Mətnlərin nəşrə hazırlanması problemləri Vüsalə Musalı



Yüklə 2,9 Kb.
Pdf görüntüsü
səhifə57/71
tarix02.10.2017
ölçüsü2,9 Kb.
#2906
1   ...   53   54   55   56   57   58   59   60   ...   71

Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
179 
 
zamanı  “əcnəbiləĢdirmək”,  yoxsa  “olduğu  dildə  saxlamaq”  daha 
məqsədəuyğun olardı?    
 
Uşaq ədəbiyyatının janr və formaları 
 
UĢaq və yeniyetmələr üçün kitablar bədii və ya tərbiyəvi xa-
rakterli ədəbiyyatı əhatə edən, 17 yaĢına qədər oxucular üçün nəĢr 
olunmuĢ  və  xüsusi  bədii  və  poliqrafik  tərtibatına  görə  fərqlənən 
nəĢrdir.  Material  konstruksiyasına  görə  uĢaq  nəĢrləri  kitablara, 
dövri nəĢrlərə və oyuncaq kitablara ayrılır. 
Strukturuna  görə  uĢaq  kitabları  aĢağıdakı  növlərə  ayrılır: 
toplu, mononəşr, seriyalı nəşr, əsərlər toplusu. 
UĢaqlar üçün hazırlanmıĢ toplular hər hansı bir mövzu və ya 
bir  janrda  (Ģeirlər,  nağıllar  toplusu)  yazılmıĢ  əsərləri  əhatə  edir. 
Böyük yaĢlı məktəblilər üçün antologiyalar, almanaxlar, müntəxə-
batlar da nəĢr olunur.  
MononəĢrlər də müxtəlif janrlarda yazılmıĢ əsərlər əhatə edə 
bilər. Məsələn, atalar sözü, tapmaca, Ģeir.  
Ġnformasiyanın  xarakterinə  və  məqsəd  təyinatına  görə  uĢaq 
ədəbiyyatını aĢağıdakı növlərə ayırmaq olar:  

 
elmi-kütləvi; 

 
soraq-məlumat; 

 
praktik vəsait; 

 
müxtəlif sənətlərə aid nəĢrlər; 

 
asudə vaxt üçün nəĢrlər. 
UĢaq  kitablarının  təsnifatı  elmi  və  təcrübi  baxımdan  müəy-
yənləĢdirilmiĢdir.  Buraya  elmi-əyləncəli  ədəbiyyat,  uĢaqlar  üçün 
nəĢr  olunmuĢ  ədəbi-bədii  əsərlər,  uĢaqlar  üçün  iĢlənmiĢ  və  nəĢr 
olunmuĢ  xalq  poeziyası  nümunələri,  tədris  proqramına  uyğunlaĢ-
dırılmıĢ ədəbi-bədii nəĢrlər, müntəxəbatlar daxildir.  
Müasir uĢaq ədəbiyyatını üç ədəbi növ üzrə - uĢaq Ģeiri, uĢaq 
nəsri,  uĢaq  ədəbi  tənqidi  kimi  qruplaĢdırmaq  olar  ki,  burada  da 


Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
180 
 
əsas  məsələ  kəmiyyət  deyil,  yəni  nə  qədər  əsər  yazılması  deyil, 
baĢlıca meyar bədiilikdir
171
.  
UĢaq  ədəbiyyatının  redaktəsi  və  dəyərləndirilməsi  zamanı 
əsərin  janr  xüsusiyyətlərinin  müəyyən  edilməsi  vacibdir.  UĢaq 
ədəbiyyatının aĢağıdakı janrları vardır:  tapmacalar, yanıltmaclar, 
lətifələr, laylalar, oxşamalar, nağıllar, dastanlar.   
 
 
Uşaq ədəbiyyatının redaktəsi 
 
UĢaq  kitabları  məzmununa,  quruluĢuna,  üslubuna  və  tər-
tibatına  görə  seçilir.  UĢaq  kitabları  dünyəvi  bilikləri  özündə  əks 
etdirən, bütün ədəbiyyat  növlərini əhatə etməklə, oxucu marağına 
və yaĢına uyğun hazırlanmıĢ kompleks məna kəsb edir. Ġctimai-si-
yasi,  istehsalat-texniki,  məlumat  xarakterli  və  bədii  məzmunlu 
ədəbiyyatı uĢaqlar üçün nəĢr etmək olar. Bu o deməkdir ki,  uĢaq 
ədəbiyyatı  bütün  sahələri  özündə  birləĢdirir  və  onu  yalnız  oxucu 
təyinatına görə fərqləndirmək olar.  
BağçayaĢlı  uĢaqların  təlim  və  tərbiyəsində  əyanilik  üsulu 
mühüm yer tutur. Kiçik yaĢlı uĢaqlar üçün düĢünülmüĢ kitablarda 
mətn  qısa,  Ģəkillər  çox  olur.  Bəzi  kitablar  isə  mətnsiz  olur.  Belə 
Ģəkilli kitablar və oyuncaq xarakterli yığma kitablar daha faydalı-
dır.  
KiçikyaĢlı  məktəblilərin  ideya-tərbiyə  vasitələri  isə  xeyli 
fərqlidir. Burada balaca məktəblilər get-edə müstəqil oxu vərdiĢi-
nə  yiyələndiyinə  görə,  bədii  əsərlərdə  uĢaqların  anlaya  bildiyi 
məzmun  bitkinliyi,  maraqlı  hadisələr,  alleqorik  surətlər  geniĢ  yer 
tutur. KiçikyaĢlı məktəblilərin oxuduğu bədii əsərlərin əsas xüsu-
siyyəti onların sadəliyidir.  
                                                           
171
  Nəcəfzadə  Q.  Müasir  uĢaq  ədəbiyyatının  problemləri  //  Türk  xalqları  ədə-
biyyatı. Beynəlxalq uĢaq ədəbiyyatı konqresi materiallar. Bakı: 2008, II kitab, s. 
655. 


Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
181 
 
KiçikyaĢlı məktəblilərə nisbətən ortayaĢlı yeniyetmə uĢaqla-
ra aid kitablarda hadisələr çoxplanlı verilir. 
KiçikyaĢlı məktəblilər üçün kitabın  redaktəsinə  baĢlayarkən 
nəzərə almaq lazımdır ki, əsər didaktik səciyyə daĢımaqla yanaĢı, 
müasir  pedaqoji  və  psixoloji  təlimlərə  uyğun  olmalıdır.  Dil  isə 
uĢaq kitablarının məzmununda baĢlıca amildir.  
UĢaq kitablarının özünəməxsus tərtibatı vardır. Bu kitabların 
ən  əsas  elementi  illüstrasiyalar  hesab  olunur.  UĢaq  kitablarında 
söz  və  Ģəkil  bir-biri  ilə  sıx  bağlıdır.  Bu  kitablarda  illüstrasiyalar 
idraki,  tərbiyəvi,  estetik  və  əlavəedici  funksiyaları  yerinə  yetirir. 
Ġllüstrasiya kitabın məzmunu və dili qədər önəmlidir. Çünki uĢaq 
kitabdakı Ģəkillərə baxaraq, onu oxumağa baĢlayır.  
Bəzən nağıllar hüsünxətlə yazılmıĢ və ya hecalara böyünmüĢ 
Ģəkildə  nəĢr  olunur.  Bunlar  uĢaqda  hüsünxətlə  oxuma  vərdiĢi 
yaradır (Əlavə 21). 
UĢaq  kitablarının  aparatı  nəĢr  növlərinə  görə  dəyiĢir.  Belə 
ki, ən sadə aparat bədii ədəbiyyatda istifadə olunur. UĢaq kitabla-
rının aparatı didaktik istiqamətə malik olmalıdır. Bu zaman oxucu-
nun  yaĢını,  nəĢrin  tipini,  ədəbiyyatın  növünü  nəzərə  almaq  la-
zımdır.  
UĢaq  kitablarını  nəĢrə  hazırlayan  zaman  uĢağın  fizioloji 
inkiĢafını da nəzərə almaq lazımdır. Kitabın cildi uĢağın diqqətini 
cəlb  edən  ilk  ünsürdür.  UĢaq  kitablarının  cildi  kartondan  ol-
malıdır. Cilddə kitabın adı və məzmuna uyğun Ģəkil verilməlidir. 
Cildin arxa hissəsində isə nəĢriyyatın digər kitablarının siyahısı və 
ya müəllifin kitablarının siyahısı, kitabın qiyməti və s. verilə bilər. 
UĢaq  kitabları  ən  keyfiyyətli  kağızda  çap  olunmalıdır.  Kağız 
mürəkkəbi  yaymamalı,  rəngləri  dəyiĢdirməməli,  tez  cırılmamalı 
və  göz  yoracaq  səviyyədə  parlaq  olmamalıdır.  Mat  kağızlar  uĢaq 
kitabları üçün daha əlveriĢlidir. UĢaq kitablarının ölçülərinin kiçik 
olmamasına  diqqət  yetirmək  lazımdır.  Məktəbəqədər  (3-7),  kiçik 
məktəb  yaĢlı  uĢaqlar  üçün  kitablarda  mətn  14  Ģriftlə,  orta  və 


Yüklə 2,9 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə