Mətnlərin nəşrə hazırlanması problemləri Vüsalə Musalı



Yüklə 2,9 Kb.
Pdf görüntüsü
səhifə50/71
tarix02.10.2017
ölçüsü2,9 Kb.
#2906
1   ...   46   47   48   49   50   51   52   53   ...   71

Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
157 
 
soraq  məqaləsi  hesab  olunur.  Bu  kitablarda  cədvəllərdən  geniĢ 
istifadə  olunur.  Cədvəl  vasitəsi  ilə  informasiya  əyaniləĢir.  Bəzi 
soraq kitabçaları bütünlükdə cədvəldən ibarət olur.  
Məqsəd  təyinatına  görə  soraq  kitabçaları  aĢağıdakı  növlərə 
ayrılır: 
1.
 
Elmi; 
2.
 
Ġstehsalat-təcrübi; 
3.
 
Siyasi-kütləvi; 
4.
 
Tədris; 
5.
 
Kütləvi; 
6.
 
MəiĢət. 
Ġnformasiyanın xarakterinə görə isə soraq kitabçalarının aĢa-
ğıdakı növləri vardır:  

 
Mütəxəssislər üçün; 

 
Həvəskarlar üçün; 

 
Statistik; 

 
Kataloq; 

 
Soraq cədvəli; 

 
Soraq kitabı (təyin edici); 

 
Bioqrafik lüğət; 

 
Bələdçi; 

 
Təqvim; 

 
Əlamətdar tarixlərin təqvimi
154

Bunlardan əlavə, mətnli, rəqəmli, formullu, qarıĢıq mətnli və 
təsvirli (illüstrasiyalı) soraq kitabçaları nəĢr olunur.  
Soraq  kitabçalarının  aparatına  müĢayiətedici  məqalə  (ön 
söz), ixtisar, qısaltmalar və Ģərti iĢarələrin siyahısı, istinad sistemi, 
köməkçi göstərici, biblioqrafik siyahı, mündəricat daxildir.  
 
 
 
 
 
 
                                                           
154
 http://www.hi-edu.ru/e-books2/xbook082/01/index.html 


Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
158 
 
Ədəbiyyat 
 
Aykut A. Ansiklopedi. DĠA., Ankara, 1991, c. 3. s. 217-227. 
Həsənov  H.  Müasir  Azərbaycan  dilinin  leksikası.  –Bakı:  Maarif, 
1988, 306 s. 
Səmədova  V.  Azərbaycanda  ensiklopedik  nəĢrlər:  tarixi  və  müasir 
vəziyyəti // Aydın dərgisi, 2002, sayı 3, s. 87-103.  
Vəliyev Ġ. Ġnsan həyatda və sənətdə. Bakı: GünəĢ, 1996, 256 s. 
Vəliyev Ġ. Burulğanlar içində. Bakı: GünəĢ, 1997, 215 s.  
Vəliyev Ġ. Redaksiya-nəĢriyyat iĢinin əsasları. – Bakı: 2004. - 140 s. 
Адамов  Е.Б.,  Кричевский  В.Г.  Оформление  справочных 
изданий. М., 1981. 110 с. 
Винокуров  Д.  Методика подготовки отраслевой  энциклопедии. 
– М.: 1968. 
Гудовщикова И.В. Общие зарубежные энциклопедии. Л., 1963. 
87 с. 
Крупенникова  И.А.  Справочный  аппарат  научно-технического 
переводного  словаря  //  Книга:  Исслед.  и  материалы.  1974,  Сб. 
28. c. 47-58. 
Призмент  Э.Л.  Справочный  аппарат  справочных  изданий  // 
Предметизационные  системы  и  аппарат  книги  (теория  и 
практика). М., 1999. c. 239-244. 
Проблематика определений терминов в словарях разных типов. 
Л., 1976. 226 с. 
Редактирование  отдельных  видов  литературы  /  Под  ред.  Н. 
Сикорского. – Москва: Книга, 1987. 


Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
159 
 
VII FƏSĠL 
TƏDRĠS ƏDƏBĠYYATI 
 
Tədris  ədəbiyyatının  nəĢrə  hazırlanması  redaksiya-nəĢriyyat 
fəaliyyətinin  xüsusi  sahəsidir.  Belə  ki,  tədris  ədəbiyyatının  yara-
dılması prosesi bütün digər növ ədəbiyyatların hazırlanması prose-
sindən  fərqlidir.  Tədris  ədəbiyyatı  elmi  və  tətbiqi  xarakterli  sis-
temləĢdirilmiĢ  məlumatı  əhatə  edən,  tədris  etmək  və  öyrənmək 
üçün asan Ģəkildə Ģərh olunan və müxtəlif yaĢda təhsil alan oxucu 
kütləsi üçün nəzərdə tutulmuĢ nəĢrdir.  
Tədris ədəbiyyatı aĢağıdakı funksiyaları yerinə yetirir: 

 
kommunikativ;  

 
informativ;  

 
dərk etdirmə (öyrədici);  

 
inkiĢaf etdirici;  

 
tərbiyə edici;  

 
nizamlayıcı;  

 
təĢkilati. 
Tədris ədəbiyyatının oxucu auditoriyası təhsil alanları və tədris 
edənləri əhatə edir. Ġnformasiyanın xarakterinə və məqsəd təyina-
tına görə tədris ədəbiyyatının aĢağıdakı növləri vardır:  
1.
 
Proqram – metodik nəĢrlər (tədris planı, tədris proqramı); 
2.
 
Tədris – metodik nəĢrlər (metodik göstəriĢlər, metodik töv-
siyə); 
3.
 
Öyrədici nəĢrlər (dərslik, dərs vəsaiti, mühazirə konspekti, 
mühazirə kursu); 
4.
 
Köməkçi  (yardımçı)  nəĢrlər  (praktikum,  müntəxəbat; 
məsələ və çalıĢmalar toplusu; oxu üçün kitab). 
Proqram-metodik  nəşrlər  fənnin  məqsədini,  strukturunu, 
məzmunu,  ayrı-ayrı  suallara  dair  materialın  həcmini  müəyyən 
edir.  Proqram-metodik  vəsaitlərə  tədris  planı  və  tədris  proqramı 
aiddir.  Bu  nəĢrlər  tədris  prosesinində  iĢtirak  edən  müəllimlər  və 
metodistlər üçün nəzərdə tutulmuĢdur.  


Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
160 
 
Tədris  planı  tədris  prosesini  nizama  salan  sənəddir.  Bu  sə-
nəddə təhsilin forması və növü, praktik və laboratoriya iĢləri, kurs 
və buraxılıĢ iĢləri və s. öz əksini tapır.  
Tədris  proqramı  fənnin  məzmunu  və  həcmini  əhatə  edən 
nəĢrdir. Burada fənnə dair ədəbiyyat da yer alır.  
Tədris-metodik  nəĢrlərə  metodik  göstəriĢlər  və  metodik 
tövsiyə  aiddir.  Bu  nəĢrlər  də  tədrisin  metodikasına  dair  ma-
terialları əhatə edir.  
Öyrədici nəĢrlərə dərslik, dərs vəsaiti, mühazirə konspekti və 
mühazirə kursu aiddir.  
Dərslik   konkret  fənn üzrə  tədris  planı  və proqram  əsasında 
hazırlanmıĢ nəzəri və praktik biliklərin əsaslarının sistemli və an-
laĢıqlı Ģəkildə izah olunduğu əsas vəsaitdir. Dərslik fənnə dair ba-
za  biliklərini  əhatə  edir.  Məzmununa  görə  dərslikləri  ümumi  və 
xüsusiyə ayırırlar.  
Dərs  vəsaiti  konkret  fənn  üzrə  tədris  proqramına  uyğun  ha-
zırlanmıĢ,  dərslikdə  verilən  biliklərin  geniĢləndirilməsi  və  möh-
kəmləndirilməsinə  xidmət  edən  vəsaitdir.  Dərs  vəsaitləri  tədris 
proqramlarında  nəzərdə  tutulan  biliklərin  yaxĢı  qavranılması,  də-
rinləĢdirilməsi və geniĢləndirilməsi üçün yaradılmıĢdır
155

Variativ  dərsliklər  –  ayrı-ayrı  müəlliflərin  (müəllif  qru-
punun) vahid tədris proqramı əsasında eyni fənn üçün hazırladıq-
ları müxtəlif dərsliklərə deyilir. 
Ali  məktəb  tələbələri  üçün  mühazirə  kursu  və  mühazirə 
konspekti kimi nəĢrlər də hazırlanır.  
Mühazirə kursu fənnə dair bir müəllifin və ya bir neçə müəl-
lifin  mühazirələrini  əhatə  edir.  Mühazirə  kursu  dərsliyə  əlavə  he-
sab olunur və yeni materialı əhatə edir. Mühazirələr oxunmuĢ ma-
terial əsasında yaradılır. Beləliklə, mühazirə kursu – konkret prob-
lemi açan, müəllifn öz mövqeyini göstərdiyi müəllif iĢidir. 
                                                           
155
  Canıyeva  U.  Tədris  ədəbiyyatının  tipoloji  xüsusiyyətləri  və  növləri  //  Bakı 
Universitetinin Xəbərləri, humanitar elmlər seriyası, 2007, N 3, s. 196.  


Yüklə 2,9 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə