Mətnlərin nəşrə hazırlanması problemləri Vüsalə Musalı



Yüklə 2,9 Kb.
Pdf görüntüsü
səhifə55/71
tarix02.10.2017
ölçüsü2,9 Kb.
#2906
1   ...   51   52   53   54   55   56   57   58   ...   71

Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
173 
 
nəĢriyyat-poliqrafiya  muəssisələri  ilə  satınalma  muqavilələri  bağ-
lanmıĢ,  dərslik  və  müəllim  üçun  metodik  vəsaitlər  cap  edilərək, 
Nazirliyin Maddi-Texniki Təchizat Ġdarəsinə təhvil verilmiĢdir
163

 
Ədəbiyyat   
 
Canıyeva U. Tədris ədəbiyyatının tipoloji xüsusiyyətləri və növləri 
// Bakı Universitetinin Xəbərləri, Humanitar elmlər seriyası, 2007, 
N 3, s. 193-197. 
Canıyeva U. Tədris ədəbiyyatının strukturu üzərində redaktor iĢi // 
Bakı Universitetinin Xəbərləri, Humanitar elmlər seriyası, 2005, N 
2, s. 201-205. 
Dərslik  necə  olmalıdır  /  tərcümə  ed.  N.Qaramanlı,  A.Həsənov  və 
G.Məmmədova. Bakı, Oka ofset, 2003, 88 s.  
Антонова  С.Г.,  Тюрина  Л.Г.  Современная  учебная  книга: 
Учебное пособие. М., 2001. 
Бейлинсон В.Г. Арсенал образования: Характеристика, 
подготовка, конструирование учебных изданий. М., 1986. 
Зуев Д.Д. Школьный учебник. М., 1983. 
Редактирование отдельных видов литературы / Под ред. Н. Си-
корского. – Москва: Книга, 1987. 
                                                           
163
 http://www.edu.gov.az/upload/file/HESABAT/hesabat 2011/derslik.pdf 


Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
174 
 
 
VIII FƏSĠL 
UġAQ ƏDƏBĠYYATININ NƏġRƏ HAZIRLANMASI 
 
Uşaq ədəbiyyatı və onun növləri 
 
UĢağın  yaĢına,  maraq  və  ehtiyaclarına  uyğun  kitablar  onun 
inkiĢafına təsir  göstərməkdədir. UĢaq  ədəbiyyatı  ən çox nəĢr olu-
nan,  xüsusi  diqqət  və  həssaslıq  tələb  edən  ədəbiyyat  növüdür. 
Müasir uĢaq ədəbiyyatı  keçmiĢ  ənənələrdən faydalanaraq,  bugün-
kü uĢaqların mənəviyyatını, biliyini, dünyagörüĢünü zənginləĢdir-
məyə  imkan  verən  ədəbiyyat  növü  kimi  qəbul  edilir  və  bütün 
dünyada əsas nəĢriyyat məhsulu kimi sayca və həcmcə xüsusi yer 
tutur
164
.  
Nizami  Gəncəvidən  baĢlamıĢ  Məhəmməd  Füzuli,  Seyid 
Əzim ġirvani, Sabir, RəĢid bəy Əfəndiyev, Mirzə Cəlil, Süleyman 
Sani  Axundov,  Mikayıl  MüĢfiq  kimi  ən  dəyərli  Ģair  və 
yazıçılarımız  uĢaq  tərbiyəsini  formalaĢdırmağa  xidmət  edən 
əsərlər  ortaya  qoymuĢlar.  Azərbaycanda  uĢaq  ədəbiyyatının 
inkiĢaf  yolu  spiralvari,  fasiləli  olub.  Belə  ki,  müəyyən  zaman-
məkan  daxilində  uĢaq  ədəbiyyatının  inkiĢaf  etdirilməsi  dövlətin 
maraq  dairəsində  dayanıb,  dövlət  səviyyəsində  qərarlar  qəbul 
edilib, vəsait ayrılıb. Bəzənsə bu sahə tamamilə unudulub
165

Azərbaycan  Yazıçılar  Birliyi  “UĢaq  ədəbiyyatı  Ģöbəsi”nin 
müdiri  Q.Nəcəfzadə  müasir  uĢaq  ədəbiyyatımızın  problemlərini 
aĢağıdakı kimi qruplaĢdırmıĢdır: 

 
Bugünkü  uĢaq  Ģeirimiz  xalq  ruhundan,  xalqın  intonasiyasından  uzaq 
düĢüb. UĢaq Ģeirimiz  folklora qayıtmalıdır. Və təbii Ģəkildə uĢaq düĢün-
cələrinə ictimai-sosial məzmun verilməlidir; 
                                                           
164
 Vəliyev Ġ. Ədəbi-bədii və uĢaq kitablarının redaktəsi. – Bakı: 2002, s. 137.  
165
 Hüseynoğlu S. UĢaq ədəbiyyatımızın problemləri // Türk xalqları ədəbiyyatı. 
Beynəlxalq uĢaq ədəbiyyatı konqresi materiallar. Bakı: 2008, II kitab, s. 713. 


Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
175 
 

 
Ən  böyük  problemlərdən  biri  də  uĢaq  və  böyük  ədəbiyyatının  arasında 
kəskin  fərq  qoyulmasıdır.  Bu  fərq  pedaqoji  tərəfi  saxlanılmaqla  aradan 
qaldırılmalıdır; 

 
Bugünkü uĢaq Ģeirimizin fəlsəfəsi çatmır; 

 
Bugünkü uĢaq ədəbiyyatımızın dili bərbad vəziyyətdədir. Ədəbiyyat hər 
Ģeydən əvvəl canlı dildən ibarətdir

 
Ən ciddi problemlərdən biri də uĢaqları böyük kimi danıĢdırmaqdır; 

 
Süni  vətənpərvərliklə  üfürülmüĢ  kütləvi  uĢaq  obrazlarına  son  qoymaq 
lazımdır; 

 
Əsas problemlərdən biri də oxucu problemidir. Bu gün uĢaq mətbuatının 
orta  məktəblərdə  oxucusu  yoxdursa,  deməli,  biz  oxucu  yetiĢdirmirik, 
deməli, gələcək ədəbiyyatımızı oxuyan olmayacaq...
166
.   
Müasir uĢaq ədəbiyyatı dünya ədəbiyyatının ayrılmaz hissəsi 
kimi inkiĢaf edir. Ona görə də dünya ölkələrində uĢaqlar üçün ki-
tablar  çap  edən  nəĢriyyatlar  Ģəbəkəsi,  müəlliflər,  redaksiya  - 
nəĢriyyat kollektivləri formalaĢır. 
UĢaq ədəbiyyatı mənən zəngin olan estetik zövqə malik hər-
tərəfli Ģəxsiyyətin formalaĢması  üçün nəzərdə tutulduğu üçün na-
Ģirlər bütün səylərini dünya klassikasının görkəmli nümunələrinin, 
müasir müəlliflərin bədii cəhətdən ən kamil əsərlərinin buraxılma-
sı  hesabına  uĢaq  ədəbiyyatının  repertuarının  inkiĢafına  yönəldir-
lər
167
. UĢaqlar üçün ədəbiyyatın spesifikliyi hər Ģeydən öncə onun 
pedaqoji-tərbiyəvi  vəzifələri  ilə,  həmçinin  uĢağın  təbiəti,  uĢaq 
qavrayıĢının xarakteri ilə Ģərtlənir. UĢaq kitablarının pedaqoji yö-
nü onun hər bir uĢağın həyatında vacib olan tərbiyəvi əhəmiyyəti-
ni nəzərdə tutur. Deməli, onun keyfiyyətinin müəyyən edilməsinin 
ən vacib elementlərindən biri tərbiyəvi cəhətdir.   
“Göyərçin”  jurnalının  baĢ  redaktoru,  Ģair  və  alim  R.Yu-
sifoğlu uĢaq ədəbiyyatında varislik prinsipinin olduqca vacib mə-
sələ  olduğunu  qeyd  edir:  “Bizdən  əvvəl  müxtəlif  dillərdə  yazılan 
                                                           
166
  Nəcəfzadə  Q.  Müasir  uĢaq  ədəbiyyatının  problemləri  //  Türk  xalqları  ədə-
biyyatı. Beynəlxalq uĢaq ədəbiyyatı konqresi materiallar. Bakı: 2008, II kitab, s. 
658. 
167
 Vəliyev Ġ. Ədəbi-bədii və uĢaq kitablarının redaktəsi. – Bakı: 2002, s. 137.  


Yüklə 2,9 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə