Mətnlərin nəşrə hazırlanması problemləri Vüsalə Musalı



Yüklə 2,9 Kb.
Pdf görüntüsü
səhifə43/71
tarix02.10.2017
ölçüsü2,9 Kb.
#2906
1   ...   39   40   41   42   43   44   45   46   ...   71

Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
134 
 
Соловьев  В.И.,  Рябинина  Н.З.  Редакторская  подготовка 
периодических  изданий:  Учебное  пособие  М.: Изд-во  МГАП 
«Мир книги», 1993. - 100 с.   
Теория  и  практика  редактирования:  Хрестоматия  /  Сост. 
Сикорский Н.М., Толстяков А.П.; Под ред. Н.М. Сикорского. 2-
е изд., перераб. - М.: Изд-во МПИ, 1990.  384 с.   
Щербаков  А.С.  Организация  работы  редакции  журнала:  Учеб. 
пособие  для  вузов  по  спец.  «Журналистика».  -  М.:  Высшая 
школа, 1987. - 208 с. 


Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
135 
 
VI FƏSĠL 
SORAQ-MƏLUMAT NƏġRLƏRĠ 
 
Soraq-məlumat kitabları elmi və ya tətbiqi xarakter daĢıyan, 
sıra  ilə  düzülmüĢ,  axtarıĢ  üçün  rahat,  bütünlüklə  oxucu  nəzərə 
alınmaqla hazırlanmıĢ nəĢrlərdir. Bu əsərlər üçün faktların xüsusi 
seçimi, özünəməxsus dil və üslub, Ģərhlərin qısalığı vacib Ģərtlər-
dəndir.  Soraq  nəĢrlərinin  tərtibinin əsas  tələbi  onun  konsepsiyası-
nın maksimum dərəcədə dəqiqliyi və dolğunluğudur.  
 
Ensiklopedik nəşrlər 
 
Ensiklopediya  -  hər  hansı  və  ya  bütün  sahələrə  dair  məlu-
matlar qısa məqalə Ģəklində Ģərh olunmuĢ, əlifba və ya sistematik 
qaydada verilmiĢ nəĢrdir. Ensiklopediyanın vəzifəsi nəzərdə tutul-
muĢ  həcmdə  bütün  sahələrə  (universal)  və  ya  konkret  bir  sahəyə 
(xüsusi) dair sistemləĢdirilmiĢ məlumat verməkdir. Ensiklopediya-
ya qarĢı qoyulan tələblərdən ən vacibi Ģərhin müxtəsərliyidir.  
Əsas mətnin strukturuna görə ensiklopediyaları əlifba və sis-
temli  ensiklopediyalara  ayrılırlar.  QarıĢıq  strukturlu  ensiklopedi-
yalar  da  mövcuddur.  Buraya  sistemli  əlifba  və  ya  əlifba  sistemli 
ensiklopediyalar aiddir.  
Əlifba ensiklopediyalarının əsas struktur vahidi ensiklopedik 
məqalə  lüğəti  hesab  olunur.  Sərlövhə  sözü  məqalənin  təsvir  ob-
yektini əks etdirir. Sərlövhə söz, söz birləĢməsi, ifadə, termin, Ģəxs 
adı və s. əhatə edə bilər. Məqalədə mətndə bəhs olunan obyektin 
xarakteristikası verilir.  
Ensiklopediyada  məqalələr  bir-birini  təkrar  etməməlidir. 
Təkrarların qarĢısını  almaq  çün mətndaxili istinadlar verilməlidir. 
Ensiklopediyalarda  yerə  qənaət  etmək  və  nəĢrdə  mətn  və  il-
lüstrasiya  materiallarının  bütün  elementlərini  vahid  Ģəklə  salmaq 


Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
136 
 
üçün qısaltma və şərti işarələrdən istifadə olunur. Bu iĢarələr qı-
saltma və Ģərti iĢarələr siyahısında yer alır.  
Oxucu ünvanına  görə  ensiklopediyalar elmi,  elmi-kütləvi  və 
kütləvi ensiklopediyalara ayrılır.  
Ensiklopedik  lüğət,  sorğu  və  məlumat  nəĢrlərində  hər  dəfə 
mətnin yalnız kiçik bir hissəsi oxunduğuna görə kitab, ölçüsü 6-8 
pt  (keql)  olan  kiçik  Ģriftlərlə  də  tərtib  olunsa,  göz  yorulmur.  Cib 
lüğətləri üçün isə, bəzən ölçüsü 7 pt olan Ģrift seçilir
139

Elmi ensiklopediyalar mütəxəssislər üçün nəzərdə tutulur və 
ayrı-ayrı problemlərin ciddi iĢlənməsini tələb edir (Məsələn «Bö-
yük tibb ensiklopediyası»).  
Elmi-kütləvi  ensiklopediyalar  geniĢ  oxucu  kütləsinə  ünvan-
lanır  və  hər  hansı  bir  oxucu  qrupunun  marağı  nəzərə  alınaraq, 
problem kifayət qədər hərtərəfli iĢıqlandırılır (Məsələn, «Qısa tibb 
ensiklopediyası»).  
Kütləvi ensiklopediyalar gündəlik həyat və asudə vaxt keçir-
mək  üçün  geniĢ  məlumat  dairəsini  əhatə  edir  (Məsələn,  «Sizin 
uĢaq», «Ailə ensiklopediyası» ). 
Ġnformasiyanın  xarakterinə görə ensiklopediyalar  universal, 
xüsusi və regional kimi növlərə ayrılır. 
Universal ensiklopediyalar bütün bilik sahələrinə dair məlu-
matları  əhatə  edir  və  elmi-kütləvi  ensiklopediyaların  tələblərinə 
cavab verir (Məsələn, «Böyük Sovet Ensiklopediyası», «Azərbay-
can Sovet Ensiklopediyası» ). 
Xüsusi ensiklopediyalar müəyyən bir sahəyə həsr olunur və 
elmi, elmi-kütləvi, kütləvi ensiklopediyalara aid edilir. 
Regional  ensiklopediyalar  hər  hansı  rayon,  Ģəhər  haqqında 
məlumatı əhatə edə bilər.  
Xüsusi ensiklopediyaların özləri də sahəvi (Fizika ensiklope-
diyası),  tematik  (ġahmat  ensiklopediyası)  və  şəxsi  (Füzuli  ensik-
lopediyası) ensiklopediyalara ayrılır.  
                                                           
139
 Ələsgərova Ġ. Kitabın bədii və texniki tərtibatı. Bakı, 2010, s. 95. 


Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
137 
 
Mətnin  verilməsi  üsullarna  görə  ensiklopediyaları  bircildli 
və çoxcildli ensiklopediyalara ayrılırlar.  
Həcminə  görə  ensiklopediyalar  böyük  (10  cildlərlə),  kiçik 
(10-12  cild),  qısa  (4-6  cild),  ensiklopedik  lüğət  (1-3  cild)  xa-rak-
terli  olur. 
Ensiklopediyaların  aparatına  müşaiyət  edici  məqalə,  qı-
saltma    şərti  işarələrin  siyahısı,  istinad  sistemi,  köməkçi  gös-
təricilər, biblioqrafik aparat və mündəricat daxildir.  
 
Ensiklopediyaların hazırlanması və onlar üzərində redaktor işi  
 
Məqalə adları 
Redaktor  ensiklopediya  üçün  yazılan  məqalə  üzərində  iĢlə-
yərkən izah olunan məfhum və ya mövzuların prinsipial məsələlə-
rinə  xüsusi  diqqət  yetirməlidir.  Məqalələrdə  verilən  məlumat  də-
qiq olmalı, ən yeni material və faktlara əsaslanmalı, səlis və yığ-
cam bir dillə ifadə edilməlidir. Ensiklopediya üçün yazılan hər bir 
məqalə onun baĢlığının tərifi ilə baĢlayır.  
Məqalə adları (sözlər və terminlər) əsasən isim Ģəklində ve-
rilməlidir və mümkün qədər tək halda olmalıdır (Məsələn, zəlzələ, 
təyyarə  və  s.).  Məqalə  adı  qəbul  edilən  elmi  terminologiyaya  uy-
ğun gələndə cəm halında verilə bilər (Məsələn: Səfəvilər, Abbasi-
lər)
140
.  
Məqalələrə  ad  verilərkən  oxucunun  maraqlandığı  məlumatı 
birinci  növbədə  hansı  sözlə  baĢlayan  məqalədə  axtara  biləcəyini 
nəzərə almaq lazımdır. Məlumatın baĢqa yerdə axtarılacağı güman 
edilərsə, müvafiq müraciət məqalələri verilməlidir. Məsələn:  
a)
 
Quru meyvə – bax Qax; b) Meyvə qurusu – bax Qax  
Məqalənin  adı,  onun  mətnindən  fərqli  olaraq,  qara,  böyük 
hərflərlə verilməlidir. Adı bir neçə sözdən ibarət olan idarə və təĢ-
                                                           
140
  Azərbaycan  Sovet  Ensiklopediyası  redaktorları  üçün  metodik  göstəriĢlər.  – 
Bakı: ASE BaĢ redaksiya, 1967, s. 10. 


Yüklə 2,9 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə