verilməsi ən önəmli tələblərdəndir
136

Türkiyənin  elmi  qurumları  jurnalları  A,  B  və  C  siniflərinə 
bölür və dəyərlənmədə məhz bu bölgüdən istifadə edirlər. A sinfi-
nə müxtəlif elm sahələrində böyük nüfuza malik aparıcı elmi jur-
nallar, B sinfinə kifayət qədər mötəbər nəĢrlər, C sinfinə isə məh-
dud təsir dairəsinə malik jurnallar daxil edilir
137

Azərbaycanda nəĢr ounan elmi jurnalların nüfuzluları Ali At-
testasiya Komissiyası tərəfindən qeydiyyatdan keçmiĢ jurnallardır. 
Azərbaycan  Respublikasının  Prezidenti  yanında  Ali  Attestassiya 
Komisiyası  ölkəmizdə  dissertasiyaların  əsas  nəticələrinin  dərc 
olunması    tövsiyə  edilən  dövri  elmi  nəĢrlər  qarĢısına  aĢağıda-kı 
tələbləri qoymuĢdur.  
   1.Dövri elmi nəĢr Azərbaycan Respublikası Ədliyyə Nazir-
liyində dövlət qeydiyyatından keçməlidir. 
2.  Dövri  elmi  nəĢr  Beynəlxalq  Standart  Seriya  Nömrəsi 
(ĠSSN)  almalıdır.  Əgər  dövri  elmi  nəĢrin  elektron  variantı  varsa, 
onda o da qeydiyyatdan keçərək E-ĠSSN kodu almalı və   internet-
də yerləĢdirilməlidir. 
3. Dövri elmi nəĢrin  internetdə saytı  olmalı və onun «on-
line» olaraq məqalə qəbul etmək imkanı olmalıdır.  
4. Dövri elmi nəĢrin təsisçisi və ya təsisçiləri aydın Ģəkildə 
qeyd olunmalıdır. 
5.  Dövri  elmi  nəĢrin  redaksiya  heyəti  olmalıdır.  Müxtəlif 
elm  sahələri  üzrə  məqalələr  dərc  edən  dövri  elmi  nəĢrdə  hər  bir 
elm sahəsinin ayrıca redaktoru, redaksiya heyəti, uyğun elm sahə-
                                                           
136
Testa J. Thomson Reuters yayın seçme iĢlemi. 
http://thomsonreuters.com/content/science/pdf/ssr/journal_selection_essay-
turkish.pdf 
Bax: http://uvt.ulakbim.gov.tr/dergi_basvuru_sureci.pdf 
137
  Əliyev  F.,  Ağayev  ġ.  Azərbaycanda  elmin  problemləri  və  inkiĢaf  perspek-
tivləri. Bakı, Elm, 2011, s. 15. 


Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
123 
 
ləri  üzrə  mütəxəssislərdən  ibarət  anonim  rəyçiləri  olmalı  və  bu 
rəyçilər siyahısının anonimliyi dövri elmi nəĢrin redaksiya heyəti 
tərəfindən  qorunmalıdır.  Redaksiya  heyətinin  üzvləri  dövri  elmi 
nəĢrin    profilinə  uyğun    görkəmli  mütəxəssislərdən  ibarət  olmalı 
və onların redaksiya heyətinə daxil edilməsi üçün yazılı razılığı ol-
malıdır. Dövri elmi nəĢrdə redaksiya heyəti üzvlərinin hər birinin 
adı  (tam  Ģəkildə),  elmi  titulu,  elmi  dərəcəsi  və  elmi  adı  qeyd 
olunmalıdır. 
6.  Məqalələr  anonim  rəyçilərin  gizli  rəyindən  sonra  sahə 
redaktoru  və  ya  redaksiya  heyətinin  mütəxəssis  üzvlərindən  biri 
tərəfindən çapa tövsiyə  və  ya təqdim olunmalıdır. Məqalənin so-
nunda  onu  çapa  təqdim  edən  sahə  redaktorunun  və  ya  redaksiya 
heyəti  üzvünün  adı  (tam  Ģəkildə),  onun  elmi  titulu,  elmi  dərəcəsi 
və  elmi  adı  qeyd  olunmalıdır.  Təqdim  olunan  məqalənin  dərc 
olunmasından  imtina  edildiyi  halda  dövri  elmi  nəĢrin  redaksiyası 
yazılı  Ģəkildə  müəllifə  əsaslandırılmıĢ  imtina  cavabı  göndərməli-
dir. 
7. Dövri elmi nəĢrin redaksiyası Azərbaycan Respublikası-
nın Prezidenti yanında Ali Attestasiya Komissiyası ekspert Ģurala-
rının  sorğularına cavab  olaraq tələb olunan məqalənin dərc olun-
masına dair verilmiĢ rəyləri vaxtında təqdim etməlidir. 
8. Ali məktəb və ya elmi müəssisə tərəfindən nəĢr olunan 
dövri elmi nəĢr müəssisənin elmi fəaliyyət istiqamətlərinə, yüksək 
ixtisaslı  elmi  kadr  potensialına,  mövjud  elmi  infrastrukturuna, 
elmi tədqiqat və mütəxəssis hazırlığı istiqamətinə və s. uyğun ol-
malıdır. 
9. Dövri elmi nəĢr  öz profilinə uyğun məqalələri dərc et-
məlidir. Əgər dövri elmi nəĢr müxtəlif elm sahələri üzrə məqa-lə-
lər dərc edirsə, onda dövri elmi nəĢrdə bölmələr olmalıdır:  məsə-
lən, riyaziyyat, fizika, astronomiya və s., yaxud ədə-biyyatĢü-nas-
lıq, dilçilik və s. 


Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
124 
 
10. Dövri elmi nəĢrdə  onun dövriliyi göstərilməli və göz-
lənilməlidir. Dövri elmi nəĢrə 1-2, 3-4, 3-5 kimi nömrələr qoyma-
ğa icazə verilmir. 
11. Dövri elmi nəĢrin  redaksiyasının poçt ünvanı, telefon 
nömrəsi, elektron poçt ünvanı göstərilməlidir. 
12. Dövri elmi nəĢrin formatı jurnal formatında olmalı və 
250x180 mm-dən kiçik olmamalıdır. 
13. Dövri elmi nəĢr, elm sahələrinə uyğun olaraq, aĢağıda-
kı beynəlxalq xülasələndirmə və indeksləndirmə sistemlərindən ən 
azı  birinə  daxil  olmalıdır:  Web  of  Science,  Chemical  Abstracts, 
Current  Abstracts,  CAB  Abstracts,  Computer  and  Control 
Abstracts, Physics Abstracts, BIOSIS/Biological Abstracts, Histo-
rical  Abstracts,  Sociological  Abstracts,  Geological  Abstracts, 
SCOPUS, Web of Knowledge, Astrophysics, Pub Med, Mathema-
tics, Springer, Agris, Index Copernicus, AGRICOLA, GEOBASE, 
EBSCOhost,  Mathematical  Reviews,  Zentralblatt    Math,  Index 
Veterinarius,  ABI/Inform,  ANBAR,  COREJ,  Business  Periodical 
Index,  Philosopher’s  Index,  Science  Citation  Index  Expanded, 
Arts  and  Humanities  Citation  Index,  Social  Sciences  Citation 
Index,  INSPEC,  EMBASE,  SPIN,  Electrical  and  Electronics 
Index, Energy Research Abstracts, Current Physics Index, GeoRef 
və s.   
14. Dövri elmi nəĢrin hər hansı bir nömrəsində və ya onun 
adında dövri elmi nəĢr redaksiyasının əvvəlcədən müəyyən etdiyi 
yalnız bir seriyanı göstərməyə icazə verilir. 
15. Dövri elmi nəĢrdə  «müəlliflərin mövqeyi redaksiyanın 
mövqeyi ilə üst-üstə düĢməyə bilər» kimi ifadələrə rast gəlindikdə 
həmin  dövri  elmi  nəĢrin  Azərbaycan  Respublikasının  Prezidenti 
yanında Ali Attestasiya Komissiyasının «Azərbaycan Respublika-
sında  dissertasiyaların  əsas  nəticələrinin  dərc  olunması  tövsiyə 
edilən  dövri  elmi  nəĢrlərin  siyahısı»ndan  çıxarılması  məsələsinə 
baxılır. 


Yüklə 2,9 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə