Mətnlərin nəşrə hazırlanması problemləri Vüsalə Musalı



Yüklə 2,9 Kb.
Pdf görüntüsü
səhifə52/71
tarix02.10.2017
ölçüsü2,9 Kb.
#2906
1   ...   48   49   50   51   52   53   54   55   ...   71

Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
164 
 
Dərsliyin  yazılması  zamanı  dərsliyin  texniki  tərtibat  parametrləri 
müəyyənləĢdirilməli,  dərsliyin  mətni  yazılmalı,  illüstrasiyalar  ha-
zırlanmalı,  ifadə  ardıcıllığı  və  dərslik  bütövlükdə  eksperimental 
qaydada yoxlanılmalıdır. Dərsliyin istehsalı zamanı dizayn nümu-
nəsi hazırlanmalı, mətn yığılmalı və səhifələnməli, məlumat-soraq 
aparatı  hazırlanmalı,  mətnin  redaktəsi  və  korrekturası  aparılmalı 
və sonda çap olunmuĢ dərslik eksperimental qaydada yoxlanılma-
lıdır.  
Dərsliyin layihələşdirilməsi zamanı yeni dərsliyə tələbat öy-
rənilməlidir.  ġagirdlər,  müəllimlər  arasında  sorğu  keçirilir.  Möv-
cud dərslikdən fərqli olan yeni dərsliyin  yaradılması zərurəti istər 
müəllif, istərsə də nəĢriyyat tərəfindən əsaslandırılır. Müəllifin da-
ha yaxĢı dərslik hazırlayacağı fikri subyektiv də ola bilər. NəĢriy-
yat  müəllifin mülahizələrini təhlil  etməklə  yanaĢı,  həm  də dərsli-
yin məzmunu,  onun hazırlanmasının  texniki və  maliyyə  aspektlə-
rini  dərindən  araĢdırmalıdır.  Layihənin  müəyyənləĢdirilməsi  iĢin 
daha konkret mərhələsini əhatə edir. Bu mərhələdə kitabın yaradıl-
ması qərara alınır. Müəlliflə naĢir arasında müqavilə hazırlanır. Bu 
müqavilədə  hazırlanacaq  kitabın  əsas  pedaqoji,  texniki,  maliyyə 
aspektləri  öz  əksini  tapır.  Layihənin  müəyyənləĢdirilməsi  zamanı 
həm  də  dərslik  komponentləri  –  dərslik,  müəllim  üçün  vəsait, 
Ģagird  dəftəri,  çalıĢmalar  toplusu,  müntəxəbat,  test  toplusu  və  s. 
müəyyənləĢdirilir
157
.  
Dərslik layihələĢdirilən zaman tədris prosesinin konsepsiyası 
da  müəyyənləĢdirilməlidir.  Bu  mərhələdə  müəlliflər  ilk  növbədə 
tədris prosesinin konsepsiyasını özləri üçün aydınlaĢdırırlar.  
Dərsliklər dövlət qurumları (Azərbaycan Respublikası Təhsil 
Nazirliyi) tərəfindən təsdiq olunmuĢ məcburi və ya tövsiyə xarak-
terli  proqramın  tələblərinə,  məzmununa  və  əsas  istiqamətinə  uy-
                                                           
157
 Dərslik necə olmalıdır / tərcümə ed. N.Qaramanlı, A.Həsənov və G.Məmmə-
dova. – Bakı:  2003, s. 8.  


Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
165 
 
ğun olmalı və müəlliflər tərəfindən bu prinsip mütləq nəzərə alın-
malıdır.  
LayihələĢdirmə mərhələsində dərsliyin hazırlanması üçün la-
zım olan bütün materiallar - mövzulara aid ilkin qeydlər, çalıĢma-
lar,  suallar,  sorğu  kitabları,  dövri  mətbuatdan  məqalələr  toplanır, 
gözdən keçirilir və sistemləĢdirilir.  
Nümunə üçün bir fəsil yazılarkən hər hansı bir fəslin tam və 
ya qismən hazırlanması nəzərdə tutulur. YazılmıĢ fəsil dərsliyə ya-
naĢma konsepsiyasını, onun bütün tələblərini özündə əks etdirmə-
li, aĢağıdakı suallara cavab verməlidir:  

 
Fəsillərin icmalı veriləcəkmi? 

 
Yeni anlayıĢlar necə daxil ediləcəkdir? 

 
VerilmiĢ  informasiya  ilə  çalıĢmalar  və  praktik  tapĢırıqlar 
arasında proporsiya gözlənilirmi?
158

Dərsliyin  əsas  istiqamətinin  aydınlaĢdırılması  ilə  eyni  za-
manda  fəslin  eksperimental  qaydada  yoxlanılması  iĢi  də  təĢkil 
olunmalıdır.  Məhz  bu  zaman  dərsliyin  irəli  sürülən  tələblərə  uy-
ğunluğu, daxil edilmiĢ yeniliklərin istifadəçilər tərəfindən baĢa dü-
Ģüləcəyi,  informasiya  təklifi  ilə  vərdiĢ  qazanılması  arasında  tara-
zlıq gözləniləcəyi və s. kimi suallara cavab tapmaq mümkündür. 
Dərsliyin tərtibatının əsas parametrlərinin (səhifələrin təxmi-
ni  sayı,  formatı, rənglərin sayı  və s.) müəyyən edilməsi  dərsliyin 
hazırlanması  iĢinin  əsas  mərhələlərindən  biridir.  Bu  texniki  xa-
rakteristikalar  dərsliyin  konsepsiyasının  əsas  cəhətlərindən  oldu-
ğundan, iĢin baĢlanğıcında nəzərə alınmalıdır.  
Dərslik tədris prosesinin əsas tərkib hissəsi olub, bu və ya di-
gər  fənnin  öyrənilməsinə,  müəyyən  vərdiĢlərin  qazanılmasına  xi-
dmət edir. Belə bir geniĢ funksiyanı özündə daĢıdığına görə dərs-
lik  hazırlayarkən  bir  tərəfdən  tədris  prosesinin  strukturu  təhlil 
olunmalı, digər tərəfdən isə metodoloji məsələlər nəzərə alınmalı-
dır.  
                                                           
158
 Yenə orada, s. 8.  


Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
166 
 
Tədris prosesinin konsepsiyasından asılı olmayaraq, onun üç 
əsas istiqamətini müəyyənləĢdirmək olar:  

 
yeni mövzunun öyrənilməsi

 
yeni vərdiĢin qazanılması; 

 
həm  yeni  mövzunun  öyrənilməsi,  həm  də  yeni  vərdiĢin 
qazanılması
159
.   
Dərslikdəki hər hansı bir mövzunun baĢa düĢülməsi üçün ilk 
növbədə  mövzu  haqqında  təsəvvür  yaradılmalıdır.  Bu  təsəvvürü 
aĢağıdakı üsullarla yaratmaq mümkündür: 
Qabaqlayıcı baxışın məqsədi tədris prosesi üçün geniĢ zəmin 
hazırlamaqdır. Bununla da oxucu tədris prosesinin sonunda hansı 
biliklərə yiyələnəcəyini təsəvvür etmək imkanı qazanır. 
Motivasiya  tədris  prosesinə,  keçilən  mövzuya  marağın  artı-
rılmasına  yönəlmiĢdır.  Bu  zaman  real  həyatdan  götürülmüĢ  kiçik 
əhvalatlardan, hadisələrdən istifadə edilə bilər.  
Mövzuya giriş üçün tapşırıq    
Müşayiətedici  vəsait  –  mövzu  mətn,  rəsm,  foto  və  ya  sxem 
Ģəklində hər hansı əyani vasitələrlə müĢayət oluna bilər.  
İlk  çalışma  –  mövzu  ilə bağlı  verilən  ilk  çalıĢma  oxucunun 
malik  olduğu  biliklər  ilə  yeni  material  arasında  əlaqə  yaratmaq 
funksiyası yerinə yetirir. 
İnformasiyanın tutuşdurulması – tədris prosesində bütün hal-
larda yeni alınmıĢ biliklər fənn haqqındakı təsəvvürlər və fənn üz-
rə artıq əxz olunan biliklərlə tutuĢdurulmalıdır. 
 Məktəb dərsliklərini araĢdıranlar belə bir nəticəyə gəlmiĢlər 
ki, dərsliklərdəki mətnləri iki cür qiymətləndirmək olar: çox çətin 
qavranılan mətnlər və çətin qavranılan mətnlər. 
Bütün  hallarda  mətnin  qavranılması  müəlliflərin  dərslikdə 
verdikləri informasiyanın oxucu üçün nə dərəcədə anlaĢıqlı olma-
                                                           
159
  Dərslik  necə  olmalıdır  /  tərcümə  ed.  N.Qaramanlı,  A.Həsənov  və 
G.Məmmədova. - Bakı: 2003, s. 17.  
 


Yüklə 2,9 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə