Mətnlərin nəşrə hazırlanması problemləri Vüsalə Musalı



Yüklə 2,9 Kb.
Pdf görüntüsü
səhifə48/71
tarix02.10.2017
ölçüsü2,9 Kb.
#2906
1   ...   44   45   46   47   48   49   50   51   ...   71

Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
151 
 
təbii  ehtiyatları,  ekologiyası,  əhalisi,  dili,  dini, tarixi,  Azərbaycan 
Dövlətinin Konstitusiyasının əsasları və b. məlumatlar  yer almıĢ-
dır.  Bu  ensiklopediya  2007-ci  ildə  “Azərbaycan  Milli  Ensiklo-
pediyası” Elmi Mərkəzi tərəfindən nəfis Ģəkildə çap olunmuĢdur.   
 
Lüğətlərin tərtibi və redaktəsi 
 
 Müəyyən  üsulla  düzülüb,  mənası,  başqa  dilə  tərcüməsi,  düz-
gün imlası, tələffüzü və s. verilən sözlər toplusu lüğət adlanır. Lü-
ğət hər Ģeydən əvvəl dil faktları üzərində müĢahidə aparmaq və əl-
də  edilmiĢ  təcrübəni  ümumiləĢdirməkdir.  Lüğətlər  sözlərin  sada-
lanması  ilə  məhdudlaĢmır,  sözlərin  mənasını  izah  və  müəyyən 
edir; ya izah olunan sözün arxasında hansı əĢya və hadisənin dur-
masından  danıĢır,  ya  da  əmələ  gəlməsi,  tələffüzü  və  yazılıĢı  haq-
qında ümumi məlumatlar verir və s. 
Leksikoqrafiya  dilçilikdə  lüğətlərin  tərtibi  məsələləri  və  öy-
rənilməsi, bu və ya digər dilə məxsus sözlərin toplanması, onların 
sistemləĢdirilməsi  və  lüğət  Ģəklində  nəĢri,  ümumi  və  xüsusi  tipli 
lüğətlərin toplusu ilə məĢğul olan sahədir.
148
 
Lüğətlərin  sözlüyü  müxtəlif  olur.  Sözlərin  seçilməsində 
ümumi tələbat həmiĢə əsas götürülə bilməz.  
Lüğətlərdə əlifba sırası ilə düzülərək izah edilən sözlərə baş 
sözlər deyilir. BaĢ sözlər izahedici, cədvəl, siyahı və formal Ģəkil-
də olur. 
Qəbul olunmuĢ ümumi leksikoqrafik ənənəyə əsasən hər bir 
baĢ söz iri yağlı Ģriftlə ayrılır. Hər bir baĢ söz eyni zamanda voka-
buladır.  Vokabula,  ümumiyyətlə  əzbər  öyrənmək  üçün  ana  dilinə 
tərcümə olunan xarici söz, lüğətçilikdə baĢ söz mənasında iĢlədilsə 
də, ondan bir qədər fərqlənir. Vokabula yalnız baĢ söz deyil, həm 
                                                           
148
 Həsənov H. Müasir Azərbaycan dilinin leksikası. –Bakı: 1988, s. 238.  


Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
152 
 
də  ayrıca  lüğət  məqaləsi  kimi  ayrılmamıĢ,  leksikoqrafik  təhlili 
olan, tərkibinə görə törəmə sözlərdir
149

BaĢ sözə aid verilən izahat lüğət məqaləsi adlanır. Lüğət mə-
qaləsində baĢ sözlər əlifba sırası ilə izah olunur. Lüğət mə-qa-ləsi 
lüğətdə  kompozisiya  və  kommunikativlik  vahidi  hesab  olu-nur. 
BaĢ söz, onun formal səciyyəsi (qrammatik, orfoqrafik, orfoepik), 
onun  mənalandırılması  sözün  formal  və  ya  semantik  xüsu-
siyyətlərini  aydınlaĢdırmaq  üçün  mətndən  misallar  götürmək,  baĢ 
sözə yaxın olan sözlərə iĢarə etmək, müxtəlif səciyyəli arayıĢlar – 
bunların  hamısı  lüğət  məqaləsinin  komponentləridir.  BaĢ  sözlər 
lüğət  məqaləsində  aĢağıdakı  Ģəkildə  izah  edilir:  əvvəlcə  dayaq 
sözün əsas mənası, sonra onun baĢqa mənaları sitat gətirmə  yolu 
ilə verilir. Demək əsas sözə verilən bütün izah və illüstrativ mate-
rial lüğət məqaləsinə daxildir.  
Lüğət sözlükdən, vokabulaların ardıcıl olaraq verilməsindən, 
sözə və onun mənalarına fonetik, qrammatik, üslubi cəhətdən re-
markalar  və  iĢarələr  verməkdən,  illüstrativ  materialdan,  sözlərin 
frazeologizmliyindən,  onların  tərcüməsindən  və  ya  izahatından 
ibarətdir. 
Lüğət  üçün  əsas  məsələ  sözlükdür.  Lüğətin  məzmunu  söz-
lüklə bağlıdır. Lüğətlərin məqsəd və növünə görə sözlüyün tərkibi 
və həcmi müəyyən edilir. Lüğətin sözlüyü lüğətdə ətraflı izah edi-
ləcək bütün vokabulaların siyahısı deməkdir. Lüğətdəki baĢ sözlə-
rin bütün məcmusu sözlük adlanır
150
.  
Hər  bir  lüğətin  sözlüyü  Ģüurlu  olaraq  hüdudlandırılır:  lüğət 
tərkibinin müəyyən hissəsini təĢkil edən jarqonizm, xüsusi termin-
lər, az iĢlədilən və daha az sabit olan neologizmlər, arxaizmlər və 
s. daxil edilmir.  
Adətən, lüğətə aktiv iĢlədilən, hamının baĢa düĢdüyü,  ədəbi 
dil və etik normalara uyğun gələn sözlər daxil edilir. Lüğətdə izah 
                                                           
149
 Yenə orada. s. 239. 
150
 Həsənov H. Müasir Azərbaycan dilinin leksikası. –Bakı: 1988, s. 240. 


Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
153 
 
olunmayan  sözlər  bunlardır:  ölkə,  Ģəhər,  çay  və  s.  adları;  müasir 
dilimizdə  iĢlənməyən  qəliz  alınma  sözlər;  ədəbsiz  sözlər;  xüsusi 
terminlər və s. 
Lüğət  sözlüyündə  dilin  leksikasının  zəruri  mənzərəsini  əks 
etdirən,  insan  həyatının  bütün  sahələrini  əhatə  edən  sözlər  veril-
məlidir.  
Lüğət üçün sözlər iki Ģəkildə seçilə bilər:  

 
heç bir istisna olmadan dildəki sözlərin hamısı əhatə edilir; 
məqsəd  heç  bir  hüdud  qoymadan  ədəbi  dildəki  bütün 
sözləri daxil etməkdir;  

 
ancaq müasir dildə iĢlədilən sözlər seçilir.  
Sözlüyün tərtibində iki cəhəti nəzərə almaq lazımdır:  

 
Sözlərin seçmə prinsipini yaratmaq: 

 
Seçilən  sözün  tələbatın  profilinə  uyğunluğunu  təmin 
etmək
151

Lüğət məqaləsində sözün müxtəlif mənalarını ayırmaq üçün 
xü-susi  iĢarələrdən,  durğu  iĢarələrindən  və  rəqəmlərdən  istifadə 
olunur. ĠĢarələr ixtisar sözlər və ya xüsusi Ģərti ifadələr Ģəklində də 
özünü  göstərir.  Sözü  tələffüzcə  düzgün  müəyyənləĢdirmək  üçün 
onun xüsusi transkripsiyası və vurğusu qeyd edilir.  
Tərcümə lüğətlərində baĢ sözlər iki Ģəkildə verilir: 

 
tərcümə etmə; 

 
sinonimi ilə. 
Lüğətlərdə  sözlər  izahetmə  –  təsvir,  sinonimika,  baxdırma, 
leksik izah, genetik və s. üsullarla verilir.  
Leksikoqrafiyada  lüğətləri  tərtib  etməyin  üç  üsulu  möv-
cudur: 
1.
 
sözyaratma və ya etimoloji üsul 
2.
 
«yuva» üsulu 
3.
 
sözlərin əlifba sırası üsulu. 
                                                           
151
 Yenə orada, s. 241. 


Yüklə 2,9 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə