Mətnlərin nəşrə hazırlanması problemləri Vüsalə Musalı



Yüklə 2,9 Kb.
Pdf görüntüsü
səhifə49/71
tarix02.10.2017
ölçüsü2,9 Kb.
#2906
1   ...   45   46   47   48   49   50   51   52   ...   71

Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
154 
 
Lüğətlərdə baĢ sözlər iki üsulla verilir: «yuva» (eyni kökdən 
olan sözlərin  bir  qrupda  yerləĢdirilməsi) və  əlifba (sözlərin  əlifba 
sırası ilə düzülüĢü). Müasir lüğətlər əsasən, əlifba üsulu ilə tərtib 
olunur.  Lüğətlərin  iki  növü  var:  ensiklopedik  və  filoloji  (izahlı, 
ikidilli,  dialektologiya,  orfoqrafiya,  frazeologiya,  terminologiya, 
orfoepiya, etimologiya, xarici sözlər və s.). Lüğətin əsas funksiya-
ları  sırasına  informativ,  kommunikativ  və  normativ  funksiyaları 
aid etmək olar.  
 Lüğət məqaləsi lüğətin struktur vahidi hesab olunur. Məqalə 
tam, əsas və əlavə informasiya zonalarına ayrılır.  
Dil  lüğətlərinin  sistemləĢdirilməsi  təcrübəsi,  onların  tərtibi 
və təsviri haqqında  geniĢ  məlumatlar leksikoqrafiyada  toplanmıĢ-
dır.  Nəzəri  leksikoqrafiya  (lüğətçilik)  lüğətlərin  ümumi  tipologi-
yasının və  yeni lüğətlərin iĢlənməsini, lüğətin makrostrukturunun 
iĢlənməsini  (sözlərin  seçilməsi,  sözlərin  və  lüğət  məqalələrinin 
yerləĢdirilməsi,  omonimlərin  seçilməsi),  lüğətin  mikrostrukturu-
nun iĢlənməsi, yəni ayrıca lüğət məqaləsinin (mənaların seçilməsi, 
təsnifləĢdirilməsi) hazırlanmasını əhatə edir.  
Lüğətçilik praktikasının inkiĢafı lüğətlərin redaktor hazırlığı 
ilə sıx bağlıdır və real redaktor qərarlarında öz əksini tapır.  
Lüğətləri məzmun və xarakterinə – sözü və ya məfhumu ne-
cə  izah  etməsinə  görə  beĢ  qrupa  bölmək  olar:  filoloji,  ideoqrafik, 
ensiklopedik, tədris, tezlik lüğətləri
152

Lüğətlər ya sözlərin etimologiyası və tarixən mənaca inkiĢafı 
haqqında  məlumat  verir  (etimoloji  və  tarixi  lüğətlər),  ya  sözün 
mənasını,  iĢlədilməsini,  yazılıĢını,  düzgün  tələffüz  olunmasını 
qeyd edir (orfoqrafik, fonetik, orfoepiya lüğətləri), ya sözün məna-
larını  açır  (omonim,  sinonim  və  s.  lüğətləri),  ya  məfhumları  sim-
volik  Ģəkildə  izah  edir  (ideoqrafik  lüğətlər),  ya  da  əĢya  və  hadi-
sələri, məfhumları Ģərh edir (ensiklopedik).   
                                                           
152
 Həsənov H. Müasir Azərbaycan dilinin leksikası. –Bakı: 1988, s. 248. 


Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
155 
 
Linqvistik  lüğətlər  dilin  leksik-semantik  strukturunu  təsvir 
edir. Linqvistik lüğətlərin təsvir obyekti dil vahidləri hesab olunur.  
Məsələn: Omonimlər lüğəti. 
Terminoloji lüğətlər bir  və  ya bir neçə sahənin terminologi-
yasını  əks  etdirir.  Terminləri  izah  edən  lüğətlər  terminoloji  lüğət-
lər adlanır. Terminoloji lüğətlər tərtib olunarkən semantik, morfo-
loji, kalka və sintaktik üsullardan istifadə edilir. Terminoloji lüğət-
lər məqsəd və xarakterinə görə birdilli və ikidilli olur. Birdilli ter-
minoloji lüğətlərdə elmin müxtəlif sahələrinə aid terminlər əlif-ba 
sırası  ilə  göstərilir.  Bu  lüğətlər  əlifba  xarakterli  terminoloji  lüğə-
tdir. Ġkidilli terminoloji lüğətlər daha çox tərcümə xarakterli olur.    
Ensiklopedik  lüğətlər  hər  hansı  bir  sahənin müasir vəziyyə-
tini,  vacib  hadisələri  və  s.  əhatə  edir.  Bu  lüğətlərdə  sözlərin  özü 
deyil, onların ifadə etdikləri elmi, siyasi, istehsalat, ədəbi və baĢqa 
məfhumların  predmet  və  hadisələri  izah  olunur.  Ensiklopedik  lü-
ğətlər  universal  (ümumi)  və  xüsusi  olmaqla  iki  yerə  bölünür.  Bu 
lüğətlərdə məqalələr əlifba sırası ilə düzülür. Böyük məqalələr bir 
neçə hissədən ibarət olur. Hər hissə ayrıca baĢlıqlarla verilir. Veri-
lən  sözlərin  əsasını  isimlər  təĢkil  edir.  Məqalənin  adından  sonra 
vergül  və  ya  mötərizənin  qoyulması  həmin  sözün əsas mənası  ilə 
yanaĢı  onun  baĢqa  mənalarının  olduğunu  göstərir.  Ensiklopedik 
lüğətlərdə də ixtisarlar, illüstrativ material verilir.   
NəĢrdə yerləĢmə yerinə görə lüğətlər birtərəfli – yəni sadəcə 
mətnin  sol  hissəsini  əhatə  edənlər  və  iki  tərəfli  olurlar.  Ġki  tərəfli 
lüğətlər tərcümə və tərcümə olmayan lüğətlərə ayrılır.  
Lüğət blokunun sərlövhələrinin  yerləĢmə  yerinə görə lüğət-
lər əlifba və qeyri-əlifba lüğətlərinə ayrılır. Əlifba lüğətləri isə cid-
di  əlifba  (birbaĢa  və  əksinə)  və  qruplaĢdırılmıĢ  (bir  kökdən  olan 
sözlərin  bir  bənddə  verilməsi)  olurlar.  Qeyri  əlifba  luğətlərinin 
tematik  və  sistematik  növləri  vardır.  Əksinə  lüğətlərdə  sözlər  bi-
rinci hərfə görə deyil, sonuncu hərfə görə düzülür.  
Ġ.Umudlu 2004-cü ildə lüğət nəĢri üzrə apardığı araĢdırmala-
rın yekunu olaraq yazır: “Müstəqillikdən sonra, xüsusən də son il-


Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
156 
 
lərdə  müxtəlif  səpkilərdə  çoxlu  lüğətlər  nəĢr  edilmiĢdir.  Say  eti-
barı ilə terminoloji lüğətlər üstünlük təĢkil edir. Akademik lüğətlər 
azlıq təĢkil edir, nəĢriyyatlar daha çox kiçik həcmli, praktik lüğət-
lərə üstünlük  verirlər. AMEA Dilçilik  Ġnstitutunun elmi  Ģurası  və 
Terminologiya  Komitəsi  mütəxəssislərin  rəyi  olmadan  nəĢr  edil-
miĢ lüğətlər məzmun və keyfiyyət baxımından qüsurlu sayılır”
153

Son illərdə nəĢr olunan lüğətlərin arasında bunları sadalamaq 
mümkündür: Azərbaycan dilinin izahlı lüğəti (IV-cilddə. ABCÇD 
I  cild  /red.  Ə.Orucov;  tərtibçilər:  Ə.Orucov,  B.Abdul-layev, 
N.Rəhimzadə);  B.:  ġərq-Qərb,  2006;  Azərbaycan  dilinin  orfo-
qrafiya  lüğəti  (red.  A.Axundov;  Azərb.  Respublikası  Dövlət  Dil 
Komissiyası,  AMEA,  Nəsimi  adına  Dilçilik  Ġnstitutu).  B.:  Lider, 
2004;  Azərbaycan  Xalq  Cümhuriyyəti  Ensiklopediyası  (2  cild-
də /BaĢ red. Y.Mahmudov; Red. heyəti. Ġ.Ağayev, T.Babayev) B.: 
Lider,  2004;  Azərbaycanca-rusca  lüğət  (4  cilddə   müəl.  M.Tağı-
yev,  Ġ.Aydınov,  Ġ.Kərimov  və b.;  red.  M.T.Tağıyev  və b.)  Ba-
kı Slavyan  Universiteti.-  B.:  ġərq-Qərb,  2006; Ġngiliscə-Azərbay-
canca  lüğət  (Tərt.  O.Türksevər  (Musayev),  T.Əliyev,  Q.Məmmə-
dov və b.). B.: ġərq-Qərb, 2004; Klassik Azərbaycan ədəbiyyatın-
da iĢlənən ərəb və fars sözləri lüğəti (2 cilddə. /tərt. ed. B.Abdul-
layev,  M.Əsgərli,  H.Zərinəzadə;  elmi  red.  M.Adilov)  B.:  ġərq-
Qərb,  2005;  Rusca-Azərbaycanca  lüğət    (Üç  cilddə /Red.  Ə.Oru-
cov; AMEA Nəsimi adına Dilçilik Ġnstitutu). B.: ġərq-Qərb, 2005. 
 
Soraq kitabçası 
 
Soraq kitabçası sistemli quruluĢu olan, informasiya vahidləri 
əlifba  sırası  ilə  düzülmüĢ,  tətbiqi,  praktiki  xarakter  daĢıyan  mə-
lumat nəĢrləridir. Soraq kitabçaları hər hansı sahə haqqında kom-
pleks  məlumatları  əhatə  edir.  Soraq  kitabçalarının  struktur  vahidi 
                                                           
153
 Umudlu Ġ.Kitab nəĢri bu gün. Bakı, 2004, s. 191. 


Yüklə 2,9 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə