Mətnlərin nəşrə hazırlanması problemləri Vüsalə Musalı



Yüklə 2,9 Kb.
Pdf görüntüsü
səhifə58/71
tarix02.10.2017
ölçüsü2,9 Kb.
#2906
1   ...   54   55   56   57   58   59   60   61   ...   71

Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
182 
 
yuxarı  məktəb  yaĢlı  uĢaqlar  üçün  kitablar  isə  12  Ģriftlə 
verilməlidir.  
NəĢr üçün əsərlərin seçimi üç istiqamətdə həyata keçirilir:  
1. təkrar nəĢr üçün əsərlərin seçilməsi;  
2.  «böyük»lərin  ədəbiyyatında  uĢaqlar  üçün  əsərlərin  se-
çilməsi;  
3. müəllif tərəfindən təqdim olunmuĢ əsərlərin seçilməsi.  
Kitab  nəĢri  sahəsində  «uĢaq  ədəbiyyatı»,  «uĢaqlar  üçün 
ədəbiyyat»  və  «uĢaqların  mütaliə  dairəsi»  ifadələrindən  istifadə 
olunur.  «UĢaq  ədəbiyyatı»  xüsusi  olaraq  uĢaqlar  üçün  yaradılır. 
UĢaq  ədəbiyyatı  uĢağın  yaĢ  səviyyəsi  və  qavrama  dərəcəsinin 
xüsusiyyətləri nəzərə alınaraq hazırlanır.  
«UĢaqlar  üçün  ədəbiyyat»  nisbətən  geniĢ  ifadədir.  Bu  ifadə 
altında  uĢaq  və  yeniyetmələrdə  maraq  yaradan  və  baĢa  düĢülən 
həm uĢaq, həm də böyüklər üçün olan ədəbiyyat nəzərdə tutulur. 
«UĢaq  ədəbiyyatı»  və  «uĢaqlar  üçün  ədəbiyyat»dan  «uĢaq-
ların mütaliə dairəsi» ifadəsi yaranır.  «UĢaqların mütaliə dairəsi» 
uĢaqlar  tərəfindən  müəyyən  yaĢda  mütaliə  olunan  kitabları  əhatə 
edir.  
Azərbaycanda uĢaq ədəbiyyatının latın qrafikasında nəĢri və 
təhsil müəssisələrinin onlarla təminatı sahəsində son illərdə böyük 
iĢlər görülmüĢdür. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 
«Azərbaycan  dilində  latın  qrafikası  ilə  kütləvi  nəĢrlərin  həyata 
keçirilməsi  haqqında»  12  yanvar  2004-cü  il,  «Dünya 
ədəbiyyatının  görkəmli  nümayəndələrinin  əsərlərinin  Azərbaycan 
dilində nəĢr edilməsi haqqında» 24 avqust 2007-ci il tarixli Sərən-
camları  ilə  həm  dünya,  həm  türk  xalqları,  həm  də  Azərbaycan 
ədəbiyyatının  ən  dəyərli  uĢaq  ədəbiyyatı  nümunələri  dövlət 
hesabına  yüksək  poliqrafik  səviyyədə  nəĢr  edilərək,  ölkəmizin 
bütün  təhsil  müəssisələrinin  kitabxanalarına  hədiyyə  edilmiĢdir. 
Bundan  əlavə,  Təhsil Nazirliyi  ilə  Dünya  Bankının  birgə  layihəsi 
əsasında  18  cildlik  «UĢaq  ensiklopediyası»  çap  edilmiĢ,  «Mək-
təblinin kitabxanasından» seriyasından 100 cildlik Azərbaycan və 


Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
183 
 
dünya  ədəbiyyatının  ən  yaxĢı  nümunələri  latın  qrafikasında  nəĢr 
olunmuĢdur. 
Azərbaycanda  bu  gün  də  uĢaq  ədəbiyyatı  problemləri  öy-
rənilməkdədir.  Buna  misal  olaraq,  13-15  noyabr  2008-ci  il 
tarixində  Qafqaz  Universitetində  keçirilmiĢ  «Beynəlxalq  uĢaq 
ədəbiyyatı  konqresi»ni  göstərmək  olar.  «UĢaq  ədəbiyyatı 
konqresi» Çağ  Öyrətim ĠĢlətmələri, Azərbaycan  Yazıçılar  Birliyi, 
Türkiyə Yazarlar Birliyi və Türksoy tərəfindən təĢkil olunmuĢdur. 
Konfransa  çox  aktual  mövzularda  məruzələr  təqdim  olunmuĢdur. 
Bunların  arasında  «UĢaq  ədəbiyyatının  tarixçəsi»ni,  «Türk 
xalqlarının  uĢaq  ədəbiyyatının  bəzi  problemləri»,  «UĢaq 
kitablarının  hazırlanması»,  «UĢaq  ədəbiyyatının  inkiĢafında  uĢaq 
nəĢriyyatlarının  vəzifəsi»  və  s.  uĢaq  kitablarının  nəĢri  problem-
lərinə həsr olunmuĢ məqalələri göstərmək olar.     
Bu  gün  uĢaqlara  ünvanlanan  kitablar  baĢlıca  olaraq  Ayna 
Mətbu  Evi,  “Yeni  Nəsil”  NəĢrlər  Evi,  “Nağıl  evi”,  “Nərgiz”, 
“Altun  kitab”  və  “BeĢik”  nəĢriyyatlarının  məhsullarıdır  və  bu 
kateqoriyadan  olan  kitablar  sadalanan  nəĢriyyatların  çap 
məhsulları  sırasında  üstün  faiz  təĢkil  edirlər.  «BeĢik»  və  «Tutu» 
nəĢriyyatı  demək  olar  ki,  bütünlüklə  uĢaq  kitablarının  nəĢri  ilə 
məĢğuldur.  
Adı  sadalanan  uĢaq  nəĢriyyatları  içərisində  «Tutu»  nəĢ-
riyyatının  çap  məhsulları  poliqrafik  baxımdan  daha  gözoxĢayan, 
fəaliyyəti    isə  daha  nəzərəçarpandır.  Bundan  əlavə,  «Tutu» 
nəĢriyyatının
172
  nəĢr  etdiyi  uĢaq  kitabları  hər  il  müxtəlif  dünya 
ölkələrində təĢkil olunan kitab sərgilərinin iĢtirakçısı və qalibidir. 
Tutu  nəĢriyyatı  hər  il  Frankfurt,  Boloniya  və  digər  ölkələrdə 
keçirilən böyük beynəlxalq kitab sərgilərinin iĢtirakçısıdır. 
Açıq  Cəmiyyət  Ġnstitutu  –  Yardım  Fondu  –  Azərbaycan 
təĢkilatının himayəsi ilə 19-20 may 2007-ci il tarixində Bakı Kitab 
Klubunun  Vəcihə  Səmədova  adına  sərgi  salonunda  keçirdiyi  III 
                                                           
172
 http://www.tutubooks.az/ 


Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
184 
 
Respublika kitab satıĢ – sərgisində ölkəmizin aparıcı nəĢriyyatları 
iĢtirak etmiĢdir. Oxucu seçimi nominasiyası üzrə səsverməyə 800 
nəfərdən  çox  oxucu  qatılmıĢdır.  Müsabiqəyə  təqdim  olunmuĢ  60 
adda kitab arasında  «Ən çox satılan kitab» nominasiyasında Tutu 
nəĢriyyatının nəĢr etdiyi «YaĢıl kitab» adlı nəĢr də qalib gəlmiĢdir.  
Bu günə kimi “Tutu” nəĢriyyatı 60 adda, 520 000 tirajda ki-
tab  buraxmıĢdır  ki,  bu  rəqəmlərə  əsasən  onu  Azərbaycan  uĢaq 
ədəbiyyatı nəĢri sahəsində lider adlandırmaq mümkündür. 
Tutu  nəĢriyyatı  Azərbaycanda  dünya  standartlarında  uĢaq 
ədəbiyyatı  nəĢr  edən  ən  yaxĢı  nəĢriyyatlardandır.  Belə  ki,  bu 
nəĢriyyatla  peĢəkar  Ģair,  yazıçı,  rəssam,  dizayner,  bəstəkar  və 
musiqiçilər  iĢləyirlər.  “Tutu”  nəĢriyyatında  hazırlanan  kitablar 
əsasən Türkiyədə yüksək keyfiyyətli kağızda çap olunur.  
Altun  kitab  nəĢriyyatı
173
  2004-cü  ildən  fəaliyyət  göstərir. 
NəĢriyyatda  4-7  («Mənim  ilk  kitabım»),  6-9  («Altun  klassika») 
yaĢlı  uĢaqlar  üçün  silsilə  kitablar  çap  olunur.  “Altun  Kitab”ın 
həyata  keçirdiyi  ən  iri  nəĢr  layihəsi  9-14  yaĢlı  uĢaqlar  üçün 
nəzərdə tutulmuĢ «Məktəblinin kitabxanası» adlanan silsilədir. Bu 
layihədə  aĢağıdakı  seriyalar  üzrə  100-dən  çox  kitabın  nəĢri 
nəzərdə tutulur:  

 
ġifahi xalq ədəbiyyatı;  

 
Dünya ədəbiyyatından seçmələr;  

 
Azərbaycan klassik ədəbiyyatı;  

 
Elmi-kütləvi ədəbiyyat;  

 
Tarixi yaradanlar. 
Hazırda  bu  layihə  çərçivəsində  40-a  yaxın  kitab  iĢıq  üzü 
görmüĢdür. 
BeĢik  nəĢriyyatı  2008-ci  ildə  yaradılmıĢdır.  Əsas  fəaliyyət 
istiqaməti  uĢaq  ədəbiyyatının  nəĢridir.  NəĢriyyat  bu  günə  kimi 
nağıllar,  inkiĢafetdirici  kitablar,  əfsanələr,  rəvayətlər,  tərcümələr, 
ensiklopediyalar  çap  etmiĢdir.  “Məntiqli  oyun”,  “Gəncə”, 
“Naxçıvan”,  “Çanaqqala”,  “ġirvanĢahlar  sarayı”,  “Qız  qalası”, 
                                                           
173
 http://altun-kitab.com/ 


Yüklə 2,9 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə