Mətnlərin nəşrə hazırlanması problemləri Vüsalə Musalı



Yüklə 2,9 Kb.
Pdf görüntüsü
səhifə47/71
tarix02.10.2017
ölçüsü2,9 Kb.
#2906
1   ...   43   44   45   46   47   48   49   50   ...   71

Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
148 
 
Şəkillər.  Ensiklopediyalarda  verilən  Ģəkillər  aĢağıdakı  əsas 
növlərə bölünür:  
FotoĢəkillər,  incəsənət  əsərlərinin  reproduksiyaları,  çertyoj 
və sxemlər, qrafik və diaqramlar
146

Bütün portretlər üçün müəyyən edilmiĢ standart ölçü 2,8x3,7 
sm-dir. 
Hər  bir  Ģəklin  altında  yazısı  olmalıdır.  ġəkilaltı  yazı  müm-
kün qədər qısa olmalı, Ģəklin əsas məzmununu oxucuya çatdırma-
lıdır. Məqalələrdə elmi və ya texniki xarakterli bir neçə Ģəkil veri-
lərsə,  bunlar  əsasən  nömrələnməlidir.  Məqalənin  məzmunu  tələb 
etdiyi  halda  Ģəkillərə  müraciət  edilməsi  oxuculara  məsləhət 
görülməlidir. Məsələn: Ģək. 1. 
ġəkillərə  baxılması  oxuculara  aĢağıdakı  hallarda  tövsiyə 
edilir:  

 
Oxucunu  Ģtrix  Ģəkillərə,  çertyojlara  və  ayrı-ayrı  texniki 
obyektlərin  fotolarına  baxdırmaq  lazım  gəldikdə  (Ģək.  1, 
Ģək 2).  

 
ġəhərlərin, mənzərələrin, incəsənət əsərlərinin və sənəd-
lərin  fotoĢəkillərinin  aid  olduğu  məqalə  ilə  bir  yerə  düĢ-
mədiyi hallarda (Ģək. 1, s. 4). 
BaĢqa məqalə və ya cildlərdə gedən Ģəkillərə baxılması oxu-
cuya  tövsiyə  ediləndə,  ancaq  məqalənin  adı  verilir,  cild  və  səhifə 
göstərilmir. Məsələn: “Bax Memarlıq məqaləsinin Ģəkillərinə”. 
Ensiklopediyalarda bir qayda olaraq bütün Ģəkillərin altından 
yazı  verilir.  Tərcümeyi-hal  məqalələri  istisna  təĢkil  edir.  Kiçik 
məqalələrdə  məqalənin  adı  Ģəklin  nəyi  təsvir  etdiyini  göstərirsə, 
Ģəkilaltı yazı verilmir. Məsələn, Qırqovul.  
Məqaləyə  bir  neçə  Ģəkil  verildikdə  və  Ģəkillər  mətndə  Ģərh 
edildikdə hər bir Ģəklin altında nömrəsi yazılır. 
                                                           
146
  Azərbaycan  Sovet  Ensiklopediyası  redaktorları  üçün  metodik  göstəriĢlər.  – 
Bakı: ASE BaĢ redaksiya, 1967, s. 45. 


Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
149 
 
ġəkilaltı  yazılar  məzmun  baxımından  bir  neçə  yerə  ayrılır: 
fiziki coğrafiyaya; iqtisadi coğrafiyaya; incəsənət əsərlərinə; tarixi 
hadisələrə; təbiətĢünaslığa; texniki xarakterli Ģəkillərə və portretlə-
rə dair. 
Fiziki  coğrafiyaya  aid  bir  mənzərə  təsvir  edilərkən  mütləq 
onun tərifi verilir və harada yerləĢdiyi göstərilir.  
Məsələn:  
Sabirabad ərazisində Kür və Araz çaylarının bir-birinə qovuĢduğu yer. 
Meydan, bağça və  ya küçə Ģəkli verilərkən, bunların adı və 
hansı  Ģəhərdə  olduğu  göstərilir.  Mövzular  bir  yerə  toplanıb  tablo 
Ģəklində  verilərsə,  onun  altında  mövzunun  adı  yazılır,  sonra  isə 
ayrı-ayrı Ģəkillər izah edilir.  
Məsələn:  
Sumqayıt kombinatı. 1. Kombinatın ümumi görünüĢü. 2. Hazır məhsulun 
yoxlanılması. 
Ġncəsənət  əsərlərinin  altındakı  yazıda,  bir  qayda  olaraq, 
müəllifin adı, soyadı, mövzunun adı, əsərin hansı ildə yarandığı və 
harada saxlandığı göstəilir.  
Məsələn:  
Salahov T. Təmirçilər. Yağlı boya. 1960. Azərbaycan Dövlət Ġncəsənət 
Muzeyi. Bakı. 
Məqalənin  mətnində  gedən  Ģəkillərin  altındakı  yazı  Ģəklin 
ayrı-ayrı hissələrini izah etməli və bu Ģəkildə olmalıdır:  
Armud: 1. çiçəkli budaq; 2. çiçək (kəsiyi); 3. meyvə (kəsiyi). 
Məqaləyə ayrıca vərəqdə bir qrup Ģəkil verilərkən ümumiləĢ-
dirici Ģəkilaltı yazı qara, nömrələr isə adi açıq Ģriftlə yazılmalıdır. 
Armud sortları: 1. gülabı armud; 2. daĢ armud. 
Mikroskopla  böyüdülmüĢ  təsvirlərin  altında  bunların  əslinə 
nisbətən neçə dəfə böyüdüldüyü mütləq göstərilməlidir.  
BaĢqa  dillərdən  gəlmə  bütün  ad  və  soyadlar,  coğrafi  adlar, 
qəzet  adları  və  s.  Azərbaycanca  transkripsiya  ilə  verilməlidir. 
Transkripsiyadan sonra bunların əslinin necə yazıldığı göstərilmə-
lidir.  
 


Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
150 
 
Xəritələr. Ensiklopediyalarda verilən xəritə və sxemlər oxu-
cuya soraq məlumatı vermək tələbini ödəməli və aid olduğu məqa-
lənin mətnini tamamlamalıdır. Hər bir xəritə aid olduğu məqalənin 
mətni  ilə,  eyni  tipli  xəritələr  isə  bir-biri  ilə  əlaqələndirilmə-lidir. 
Hər  xəritə,  bir  qayda  olaraq,  müəyyən  məqalə  mətninin  təs-virini 
verməli, yəni müəyyən coğrafi obyekti və ya müəyyən ic-timai və 
təbii  hadisəni  əks  etdirməlidir.  Bütün  ümumcoğrafi  xəritələrdə 
Ģərti iĢarələr və izahedici yazılar xüsusi cədvəllərdə çap edilərək, 
hər cildə əlavə olunur.  
Xəritələr  nəĢriyyatda  müvafiq  sahə  redaksiyaları,  həmçinin 
“Ġllüstrasiya və kartoqrafiya” redaksiyası tərəfindən redaktə edilir.  
Azərbaycanda  ensiklopediya  nəĢri  vəziyyətini  nəzərdən  ke-
çirdikdə  məlum  olur  ki,  XX  əsrin  30-cu  illərində  H.Hüseynovun 
rəhbərliyi  ilə  ensiklopediya  yaradılması  iĢinə  baĢlanıb.  Lakin  II 
Dünya  Müharibəsinin  baĢlaması  bu  iĢi  yarımçıq  qoyub.  1934-cü 
ilin iyunun 19-da Azərbaycan Xalq Komissarları Soveti 15 cildlik 
Azərbaycan Sovet Ensiklopediyasının nəĢri barədə qərar qəbul et-
miĢ  və  bu  məqsədlə  xüsusi  komitə  təĢkil  olunmuĢdur.  Bundan 
sonra  1938  və  1958-ci  illərdə  də  universal  ensiklopediyanın  ya-
radılmasına  cəhdlər  olmuĢdur.  Azərbaycanda  ilk  universal  ensik-
lopediya  –  Azərbaycan  Sovet  Ensiklopediyası  1976-1987-ci  il-
lərdə nəĢr olunmuĢdur. 1987-1999-cu illərdə isə “UĢaq ensiklope-
diyası”iĢıq üzü görmüĢdür
147
 
15 avqust 2000-ci ildə “NəĢriyyat iĢi haqqında” Azərbaycan 
Respublikasınını qanununun tətbiqi ilə əlaqədar “Azərbaycan En-
siklopediyası” NəĢriyyat-Poliqrafiya birliyi “Azərbaycan Milli En-
siklopediyası”  adlandırılmıĢdır.  Hal-hazırda  isə  bu  qurum  “Azər-
baycan Milli Ensiklopediyası” Elmi Mərkəzi adlanır.      
Azərbaycan  Milli  Ensiklopediyasının  xüsusi  cildi  -  “Azər-
baycan”  cildi  bütövlükdə  Azərbaycan  Respublikasına  həsr  olun-
muĢdur.  Burada  Azərbaycan  haqqında  ümumi  məlumat,  təbiəti, 
                                                           
147
 Bax: Öməroğlu Ġ. Ġnsan həyatda və sənətdə. – Bakı: 1998, s. 195-205. 


Yüklə 2,9 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə