Mətnlərin nəşrə hazırlanması problemləri Vüsalə Musalı



Yüklə 2,9 Kb.
Pdf görüntüsü
səhifə54/71
tarix02.10.2017
ölçüsü2,9 Kb.
#2906
1   ...   50   51   52   53   54   55   56   57   ...   71

Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
170 
 
-  elmin,  texnikanın  və  mədəniyyətin  müasir  nailiyyətləri  haq-
qında  yoxlanılması  mümkün  olan  və  səlahiyyətli  mənbələrdən 
götürülmüĢ məlumatlar öz əksini tapmalıdır; 
- illüstrasiyalar yığcam və mövzulara uyğun olmalıdır; 
-  Azərbaycan  Respublikasının  Konstitusiyasına,  qanunlarına, 
ölkənin qoĢulduğu beynəlxalq hüquqi aktlara zidd olan fikirlərə 
yer verilməməlidir; 
- milli, dini, irqi, cinsi və siyasi ayrıseçkilik təbliğ edən fikirlər, 
mübahisə doğuran məlumatlar olmamalıdır; 
- elmi mübahisə doğuran məsələlərə yer verilməməlidir
161

Ümumtəhsil məktəbləri üçün dərsliklərin nəĢri, çapı və pay-
lanması  qaydaları  Azərbaycan  Respublikası Təhsil  Nazirliyinin 
02.10.2006-cı il tarixli, 716 nömrəli əmri ilə təsdiq edilmiĢdir. 
1. Ümumi müddəalar 
1.1. Bu qaydalar Azərbaycan Respublikası Prezidentinin  20 
fevral  2003-cü  il  tarixli  854  nömrəli  Fərmanı  ilə  təsdiq  edilmiĢ 
«2003-2005-ci  illər  üçün  Azərbaycan  Respublikasında  yoxsullu-
ğun azaldılması və iqtisadi inkiĢaf üzrə Dövlət Proqramı»nın icra-
sını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Ka-
binetinin  19  mart  2004-cü  il  tarixli  sərəncamına  əsasən  hazırlan-
mıĢdır  və  ümümtəhsil  məktəbləri  üçün  dərsliklərin  nəĢri,  çapı  və 
paylanmasını tənzimləyir. 
2. Dərsliklərin nəĢri və çapı 
2.1. Dərsliklərin dövlət vəsaitləri hesabına nəĢr və çap olun-
ması  «Dövlət  satınalmaları  haqqında»  Azərbaycan  Respubli-
kasının Qanununa uyğun olaraq həyata keçirilir. 
2.2.  Ġlk  dəfə  çap  olunan  dərsliklərin  birinci  il  ümumi  tələ-
batın 105 faizi, sonrakı 3 ildə hər il 15 faizi çap olunur. 
                                                           
161
http://portal.edu.az/index.php?r=article/item&id=220&mid=6&lang=az 
 


Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
171 
 
2.3 .I sinifin «Əlifba» dərsliyi hər il tələbata uyğun (Gürcüs-
tan  və  Dağıstanda)  təhsili  Azərbaycan  dilində  aparan  dövlət 
ümumtəhsil məktəbləri və MDB ölkələrindəki «Bazar günü» mək-
təbləri  də  nəzərə  alınmaqla)  çap  olunur  və  tədris  ilinin  sonunda 
Ģagirdlərə hədiyyə edilir. (özəl təhsil məktəbləri istisna olmaqla). 
2.4.  Fənn  proqramlarının  dəyiĢdirilməsi  ilə   bağlı hər bir  si-
nif  və  fənn  üzrə  yeni  dərsliklərin  çapı  onların  birinci  il  nəĢri  sa-
yılır. 
2.5.  Zəruri  hallarda,  ayrı-ayrı  dərsliklərin,  o  cümlədən  həf-
tədə daha az dərs saatı olan fənlər üzrə dərsliklərin əlavə çap faizi 
dəyiĢdirilə bilər. 
2.6. Çap olunacaq dərsliklərin siyahısı və tirajı Təhsil Nazir-
liyi tərəfindən bir il əvvəl tələbata uyğun hazırlanıb təsdiq edilir. 
3. Dərsliklərin paylanması 
3.1. Dərsliklərin yerlərə çatdırılması  dövlət vəsaiti hesabına 
həyata keçirilir. 
3.2.  Çap  edilən  dərsliklər  nəĢriyyatlar  tərəfindən  bir  qayda 
olaraq  Nazirliyin  Maddi-Texniki  Təchizat  Ġdarəsinə  təhvil  verilir 
və təsdiq olunmuĢ bölgü əsasında buradan rayon (Ģəhər) təhsil Ģö-
bələrinə çatdırılır. 
3.3. Rayon təhsil Ģöbələri  həmin kitabları  Ģagirdlərə  təqdim 
etmək üçün orta təhsil məktəblərinə (özəl təhsil məktəbləri istisna 
olmaqla) göndərir. 
3.4.  Ümumtəhsil  məktəblərində Ģagirdlərin  istifadəsi-
nə pulsuz  verilən  dərsliklərin  uçotu  əsasında  dərslik  fondları  ba-
rədə  məlumat  rayon  təhsil  Ģöbələri  tərəfindən  ümumiləĢdirilir  və 
müvafiq forma əsasında Nazirliyə hesabat təqdim olunur. 
Azərbaycanda ümumi təhsilin konsepsiyası - Milli Kurikulu-
mu  konseptual  xarakterli  çərçivə  sənədi  olub,  ümumi  təhsil  üzrə 
təlim nəticələrini və məzmun standartlarını, ümumi təhsilin hər bir 
pilləsində  nəzərdə  tutulan  fənləri,  həftəlik  dərs  və  dərsdənkənar 
məĢğələ  saatlarının  miqdarını,  pedaqoji  prosesin  təĢkili,  təlim 


Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
172 
 
nailiyyətlərinin  qiymətləndirilməsi  və  monitorinqi  üzrə  əsas  prin-
sipləri, fənn kurikulumlarının strukturunu əhatə edir. 
Milli  Kurikulum  ictimai-siyasi,  mədəni  və  sosial  həyatın 
qloballaĢdığı və universallaĢdığı, informasiya-kommunikasiya tex-
nologiyalarının rolunun artdığı, rəqabətin gücləndiyi müasir dövr-
də  hər  bir  Ģəxsin  istedad  və  qabiliyyətinin  müstəsna  əhəmiyyət 
kəsb  etdiyi  nəzərə  alınaraq,  müstəqil  qərarlar  qəbul  etməsi  üçün 
onun  zəruri  təhsil  səviyyəsinə  və  bacarıqlara  malik  olmasına, 
cəmiyyətin inkiĢafının əsas hərəkətverici qüvvəsi olan insanın for-
malaĢdırılmasına və problemlərin həllinə yönəlmiĢdir
162

2011-ci  il  ərzində  umumtəhsil  məktəblərinin  III  sinifləri 
üçün 3, IV sinifləri ucun 13 dərslik komplektinə və VII-XI siniflər 
üçün  18  dərsliyə  qrif  verilmiĢdi.  2011-ci  ildə  ali  və  orta  ixtisas 
təhsili  müəssisələrindən  daxil  olmuĢ  1700  adda  proqram,  dərslik, 
dərs vəsaiti  və  metodik  vəsaitin  əlyazması  Nazirliyin  Elmi-Meto-
dik  ġurasının  müvafiq  bölmələrinə  müzakirəyə  göndərilmiĢdir. 
Həmin müzakirələrdən sonra çapa məsləhət görülən və ya tövsiyə 
edilən  1669  adda  əlyazması  mövcud  qaydalara  uyğun  olaraq  sə-
nədləĢdirilmiĢ  və  rəhbərliyə  təqdim  olunaraq  təsdiq  edilmiĢdir. 
Beləliklə, 2011-ci il ərzində 990 adda proqrama, 145 adda dərsli-
yə, 314 adda dərs vəsaitinə, 220 adda metodik vəsaitə Təhsil Na-
zirliyinin  əmri  ilə  nəĢr  hüququ  (qrifi)  verilmiĢdir.  2011/2012-ci 
dərs ilinə umumtəhsil məktəbləri ucun 140 adda 3566100 nusxə ti-
rajla dərslik və muəllim ucun metodik vəsait cap edilmiĢdir. 
VII-XI siniflər üçün təlim dilləri  üzrə 35 adda dərsliyin,  IV 
siniflər  üçün  34  adda  dərslik  və  muəllim  üçün  metodik  vəsaitin 
nəĢri  üzrə  mövcud  qanunvericiliyə  uyğun  olaraq  -  “CaĢıoğlu”, 
“Xəzər-Etiket”, “Təhsil”, “Aspoliqraf”, “Bakı”, “XXI” Yeni NəĢr-
lər  Evi,  “Kövsər”,  “ġərq-Qərb”,  “Altun  Kitab”,  “Bizim  Kitab” 
                                                           
162
http://www.kurikulum.az/index.php?option=com_content&view=article&id=
210&Itemid=116&lang=az 
 


Yüklə 2,9 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə