Mətnlərin nəşrə hazırlanması problemləri Vüsalə Musalı



Yüklə 2,9 Kb.
Pdf görüntüsü
səhifə45/71
tarix02.10.2017
ölçüsü2,9 Kb.
#2906
1   ...   41   42   43   44   45   46   47   48   ...   71

Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
142 
 
1698  ilin  oktyabrında  Karlovsı  qəsəbəsində  (Slovoeniya)  çağrılan  beynəlxalq 
konqresdir.   
Tərifi mümkün qədər elə vermək lazımdır ki, içərisində mü-
raciət olmasın. Müraciət məqaləsinə ancaq o halda yol verilə bilər 
ki,  bunsuz  məfhumun  kifayət  qədər  dəqiq  və  tam  tərifini  vermək 
qeyri-mümkün olsun. 
Məsələn: 
SOĞANAQLI  BĠTKĠLƏR  –  zanbaqkimilər  (Allioideae,  Lilioideae 
yarımfəsiləsindən) və nərgizçiçəyi fəsiləsindən soğanaq əmələ gətirən bitkilər. 
Tərifdə bir qayda olaraq, «termin» və ya «ad» sözləri iĢlədil-
məməlidir, çünki tərif terminə və  yaxud ada deyil, anlayıĢa və  ya 
hadisəyə verilir. 
Məsələn: 
ƏMLĠK – südəmər quzuya verilən addır (düz deyil). 
Düzgün tərif belə olmalıdır. 
ƏMLĠK – südəmər quzu. 
 
Ensiklopediya  məqalələrində  müraciət  sistemi.  Ensiklope-
diyalarda bir məqalədən baĢqasına müraciət sisteminə rast gəlirik. 
Bir  məqalədən  baĢqasına  müraciət  etməyi  oxucuya  məsləhət  gör-
məkdə iki məqsəd vardır:  
1.
 
Oxucunun,  onu  maraqlandıran  məqaləni  axtarıb  tapmasını 
asanlaĢdırmaq; 
2.
 
Eyni  bir  materialın  müxtəlif  məqalələrdə  dəfələrlə  təkrar 
olunmasına yol verməmək
143

Məqalələrdə baĢlıca olaraq, bu və ya baĢqa anlayıĢın mahiy-
yətini açıb göstərən əsas terminlərə müraciət etməsi oxucuya məs-
ləhət görülməlidir. Müraciətlər iki hissəyə bölünür:  
a) müraciət məqalələri;  
b) mətn daxilindəki müraciətlər. 
Müraciət məqalələri özləri də iki cür olur: izahlı və izahsız. 
                                                           
143
  Azərbaycan  Sovet  Ensiklopediyası  redaktorları  üçün  metodik  göstəriĢlər.  – 
Bakı: ASE BaĢ redaksiya, 1967, s. 10. 


Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
143 
 
İzahsız  müraciət  məqaləsi  bu  və  ya  baĢqa  terminin  yalnız 
adından  ibarət  olaraq,  oxucunun  hansı  məqaləyə  müraciət  etməsi 
lazım  gəldiyini  ona  göstərir.  Bu  cür  müraciət  məqalələri  ancaq 
aĢağıdakı hallarda verilə bilər:  
a)
 
Hər  iki  terminin  mənası  bir-birinin  eyni  olanda  və  yaxud  ter-
min ixtisar edilmiĢ Ģəkildə veriləndə. 
HƏBƏġĠSTAN – bax Efiopiya 
b)
 
Oxucuya,  geniĢ  izahat  tələb  etməyən  xüsusi  anlayıĢdan  daha 
ümumi anlayıĢa müraciət etdirmək lazım gələndə. 
METAN QICQIRMASI – bax Qıcqırma 
c)
 
Təxəllüsü ilə məĢhur olan bir yazıçı haqqında yazılan əsas mə-
qalənin adı onun təxəllüsünü göstərirsə, yazıçının əsl adı və soya-
dın müraciət məqaləsində vermək lazım gələndə. 
Məsələn: 
MĠRZƏ ƏLƏKBƏR TAHĠRZADƏ -  bax Sabir
İzahlı  müraciət  məqaləsi  elə  məqalədir  ki,  burada  termin 
haqqında  qısaca  izahat  veriləndən  sonra  bu  xüsusda  daha  geniĢ 
məlumat verilən əsas məqaləyə müraciət edilməsi tövsiyə olunur.  
Bir  məqalənin  mətnində  oxucunun  bir  çox  məqaləyə  müra-
ciət etməsi tövsiyə edilməməlidir. Çünki çoxlu müraciət tövsiyəsi 
oxucunun  diqqətini  yayındıra  bilər.  Tərcümeyi-hal  məqalələrinə 
müraciət  edilməsi zəruri  hallarda məsləhət  görülə bilər. Məsələn, 
müxtəlif  elm  sahələrində  bütün  dünyada  qəbul  edilmiĢ  qanunları 
kəĢf edən Arximed, Nyuton kimi alimlərin tərcümeyi-hal məqalə-
lərinə  müraciət  etməsi,  bu  qanunlardan  bəhs  edilən  məqalələrdə 
oxucuya məsləhət görülə bilər.  
Həm müraciət məqalələrində, həm də məqalələrin mətni da-
xilində  oxucuya  edilən  müraciət  tövsiyəsi  kursivlə  yığılır.  Müra-
ciət  tövsiyəsini  göstərən  “bax” sözü  yalnız aĢağıdakı  hallarda  ya-
zılır:  
a)
 
müraciət məqalələrində
Məsələn: 
BMT – bax Birləşmiş Millətlər Təşkilatı 


Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
144 
 
b)
 
sıra məqaləyə müraciət edilməsi tövsiyə olunduqda məqa-
lənin  sonunda  (bax  həmçinin  ….;  daha  ətraflı  məlumat  üçün 
bax… və s.). 
 
Sitatlardan  istifadə  edilməsi.  Ensiklopediyalarda  verilən 
məqalələr orijinal olmalı və məqalələrdə sitat verilməməlidir. Sitat 
ancaq o halda verilə bilər ki, müəyyən məsələnin izah edilməsində 
onun  elmi  və  siyasi  cəhətdən  prinsipial  əhəmiyyəti  olsun  və  mə-
qalənin  soraq  məlumatı  vermək  cəhətdən  dəyərini  artırsın.  Çoxlu 
və  uzun  sitatların  verilməsinə,  həmçinin  baĢqa  müəlliflərin 
fikirlərinin  tez-tez  dırnaqsız  təkrar  edilməsinə  yol  verilməmə-
lidir
144
 
Elm və bədii ədəbiyyat klassiklərinin əsərlərindən, konstitu-
siyadan  və  qanun  məcəlləsindən  sitat  gətirilməsinə  icazə  verilir. 
Gətirilən sitatın mətni ilə məqalənin mətni arasında tam uyğunluq 
olmalıdır  ki,  sitatın  mənasını  düzgün  Ģərh  etmək  mümkün  olsun. 
Gətirilən sitat, bir qayda olaraq, yığcam Ģəkildə tam bir fikir ifadə 
etməlidir.  YaxĢı  olar  ki,  sitat  tam  bir  cümlədən  və  ya  bir-birinin 
ardınca gəlib məntiqi cəhətdən bir-biri ilə əlaqəli bir neçə  cümlə-
dən ibarət olsun.  
Sitatın mətnində olan dırnaqlar da saxlanılmalıdır, lakin dır-
naqlar daxili dırnaq olmalıdır. Bu halda, sitatın mətnini məqalənin 
mətnindən  ayıran  xarici  dırnaqlar  «künclü»  («----»),  daxili  dır-
naqlar isə «vergüllü» (“----”) dırnaq olmalıdır.  
Ensiklopediya  məqalələri  üçün  qəbul  edilmiĢ  ixtisar  qay-
daları  sitatların  mətninə  aid  deyildir.  Belə  ki,  sitatların  mətni 
tamamilə mənbədə olduğu kimi qalmalıdır.  
Ensiklopediyalarda yer alan sitatın mətni dırnaq içərisinə alı-
nır; mənbəyin adı biblioqrafik cəhətdən düzgün tərtib edilib, sitat-
dan sonra dairəvi mötərizədə göstərilir. 
                                                           
144
 Azərbaycan Sovet Ensiklopediyası redaktorları üçün metodik göstəriĢlər. – 
Bakı: ASE BaĢ redaksiya, 1967, s. 23. 


Yüklə 2,9 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə