Mətnlərin nəşrə hazırlanması problemləri Vüsalə Musalı



Yüklə 2,9 Kb.
Pdf görüntüsü
səhifə41/71
tarix02.10.2017
ölçüsü2,9 Kb.
#2906
1   ...   37   38   39   40   41   42   43   44   ...   71

Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
128 
 
36.  Azərbaycan  Respublikasının  Prezidenti  yanında  Ali 
Attestasiya  Komissiyası  tərəfindən  keçirilən  növbəti  monitorinq 
nəticəsində  yuxarıdakı  tələbləri  ödəməyən  dövri  elmi  nəĢrlərin 
«Azərbaycan  Respublikasında  dissertasiyaların  əsas  nəticələrinin 
dərc olunması tövsiyə edilən dövri elmi nəĢrlərin siyahısı»ndan çı-
xarılması məsələsinə baxılır. 
Azərbaycanda nəĢr olunan elmi jurnalları nəzərdən keçirdik-
də məlum olur ki, bu jurnalların çox az bir qismi mütəxəssis rəyin-
dən keçir, redaktor tərəfindən redaktə olunur.  
Dünya  əhəmiyyətli  nəĢrlərin  qiymətləndirilməsi  çoxdan  və 
yüksək  səviyyədə  təĢkil  edilib.  Bu  sözləri  respublika  daxilində 
Milli Elmlər Akademiyası və onun institutları, universitetlər, icti-
mai  qurumlar  tərəfindən  nəĢr  edilən  elmi  jurnallar  haqqında  de-
mək  olmaz.  Onların  bəziləri  çoxillik  tarixə  malik,  digərləri  isə 
müstəqillik dövründə iĢıq üzü görmüĢ jurnallardır. Bu nəĢrlərin bir 
qismi  AAK  tərəfindən  tanınsa  da,  onların  çap  etdikləri  material-
ların aktuallığı və doğruluğu baxımından təsnifata ehtiyacı var
138

Humanitar elmlər üzrə nəĢr olunan nüfuzlu jurnallar arasında 
“Bakı Universitetinin xəbərləri”, AMEA “Məruzələr”, “Xəbərlər”, 
Qafqaz  Universitetinin  “Journal  of    Qafqaz  University”  jurnalını 
və b. göstərmək olar.  
“Bakı Universiteti xəbərləri” elmi jurnalı 4 seriyadan ibarət-
dir.  Humanitar  elimler  seriyası,  təbiət  elimləri  seriyası,  sosial-si-
yasi elimlər seriyası, fizika-riyaziyyat elimləri seriyası. Hər seriya 
ildə dörd dəfə nəĢr olunur. 
“AMEA-nın Xəbərləri” (humanitar elmlər seriyası) jurnalın-
da məqalə dərci qaydalarında dəyiĢikliklər edilmiĢdir. Artıq 2012-
ci  ildən  etibarən  redaksiyaya  təqdim  olunan  məqalələr  uyğun  el-
mi-tədqiqat və ya ali təhsil müəssisəsinin Elmi Ģurasının çıxarıĢı, 2 
rəy  və  qoĢma  məktubu  ilə  redaksiyaya  təqdim  olunur.  Məqalələr 
                                                           
138
  Əliyev  F.,  Ağayev  ġ.  Azərbaycanda  elmin  problemləri  və  inkiĢaf  perspek-
tivləri. - Bakı: 2011, s. 17. 


Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
129 
 
uyğun  ixtisas  üzrə  jurnalın  redaktoru  tərəfindən  redaktə  edilir, 
bundan əlavə məqalə əlavə rəy üçün mütəxəssisə və ya mütəxəs-
sislərə  göndərilə  bilər.  Redaksiyaya  təqdim  olunan  məqalələr  iki 
(Azərbaycan və rus) dildə çap olunur. Məqalənin yazıldığı dildən 
asılı olmayaraq iki dildə xülasə verilməlidir. Mövzu ilə bağlı elmi 
istinadlar  məqalənin  sonunda  ədəbiyyat  ardıcıllığı  ilə  verilməli, 
mətndə (1) və ya (1, 12) kimi iĢarə olunmalıdır. Məqalədə müəlli-
fin iĢlədiyi müəssisə və onun ünvanı, müəllifin elektron poçt ün-
vanı göstərilməlidir. 
“Journal of Qafqaz University” 1997-ci ildən etibarən  çap 
olunur.  Jurnalın  təsisçisi  Əhməd  Saniç,  baĢ  redaktor  N.Qocayev, 
redaktoru  E.Süleymanovdur.  Jurnalda   Qafqaz  Universitetinin 
əməkdaĢları ilə yanaĢı Azərbaycan və xarici ölkə alimlərinin mə-
qalələri çap olunur. “Qafqaz Unversiteti” jurnalının hər ildə dörd 
sayı çap olunur.  
1997-ci  ildən  etibarən  Qafqaz  Universitetinin  nəĢri  olan 
“Journal  of  Qafqaz  University”  beynəlxalq  elmi  jurnalı  30  aprel 
2010-cu  il  tarixindən  etibarən  Ali  Attestasiya  Komissiyasının  qə-
rarı  ilə  fizika,  riyaziyyat,  informatika,  iqtisadiyyat  elmləri,  hüquq 
elmləri, tarix və siyasi elmlər, pedaqogika elmləri, filologiya elm-
ləri üzrə dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə 
edilən elmi nəĢrlərin siyahısına daxil edilmiĢdir. Artıq on dördün-
cü ildir ki, nəĢr olunan jurnal 2009-cu ildən etibarən dünyanın 13 
mötəbər elmi məlumat bazalarına daxil edilmiĢdir: Russian Perio-
dicals  Catalog,  Directory  of  Open  Access  Journals,  Middle  East 
Virtual  Library,  The  International  Consortium  for  the  Advance-
ment of Academic Publication, JournalSeek, Genamics,  RefSeek, 
Dspace,  Eprints,  EBSCO,  Indexcopernicus,  ASOS,  ”Google 
Scholar”. 
 
Ədəbiyyat 
 
Ağır A. Elektronik akademik dergi yayıncılığı ve bir model çalıĢma-
sı  /  Marmara  Üniversitesi,  Sosyal  Bilimler  Enstitüsü,  Gazetecilik 


Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
130 
 
Anabilim  dalı,  yayınlanmamıĢ  yüksek  lisans  tezi.  Ġstanbul,  1997, 
130 s.  
Akademik  yazım  kuralları  kitapçığı  /hazırlayanlar:  Kökdemir 
D.,Demirutku  K.,  Çırakoğlu  O.  vd.  Ankara:  BaĢkent  Üniversitesi, 
2004, 40 s. 
Asan A. Web Of Science Kapsamındaki Türk Dergilerinin 2010 Yılı 
Etki  Faktörü  (Impact  Factor)  ve  Diğer  Verilerin  Analizi  //  Sağlık 
bilimlerinde süreli yayıncılık 2011, 9. Ulusal sempozyum, Editörler 
toplantısı, Ankara, 2011, 
Aytekin M. Bilimsel yayınlarda hakemlik sistemi // Tarım, veteriner 
ve  biyoloji  bilimleri  süreli  yayıncılık  2.  çalıĢtayı.  TÜBĠTAK, 
ULAKBĠM, 2008, s. 63-67. 
Babayev Z., Məmmədli R. Dövri nəĢrlərin hazırlanma texnologiyası. 
Dərs vəsaiti. – Bakı, ĠSRA, 2007, 152 s.   
Besimoğlu  C.  Akademisyenlerin  elektronik  dergi  kullanımında  di-
siplinler  arasındakı  farklılıklar  /  Hacettepe  Üniversitesi,  Sosyal  Bi-
limler  Enstitüsü,  Bilgi  ve  belge  yönetimi  bölümü,  yayınlanmamıĢ 
yüksek lisans tezi, Ankara, 2007, 176 s.   
Cebeci  Z.  Akademik  yayıncılıkta  açık  kaynak  (E-dergi  yönetimi 
yazılımları // Tarım, veteriner ve biyoloji bilimleri süreli yayıncılık 
2. çalıĢtayı. TÜBĠTAK, ULAKBĠM, 2008, s. 133-140.  
Çelik G. Editör Bağımsızlığı // Sağlık bilimlerinde süreli yayıncılık 
2011, 9. Ulusal sempozyum, Editörler toplantısı, Ankara, 2011. 
ÇökmüĢ  C.  Bilimsel  araĢtırmanın  yayına  dönüĢtürülmesi:  sorunlar 
ve  öneriler  //  YaĢam  Bilimlerinde  Süreli  Yayıncılık  4.Editörler 
ÇalıĢtayı Bildirileri. 
http://uvt.ulakbim.gov.tr/toplanti/uay10/ccokmus.pdf 
Day  A.  Robert.  Bilimsel  bir  makale  nasıl  yazılır  ve  yayımlanır?  / 
çeviren AĢkar Altay G. Ankara: TÜBĠTAK, 1996, 177 s. 
Demirel Ġ.H., Erol B., Saraç C. Akademik yazım ihlalleri. – Ankara: 
TÜBĠTAK, ULAKBĠM, 2011, 132 s. 


Yüklə 2,9 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə