Mətnlərin nəşrə hazırlanması problemləri Vüsalə Musalı



Yüklə 2,9 Kb.
Pdf görüntüsü
səhifə40/71
tarix02.10.2017
ölçüsü2,9 Kb.
#2906
1   ...   36   37   38   39   40   41   42   43   ...   71

Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
125 
 
16.  Məqalələr  dövri  elmi  nəĢrin  təsis  sənədlərində  qeyd 
edilmiĢ  dildə  və  ya  dillərdə  (məsələn,  Azərbaycan,  ingilis  və  rus 
dillərində) dərc oluna bilər. Xarici dildə məqalələr dərc edən dövri 
elmi nəĢrin redaksiya heyəti üzvlərinin  sırasında dərc olunan mə-
qalənin aid olduğu elm sahəsi üzrə xarici dili bilən tanınmıĢ mü-
təxəssis olmalıdır.  
17. Dövri  elmi  nəĢr  hansı  dillərdə məqalə  dərc  edirsə,  hə-
min dillərin hər birində məqalə müəllifləri üçün qaydalar verilmə-
lidir. 
18. Dövri elmi nəĢrdə baxılan elm və ya texnologiya sahə-
sində qabaqcıl olan dünya ölkələrindən daxil olan məqalələrin ça-
pına yer verilməlidir. 
19.  Məqalələrin  mətnləri  Times  New  Roman-12  Ģrifti  ilə 
(məsələn,  Azərbaycan  dilində  latın  əlifbası,  rus  dilində  kiril  əlif-
bası, ingilis dilində ingilis əlifbası ilə) 1 intervalla çap olunmalıdır. 
20. Hər bir məqalə yeni səhifədə verilməli və səhifənin yu-
xarısında  dövri  elmi  nəĢrin  adını,  ilini,  cildini,  sayını,  məqalənin 
baĢlanğıc və son səhifələrini bildirən baĢlıq olmalıdır. 
21.  Məqalədə  müəllif(lər)in  iĢlədiyi  müəssisə(lər)  və  hə-
min  müəssisənin  (müəssisələrin)  ünvan(lar)ı,  müəllif(lər)in 
elektron poçt ünvan(lar)ı göstərilməlidir. 
22.  Elmi  məqalənin  sonunda  elm  sahəsinin  və  məqalənin 
xarakterinə  uyğun  olaraq,  müəllif(lər)in  gəldiyi  elmi  nəticə,  iĢin 
elmi  yeniliyi,    tətbiqi  əhəmiyyəti,  iqtisadi  səmərəsi  və  s.  aydın 
Ģəkildə verilməlidir. 
23. Məqalənin mövzusu ilə bağlı elmi mənbələrə istinadlar 
olmalıdır. Məqalənin sonunda verilən ədəbiyyat siyahısı ya istinad 
olunan  ədəbiyyatların mətndə rast gəlindiyi ardıcıllıqla (məsələn, 
[1] və ya  [1, s.119] kimi iĢarə olunmalı) ya da əlifba ardıcıllığı ilə 
nömrələnməlidir.  Eyni  ədəbiyyata  mətndə  baĢqa  bir  yerdə  təkrar 
istinad  olunarsa,  onda  istinad  olunan  həmin  ədəbiyyat  əvvəlki 
nömrə ilə göstərilməlidir.  


Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
126 
 
24. Ədəbiyyat  siyahısında verilən  hər bir  istinad  haqqında 
məlumat tam və dəqiq olmalıdır. Ġstinad olunan mənbənin bib-lio-
qrafik  təsviri  onun  növündən  (monoqrafiya,  dərslik,  elmi  məqalə 
və s.) asılı olaraq verilməlidir. Elmi məqalələrə, simpozium, kon-
frans və digər nüfuzlu elmi tədbirlərin materiallarına və ya tezislə-
rinə istinad edərkən məqalənin, məruzənin və ya tezisin adı göstə-
rilməlidir. Ġstinad olunan mənbənin biblioqrafik təsviri verilərkən 
Azərbaycan  Respublikasının  Prezidenti  yanında  Ali  Attestasiya 
Komissiyasının «Dissertasiyaların tərtibi qaydaları» barədə qüvvə-
də olan təlimatının «Ġstifadə edilmiĢ ədəbiyyat» bölməsinin 10.2-
10.4.6 tələbləri əsas götürülməlidir. 
25.  Məqalənin  sonundakı  ədəbiyyat  siyahısında  son  5-10 
ilin  elmi  məqalələrinə,  monoqrafiyalarına  və  digər  etibarlı  mən-
bələrinə üstünlük verilməlidir. 
26. Dərc  olunduğu  dildən  əlavə  baĢqa  iki dildə məqalənin 
xülasəsi  verilməlidir.  Məqalələnin  müxtəlif  dillərdə  olan  xü-lasə-
ləri  bir-birinin  eyni  olmalı  və    məqalənin  məzmununa  uyğun  ol-
malıdır. Məqalədə müəllifin və ya müəlliflərin gəldiyi elmi nəticə, 
iĢin  elmi  yeniliyi,  tətbiqi  əhəmiyyəti  və  s.  xülasədə  yıgcam  Ģə-
kildə  öz  əksini  tapmalıdır.  Xülasələr  elmi  və  qramatik  baxımdan 
ciddi  redaktə  olunmalıdır.  Hər  bir  xülasədə  məqalənin  adı, 
müəllifin və ya müəlliflərin tam adı göstərilməlidir. 
27.  Hər  bir  məqalədə  UOT  indekslər  və  ya  PAJS  tipli 
kodlar  və  açar  sözlər  göstərilməlidir.  Açar  sözlər  üç  dildə  (mə-
qalənin və xülasələrin yazıldığı dillərdə) verilməlidir. 
28.  Məqalənin  redaksiyaya  daxil  olma,  təkrar  iĢlənməyə 
göndərilmə və çapa qəbul olunma tarixləri sonda göstərilməlidir. 
29. Dövri elmi nəĢrin redaksiyası məqalənin dərc olunması 
ilə əlaqədar olaraq müəllif və ya müəlliflərin razılığını, göndərilən 
məqalənin  əvvəllər  dərc  olunmadığını  (məqalənin  tezis  Ģəklində 
dərc  olunmuĢ  variantı  istisna  olmaqla),  məqalənin  hər  hansı  bir 
dildəki  variantının  eyni  zamanda  digər  dövri  elmi  nəĢrlərə  gön-
dərilmədiyini  və  məqalə  ilə  bağlı  elmi-tədqiqat  iĢinin  hansı  mü-


Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
127 
 
əssisədə  yerinə  yetirildiyini  əks  etdirən  anket  hazırlamalıdır.  Bu 
anketi  müəllif(lər)  imzalayıb  redaksiyaya  göndərməli  və  ya  dövri 
elmi nəĢrin   saytına daxil olub anketin elektron variantını doldur-
malı və onu elektron təsdiqləməlidir(lər). 
30. Elmi jurnallarda «əvvəli ötən saylarımızda», «ardı növ-
bəti nömrədə» adı altında seriya məqalələrin dərc olunmasına ica-
zə verilmir.  
31.  Dövri  elmi  nəĢrin  əvvəlki  nömrələrində  dərc  olunmuĢ 
məqalələrdə rast gəlinən ciddi səhvlər və ya texniki qüsurlara dair 
düzəliĢ  və  qeydlər  elmi  nəĢrin  növbəti  nömrələrindən  birində 
müəllif(lər) tərəfindən yenidən verilə bilər. Bu halda əvvəlki mə-
qalə  ilə  «DÜZƏLĠġ»  bölməsində  verilən  məqalənin  adı  eyni  ol-
malıdır.  
32. Plagiatlıq faktı aĢkar edilən məqalələri dərc edən dövri 
elmi  nəĢrin  redaksiyasına  Azərbaycan  Respublikasının  Prezidenti 
yanında  Ali  Attestasiya  Komissiyası  tərəfindən  ciddi  xəbərdarlıq 
edilir  və  bu  faktlara  təkrar  rast  gəlindiyi  halda  həmin  dövri  elmi 
nəĢrin  Ali  Attestasiya  Komissiyasının  müəyyən  etdiyi  «Azərbay-
can Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olun-
ması tövsiyə edilən dövri elmi nəĢrlərin siyahısı»ndan çıxarılması 
məsələsinə baxılır. 
33.  Dövri  elmi  nəĢrin  zəruri  nüsxələri,  ixtisaslara  uyğun 
olaraq,  Azərbaycan  Respublikasında  dissertasiyaların  avtoreferat-
larının göndərildiyi təĢkilatlara, o cümlədən Azərbaycan Respubli-
kasının  Prezidenti  yanında  Ali  Attestasiya  Komissiyasına    gön-
dərilməlidir. Elmi nəĢrin hər bir nömrəsinin nəzərdə tutulmuĢ ki-
tabxanalardan hər birinə göndərilən nüsxələrinin sayı ikidən az ol-
mamalıdır.  
34. Dövri elmi nəĢrin minimal tirajı müəyyən edilərkən 33-
cü bəndin tələbləri nəzərə alınmalıdır. 
35.  Dövri  elmi  nəĢrin  redaksiyasına  doktorant  və  disser-
tantlardan  həmin  elmi  nəĢrdə  məqalələrin  dərc  olunması  üçün 
rüsum alınmasına icazə verilmir. 


Yüklə 2,9 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə