Mətnlərin nəşrə hazırlanması problemləri Vüsalə Musalı



Yüklə 2,9 Kb.
Pdf görüntüsü
səhifə37/71
tarix02.10.2017
ölçüsü2,9 Kb.
#2906
1   ...   33   34   35   36   37   38   39   40   ...   71

Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
115 
 
məsi mərhələsində görəcəyi iĢlər və bu zaman baĢ verən qüsur və 
problemlər üzərində dayanmıĢdır
130
.   

 
Jurnalın  aid  olduğu  elm  sahəsinə  dair  rəyçilərin  siyahısı 
hazırlanmalıdır  və  məqalələr  yalnız  əlaqədar  mütəxəs-
sislərə göndərilməlidir. Bu mərhələdə baĢ verən yanlıĢlar-
dan  biri  rəyçilərin  məhdud  dairədən  seçilməsidir.  Bu  da 
məqalənin  mütəxəssis  olmayan  rəyçi  tərəfindən  dəyər-
ləndirilməsinə gətirib çıxarır. 

 
Rəyçinin  söylədiyi  bütün  qeydlər,  düzəliĢlər  aparıldıqdan 
sonra məqalə nəĢrə verilməlidir. Bu zaman baĢ verən yan-
lıĢlardan biri rəyçinin  yazdığı dəyiĢikliklərin hamısı nəzə-
rə alınmadan məqalənin iĢıq üzü görməsidir.  

 
Jurnala təqdim olunan bütün məqalələrin rəyə təqdim edil-
məsi vacibdir. Belə ki, bəzən tanınmıĢ alimin yazısı rəyçi-
lərə verilmədən nəĢr olunur.  

 
Məqalələr  dil,  üslub,  orfoqrafik  baxımdan  normal  olduğu 
halda  rəyçiyə  təqdim  olunmalıdır.  Redaktorlar  əsasən  bu 
iĢi  görmürlər  və  bu  da  həm  rəyçilərin  zamanını  alır,  həm 
də gecikdirir.      
Məqalələrə rəy verilməsi mərhələsini inkiĢaf etdirmək üçün 
bəzi yollar təklif olunur: 
1. Könüllülük əsasında rəyçilik; 
2. Rəyə görə müəyyən məbləğin ödənilməsi; 
3. Elmi dərəcə və elmi adlar verilən zaman jurnallarda rəyçi 
olmağın  nəzərə  alınması  və  bunun  üstünlük  kimi  qəbul  edilmə-
si
131

                                                           
130
 Gözen R. Dergilerin kalite güvencesi olarak hakemlik ve bazı sorunlar // 5. 
Ulusal Sosyal Bilimlerde Süreli Yayıncılık Kurultayı Bildirileri, 2010, s. 2-6. 
http://uvt.ulakbim.gov.tr/toplanti/uay10/gozen.pdf 
 
131
 Gözen R. Dergilerin kalite güvencesi olarak hakemlik ve bazı sorunlar // 5. 
Ulusal Sosyal Bilimlerde Süreli Yayıncılık Kurultayı Bildirileri, 2010, s. 2-6. 
http://uvt.ulakbim.gov.tr/toplanti/uay10/gozen.pdf 


Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
116 
 
Jurnallarda  bəzən  rəyçilər  müəllifdən,  müəlif  isə  rəyçidən 
gizlədilir.  Elmi  ədəbiyyatda  buna  “korluq”  (Blinding)  deyirlər. 
Bəzən  isə  sadəcə  rəyçi  anonim  saxlanılır,  bu  “maskalama”  (Un-
masking) adlanır. Açıq rəydə isə həm müəllifin rəyçinin, rəyçinin 
isə müəllifin kimliyindən məlumatı olur
132
.   
Rəyçi  blankı.  Bir  məqalənin  qiymətləndirilməsində  istifadə 
edilən  və  diqqətə  alınması  istənilən  meyarları  göstərən  “rəyçi 
blankı” bütün  rəy müddətini özündə əks etdirən sənəddir. Burada 
rəyçinin məqalə haqqındakı ayrıntılı qənaətləri yer alır: məqalənin 
mövzusunun jurnalın tematikasına uyğun olub-olmadığı, elmi ye-
niliyi,  mənbələrdən  yararlanma  səviyyəsi,  sərlövhənin  məqaləni 
əks etdirib-etdirməməsi, məqalənin axıcılığı, elmi üslubu və s. 
 Məqalənin  qəbul  olunub-olunmadığı  da  bu  blankda  qeyd 
edilir. 
 
                                                           
132
  Kapçı  E.G.  Hakemlik  sürecindeki  geliĢmelerin  değerlendirilmesi:  nasıl  iyi 
bir  hakem  olunur?  //  5.  Ulusal  Sosyal  Bilimlerde  Süreli  Yayıncılık  Kurultayı 
Bildirileri. 2010. 
http://uvt.ulakbim.gov.tr/toplanti/uay10/kapci.pdf 
 


Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
117 
 
 
 
Rəy blankı 
 
 


Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
118 
 
Azərbaycanda elmi jurnalların nəşri vəziyyəti və 
perspektivlər 
 
Müasir  dünyada  minlərlə  elmi  jurnal  nəĢr  olunur.  Hazırda 
elmi  nəĢrlərin  qiymətləndirilməsi  jurnal  məqalələrinə  istinadların 
statistik  analizi  əsasında  ABġ-dakı  Elmi  Ġnformasiya  Ġnstitutu 
(EĠĠ)  tərəfindən  aparılır.  Bu  institutu  1960-cı  ildə  E.Qarfild  təsis 
etmiĢdir.  1992-ci  ildən  Elmi  Ġnformasiya  Ġnstitutu  Tomson-
Reuters korporasiyasının tərkib hissəsidir. Ötən əsrin 60-cı illərin-
dən etibarən EĠĠ qiymətləndirmədə əsas göstərici kimi jurnalların 
təsir  əmsalından  istifadə  edir.  Təsir  əmsalı  nəĢrdəki  əsərlərin,  bu 
əsərlərdəki ideya və nəticələrin elmin müəyyən sahəsinin inkiĢafı-
na  təsir  imkanının  ədədi  ifadəsidir.  Təsir  əmsalı  böyuk  və  kiçik 
həcmli, müxtəlif dövriliklə və zaman kəsiyində nəĢr olunan jurnal-
ların  qiymətləndirilmədə  imkanlarını  bərabərləĢdirmək  baxımın-
dan mühüm göstəricidir
133

2011-ci  ildə  BDU  və  AMEA  Ġnformasiya  Texnologiyaları 
Ġnstitutunda Thomson Reuters Agentliyinin Mərkəzi və ġərqi Av-
ropa üzrə səhiyyə və  elm məsələlərinə dair  meneceri  D.Horki və 
Türkiyənin MĠKRO Bilgi Kayıt və Dağıtım A.ġ. Ģirkətinin layihə 
və beynəlxalq satıĢ üzrə direktoru M.Tunç ilə görüĢ keçirilmiĢdir.  
Tədbirdə  dünyanın  ən  iri  elmi  informasiya  mənbəyi  olan 
Thomson Reuters Agentliyinin elmi jurnalların impakt-faktorunun 
hesablanması sahəsində fəaliyyətindən, agentliyin verilənlər baza-
sına  daxil  olan  müxtəlif  dünya  ölkələrinin  elmi  jurnallarının  im-
pakt-faktorunun hesablanması istiqamətində apardığı iĢlərdən bəhs 
olunmuĢdur.  Belə  ki,  son  zamanlar  elmi  informasiyanın  artması 
qiymətləndirmə  sistemində  müəyyən  dəyiĢikliklərin  edilməsinə 
zəruriyyət  yaratmıĢdır və bu istiqamətdə dünya  ölkələrində müx-
təlif yanaĢmaların mövcuddur. 
                                                           
133
 Əliyev F., Ağayev ġ. Azərbaycanda elmin problemləri və inkiĢaf perspektiv-
ləri. - Bakı: 2011, s. 13-14. 


Yüklə 2,9 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə