Mətnlərin nəşrə hazırlanması problemləri Vüsalə Musalı



Yüklə 2,9 Kb.
Pdf görüntüsü
səhifə44/71
tarix02.10.2017
ölçüsü2,9 Kb.
#2906
1   ...   40   41   42   43   44   45   46   47   ...   71

Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
138 
 
kilatlar  haqqındakı  məqalənin  sərlövhəsi  yığcam  olmalı,  idarənin 
rəsmi adının əsas ünsürlərini əhatə etməli və elə sözlə baĢlamalıdır 
ki, oxucunun məqaləni məhz bu sözdə axtaracağı ehtimal olunsun. 
Bu kimi hallarda idarə və ya təĢkilatın tam adı, məqalənin yığcam 
adından sonra mö-tərizədə seyrək verilir.  
Müxtəlif sahələrə aid bir neçə məqalə ümumi bir adla veri-
lirsə,  hər  məqalənin  xüsusiyyəti  məqalənin  adından  sonra  seyrək 
verilir. Məsələn: 
KORPUS (poliqrafiyada) - 
Bir-birinə  oxĢayan və  ya çox  yaxın  olan məfhumlar ümumi 
ad altında birləĢdirilə bilər. Bu cür birləĢdirilmiĢ məqalələr oxucu-
lara yalnız soraq məlumatı vermək məqsədi ilə yazılmıĢ kiçik mə-
qalələrədən ibarət olmalıdır. Məsələn, 
ĠNTERVAL (lat. Intervallum sözündən: ara, məsafə), musiqidə və 
akustikada - 
 Əsas məqalə adı, bir qayda olaraq, qısaldılmıĢ söz Ģəklində 
verilə bilməz. 
Bir  təĢkilatın  qısaldılmıĢ  adı  çox  iĢlənirsə,  qısaldılmıĢ  ad 
əsasən müraciət məqaləsi Ģəklində verilir Məsələn:  
NATO – bax ġimali Atlantika Paktı. 
Azərbaycan dilində  və  baĢqa dillərdən  birində  eyni  mənada 
iĢlədilən termindən bəhs edilən məqalənin adı Azərbaycanca veri-
lir; baĢqa dildəki  termin isə məqalənin  adından  sonra mötərizədə 
seyrək verilməlidir.  
Məsələn: 
ġƏBKORLUQ (hemeralopiya) – 
Bu kimi hallarda baĢqa dildəki termin ancaq müraciət məqa-
ləsi Ģəklində verilə bilər.  
Məsələn: 
HEMERALOPĠYA (yun.) – görmə qabiliyyətinin pozulması, bax 
Şəbkorluq. 
Xarici dildəki xüsusi isimlərə, ad və soyadlara, coğrafi adla-
ra, dövri mətbuat orqanlarına və s. aid məqalə adları ensiklope-di-


Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
139 
 
yalar üçün müəyyən olunmuĢ transkripsiya prinsiplərinə uyğun Ģə-
kildə yazılmalıdır. 
Məsələn: 
«Cümhuriyyət» («Cumhuriyet» - «Respublika») – 
Heyvan,  quĢ  və  bitkilərdən  bəhs  edən  məqalə  adlarından 
sonra bunların latınca adları mötərizədə verilir. 
Məsələn: 
Zürafə (Girafe) -  
Məqalənin  adını  təĢkil  edən  terminin  sinonimi  varsa,  sino-
nim mötərizədə seyrək yazılmalıdır. 
Məsələn: 
GÖY (səma) – 
Məqalənin  adından  sonra  onun  latıncası  veriləndə  sinonim-
lər mötərizədəki latınca addan əvvəl seyrək verilib, vergüllə ayrıl-
malıdır. 
Məsələn: 
KOALA, kisəli ayı (Phascolarctus cinereus), - 
Məqalənin adını təĢkil edən terminin mənĢəyi haqqında mö-
tərizədə  məlumat  verilərsə,  müxtəlif  mənĢəli  sinonimlər  verilən 
məlumatdan  sonra  yazılır.  Tək  mənĢəli  sinonimlərdə  isə  əvvəlcə 
sinonimin özü yazılır.  
Məsələn: 
PASTORAL (fran. Pastorale – çobansayağı) – 
 
Terminlərin mənşəyi. Ensiklopediyalarda verilən məqalə ad-
larında  baĢqa  dillərdən  gəldiyi  Ģübhəsiz  olan  bütün  terminlərin 
mənĢəyi  haqqında  məlumat  verilməlidir.  Hər  hansı  bir  terminin 
mənĢəyi  haqqında  kifayət  qədər  səhih  göstəriĢ  olmadığı  hallarda 
mənĢə  haqqında  məlumat  verməyə  ehtiyac  yoxdur.  Heyvan  və 
bitki növlərini, soylarını, siniflərini, fəsilələrini, təĢkil edən bioloji 
terminlər, kimyəvi birləĢmə adları, dərman adlarının mənĢəyi haq-
qında məlumat verilməsinə ehtiyac yoxdur. 


Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
140 
 
Terminlərin  mənĢəyi  haqqındakı  məlumat  mümkün  qədər 
qısa olmalı və hansı dildəki sözdən əmələ gəldiyi göstərilməlidir. 
Lazım olduğu hallarda terminin mənbəyi də qeyd edilir.  
Məsələn: 
KAPĠTAL (fran və ing. Capital; lat. caput – baĢ, baĢlıca hissə) 
Termin o qədər də məĢhur olmayan bir dildən alınmıĢsa, bu 
terminin  mənĢəyi  haqqında  verilən  məlumatda  yalnız  terminin 
hansı dildən götürüldüyünü göstərmək kifayətdir. 
Məsələn: 
RAFĠYA (malaqasi dilindən). 
BaĢqa  dillərdən  gələn  termin  mürəkkəb  sözdən  ibarətdirsə, 
termini təĢkil edən ayrı-ayrı hissələrin kökü göstərilməlidir.  
Məsələn: 
VƏTƏNPƏRVƏRLĠK (ərəb. vətən – vətən, + farsca pərvər – sevən + 
azər. lik Ģəkilçisi). 
BaĢqa  dillərdən  alınmıĢ  termin  bir  neçə  məqalənin  adında 
təkrar  olunarsa,  bu  terminin  mənĢəyi  haqqında  yalnız  bir  dəfə, 
həm də əsas məqalədə məlumat verilir
141
.  
Xarici  terminlərdən  ibarət  məqalə  adlarında  çox  təkrar  olu-
nan ön Ģəkilçilər və söz sonluqları ayrıca məqalə Ģəklində yer al-
malı  və  bunların  etimologiyası  izah  edilməlidir.  Xarici  mürəkkəb 
sözlərin mənĢəyi haqqında məlumat veriləndə bu ön Ģəkilçilərə və 
söz  sonluqlarına  aid  izahat  təkrar  edilməməli,  bunları  izah  edən 
məqalələrə müraciət etmək lazım gəldiyi göstərilməlidir.  
Məsələn: 
ANTROPO...  (yun.  insan)  xarici  mürəkkəb  sözlərin  əvvəlində  gələrək, 
bunların insana aid olduğunu göstərir
.  
Məsələn, Antropologiya, antropogenez və s. 
Avropa  mənĢəli  terminin  etimlogiyası  haqqında  verilən  mə-
lumat latın və yunan hərfləri ilə, ərəb və fars dillərindən gəlmə söz 
və terminlər isə ərəb hərfləri ilə yazılmalıdır. 
                                                           
141
  Azərbaycan  Sovet  Ensiklopediyası  redaktorları  üçün  metodik  göstəriĢlər.  – 
Bakı: ASE BaĢ redaksiya, 1967, s. 14. 


Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
141 
 
 
Ensiklopediyalarda  terminlərin  tərifi.  Ensiklopediyalarda 
hər bir məqalə, adətən, məqalənin adını təĢkil edən terminin, məf-
humun,  hadisənin  tərifi  ilə  baĢlanır.  Yalnız  məqalənin  adını  Ģərh 
etməyə  ehtiyac  olmadıqda  tərif  verilmir.  Tərif  müəyyən  terminin 
əsas məzmununu qısa və ümumiləĢdirilmiĢ Ģəkildə ifadə etməli və 
bir qayda olaraq, müəyyən anlayıĢın əsas və ən mühüm əlamətləri-
ni göstərməlidir.  
Məsələn: 
SĠKLOTRON (yun. siklo+...tron) – atom nüvələrini parçalamaq məqsədi 
ilə elektriklənmiĢ zərrəciklərə böyük sürət verən qurğu. 
Müəyyən bir tarixi hadisə, elmi nəzəriyyə və ya siyasi cərə-
yanın tərifi veriləndə onun yalnız vaxtını, yerini və zahiri cəhətlə-
rini göstərməklə kifayətlənmək olmaz. Tərifdə həmin hadisəyə qı-
saca  elmi  qiymət  verilməli,  onun  əsas  ictimai-siyasi  məzmunu, 
baĢlıca nəticələri və tarixi əhəmiyyəti qeyd edilməlidir.  
Tərifi mümkün qədər bir cümlə ilə verməyə çalıĢmaq lazım-
dır. Cümlənin baĢlanğıcını təĢkil edən məqalənin adı cümlənin qa-
lan hissələrindən tire  ( – ) ilə ayrılır. Tərifin əsas məzmununu bir 
cümlə ilə vermək mümkün deyilsə, tərif iki cümlədən də ibarət ola 
bilər.  Belə  hallarda  iki  cümlə  bir-birindən  nöqtəli  vergüllə  ay-rıl-
malıdır.  
Məsələn: 
LUVR  (Louvre)  –  Parisdə  fransız  memarlığının  görkəmli  abidəsi;  dün-
yanın ən böyük bədii xəzinələrindən biridir. 
Hər hansı mürəkkəb anlayıĢın tərifi hökmən misal gətirilmə-
sini  tələb edirsə, misal  mötərizəyə  alınır. Tərifin daha  geniĢ  Ģərhi 
məqalənin mətnində verilir
142
.  
Məsələn: 
KARLOVSI  KONQRESĠ  (1698-1699)  –  “Müqəddəs  ittifaq”  (Rusiya, 
Avstriya,  Venesiya,  PolĢa)  ilə  Türkiyə  arasındakı  müharibə  qurtarandan  sonra 
                                                           
142
 Azərbaycan Sovet Ensiklopediyası redaktorları üçün metodik göstəriĢlər. – 
Bakı: ASE BaĢ redaksiya, 1967, s. 17. 


Yüklə 2,9 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə